Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

 
58 
Artma  dərəcəsi  doyuran  məhlulun  xassələrindən  və  məsamələrin 
strukturundan asılıdır. 
Belə fikir söyləyirlər ki, kristallik süxurlarda məsamələr maye 
ilə  dolduqda  sürətin  dəyişməsinə  az  təsir  edir.  Bundan  başqa  belə 
zənn  edirdilər  ki,  maqmatik  süxurlar  maye  ilə  doyuzdurulduqda 
elastiki  dalğanın  sürəti  təzyiq  artdıqca  dəyişməz  qalır.  Təbiətdə 
süxurlar adətən bu və ya  digər dərəcədə mayelərlə, mineral sularla, 
neftlə,  qazla  doymuş  olur.  Hətta  sərbəst  su  Maxaroviçiç  sərhədinə 
qədər  süxurun  tərkibində  olur.  Təzyiqin  artması  ilə  suyun  özüllüyü 
dəyişmir.  Yağ-karbohidrogenlər,  neft  süxurun  məsaməliliyindən 
böyük  keçicilik  xüsusiyyətinə  malikdir,  yəni  nüfuzluğu  böyükdür. 
Özüllük  təzyiqdən  asılı  olaraq  dəyişmir 

o
e
kp
 

–p  təzyiqindəki 
özüllükdür. 

o
  –  atomosfer şəraitində özüllükdür,  k isə əmsaldır. Su 
ilə  doymuş  maqmatik  süxurlarda  uzununa  dalğaların  sürəti  quru 
nümunələrdəki  sürətindən  çoxdur.  Yüksək  təzyiqlərdə  v=f(p)  əyrisi 
quru  və  su  ilə  doymuş  süxurlarda  bir-birinə  yaxınlaşır,  bu  süxurun 
məsaməliliyindən asılıdır. 
Yarığa  bənzər  çatlar  olmayan  süxurlarda  məhlulla  doymanın 
təsiri  uzununa  dalğaların  sürətinə  az  təsir  edir.  Yazılanların 
xülasəsindən demək olar ki, maye ilə doydurulmuş çökmə süxurlarda 
quru  süxurlara  nisbətən  elastiki  dalğaların  sürəti  süxurun  rejimində 
olan  kiçik  təzyiqdə  xarici  hidrostatik  təzyiqinin  artması  ilə  artır. 
Hətta  az  məsaməli  maqmatik  süxurların  boşluğunda  olan  maye 
sürətin  dəyişməsinə  nəzərə  çarpacaq  dərəcədə  təsir  edəcəkdir.  Bu 
Yerin  səthinə  yaxın  olan  süxurlarda  daha  parlaq  özünü  göstərir. 
Təzyiqin  artması  ilə  sürətin  artması  maqmatik  süxurlarda  daxili 
təzyiqin xarici təzyiqdən az olması şərti ödəndikdə baş verir. 
 
§7. Süxurun yaşının təsiri. Süxurun yaşına başqa faktorlardan 
ayrılıqda  baxmaq  ehtimalı  daha  mürəkkəb  hesab  olunur.  Eyni  yaş 
qrupuna  mənsub  olan  eyni  tərkibli  süxurlar  eyni  xassəyə  malik 
deyillər. Buna görə də eyni cinsli strukturlarda süxurun əmələ gəlmə 
tarixini  və  yerləşdiyi  yeri  nəzərə  almaq  lazımdır.  Süxurun  yaşının 
dəyişməsi ilə məsaməlilik artır, yaxud azalır, həmçinin çatlıq, bəzən 


 
59 
də  süxuru  təşkil  edən  mineralın  tərkibcə  miqdarı  dəyişir.  Qədim 
süxurlarda  metamorfikləşmə  əlamətləri  əmələ  gəlir.  Bütün  bunların 
hamısı dolayıda olsa süxurun fiziki xassələrinə təsir edir. Deyilənlərə 
baxmayaraq  müxtəlif  yaşlı  çökmə  süxurları  uzununa  dalğaların 
dəyişməsinin  qanunauyğunluğunu  müqayisə  etmək  əhəmiyyət  kəsb 
edir.  Bu  məqsədlə  təcrübə  üçün  materiallar  3-4  kbar  təzyiqdə 
Azərbaycandan götürülmüş çökmə süxurlarda aparılmışdır. 
Nümunələr neogen və alt təbaşir çökmə süxurlarıdır. Aparılan 
tədqiqatlargöstərir  ki,  süxurların  fiziki  parametrləri  süxurun  yaşı 
artdıqca artır. 4 kbar təzyiqində sürətin qiyməti ilə yaşı arasında olan 
fərq  aydın  görünür  (Şək.18,19).  Böyük  təziqlərdə  sürətin  qiyməti 
Azərbaycan  və  Karpatyanı  ərazidən  götürülən  süxurlarda    eynidir, 
ancaq  aşağı  təzyiqlərdə  sürətin  qiyməti  Azərbaycandan  olan 
süxurlardan  kiçikdir.  Bunu  sıxlıq  üçündə  demək  olar.  Bunu 
Azərbaycan  süxurlarının  Karpatyanı  süxurlardan  cavan  olması  ilə 
izah etmək olur. 
 
Şəkil 18. 
Üçüncü dövr qum    
Şəkil 19. 
Təbaşir dövr üçun qum daş 
 daşlarında uzununa dalğaların
.
   larında uzununa dalğaların sürətinin 
 sürətinin təzyiqdən asılı olaraq    təzyiqdən asılı olaraq dəyişməsinin 
 yerləşdiyi oblast; bütöv xətlə     yerləşdiyi oblast.1-Karpat yanı; 2- 
 Azərbaycandan götürülmüş       Azərbaycan; 3-Krım(Volaroviçə görə 
 qum daşları, qırıq xətlə isə  
 Pribaltikadan götürmüş nümunələr). 


 
60 
 
§8. 
Metamorfikləşmə 
prosesinin 
təsiri. 
Süxurların 
metamorfizmi  onun  mineral  tərkibinin  (bəzən  kimyəvi)  və  onun 
strukturunun  dəyişməsi  ilə  özünü  büruzə  verir.  Bu  dəyişmə 
mineralların  yenidən  kristallaşması  və  diferensiasiyası  zamanı  baş 
verir.  Yenidən  kristallaşma  metamorfizmin  ən  vacib  prosesidir,  bu 
süxurun  köhnə  mineral  tərkibinin  və  strukturunun  dəyişməsi  bunun 
əvəzinə  yeni  mineralın  və  strukturun  əmələ  gəlməsi  ilə  özünü 
göstərir.  Bəzi  hallarda  ola  bilsin  ki,  təkcə  mineral  tərkib  dəyişir, 
struktur  əvvəlki  kimi  qalır,  yaxud  da  əksinə.  Bu  dəyişikliyə  uyğun 
olaraq  süxurun  fiziki  xassələri  də  dəyişir.  Metamorfikləşmə  prosesi 
xarici  şəraitlə  təyin  olunur:  təzyiq,  temperatura  (hərtərəfli  və 
istiqamətli)  maye  və  qazların  kimyəvi  təsiri  ilə.  Fiziki-kimyəvi 
amillərin  üstünlüyündən  asılı  olaraq  müxtəlif  növ  metamorfizm 
ayrılır. 
Kataklastik  metamorfizmə  baxaq.  Bu  birtərəfli  təzyiqin 
təsirindən süxurlar qırılıb dağılır, yaxud süxur və minerallarda başqa 
cür  parçalanma  deformasiyasına  məruz  qalır.  Nəticədə  struktur 
dəyişir,  süxur  daha  boş  olur.  Belə  halda  süxurun  məsaməliliyi  və 
mikroçatları  artır.  Bununla  əlaqədar  olaraq  süxurun  elastikliyi  və 
davamlılığı  xarakteristikaları  aşağı  düşür.  Təmas  metasomatik 
metamorfizm  nəticəsində  olivinin  tərkib  hissələrinə  parçalanır,  bu 
müxtəlif  miqdarlı  sulu  silikat  maqni  və  dəmirin  əmələ  gəlməsi  ilə 
müşayiət olunur. Temperaturun 500

C-dən aşağı düşməsi ilə dəmirli-
maqnezial  silikatın  hesabına  serpentinit  əmələ  gəlir.  Bəzi  hallarda 
olivin  süxurlarının  bir  qismi  serpentləşir:  dunitə,  peridotitlərə 
çevrilir.  Ultraəsasi  süxurlarda  az  miqdarda  serpentinitin  olması 
süxurun  elastiki  parametrlərini  və  sıxlığını  azaldır.  Aydındır  ki, 
olivinin  elastikliyi  serpentininkindən  nəzərə  çarpacaq  dərəcədə 
çoxdur. 
Süxurların  metamorfikləşməsi  prosesinin  onun  elastiklik 
xassələrinə  təsirinə  baxdıqda  gördük  ki,  bu  süxurun  mineral 
tərkibinin  və  strukturunun  dəyişməsi  ilə  əlaqədardır.  Bu  halda 
süxurun  strukturunun  yumşalması  kəskin  dağıdıcı  prosesin  baş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə