Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

 
77 
ayırırlar.  Geofiziki  anomaliyalar  ölçülərinə,  formasına,  tutduğu 
sahəsinə görə müxtəlif ola bilər, cünki geofiziki sahə geoloji hədəfin 
ölçüsündən, formasından, yerləşdiyi dərinlikdən, onun qalınlığından,                          
                   
 
 Şəkil  25. 
Fiziki  sahənin 

T  qrafiki  xəritəsi.  1dolerit  daykası  2.çökmə 
süxurlar.
   
  
yatım  bucağından,  məsaməliliyindən  və  çatlara  məruz  qalma 
dərəcəsindən  çox  asılıdır.  Müşahidə  olunan  geofiziki  sahənin  təhlili 
və yaxud bunun geoloji izahı yuxarıda qeyd edilən vacib müddəalar 
üzərində qurulur. 
 
§16. Fiziki sahələrin öyrənilmə üsullarının əsasları 
       Geofiziki  kəşfiyyat  üsullarından  istifadə  edərək  geofiziki 
sahələrin  öyrənilməsi  əksər  hallarda  duz  xətt  istiqamətində 
əvvəlcədən seçilmiş yol və yaxud kəsiliş uzrə aparılır və öyrənilir. 
     Məlumdur  ki,  geofiziki  sahə  kəsilməzdir,  yəni  sahəni  xarakterizə 
edən fiziki kəmiyyətlər bir müşahidə məntəqəsindən  digər müşahidə 
məntəqəsinə  fasiləsiz  olaraq  səlis  keçir.  Geoloji  sahə  isə  süxurların 
inkişafı  dövru  müxtəlif  tərkibli  və  müxtəlif  şəraitlərdə  əmələ  gelən 
geoloji  qurumların  sərhədində  mövcud  olur.  Bu,  geofiziki  sahənin 
geoloji sahədən əhəmiyyətli dərəcədə fərqli olduğunu göstərir. 


 
78 
    Demək olar ki, geofiziki sahəni geoloji sahədən əsaslı fərqləndirən 
müddəalar bunlardır. 
    Əgər  biz  sahənin  qiyməti  və  forması  haqda  tam  məlumat  almaq 
istəyiriksə, onda hökmən hər bir müşahidə məntəqəsində bu sahənin 
qiymətini ölçmək lazımdır. Bu fiziki  sahələri  ölçmək üçün müxtəlif 
cihazlardan  istifadə  edilir.    Həmin  cihazların  bir  hissəsi  yol  boyu 
hərəkət zamanı ölçülən sahənin qiymətini fasiləsiz olaraq yazır. Belə 
cihazlar  təyyarələrə,  peyklərə,  vertolyotlara,  avtomobilə  və    minik 
vasitələrinə yerləşdirilir. 
     İkinci qrup cihazlar məkanda Yerini dəyişməyən qəbuledicilərdən 
(datçikdən)  ibarətdir,  bunlardan  gələn  siqnallar  stasionar  qəbuledici 
qurğularda qeyd olunur. Qeyd edicilər gələn siqnalları fiziki sahənin 
qiymətlərini lent üzərində yazır, yaxud fasiləsiz, qrafikini çəkir. Belə 
cihazlar  quyularda  və  su  hövzələrində  də  tədqiqat  aparmaq  üçün 
istifadə olunur. 
     Üçünçü  qrup  cihazlar  müşahidə  məntəqəsində  tərpənməz  olaraq 
dayanmış  halda  fiziki  sahənin  qiymətini  təyin  edir.  Bunlar  böyük 
qrup  təşkil  edir  və  geniş  istifadə  olunur.    Onlarla  yer  səthində  istə-
nilən kəsilişdə və marşrutda istənilən miqyasda ölçmə işləri aparılır. 
Müşahidə məntəqələri bir-birindən marşrut boyunca bərabər məsafə-
lərdə  yerləşdirilir.  Geofiziki  müşahidə  vaxtı  marşrutlar  ərazidə 
layların  uzanma  istiqamətinə  perpendikulyar  istiqamətdə  qoyulur, 
çox  hallarda  marşrutlar  eyni  məsafədə    bir-birinə    paralel    olaraq  
qoyulur.  Marşrutlar  (profillər)  arasındakı  məsafə  tədqiqatın  miqya-
sından  asılıdır,  tərəfdən  bu  məsafələr  axtarılan  geoloji  obyektin 
ölçülərindən də asılıdır.                        
     Təyyarə  ilə  aparılan  geofiziki  işdə  marşurutlar  axtarış  aparılan 
ərazinin  sahəsindən  asılı  olaraq  seçilir.  Tədqiqat  marşrutlarda  eyni 
yuksəklikdən  aparılır.  Belə  halda  düzgün  istinad  məntəqələrinin 
seçilməsi  çox  vacibdir  (çay,  yol,  göl.  və  s.).  Bu  istinadlar  havadan 
yaxşı görunməlidir və bu istinadlar eyni zamanda xəritəyə köçürülür. 
Axır  vaxtlar  radiogeodeziyadan  marşrutların  yerləşdyi  ərazinin 
coğrafi  koordinatlarının.  təyinində  geniş  istifadə  olunmağa 


 
79 
başlanmışdır.  Bu  üsul  fəzada  təyyarənin  koordinatlarının  istənilən 
vaxt marşrutun istənilən nöqtəsində təyin edilməsinə imkan verir. 
     Yer  səthində  kiçik  miqyaslı  geofiziki  müşahidələr  yol  kənarı  ilə, 
çayların  sahili  ilə  və  meşə  içərisindən  keçən  cığırlar  ətrafında 
aparılır. Belə halda qurulan şəbəkə qeyri bərabər olur. 
    Müşahidə  məntəqələri  arasındakı  məsafə  addımla,  əgər  maşınla 
gedilirsə,  maşının  spidometri  ilə  təyin  edilir.  Belə  halda  tədqiqat 
aparılan ərazinin coğrafi koordinatları xəritədə vizual qeyd olunur. 
 
§17. Süxurların fiziki xassələri 
     Ölçülən  fiziki  sahəni  düzgün  qiymətləndirmək  yaxud  izah  etmək 
üçün  tədqiqat  aparılan  ərazidə  əlavə  olaraq  orada  əmələ  gəlmiş 
süxurların  fiziki  xassələrini  öyrənmək  lazımdır.  Süxurların  fiziki 
xassələri  müxtəlif  amillərdən:  onların  tərkibindən,  quruluşundan, 
yerləşdiyi dərinlikdən və bir çox amillərdən asılıdır. Eyni bir süxurun 
fiziki  xassələri  adları  çəkilən  amillərin  təsirindən  asılı  olaraq  geniş 
hududda  dəyişə  bilər.  Ona  görə  də  süxurların  fiziki  xassələrini 
tərkibindən  asılı  olaraq  dəyişdikcə  təyin  etmək  məqsədə  uyğundur. 
Fiziki  sahə  haqda  dəqiq,  düzgün  məlumat  almaq  üçün  tədqiqat 
aparılan  nümunələrin  sayı  30—100-dən  az  olmamalıdır.  Fiziki 
xassələri  birbaşa  çöldə,  marşrutda,  həm  də  marşrutdan  götürülmüş 
nümunələrdə  laboratoriya  şəraitində  təyin  etmək  olar.  Çöl  işləri 
zamanı kəsilişlərdə birbaşa süxurların elektrik, maqnit, radioaktivlik, 
qravimetrik və elastiklik xassələrini öyrənmək olar. Alınan qiymətlər 
o vaxt tam doğru olar ki, aşağıdakı faktorlar  nəzərə alınsın. Layların 
çatlığı,  məsaməli  olması,  su  ilə  doymuş  olması  və  ya  olmaması, 
suyun tərkibində mineral duzların nə miqdarda olması və s. 
      Süxurların  təbii  yatım  (uzanma)  şəraitində  fiziki  xassələrinin 
öyrənilməsi  üçün  adətən  açıq  yerdə  və  yaxud  mədənlərdə  fiziki 
parametrlərin ölçülməsi işləri aparılır. Fiziki parametrlərin təyini za-
manı  çalışmaq  lazımdır  ki,  ölçmə  işləri  müxtəlif  süxurların  təmasda 
olduğu yerdən uzaqda aparılsın. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə