Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

 
71 
 
V Fəsil  
GEOFİZİKİ TƏDQİQAT ÜSULLARI HAQQINDA ÜMUMİ 
MƏLUMAT 
§14. Geofizikanın fiziki əsasları və inkişaf tarixi 
Geofizika  Yer  qabığının  bərk  və  maye  qatlarında  baş  verən  fiziki 
prosesləri  və  bununla  bağlı  olan  hadisələri  öyrənən  bir  elmdir. 
Geofiziki  tədqiqatlardan  alıian  nəticələr,  demək  olar  ki,  birbaşa 
geologiyada  istifadə  olunur,  Yerin  dərin  qatlarının  və  daxili 
quruluşunun  öyrənilməsində  yeganə  məlumat  mənbəyidir  ki,  Yerin 
dərin qatlarına girmədən  oranı tədqiq etməyə imkan verir.              
      Geofiziki  kəşfiyyat  üsulları  Yerin  süni  və  təbii  fiziki  sahələrinin 
öyrənilməsinə  əsaslanmışdır.  Yerin  fiziki  sahəyə  malik  olması 
insasanlara  hələ  çox  qədim  zamanlardan  məlum  idi,  ançaq  bu 
sahələrdən  istifadə  edərək  Yerin  daxili  qatlarının  quruluşunun 
öyrənilməsinə  və  faydalı  qazıntıların  axtarışına  XVII  əsrdə 
başlamışlar. 
Əməli 
cəhətdən 
geofizika 
üsulunun 
geoloji 
məsələlərinin  həllində  istifadə  olunmasına  XIX  əsrin  sonları  XX 
əsrin  əvvəllərində  əldə  olunan  külli  mişarda  tədqiqatların 
nəticələrinin toplanmasından sonra başlanmışdır. Həmin dövrdə həm 
elmi,  həm  də  iştisadi  cəhətdən  ilkin  şərtlər  artıq  bu  üsulun  işlənib 
hazırlanmasına  tam  təminat  verirdi.  Geofiziki  kəşfiyyat  yerdə 
öyrənilən  fiziki  sahələrin  müxtəlifliyinə  görə  bir  neçə  üsullara 
bölünmüşdür:-Maqnit,  Qravi,  Elektrik,  Seysmik  və  Radioaktiv 
elementlərin  kəşfiyyatları  daxildir.  Vaxt  keçdikcə  bu  üsullar  geniş 
inkişaf etməyə və şaxələnməyə başlanmışdır. 
  
 Maqnit kəşfiyyatının köməyi ilə süxurların və dəmir filizinin 
yaratdığı  maqnit  sahəsinin  müxtəlifliyi  öyrənilir.  Qravimetrik 
kəşfiyyat  süxurlarının  sıxlığına  əsaslanaraq  Yerin  müxtəlif 
nöqtələrində cismin sərbəstduşmə təcilinin qiymətinə təsiri öyrənilirr. 
       Elektrik  kəşfiyyatı  süxurlardan  elektrik  cərəyanı  keçdikdə  onda 
baş  verən  prosesləri  öyrənir.  Seysmik  kəşfiyyat  üsulu  süxurlarda 
elastik dalğaların yayılmasını tədqiq edir. Radioaktiv kəşfiyyat üsulu 
süxurlarda süni və təbii radioaktivliyi təyin etməklə məşğul olur. 


 
72 
      Dərin  quyuların  və  quyuətrafı  sahələrin  tədqiqi  ilə  məşğul  olan 
geofiziki üsula quyu geofizikası deyilir.  
      Geofiziki  üsullar  müxtəlif  şəraitlərdə  istifadə  olunur:  Yer 
səthində,  havada,  kosmosda,  dənizdə  dərin  şaxtalarda  və  müxtəlif 
dağ- mədən işləri aparılan ərazidə. Geoloji məsələlərin daha səmərəli 
həlli  üçün  kompləks  geofiziki  üsullardan  istifadə  olunur.  Geofiziki 
kəşfiyyat  üsulu  ilə  aşkar  edilən  fiziki  sahəni  yoxlamaq  üçün 
geokimyəvi və geoloji üsullar sıx əlaqədə aparılmalıdır.      
  İlk geofiziki metod maqnit kəşfiyyatı üsuludur. Bu üsuldan ilk dəfə 
XVII əsrin ikinci yarısında İsveçdə istifadə olunmuşdur. 
Rusyada maqnit kəşfiyyat işləri keçən əsrin sonlarından başlayıb. İlk 
tədqiqat Uralda D.İ.Mendeleyev tərəfindən aparılıb (1899 il), Kursk 
quberniyasında N.D.Pilçikov (1888) və Ya.Leystov tərəfindən (1894, 
1896-1914 illərdə), Uralda və Sibirdə V.İ. Bauman tərəfindən (1914-
1918 illər) aparılmışdır. 
SSRİ-də  maqnit  axtarışları  üsulunun  inkişafında  V.İ.Bauman  və 
digərləri  böyük  rol  oynamışlar.  Bauman  dağ  mədən  institutunun 
professoru  vəzifəsində  çalışdığı  dövrdə  bu  üsulun  nəzəriyyəsini  və 
çöl işlərinin metodikasını işləyib hazırlamışdır. 
SSRİ-də  geofiziki  üsulla  dəmir  filizi  axtarışı  işinə  1919-cu  ildən 
başlamışlar.  20-çi  əsrin  əvvəllərindən  başlayaraq  maqnit  axtarışları 
üsulu  nəinki  dəmir  filizi  axtarışında,  eyni  zamanda    geoloji 
məsələlərin həllində geniş istifadə olunmağa başlanmışdır. 
Dunyada  ilk  dəfə  olaraq  təyarə  ilə  maqnit  axtarışı  aparmaq  üçün 
cihazlar  SSRİ-də  yaradılmışdır.  Bu  cihazın  müəllifi  Leninqrad  Dağ 
mədən  institutunun  professoru  A.A.Loqaçov  olmuşdur.  Hal-hazırda 
keçmiş  Sovetlər  ölkəsinin  ərazisi  Aeromaqnit  kəşfiyyatın  nəticələri 
ilə tam örtülmüşdur. Miqyası isə 1:1000 000 və 1:200.000 idi. Hal-
hazırda tədqiqat işləri 1:5000 1:25000 miqyasında aparılır. 
Qravi  kəşfiyyat  üsulu  ilə  geoloji  məsələlərin  həlli  XX  əsrin 
əvvəllərində  macar  alimi  R.Etvişin  icad  etdiyi  qravimetrik 
variometrin kəşfindən sonra başlanmışdır. Məhsuldar iş qabiliyyətinə 
malik  olan  cihazlar—qravimetrlər  1930-cu  ildə  Amerika  və  İsveçdə 
istehsal olunmağa başlamışdır. 


 
73 
Keçmiş Sovetlər ölkəsində qravimetrlərin hazırlanmasında aşağıdakı 
alimlər 
iştirak 
etmişlər: 
S.A.Poddubnı, 
M.S.Molodenski, 
K.Ə.Veselov, A.M.Lozinskaya və başqaları. 
Qravikəşfiyyatın nəzəriyyəsinin işlənib hazırlanmasında B.A. Andre-
yevin,  Q.A.Həmbursevin,  Q.M.Nikifirovun  və  başqalarının  əməyi 
çox olmuşdur. 
İlk dəfə elektrik cərəyanından faydalı qazıntıların axtarışında 
istifadə olunması  keçən  əsrin ortalarından başlamışdır. 1929-cu ildə 
ingilis  alimi  A.  Foke  ilk  dəfə  olaraq  mis  filizi  yatağı  üzərində  təbii 
elektrik sahəsinin mövcud olduğunu müşahidə etmişdir.  1912-ci ildə 
fransız  alimi.  K.Şlyumberc  sabit  cərəyan  elektrik  axtarışı  üsulunu 
işləyib  hazırladı.  İsveç  alimləri  N.Zundberq  və  K.Zundberq  təklif 
etdilər  ki,  elektrik  kəşfiyyatında  dəyişən  cərəyandan  da  istifadə 
etmək olar. 
Keçmiş  Sovetlər  ölkəsində  elektrik  kəşfiyyat  üsulunun  yaradıcısı 
Leninqrad Dağ mədən institutunun professoru A.A.Petrovski olmuş-
dur.  Elektrik  axtarışları  üsulunun  inkişafında  L.İ.Alpin,  A.Y.Boq-
danov, V.N.Daxnov, A.İ.Zabrovski, Ə.N.Kalenov, A. M. Pılayev, A. 
S. Semenov böyük əmək sərf ətmişlər. Axır vaxtlar elektrik kəşfiyyat 
üsulu nəinki filiz və qeyri filiz yataqlarını, eyni zamanda neft və qaz 
yataqlarının axtarışında geniş istifadə olunur. 
Seysmik  kəşfiyyat  üsulu  1930-cu  illərdə  keçmiş  Sovetlər  ölkəsində 
geniş  istifadə  olunmağa  başlamışdır.  Bu  sahədə  cihazların 
hazırlanmasında, nəzəriyenin işlənib tamamlanmasında akademik B. 
B.  Qolitsinin  böyük  əməyi  olmuşdur.  O,  1912-1916  illər  ərzində 
mexaniki  rəqsləri  elektrik  rəqslərinə  çevirən  seysmoqrafları  ixtira 
etmişdir. 
Seysmik kəşfiyyat üsulunun inkişafında və seysmik kəşfiyyat 
məktəbinin yaranmasında Q.A.Hambursevin böyük rolu olmuşdur. 
Təbii  radioaktivlik  üsulu  ilk  dəfə  fransız  fiziki  A.  Bekkerl 
tərəfindən 1896-cı  ildə kəşf edilmişdir. Bu xassədən istifadə edərək 
radioaktiv elementlərin axtarışı XX əsrin 30-cu illərinin sonlarından 
başlanmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə