Xocali soyqirimi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18315
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
94 
 
Nahaq qan yerdə qalmaz 
 
Ermənilər öz havadarlarına arxalanaraq Xocalıda azərbaycanlılara qarĢı soyqırım törətdilər. Erməni silahlı 
qüvvələri  imperiya  əsgərləri  ilə  birlikdə  dinc  insanları  -  uĢaqları,  qadınları,  qocaları,  yaralıları  qətlə  yetirərək 
qədim yaĢayıĢ məskənini yerlə-yeksan etdilər. Faciənin səhəri gün Azərbaycanın o vaxtkı rəhbərlərinin tapĢırığı 
ilə  belə  bir  yalan  məlumat  yayıldı  ki,  guya  Xocalıda  iki  nəfər  həlak  olub,  vəziyyətə  nəzarət  edilir.  Milli 
xəyanətkarlar öz soydaĢlarına qarĢı törədilmiĢ dəhĢətli soyqırımdan sonra da Moskvanın göstəriĢlərinə itaət edir 
və boyun əyirdilər. Faciənin miqyası isə çox dəhĢətli idi. 613 nəfər qətlə yetirilmiĢ, 1275 nəfər əsir düĢmüĢ, 8 
ailə büsbütün məhv edilmiĢ, 200 nəfərdən çox insan yaralanmıĢdı. 
Həmin  vaxt  meyitləri,  yaralıları  Ağdama  gətirir,  erməni  vəhĢiliyindən  qurtula  bilmiĢ  insanlar  evlərdə, 
ictimai  binalarda  yerləĢdirilirdi.  O  dəhĢətli  mənzərə  mənim  də  gözümün  qarĢısından  çəkilmir.  Həmin  vaxt 
"Qarabağ"  qəzetinin  əməkdaĢları  bir  tərəfdən  yaralıların  daĢınmasına  kömək  göstərir,  digər  tərəfdən  erməni 
vəhĢiliyini əks etdirən və hadisəyə soyqırım kimi qiymət verən yazılar dərc edirdilər. 
Bölgədə hamı Ģok vəziyyətinə düĢmüĢdü. Faciədən iki gün sonra ermənilər Ağdam Ģəhərini bir neçə saat 
fasiləsiz olaraq raket atəĢinə tutdular. Ölənlər və yaralananlar oldu. Əhali yenidən pərən-pərən düĢdü. Soyqırım 
haqqında  dünya  ölkələrinə  məlumat  vermək  əvəzinə,  onu  gizlətməyə  çalıĢan  keçmiĢ  iqtidar  bununla  yeni  bir 
xəyanətə  yol  verdi.  Ağdamda  isə  camaat  mitinq  keçirir,  faciənin  səbəbkarlarını  lənətləyir  və  Naxçıvan  Ali 
Məclisinin sədri Heydər Əliyevi köməyə çağırırdı. 
Xalqın  haqlı  tələbi  və  təkidi  ilə  hakimiyyətə  qayıdan  Heydər  Əliyev  digər  faciələrimiz  kimi,  Xocalı 
soyqırımına da dərhal siyasi-hüquqi qiymət verdi, öz mövqeyini bütün dünyaya bildirdi: "Biz kədər içindəyik, 
qəm içindəyik. Üç ildir ki, bu qəm-dərdi çəkirik. Bu gün Xocalı faciəsinin nə qədər dəhĢətli faciə olduğunu və 
Azərbaycan  xalqına  nə  qədər  böyük  zərbə  vurduğunu  bir  daha  dərk  etdik,  bir  daha  hiss  etdik.  Ancaq  eyni 
zamanda,  bu  faciə  də,  bu  soyqırımı  da,  son  6  ildə  Azərbaycanın  baĢına  gələn  bəlalar  da  xalqımızın  iradəsini 
qırmayıbdır və qara da bilməz!" 
Ağır  faciələr  yaĢamıĢ  xalq  öz  milli  lideri,  dünya  Ģöhrətli  siyasi  xadim  Heydər  Əliyevin  ətrafında  sıx 
birləĢərək Azərbaycan  dövlətinin  möhkəmləndirilməsinə  nail oldu. Hazırda Xocalı rayonundan 419 ailə (1895 
nəfər) Bərdədə məskunlaĢıb.  Yerli Ġcra Hakimiyyəti öz yurdlarından didərgin düĢmüĢ əhaliyə hərtərəfli diqqət 
və  qayğı  göstərir,  onlardan  öz  köməyini  əsirgəmir.  Xocalı  rayon  Ġcra  Hakimiyyətinin  rayondakı  nümayəndəsi 
Ramiz Qəhramanov bu barədə məlumat verərək deyir: 
-  Qaçqın  və  məcburi  köçkünlərin  üzləĢdiyi  problemlərin  həll  edilməsi  istiqamətində  ardıcıl  tədbirlər 
həyata  keçirilir.  PeĢə  liseyində  məskunlaĢmıĢ  məcburi  köçkünlərin  elektrik  enerjisinə  olan  tələbatım  ödəmək 
məqsədilə bura əlavə xətt çəkilib, içməli su problemi həll edilib. Pensiya və müavinətlər, yemək xərcləri vaxtlı-
vaxtında  ödənilir.  Məcburi  köçkünlərin  iĢlə  təmin  edilməsi  ön  plana  çəkilib.  Onlarla  ailəyə  torpaq  sahələri 
ayrılıb. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məĢğul olanlara güzəĢtli Ģərtlərlə kredit verilib. Burada orta 
məktəb, klub, kitabxana, tibb məntəqəsi də fəaliyyət göstərir. 
Azərbaycanın milli qəhrəmanı ġakir Salahovun atası ġamil kiĢi deyir: 
-  Möhtərəm  Prezidentimiz  Heydər  Əliyevin  qaçqın  və  məcburi  köçkünlərə  göstərdiyi  diqqət  və  qayğını 
gündəlik həyatımızda hiss edirik. Bu bizə çox böyük mənəvi dayaqdır, ümidimizi, inamımızı 
artırır. Allaha çox Ģükür ki, dövlətimiz gündən-günə güclənir, güzəranımız getdikcə yaxĢılaĢır. Biz əl-ələ 
verərək torpaqlarımızı erməni iĢğalçılarından təmizləyəcəyik. YaĢımın bu çağında öndə getməyə hazıram. 
GörüĢüb  söhbət  etdiyimiz  adamların  demək  olar  ki,  hamısı  ġamil  kiĢinin  sözləri  ilə  Ģərik  olduqlarını 
bildirdilər.  Xocalılılar  sabaha  ümidlə  baxır  və  inanırlar  ki,  cənab  Heydər  Əliyevin  rəhbərliyi  altında  iĢğal 
olunmuĢ torpaqlar geri qaytarılacaq, müstəqil Azərbaycanın ərazi bütövlüyü tam təmin ediləcəkdir. 
Bu insanlar belə müqəddəs bir arzu və inamla yaĢayırlar. Haqq ədalətin bərqərar olacağına, Azərbaycan 
xalqının haqq iĢinin qələbə çalacağına inanan insanların birliyi, əqidə bütövlüyü sarsılmazdır. Atalar demiĢkən, 
nahaq qan yerdə qalmaz. 
 
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003, 
S.87-89
 
 


Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
95 
 
Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu birmənalı təsdiqləyir 
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiĢ Xocalı faciəsi iki yüz ilə 
yaxın  müddətdə  erməni  Ģovinist-millətçiləri  tərəfindən  azərbaycanlılara  qarĢı  müntəzəm  olaraq  həyata 
keçirilən  etnik  təmizləmə  və  soyqırımı  siyasətinin  davamı,  ən  qanlı  səhifəsidir.  Xocalı  qətliamı 
Ermənistanın  Dağlıq  Qarabağı  iĢğal  etmək  məqsədilə  apardığı  iĢğalçılıq  müharibəsinin  gediĢində  dinc 
azərbaycanlı əhaliyə qarĢı törədilmiĢ soyqırımı cinayətlərinin  miqyasca ən dəhĢətlisidir. Tarixi abidələri 
ilə  fərqlənən,  Azərbaycan  tarixinin  öyrənilməsində  mühüm  əhəmiyyət  kəsb  edən  qədim  mədəniyyətə, 
strateji önəmə malik Xocalı rayonu erməni separatizminin, Ģovinizminin qurbanı olmuĢdur. 
 
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarĢı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 
nəfərin, o cümlədən 106 qadının, 63 azyaĢlı uĢağın, 70 qocanın həyatına son qoydu. 487 nəfər Ģikəst oldu, 1275 
dinc  sakin  əsir  götürüldü,  150  nəfər  itkin  düĢdü.  Bu  soyqırımı  aktı  nəticəsində  bəzi  ailələr  bütünlüklə  məhv 
edildi,  mülki  əhali  görünməmiĢ  qəddarlıqla  qətlə  yetirildi,  əsir  götürülənlərə  amansız  iĢgəncələr  verildi.  Bu 
əməllərin  qabaqcadan  düĢünülmüĢ  qaydada,  milli  əlamətinə  görə  insanların  tamamilə  və  ya  qismən  məhv 
edilməsi  niyyətilə törədilməsi beynəlxalq və  dövlətdaxili hüquqa əsasən  məhz soyqırımı  olduğunu sübut  edir. 
Erməni  qəsbkarlarının  törətdikləri  bu  vəhĢilik  və  vandalizm  aktı  tərəqqipərvər  bəĢəriyyətin  genosid  kimi 
tanıdığı Xolokost, Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir.  
O  vaxt  BMT-yə  yeni  üzv  qəbul  olunmuĢ  Azərbaycanın  həmin  dövrdə  bu  mötəbər  təĢkilatın 
prinsiplərinə əsaslanmaqla Xocalıda baĢ verən faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər 
həyata  keçirməməsi  olduqca  təəssüfləndirici  faktdır.  Halbuki  beynəlxalq  hüquqa  görə,  genosid  sülh  və 
bəĢəriyyət  əleyhinə  yönələn  əməl  olaraq  ən  ağır  beynəlxalq  cinayətlərdən  biri  sayılır.  BMT  BaĢ  Məclisinin 
1946-cı  il  11  dekabr  tarixli  96  (I)  saylı  qətnaməsində  də  qeyd  olunur  ki,  genosid  insan  qruplarının  yaĢamaq 
hüququnu tanımamaqla insan  mənliyini təhqir  edir, bəĢəriyyəti insanlar tərəfindən  yaradılan  maddi  və  mənəvi 
dayaqlardan  məhrum  edir.  Belə  bədnam  əməllər  BMT-nin  məqsəd  və  vəzifələrinə  tam  ziddir.  BMT  BaĢ 
Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiĢ "Genosid cinayətinin qarĢısının alınması 
və  cəzalandırılması  haqqında"  Konvensiyanın  2-ci  bəndində  göstərilən  Ģərtlər  də  Xocalı  faciəsinin  məhz 
soyqırımı  adlandırılmasına  tamamilə  imkan  yaradırdı.  Konvensiyaya  qoĢulan  dövlətlər  sülh,  yaxud  müharibə 
dövründə  törədilməsindən  asılı  olmayaraq,  genosidin  beynəlxalq  hüquq  normalarını  pozan  cinayət  olduğunu 
təsdiq  edərək,  onun  qarĢısının  alınması  və  səbəbkarlarının  cəzalandırılması  üçün  tədbirlər  görməyi  öhdələrinə 
götürmüĢlər.  Ermənistanın  Azərbaycana  qarĢı  təcavüzü  zamanı  həmin  konvensiyada  təsbit  olunmuĢ  genosid 
cinayətini təĢkil edən bütün əməllər tətbiq olunmuĢdur. Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, 
etnik,  yaxud  dini  qrupun  tam  və  ya  qismən  məhv  edilməsilə  törədilən  bir  sıra  hərəkətlər  genosid  (soyqırımı) 
cinayətinin mahiyyətini təĢkil edir. Bu hərəkətlər - həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, 
onların  fiziki  məhvinə  səbəb  olan  həyat  Ģəraitinin  yaradılması,  uĢaqların  zorla  bir  insan  qrupundan  alınıb 
baĢqalarına verilməsi törədilmiĢ cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir.  
Bu  hüquqi  meyarlardan  yanaĢdıqda,  ermənilərin  Xocalıda  törətdikləri  dəhĢətli  cinayətlərin  genosid 
olduğuna heç bir Ģübhə qalmır. Həmin gün mənfur erməni silahlı birləĢmələri Xocalı əhalisini məhz milli-etnik, 
dini səbəblərlə son nəfərinədək qətlə yetirmək, məhv etmək məqsədini qarĢıya qoymuĢdular.  
Xocalı  soyqırımı  və  iĢğalçı  Ermənistanın  torpaqlarımızda  törətdiyi  digər  faciələr  nəticəsində  Ġnsan 
hüquqları  haqqında  Ümumi  Bəyannamədə,  Ġnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında 
Avropa  Konvensiyasında  və  digər  beynəlxalq  aktlarda  təsbit  olunmuĢ  hüquq  və  azadlıqlar,  o  cümlədən 
insanların yaĢamaq hüququ kobud Ģəkildə, kütləvi surətdə pozulmuĢ, onların Ģərəf və ləyaqəti tapdanmıĢdır. 
1992-1993-cü  ilin  yarısına  qədər  hakimiyyətdə  olmuĢ  səriĢtəsiz  və  yarıtmaz  qüvvələr  bu  və  digər 
hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç 
bir  iĢ  görmədilər.  Halbuki  artıq  Dağlıq  Qarabağ  münaqiĢəsi  beynəlxalq  ictimaiyyətin  diqqət  mərkəzinə 
gətirildiyi,  beynəlxalq  müstəvidə  danıĢıqların  baĢlandığı  dövr  idi.  Ermənilər  Azərbaycanın  guya  təcavüzkar 
olduğunu sübuta yetirmək üçün təbliğat maĢınını tam gücü ilə iĢə salaraq "Sumqayıt olayları"nı dünyaya bəyan 
etdilər.  Hətta  1993-cü  il  fevralın  23-də  imzalanmıĢ  "Azərbaycana  qarĢı  edilmiĢ  vəhĢiliklərin  açıqlanması 
haqqında" fərman da kağız üzərində qalmıĢdı.  
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faĢizminin ifĢası ilə bağlı ilk praktik 
təĢəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdıĢından sonrakı dövrə təsadüf edir. 
Ümummilli  lider  ilk  gündən  Ermənistanın  Azərbaycana  qarĢı  həyata  keçirdiyi  soyqırımı  və  terror  siyasətinin 
mahiyyətini,  habelə  ərazilərimizin  iĢğalından  sonra  Dağlıq  Qarabağın  terrorizm  mənbəyinə  çevrilməsi,  orada 
narkotik  maddələrin  yetiĢdirilməsini,  mədəni  abidələrin  məhv  edilməsi  faktlarının  və  digər  faktların  dünya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə