Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 278,79 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix05.03.2018
ölçüsü278,79 Kb.
#30312
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Kəskin appendisit

Əsaslar

(appendiks) içində və ətrafında irin yaranır (irinləmə). Perforasiyalar, adətən, soxulcanabənzər çıxıntının

(appendiks) ucunda deyil, obstruksiyadan sonra rast gəlir. 

[11]


ƏSASLAR

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

5



Kəskin appendisit

Prolaktika

PROFİLAKTİKA

6

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Kəskin appendisit

Diaqnoz

Xəstəlik hadisəsi tarixçəsi

Xəstəlik hadisəsi tarixçəsi #1

22 yaşlı kişi təcili yardım şöbəsinə müraciət edir və abdominal ağrı, anoreksiya, ürəkbulanma və

subfebril hərarətdən şikayət edir. 6 saat bundan əvvəl qarın nahiyəsinin mərkəzində ağrı başlayıb və

indi, qarın nahiyəsinin sağ, aşağı kvadrantındadır. Ağrı sabitdir və öskürən zaman kəskinləşir. Fiziki

müayinə zamanı subfebril hərarət (38°C; 100.5°F), palpasiya zamanı aşağı sağ kvadrantda ağrı (Mak-

Burney əlaməti), leykositoz (12 x 10^9/L və ya 12,000/mikrolitr) və 85%-lik neytrollər müşahidə edilir.

Xəstəlik hadisəsi tarixçəsi #2

12 yaşlı qız qəətən başlayan, kəskin, ümumi abdominal ağrı və onunla əlaqəli ürəkbulanma, qusma və

ishaldan şikayət edir. Müayinə zamanı qız halsızdır və 40°C (104°F) hərarəti var. Onun qarın nahiyəsi

gərgindir, ümumi həssaslıq və qoruyucu spazm vardır. Bağırsaq səsləri yoxdur.

Digər təzahürlər

Atipik soxulcanabənzər çıxıntı anatomiyası, məs., retrosekal və ya uzun soxulcanabənzər çıxıntı

(appendiks) arxa, bud və ya sol tərəi abdominal ağrı törədə, bu da alternativ intra-abdominal diaqnoz

ilə səhv salına bilər. Daha yaşlı xəstələrdə klassik simptomların olması ehtimalı daha azdır və qeyri-

spesik abdominal ağrı və əlaqədar əlamətlər və ya sayıqlama ola bilər. Bu qrupdakı təzahür və

ya diaqnostikanın gecikməsi yüksək xəstələnmə və ölüm göstəricisi riskinın artması ilə nəticələnir.

Hamiləlik zamanı kəskin appendisit diaqnozu, adətən, gec qoyulur, soxulacanabənzər çıxıntının

(appendiks) yerinin uşaqlıq tərəndən dəyişdirildiyinə görə ağrının lokalizasiyası dəyişir və ürəkbulanma

və qusma kimi simptomlar isə adətən, hamiləliyin özü ilə əlaqələndirilir.

[3]

Mərhələli diaqnostik yanaşma

Adi anamnez və ziki müayinə kəskin appendisit diaqnozunu əldə etmək üçün kifayətdir.

[2]

 Lakin, xüsusilə



ABŞ-da belə bir praktika var ki, xəstə appendisitə işarə edən qarın ağrısı ilə təcili yardım şöbəsinə müraciət

edirsə, həmin xəstə hamilə deyildirsə, onun qarın boşluğu və çanağının KT müayinəsi icra edilir.

Sağ qalça çuxuruna meylli mərkəzi abdominal ağrının klassik simptomlarının və əlaqədar anoreksiya

əlamətləri və qusmanın olmadığı atipik təzahürlər zamanı ultrasəs müayinəsi və ya KT müayinəsi icra

edilməlidir. Reproduktiv yaşda olan qadınlarda çanaq patologiyalarının istisna edilməsi üçün çanağın

müayinəsi aparılmalıdır. Sağ tərəi abdominal ağrısı olan, ürəkbulanma və qusması olan hamilə qadınlar

çətinlik yaradır, onlar ultrasəs müayinəsinə istiqamətləndirilməli, daha sonra MRT və ya KT müayinəsi icra

edilməlidir. 

[22]

Anamnez

Müraciət zamanı qarında ağrı ən tez-tez rast gələn şikayətdir. Ağrı, adətən, orta-abdominal nahiyədə

başlayır və daha sonra (1-12 saat) sağ, aşağı kvadranta keçir. Adətən, ağrı sabitdir və fasiləli abdominal

spazmlarla müşayiət edilir, hərəkət və öskürək zamanı kəskinləşir.

DİAQNOZ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

7



Kəskin appendisit

Diaqnoz

DİAQNOZ


Ağrının yeri soxulcanabənzər çıxıntının (appendiks) mövqeyindən asılı olaraq dəyişə bilər:

• Retrosekal soxulcanabənzər çıxıntı (appendiks) yan və ya bel ağrısı törədir

• Bağırsağın arxasındakı soxulcanabənzər çıxıntı (appendiks) spermatoz arteriya və ya sidik yolunu

qıcıqlandırdığına görə xayalıq ağrısı törədə bilər.

• Çanaqda yerləşən soxulcanabənzər çıxıntı (appendiks) qasıqüstü ağrı törədə bilər.

• Sol, aşağı kvadrantda yerləşən uzun soxulcanabənzər çıxıntının (appendiks) iltihablı ucu həmin

nahiyədə ağrı törədə bilər.

Anoreksiya digər vacib simptomdur, demək olar ki, həmişə kəskin appensiditlə əlaqələndirilir.

[23]

Anoreksiya olmasa, kəskin appendisit diaqnozu sual altındadır. Ürəkbulanma və qusma, həmçinin,



xəstələrin 75%-də rast gəlir. 

[23]


 Qusma, adətən, bir və ya iki dəfə baş verir. Gecikmiş mərhələdə, tam

qəbizlik baş verir.

Kəskin appendisit xəstələrinin 95%-də əlamətlərin ardıcıllığı, adətən, anoreksiya, daha sonra abdominal

ağrı və daha sonra qusmadan (xəstələrin yalnız 75%-də) ibarətdir. 

[23]

 Lakin hamilə xəstələrdə,



appendisit diaqnozu ilə əhəmiyyətli əlaqəsi olan əlamətlərə ürəkbulanma, qusma və yerli peritonit

daxildir.

[24]

Simptomlar davam etdikcə və daha yaşlı xəstələrdə (50 yaşdan yuxarı) fəsadlaşmış appendisit (qarın



boşluğudaxili absesin perforasiyası)

[25]


 ehtimalı artır. 

[26]


Fiziki müayinə

Adətən, həyati əlamətlərdə əhəmiyyətli dəyişiklik olmur. Bədən temperaturu azca artmış ola bilər (orta

hesabla (1°C; 1.8°F). Yüksək hərarətlə müraciət edən xəstələrdə digər diaqnoz nəzərə alınmalıdır.

[27]


Taxikardiya və pis qoxu da mövcud ola bilər.

[28]


Klassik əlamət sağ, aşağı kvadrantda abdominal həssaslığın (Mak-Burney əlaməti) və, appendiks öndə

yerləşirsə, lokallaşmış Şetkin Blümberq simptomunun olmasıdır. Sol, aşağı kvadrantı sıxandan sonra sağ

aşağı kvadrantda ağrı ola bilər (Rovsinq əlaməti).

Qalça-bel əzələsinin (bel əlaməti) dartındığına və ya dartınmış sağ budun daxili fırlanmasına görə

(obturator əlamət), xəstə sol tərəfdə uzanan zaman ağrı başlayır və tədricən sağ tərəfə doğru keçir.

Xüsusilə sağ tərəə sol tərəi müqayisə etdikdə, bağırsaq səsləri azalmış ola bilər.

Soxulcanabənzər çıxıntı (appendiks) atipik mövqedədirsə, klassik abdominal əlamətlər olmaya bilər.

Perforasiyalı xəstələr müraciət edərkən, onların kəskin xəstə olması və gərgin, genişlənmiş qarın

nahiyəsinin, ümumi qoruyucu ksasiyasının mövcudluğu və bağırsaq səslərinin olmaması müşahidə edilə

bilər.


Soxulcanabənzər çıxıntının perforasiyasının piylikdə qalaraq periappendikulyar abseslə nəticələndiyinə

görə, palpasiya olunan kütlə hiss edilə bilər.



Müayinə

Qarın nahiyəsində diskomfortu olan bütün xəstələr qanın ümumi kliniki analizini verməlidir. Adətən,

mülayim leykositoz (10-18 x 10^9/L və ya 10,000 - 18,000/mikrolitr), neytrollərin yüksəlməsi mövcud

olur.


8

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Yüklə 278,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə