Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 278,79 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix05.03.2018
ölçüsü278,79 Kb.
#30312
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Kəskin appendisit

Diaqnoz

Kliniki əlamətlər kəskin appendisitə işarə edirsə, cərrahi müdaxilənin gecikdirilməməsi üçün əlavə

müayinələr aparılmalıdır.

[29]


 ABŞ-da appendisitə işarə edən abdominal ağrı ilə təcili yardım şöbəsinə

müraciət edən əksər hamilə olmayan xəstələrin qarın boşluğu və çanağının KT müayinəsi keçirilir. Bu

praktika digər ölkələrdə dəyişə və KT müayinəsinin olub-olmamasından asılı ola bilər.

Palpasiya olunan abdominal kütləsi olan xəstələrin ultrasəs müayinəsi və ya KT müayinəsi olmalıdır.

[30]

İkimənalı kliniki nəticələri olan xəstələrdə, qarın boşluğunun ultrasəs və ya KT ilə aşkarlayıcı müayinəsi



keçirilməlidir.

[31]


 Əməliyyat öncəsi aşkarlayıcı müayinə, xüsusilə, qadın və uşaqlar üçün faydalı ola

bilər. 


[32]

 

[33]



KT müayinəsinin appendisitin diaqnostikasında ultrasəs müayinəsinə nisbətən daha həssas və spesik

olmasına baxmayaraq, 

[34]

 

[35]



 ultrasəs müayinəsinin keçirilməsi daha asandır, daha sürətlidir və

yataqda icra edilə bilər. 

[36]

 Uşaqlarda, KT ilə müqayisədə radiasiyaya məruzqalmanı azaltmaq üçün,



ultrasəs müayinəsinə üstünlük verilə bilər. 

[33]


 Əgər ultrasəs müayinəsində normal və tam uzunluğa

malik soxulcanabənzər çıxıntı (appendiks) aşkarlanırsa, o zaman kəskin appendisit istisna edilə bilər.

Lakin bu, nadir hallarda baş verir və ultrasəs müayinəsinin ən böyük rahatlığı odur ki, o, abdominal

ağrının digər səbəblərini aşkar edir.

[37]

Appendikulyar KT müayinəsi kəskin appendisit üçün ilkin diaqnostik sınaq kimi getdikcə daha tez-tez



istifadə edilir və ABŞ-da rutin olaraq kəskin appendisit əlamətləri ilə təcili yardım şöbəsinə müraciət

edən xəstələrin KT müayinəsinin icrasına dair göstəriş verilir.

[32]

 Belə bir fərziyyə var ki, KT müayinəsi



atipik təzahürləri olan xəstələr üçün selektiv olaraq istifadə edilməlidir, çünki cərrahiyyənin gecikməsi

appendikulyar perforasiya ehtimalını artırır. 

[29]

 Müayinə protokolları regionlar arasında dəyişə bilər və



xəstələr yerli xəstəxana təlimatlarından istifadə etməlidirlər. Peroral kontrast verilən və ya verilməyən,

venadaxili kontrastla gücləndirilmiş KT müayinəsinin həssaslığı 100%, qeyri-venadaxili kontrastla

gücləndirilmiş KT müayinəsinin həssaslığı isə 92%-dir.

[38]


 

[39]


[Fig-2]

Hamilə qadınlarda appendisit əlamətləri varsa, soxulcanabənzər çıxıntının (appendiks) müəyyən edilməsi

üçün qarın boşluğunun sonoqramması icra edilməlidir. Sonoqram müayinəsinin nəticəsi əsassızdırsa,

qarın boşluğu MRT-si (xüsusilə hamiləliyin erkən dövründə) və ya KT müayinəsi icra edilməlidir.

[22]

Digər səbəblərin istisna edilməsi üçün sınaqlar

Mümkün sidik yolu infeksiyası və ya böyrək kolikasının istisna edilməsi üçün sidik analizi icra

edilməlidir. Reproduktiv yaşda və cinsi fəal olan qadınlar sidiklə hamiləlik testi verməlidirlər.

Risk faktorları

Zəif


6 aydan çox ana südü ilə qidalanma

• Müəyyən mikrobioloji orqanizmlərə qarşı immun reaksiyaya təsir edir. 6 aydan çox ana südü ilə

qidalanan uşaqlarda kəskin appendisitin insidentliyi, 6 aydan az ana südü ilə qidalanan uşaqlara

nisbətən daha yüksəkdir. 

[14]

 

[15]



DİAQNOZ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

9



Kəskin appendisit

Diaqnoz

DİAQNOZ


qidada pəhriz liərinin çatışmazlığı

• Qəbizliyə səbəb olduğu bilinir. Kontrollarla müqayisədə, appendektomiya keçirən uşaqların

pəhrizində lif miqdarı daha az idi.

[7]


 

[16]


 Lakin bu nəzəriyyə ziddiyyətlidir.

[17]


fərdi gigiyenanın yaxşılaşdırılması

• Qərb cəmiyyətində kəskin appendisitin daha yüksək insidentliyi yaşayış şəraiti və fərdi gigiyenanın

yaxşılaşdırılması ilə əlaqədar ola bilər.

[18]


• Mədə-bağırsağın normal mikroorasının tarazlığı infeksiyanın qarşısının alınması, həzm və vacib

qidalandırıcı vasitələrin hazırlanması üçün vacibdir.

[19]

 Antibiotiklərdən tez-tez istifadə və gigiyena



vəziyyətinin yaxşılaşdırılması məruzqalmaya və/və ya mədə-bağırsağın mikroorasının natarazlığına

səbəb olur, beləliklə, mikrooranın natarazlığı virus infeksiyasına qarşı reaksiyanı dəyişdirə və

appendisitə yol aça bilər. 

[20]


siqaretçəkmə

• Passiv siqaretçəkməyə məruz qalan uşaqlarda kəskin appendisitin insidentliyi əhəmiyyətli dərəcədə

daha yüksəkdir.

[21]


 Həmçinin, hər gün siqaret çəkən böyüklər arasında kəskin appendisitin

insidentliyi, heç vaxt siqaret çəkməyən böyüklərlə müqayisədə daha yüksəkdir. 

[21]

Tarix və müayinə faktorları

Əsas diaqnostik faktorlar

abdominal ağrı (adətən rast gəlinən)

• Sabit mərkəzi-abdominal ağrı daha sonra sağ, aşağı kvadranta keçir. Adətən, hərəkət zamanı

kəskinləşir.

anoreksiya (adətən rast gəlinən)

• Demək olar ki, həmişə kəskin appensiditlə əlaqələndirilən digər vacib simptomdur.

[23]


 Anoreksiya

olmasa, kəskin appendisit diaqnozu sual altındadır.

sağ, aşağı kvadrantda həssaslıq (adətən rast gəlinən)

• Klassik əlamət sağ, aşağı kvadrantda həssaslığın olmasıdır (Mak-Burney əlaməti). Xüsusilə

soxulcanabənzər çıxıntı (appendiks) öndə yerləşirsə, təzyiq zəiəyəndə lokallaşmış həssaslıq (Şetkin

Blümberq simptomu) ola bilər. Sol, aşağı kvadrantın sıxılması sağ, aşağı kvadrantda ağrıya səbəb ola

bilər (Rovsinq əlaməti). Qalça-bel əzələsinin (bel əlaməti) dartındığına və ya dartınmış sağ budun

daxili fırlanmasına görə (obturator əlamət) görə, xəstə sol tərəfdə uzanan zaman ağrı başlayır və

tədricən sağ tərəfə doğru keçir.

Digər diaqnostik faktorlar

gənclik və erkən yetkinlik (adətən rast gəlinən)

• Hər hansı yaşda baş verə bilər, lakin daha çox erkən yeniyetməlik dövründə və 40-50 yaş arası rast

gəlir.

ürəkbulanma (adətən rast gəlinən)



• Ürəkbulanma və qusma, həmçinin, xəstələrin 75%-də rast gəlir. 

[23]


10

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Yüklə 278,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə