Xülasə Əsaslar Tərif Epidemiologiya etiologiya Patoziologiya



Yüklə 278,79 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix05.03.2018
ölçüsü278,79 Kb.
#30312
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Kəskin appendisit

Diaqnoz

DİAQNOZ


Diaqnostik meyarlar

Alvarado (MANTRELS) Şkalası

[46]

Yığılan bal xəstələrin kliniki xüsusiyyətlərindən asılıdır. Mümkün 10 baldan nə qədər yüksək bal yığılarsa,



kəskin appendisit riski o qədər yüksəkdir.

M: Ağrının sağ aşağı kvadranta keçməsi = 1 bal

A: Anoreksiya = 1 bal

N: Ürəkbulanma və qusma = 1 bal

T: Sağ aşağı kvadrantda həssaslıq = 2 bal

R: Şetkin Blümberq simptomu = 1 bal

E: Hərarətin qalxması = 1 bal

L: Leykositoz = 2 bal

S: Leykositlərin sayının sola meylliliyi = 1 bal

Kəskin Fizioloji və Xroniki Sağlamlığın Qiymətləndirilməsi II (APACHE II)

balı

[47]


APACHE balı, adətən, intensiv terapiya şöbəsində xəstəliyin ağırlığının və ölüm riskinin müəyyən edilməsi

üçün istifadə edilir. 

 [APACHE II calculator] 

 Bal 25 və ya yuxarı olarsa, ölüm riski yüksəkdir.

APACHE III, təcili yardım şöbəsində ölüm göstəricisi şkalası, Sadələşdirilmiş Kəskin Fiziologiya Balı, Sepsislə

əlaqədar Orqan Çatışmazlığının Qiymətləndirilməsi və II Ölüm göstəricisinin Ehtimalı Modeli daxil olmaqla,

intensiv terapiya şöbəsində istifadə üçün bir neçə digər model vardır.

[48]


 

[49]


 

[50]


16

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Kəskin appendisit

Müalicə

Mərhələli müalicə yanaşması

Müalicənin məqsədi iltihablı soxulcanabənzər çıxıntını çıxarmaqdır.

[Fig-1]

Ağırlaşmamış təzahür

Kəskin appendisit diaqnozu qoyulduqdan sonra xəstələrə peroral qida qəbulu qadağan edilməlidir.

Ringer laktat məhlulu daxil olmaqla, venadaxili mayelər verilməlidir. Əməliyyatdan sonra prolaktik

venadaxili antibiotiklərdən istifadə ziddiyyətlidir; lakin ağırlaşmamış appendisit zamanı yara infeksiyası

riskini azaltmaq üçün sefoksitindən istifadə tövsiyə edilir.

[51]


 Appendektomiya gecikmədən icra

edilməlidir.



Ağırlaşmış təzahür

Kəskin appendisitin ağırlaşmaları 4-6% xəstələrdə baş verir və buraya qanqrena və daha sonra

perforasiya və ya intra-abdominal abses daxildir. 

[11]


İlkin idarəetməyə xəstəyə peroral qəbulun qadağan edilməsi və venadaxili mayelərə başlanması daxildir.

Şokda olan xəstələrin nəbz və qan təzyiqinin sabit saxlanılması məqsədi ilə, Ringer laktat məhlulu kimi

venadaxili mayelər infuziya edilməlidir.

[52]


 

[53]


Venadaxili antibiotiklərə (məs., sefoksitin, tikarsillin/klavulanat və ya piperasillin/tazobaktam) dərhal

başlanılmalı və xəstə hərarətsiz olana və leykositoz aradan qaldırılana qədər davam edilməlidir. Daha

ağır infeksiyalarda, karbapenem antibiotikdən tək preparat və ya üçüncü-nəsil sefalosporin, monobaktam

və ya aminoqlikozid üstəgəl klindamisin və ya metronidazolla anaerob əhatə kimi kombinasiya şəklində

istifadə edilə bilər. 

[11]


Kəskin peritonitli xəstələrdə, appendektomiya gecikmədən icra edilməlidir.

Sağ, aşağı kvadrantda abseslə müraciət edən xəstələr venadaxili antibiotiklərlə və müdaxilə radiologiyası

(KT ilə istiqamətləndirilən drenaj) və ya cərrahi drenaj vasitəsilə müalicə edilməlidir. Kliniki yaxşılaşma

varsa və simptomlar və əlamətlər keçmişdirsə, aralıq appendektomiyasına ehtiyac yoxdur.

[54]

 

[55]



[56]

 Simptomlar tam keçməmişdirsə, aralıq appendektomiyası 6 həftədən sonra icra edilir.

[57]

Soxulcanabənzər çıxıntı absesinin ənənəvi müalicəsi ilə müqayisədə, laparoskopik appendektomiyanın



mümkün birinci-xətt variantı olmasına dair elmi dəlillər vardır; lakin o, tövsiyə edilmir.

[58]


Cərrahi variantlar

Appendektomiya üçün 2 əməliyyat variantı vardır: açıq və laparoskopik.

Böyüklərdə appendektomiya seçimi, adətən, cərrahın təcrübəsindən asılıdır. Tədqiqatlar göstərib ki,

açıq appendektomiya ilə müqayisədə, laparoskopik appendektomiya daha yaxşı kosmetik nəticələr verir,

xəstəxana günlərinin sayını azaldır və əməliyyatdansonrakı ağrını və yara infeksiyası riskini azaldır.

Laparoskopik appendektomiya fəsadlaşmış appendisit,

[38]

 həmçinin, ağırlaşmış və perforativ appendisit



zamanı tövsiyə edilir.

[59]


 O, həmçinin, artıq çəkili xəstələrdə ən təhlükəsiz yanaşma sayılır.

[60]


 Lakin

açıq appendektomiya hamilə qadınlarda ən təhlükəsiz sayılır.

[61]

Laparoskopik appendektomiya zamanı endo-GIA tikici qurğusu endo-ilgəklərə nisbətən güdülü daha



yaxşı bağlayır.

[62]


MÜALİCƏ

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.

BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.

17



Kəskin appendisit

Müalicə

MÜALİCƏ


Uşaqlarda laparoskopik appendektomiya, yara infeksiyası və xəstəxanada keçirilən günlərin ümumi

sayı daxil olmaqla, ümumi əməliyyatdansonrakı fəsadlaşmaların insidentliyini azaldır, lakin açıq

appendektomiya ilə müqayisədə əməliyyatdansonrakı ağrını azaltmır.

[63]


 

[64]


 Buna baxmayaraq, digər

tədqiqat əhəmiyyətli fərqi göstərməmişdir.

[65]

Müalicəyə dair təfsilatlı məlumatların icmalı

Əks göstərişlər, dərman maddəsinin qarşılıqlı təsirləri və alternativ doza daxil olmaqla, dərman haqqında

ətraı məlumat üçün yerli əzcaçılıq məlumatlar bazasına istinad edin. ( (baxın 

İmtina


 )

Kəskin


( xülasəyə )

Xəstə qrupu

Тх xətti

Müalicə


ağırlaşmamış kəskin appendisit

1-ci


appendektomiya + dəstəkləyici müalicə

köməkçi


venadaxili antibiotik terapiyası

perforasiya və ya abses ilə müşayiət

edilən halsızlıq

1-ci


venadaxili antibiotik terapiyası + dəstəkləyici

müalicə


perforasiya

müsbət


appendektomiya

abses


müsbət

drenaj ± aralıq appendektomiyası

18

BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 13, 2017.



BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı

buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara

müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.



Yüklə 278,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə