Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Metafizika – Cild 1, Say 2, 2018 

gəlmiş düzgün inamlar idrak hesab edilə bilməz. Bu təqdirdə hansı amilləri düzgün 

inama  əlavə etmək  lazımdır  ki,  dərk (idrak) əldə edilsin,  sualının  cavabında  onu 

qeyd etmək lazımdır ki, bu barədə müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bu nə-

zəriyyələr,  əsasən, iki əsas  qrupa  bölünür:  İnternalistlər

1

və Eksternalistlər.



2

İnter-


nalistlərdə ənənəvi və yeni fundamentalizmə əsaslanan epistemologiya və məntiqi 

uyğunluq və vəhdət

3

təmayüllü  nəzəriyyələr  geniş  yayılmışdır.  Eksteranistlərdə



mövcud olan nəzəriyyələrin əksəriyyəti müxtəlif izahları ilə birgə güvənə əsaslanır. 

Qeyd edilənlərə əsasən, bu hissəyə aid sonuncu eksteranist nəzəriyyə

4

Alvin Plan-



tinqa

5

tərəfindən irəli sürülmüş zəmanət



6

nəzəriyyəsidir. 

Epistemologiya barəsində digər məsələ onun növləridir. R.Dekart bütün elmi 

gücünü yəqinliyə əsaslanan elm sistemini yaratmaq məsələsinə həsr etmişdi. Devid 

Yum da

7

bu düşüncə ilə işə başlamış və elə bir nəticə əldə etmişdir ki, onun dava-



mını  U.Kuaynın

8

məqalələrində müşahidə edirik.  Amma  burada  dini  mövzularda 



idrak məsələsini daha ətraflı araşdırmaq yerinə düşər.

Dini epistemologiya 

Epistemologiya iki növdür: ümumi və xüsusi. Ümumi epistemologiya sırf id-

rak barəsində informasiya verir və nəzəriyyə yaradır. Ümumi epistemologiya xüsu-

si epistemologiya barəsində fikir irəli  sürmür,  əksinə, əsl  idrakı  axtarır.  Özünün 

əsas mövzusunu xüsusi varlıq deyil, əsl və ümumi varlıq fəlsəfəsi təşkil edir. Epis-

temologiya idrak məsələsində xüsusi  mövzu  barəsində fikir irəli  sürdükdə xüsusi 

epistemologiya hesab olunur və təbii ki, epistemologiyanın aposteriori növünə aid 

edilir. Məsələn, elmi epistemologiya elmi maarifləndirmə,  ürfani  epistemologiya 

mistik təcrübələr və idraklara, dini epistemologiya isə inamlar və dini inanclar ba-

rəsində söhbət açır. 

Xüsusi epistemologiyanın, yaxud ikinci dərəcəli epistemologiyanın mövzusu 

                                                

1

İnternalistic.



2

Externalistic.

3

Coherentizsm.



4

The Theory of External Proper functiuon.

5

Alvin Plantinga (1932- …). Amerikalı müasir epistemoloq.



6

Warrant.


7

David Hume (1711- 1776).  İngilis  filosofu.  D.Yuma  görə səhih biliyin yeganə

predmeti riyaziyyatın obyektləridir. 

8

W. V Quine (1908- 2000). Məntiq elminin əsaslarını,  xüsusilə semantikanı 



genişləndirmiş müasir Amerikalı filosof.

26



Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


o idraklardır ki, xüsusi sahədə bəyan edilir. Bu növ epistemologiya aposteriori və

yaxud ikinci dərəcəli idraka aid edilir. Burada aposteriori və xüsusi sifəti “idrakdan 

sonra”  mənasını  daşıyır.  Daha  dəqiq desək,  əsl  idrakın  mahiyyəti həmin  mövzu 

üçün aprioridir. Bir növ digər idrakların təhlil və analizi barəsində danışır və bura-

da aposteriori İ.Kantın terminoloji cəhətdən istifadə etdiyi “təcrübədən sonra” mə-

nasını daşımır. 

Ümumi epistemologiya xüsusi idraka malik deyil, o özü idrak barəsində nə-

zəriyyə irəli sürür. Belə demək olar ki, ümumi epistemologiya istehsal edən elm və

aposteriori, ikinci dərəcəli epistemologiya isə ümumi  epistemologiyanın  istifadə

edilən predmetidir. Burada nəzəriyyə irəli  sürülməlidir.  İstifadəçi  epistemologiya 

xüsusi idrak sahəsində ümumi epistemologiyada verilən nəzəriyyə və baxışları tət-

biq edir. Buna görə, yolun başlanğıcı ümumi epistemologiyadan başlayır. Nəticə və

məqsədi isə xüsusi epistemologiyadır. Xüsusi, yaxud ikinci dərəcəli epistemologiya 

üç hissəyə şamil edilir: 

- Elmi epistemologiya;  

- Ürfani epistemologiya; 

- Dini epistemologiya.  

Buradan  anlaşılır  ki,  dini  epistemologiya  ikinci  dərəcəli  epistemologiyanın 

tərkib hissəsidir ki, idrakın ümumi qanunlarına əsaslanır. Ümumiyyətlə, dini episte-

mologiya inanclar, əqidə və dini maarifi əsaslandırmaqla məşğuldur.

1

Başqa sözlə,



dini epistemologiyanın mövzusu dinin özü deyil, dini idrakdır. Din insanın düşün-

cəsinə gəldikdə dini epistemologiya səhnəyə daxil  olaraq  dini  maarifin  hökm  və

qaydalarını yenidən tanıtdırmaqla məşğul olur. Dini epistemologiya dini təlimlərin 

ağılla izahıdır. Dini epistemologiya dini idrak sahəsində baş verənlərə xaricdən ba-

xışdır. Dini epistemologiya nə dinə, nə imana, nə də dini inanca aid deyil. Yalnız 

dini idrakdır ki, din alimləri və mütəfəkkirləri buna nail olmuş və dindən əldə et-

mişlər. Dini idrak fəlsəfə, kəlam, təfsir və bunun kimi güclü elmi sahələrə malikdir 

və bütün dini sahələr dini idrak hesab edilirlər və müxtəlif əsrlərdə din alimlərinin 

düşüncələrində yaranmışlar. Din alimi dini idrakı anlamaq və əldə etmək üçün çalı-

şır və öz zəhmətinin nəticəsini dini epistemologiyanın ixtiyarında qoyur. Əvvəldə

deyildiyi kimi, dini epistemologiya ikinci dərəcəli idrak növüdür, yəni digər idrakın 

vəziyyət və sifətlərindən xəbər verən  idrakla  bağlıdır.  Dini  epistemologiya  dini 

                                                

1

Contemporary Perspective on Religous Epistemology, ed: Geivett R. D and Sweetman 

B. pp. 3-16.

27



Metafizika – Cild 1, Say 2, 2018 

maarifdən qaynaqlanır və qidalanır. Bu, onlardan asılılığın göstəricisidir. Dini epis-

temologiyanın aposteriori və ikinci dərəcəli olmasının izahı və mənası budur. 

Dini epistemologiya xaric və yüksəkdən dini maarifi müşahidə etməkdir. Di-

ni epistemologiya yalnız dini maarif sahəsinin bir hissəsi ilə kifayətlənməmişdir. O, 

dini maarifin bir-iki sahəsindən daha da geniş dünyaya malikdir. Xüsusi epistiomo-

logiyanın  məşğul  olduğu  sahə dini maarif toplusudur. Dini epistemologiya dini 

maarifləri təsvir edir, yəni dini maarif aləmində baş verənləri təhlil edir və onlara 

hakimlik etməyə çalışır.  Onlar  dini  epistemologiyada  xüsusi  müasir  meyarlardan 

istifadə edirlər. Dini epistemologiyanın predmeti dini təlim və hökmlərdən ibarət-

dir. Burada, təbii ki, Allaha inanc xüsusi əhəmiyyətə malikdir. Allahın mövcudlu-

ğuna inam ağlasığandır, yoxsa yox? Bu və bu kimi suallar bütün dini epistemoloq-

ları düşündürən əsas mövzulardan hesab olunur.

Anlayışlar

Bildiyimiz kimi, hər sahədə ilk növbədə anlayışlar və ifadələrin hərfi və ter-

minoloji tərifini vermək zərurət daşıyır. Bu zərurət oxşarlıq və fərqli cəhətləri ay-

dın etməkdən yaranır. Əks halda, anlayışları tam qavramaq mümkün olmur və bö-

yük səhvlərə səbəb olur. Sözlərin hərfi cəhətdən oxşarlıqları ədəbiyyat və şeir dün-

yasında çox mühüm rol oynayır, fəlsəfədə isə bir çox problemlər yaradır. Bəzi si-

nonimlər bir-birilərinə o qədər yaxındırlar ki, onların fərqləndirilməsi çox çətindir. 

Fəlsəfədə bir çox səhvlər bunun nəticəsində baş verir. Bəzən bir çox filosof və mü-

təfəkkirlərin bu tələyə düşməsinin şahidi oluruq. Məsələn, “top” və “kök” sözləri

Azərbaycan dilində bir neçə mənada işlədilir.  

Bu problemlər o zaman daha da güclənir ki, bir elmdə bir söz müxtəlif mə-

nalı terminlərdə işlədilsin. Bizim mövzumuza aid olan ağıl və iman terminləri kə-

lam, fəlsəfə və təsəvvüf elmlərində müxtəlif mənalarda işlədilmişdir. Bu da onların 

hərfi və terminoloji cəhətdən müxtəlif məna kəsb etməsinə səbəb olmuşdur. Bu sə-

bəbdən bu terminlərin hərfi və terminoloji cəhətdən araşdırılması zərurəti yaranır. 

Ağlın terminoloji mənası

“Ağıl”  sözü  ərəb dilində “əql”  kəlməsindən  götürülmüşdür.  Onun  kökü 

“əqail” sözü “dəvənin diz bağı” mənasını verir, yəni ağıl həvəslərə doğru addım-

28



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə