Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Metafizika – Cild 1, Say 2, 2018 

mişə geri atır. Ağlın işi, həmçinin gələcəkdə olacaqların tədqiq və araşdırmaları ilə

şərtlənir. Deməli, aşağıdakı nəticələrə gəlmək olar:  

- bu iki bənd ya mümkün deyil. 

-  yaxud  mümkünlüyünü  fərz etsək də,  uzun  zamana  ehtiyacı  var.  Həyatda 

imanın rolunu görməzdən gəlir, yaxud yox hesab edir.  



bu baxışın özü təzadlıdır. Əgər qəti rasionalizmin meyarlarını özünə tətbiq 

etsək, onu qəbul etməməliyik. Bu, o deməkdir ki, bu nəzəriyyəni qəbul etməyimiz, 

onu qəbul etməməyimizə səbəb olacaq.  

Fideizm  

“Fideizm” təlimi dini inancları və qanunları ağlın qiymətləndirmə və yoxla-

masını özünün predmet hissəsi kimi qəbul etmir. Məsələn, biz deyirik ki, Allahın 

varlığına və onun insanlara sevgisinə inanırıq. Əsl həqiqətdə biz etiraf etmiş oluruq 

ki, biz bu inancı hər növ fakt və dəlillərdən asılı olmayaraq qəbul edirik. Nəticə eti-

barilə də Allahın insanlara sevgisini isbat, yaxud inkar etmək üçün hər növ rasional 

sübutu rədd edirik.  

Ümumiyyətlə, sual yaranır ki, fideistlər ağlı inadkarlıq və kor- koranə şəkil-

dəmi rədd edirlər? Bu sualın cavabında qeyd etməliyik ki, şübhəsiz ki, belə deyil. 

Fideizm bizə xatırladır ki, hər hansı dəlil, sübut və arqument xüsusi aksiomalar ya-

xud müqəddimələrə əsaslanır. Deməli, əgər bir şəxs heç bir aksiomanı dəlil, sübut 

və arqument növü kimi qəbul etməzsə, bu halda belə şəxslə mübahisə etmək qeyri-

mümkün olacaq. Bir dəlilin aksiomatik müqəddiməsini digər dəlildən nəticə kimi 

almaq olar. Bu minvalla onu isbat etmək mümkündür. Amma bunu sonsuzadək da-

vam etdirmək  olmaz.  Biz  bu  prosesin  müəyyən  nöqtəsində əsas fərziyyələrimizə

çatmalıyıq, yəni isbat etmədən qəbul etdiyimiz hökmləri əldə etməliyik. Bu, o de-

məkdir ki, bu hökmlər o qədər əsaslıdır ki, bunu isbat edə biləcək bundan əsaslı bir 

hökm yoxdur. Məhz buna görə, fideizm baxışına əsasən, ən əhəmiyyətli məsələ on-

dan ibarətdir ki, bir inanclı mömin üçün ən əsaslı aksiomatik hökmlər dini inanclar 

sisteminin özündən əldə edilir. Dini iman şəxsin özünün həyatının əsasıdır. Bu hal-

da, imanın məntiq və xarici meyarlar vasitəsilə qiymətləndirilməsi açıq-aşkar xəta-

lara səbəb olacaqdır. Bu xəta ən yüksək ehtimalla səhih və sağlam imanın yoxlu-

ğundan  qaynaqlanacaqdır.  Elə bu səbəbdəndir ki, bəzən deyirlər:  “Əgər Allah-

taalanın kəlamını məntiq, yaxud təcrübi və mühakimə olunan elmlərlə sınaqdan ke-

çirib qiymətləndirsək, həqiqətdə Allaha deyil, elm və məntiqə pərəstiş  etmiş  olu-

42



Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


ruq”. 

Danimarkalı mütəfəkkir “Sören Kyerkeqor”, dini həqiqətləri arqumentlər və

sübutlar əsasında axtaranları ələ salaraq deyirdi: 

“Risksiz iman, iman deyildir. Dəqiq desək, iman fərdin ruhunun sonsuz hə-

yəcanı ilə obiyektiv yəqini yoxluq arasında ziddiyyətdir. Əgər mən Allah- taalanı 

obiyektiv şəkildə başa düşə bilsəm, deməli, iman yoxumdur. Amma sırf bu işə qa-

dir olmadığıma görə Ona iman gətirməliyəm. Əgər özümüzü iman vadisində təhlü-

kəsiz saxlamaq istəyiriksə, həmişə obiyektiv yəqinsizliklə əlbəyaxa olmalıyıq. Nə-

ticə etibarilə, suyun dərinliklərində belə imanımız təhlükədən uzaq olsun.  

Amma əgər Allaha inancın gətirilən bütün fakt və arqumentləri nəticəsizdir-

sə, o zaman bir şəxs necə iman sahibi ola bilər? Cavab çox sadədir. Siz özünüz mə-

suliyyətli  olmalısınız.  Siz  imanın  dərinliklərinə baş  vurmalısınız,  yəni  doğru  və

düzgün imanı tapa bilməyiniz üçün heç bir fakt və arqument olmadan məhz iman 

gətirmək lazımdır”.

1

Fideizm nəzəriyyəsinin qiymətləndirilməsi

Fideizm nəzəriyyəsinə çoxlu iradlar və tnqidlər edilmişdir. Burada bir neçə

səhv və tənqidi izahı nəzərdən keçirmək istəyirik:  

Birincisi, əgər iman gətirmək  zülmətə atılma  və risk etməyi tələb edirsə,

şəxs  hansı  dini  sahəyə,  yaxud  inanca  atılmaq  qərarını,  ağıldan  istifadə etmədən

necə almalıdır? 

İkincisi, bu baxış dini plüralizmi qəbul etməyi tələb edir, yəni hər hansı bir 

dinə inam, nicatverici və xilasedicidir.  Dinin  gövhəri  Allaha  eşq,  çılğınlıq və tə-

şvişdir.  Sören  Kyerkeqor  və Lüdviq  Vitgenşteyn  kimi  fideizm  şüurlu  filosoflar 

məhz öz dinlərini nicatverici, xilasedici, əsil və inhisarçı hesab edirdilər. Belə ki, 

onlar ağlın hökmünü asma və təxirə salan hesab edirdilər. Məhz buna görə, fideiz-

mə üz tutmaq lazımdır, deyirdilər. Lakin onu qeyd etmək lazımdır ki, əvvəla, ak-

sioma və anadangəlmə dəlillərin mövcudluğuna və həmçinin aksiomalara əsaslanan 

sübutlara görə, ağlın bütün dəlil və sübutları asma və ya təxirə varan deyillər. İkin-

cisi, baxmayaraq ki, ağıl qanunları dini inanc və imanın əsaslandırılması və isbatı 

üçün möhkəm və son söz deyən və tam yəqinverici deyillər, lakin faydalı, mümkün, 

lazım və istifadəsi qaçılmazdır. 

                                                

1

Həmin mənbə, səh 78- 80. 



43


Metafizika – Cild 1, Say 2, 2018 

Tənqidi rasionalizm

1

Tənqidi rasionalizm baxışına əsasən, dini etiqadların məntiqi və ağıl cəhət-

dən tənqid və qiymətləndirilməsi mümkündür. “Dini inancların epistemologiyası” 

kitabında belə izah olunur: 

“Qəti rasionalizmə inananların əksinə olaraq, biz iddia edirik ki, məntiqi və

rasional araşdırmalarla dini inanclar sisteminin düzgünlüyünü qaneedici şəkildə is-

bat etmək qeyri-mümkündür”.

2

Belə qanunları qəti şəkildə isbat etmək mümkün deyil. Lakin kritik rasiona-



lizmin iddiası bundan ibarətdir ki, dini inanc qanunlarını tənqidi baxımdan izah et-

mək və araşdırmaq  mümkündür.  Mümkün  qədər bunu həyata  keçirmək  lazımdır. 

Kritik rasionalizm, qəti rasionalizm kimi bizə tövsiyə edir ki, dini inancları yoxla-

maq üçün ən yüksək rasional qabiliyyətimizi sərgiləyək. Bu, o deməkdir ki, biz ən

qanedici sübut və dəlillərimizi dini inancları təsbit və təsdiq etmək üçün istifadə et-

məliyik. Sonra bu sübut və dəlilləri qarşı tərəfin işlətdiyi qanunları təsdiq edən sü-

butlarla müqayisə etməliyik. Bundan əlavə, bizim vəzifəmiz inanc sistemləri barə-

də əsas tənqidi araşdırmalar irəli sürən nəzəriyyələri ölçüb-biçmək və cavablandır-

maqdan ibarətdir. Bizim öhdəmizdə olan digər işlərdən biri də dəlillər vasitəsi ilə

isbat olunması mümkün olmayan dini əsasları diqqət mərkəzində saxlamaqdır. 

Tənqidi rasionalizm bütün bu işləri bəzə tövsiyə edir. Amma eyni zamanda 

bizə xəbərdarlıq edir ki, belə tədqiqatlara həddindən artıq inanmaq və optimist ol-

maq doğru deyil. Bu baxış iki cəhətdən tənqidi sayıla bilər:

1. Tənqidi rasionalizm dini inancların düzgünlüyünü qəti şəkildə isbat etmək

əvəzinə dini inancların qiymətləndirilməsi və yoxlanmasında ağlın roluna həddən

ziyadə ehtiyac duyur.  

2. Bu baxış ağıldan dərk edilən xüsusi məna vasitəsilə də tənqidi sayılır. 

Tənqidi rasionalizm qəti  rasionalizmin  ağlın  qabiliyyətinə optimist dərkinə

zidd  olaraq,  ağlın  imkanlarına  qəti rasionalizmlə müqayisədə daha  ehtiyatlı  və

məhdud şəkildə yanaşır. 

Beləliklə, bu baxış ağlın məhdudiyyətini etiraf edir. Başqa sözlə desək, tən-

qidi rasionalizm baxışı ilə heç bir inanc sistemini qəti şəkildə birdəfəlik isbat etmək

olmaz. Lakin bu, dini inancların məntiqliliyini tədqiq və araşdırmaqdan əl çəkməyə

                                                

1

Critical rationalism. 



2

Ələddin Məlikov. Mərifətşenasiye bavəre dini, Beynəlxalq əl-Mustafa nəşriyyatı, s.55. 

44



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə