Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili

s. 23-53


layır.

1

Ağlın lüğətdə müxtəlif mənaları vardır. Onlardan biri “işləri müəyyənləşdir-



mək və təsbit etmək”  mənasıdır.  Ağıla  öz  sahibini  süqut  və fəlakətdən  qoruduğu 

üçün “ağıl” demişlər.

2

Terminoloji mənada isə filosoflar ağlı cövhər kateqoriyasından hesab edərək



ona belə tərif vermişlər: “Ağıl elə bir cövhərdir ki, o, maddə və onun xüsusiyyət-

lərindən mücərrəd olub təbii varlıq qrupundan və duyğu hisslərindən uzaqdır, vəzi-

fəsi isə təfəkkür və düşüncədir”. 

Burada, ağlın latın dilində olan mənalarına da diqqət yetirmək yerinə düşər. 

Latın dilində ağıl üç mənada işlədilmişdir: 

1.  Latınca  olan  “ratio”  kəlməsi, ingilis dilində “reason”  mənasındadır.  Bu 

məna  cüzi,  sübutedici,  izahedici  ağlı,  düşüncələrin qəbul edilməsinin  əsaslarını 

özündə toplamışdır, həmçinin dəlil və sübut kimi də ifadə edilir.

2.  Latınca  olan  “intellectus”  kəlməsi ingilis dilində “intellect”  mənasında 

işlədilir. Bu mənada duyğu və iradə qarşısında aktual ağıl, ümumi ağıl, faktik ağıl, 

anlama qüdrəti, düşüncə gücünə sahib ölümsüz insan ruhu və s. mənalarda işlədilir.  

3. Ağıl “nous” mənasında. Əlbəttə qeyd etmək lazımdır ki, bu mənada az iş-

lənmişdir.  Bu  söz  təbiət aləminə əsl  ağıllı,  hədəfli hakim olmaq mənasındadır. 

Nous yəni təbiətin nizam-intizam qanunları ondan qaynaqlanır. Bəzən də insan ağlı 

və faktiki ağıl mənalarında işlədilmişdir.

3

Burada bu qeydi etmək lazımdır ki, “bəzi qədim Yunan filosofları və bugün-



kü  tradisionalistlər,

4

cüzi  ağıl,  yaxud  sübutedici  ağılla  (reason)  ümumi  ağıl 



(intellact) arasında fərq qoymuşlar. Onlara görə, ümumi, və ya isbatedici ağıl, həqi-

qətlərin faktik qüdrətinə malik olduqları kimi mövcud dərrakə qüvvəsidir. Bu ağıl 

isbatedici deyil, müşahidəedicidir. Məhz bu səbəbdən kütlə və toplu ağlı deyil, fər-

di  ağıldır.  Onun  etibarlılığı  da  fərdidir. Buna əks  olaraq,  isbatedici  ağıl  kütlə  və

toplu etibarına malikdir, ən azından bizimlə müqəddimə və ilkin fərziyyələrdə mü-

vafiq olanları qane edəcəkdir”.

5

                                                



1

Əliyan Rəşidi, Əl- əql ində şiə tul- imamiyyə, səh 221.

2

İbn Mənzur, Lisanul- ərəb, Əl- müncid, “əql” termini.



3

Hadi Sadiqi, Əqlaniyyəte iman, səh 40.

4

Ənənəçi və gələnəkçilər.



5

Hadi Sadiqi, Dəramədi bər kəlame cədid, Taha nəşriyyatı, səh 58.

29



Metafizika – Cild 1, Say 2, 2018 

Ağlın növləri  

Ağıl dərkedici qüvvədir. Bəzən “varlıq və yoxluğu” dərk edir, buna “nəzəri 

hikmət” deyilir. Bəzən də “olar və olmazları” dərk edir. Bu növ dərk “prakriki hik-

mət” adlanır. 

Bildiyimiz kimi, ağıl müxtəlif mənalara malikdir. Ağlı etibarlılıq nöqteyi-nə-

zərdən müxtəlif növlərə ayırmaq mümkündr. Biz burada ağlın iki mühüm növü ilə 

kifayətlənəcəyik: nəzəri ağıl və praktiki ağıl.

Nəzəri ağıl var və yoxluğu, praktiki ağıl isə olar və olmazları dərk edir. “Nə-

zəri ağıl”a qısa şəkildə belə tərif vermək olar: O, əşya və işləri dərk edən ağıldır, 

başqa  sözlə,  nəzəri  ağlın  işi  dərkdir.  Buna  görə  də,  ağıl  həm  nəzəri  cəhətdən  və 

həm də praktik baxımdan mücərrəddir. Hər növ mücərrəd varlığın işi də mücərrəd-

dir, dərk və müşahidənin özüdür. Elm və dərk anlayışarının abstraktlığı əməl hissə-

dən deyil, idrak hissədən qaynaqlanır. Nəzəri ağlın mərhələləri aşağıdakılardır: 

1. Potensial ağıl (Həyulani); 

2. İstedadlı ağıl (Bil- mələkə);

3. Aktual ağıl (Bil- fel);

4. Əldə edilmiş ağıl (Mustafad).

Nəzəri ağıl aydın və şübhəsiz olan məsələləri dərk edir. Qaranlıq məsələləri

aksiomalara qaytararaq dərk edir. Əlbəttə, nəzəri və aksiomatik müddəalar arasında 

bir yol mövcuddur. Bu yol və qaydalardan məntiq elmində söhbət açılır. Bu yol hə-

qiqətə uyğundur  və düzgün  metodla  keçilərsə, məqsədə çatmaq  mümkündür,  əks 

halda, səhv və qüsurludur. 

Filosofların  “praktik  ağıl”  barəsində verdikləri təriflər  müxtəlifdir. Buna 

görə  də,  yalnız  praktik  ağlın  bir  tərifi ilə kifayətlənirik.  Praktik  ağıl  o  ağıldır  ki, 

əməli dəyərli  olduğu  üçün  dərk  edir.  Başqa  sözlə desək,  əməlin bir hissəsi  əməli 

ağıldan asılıdır. Praktik ağıl Cəfər Sadiqin (ə) sözlərində belə izah edilmişdir: “Ağıl 

odur ki, onunla Allaha ibadət edilərək cənnət qazanılsın”.

1

Həmçinin praktik ağlın əsas prinsip və taksasiyalarında nəzəri ağıl mövcud 



olmalıdır, cünki rasionallıq nöqtey-nəzərindən nəzəri ağıl praktik ağlın hər bir mər-

hələsində mövcuddur. Buna görə, praktiki ağıl xüsusiyyətinə görə idrak məsələlə-

rində nəzəri ağlın fəaliyyət cəhətini təşkil edir. 

                                                

1

Kuleyni, Əl kafi, cild 1, səh 11, h 3.



30


Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


Ağıl ilə intuisiya və empirizm və fideizmin qarşıdurması 

Ümumiyyətlə  fəlsəfi və fikri sistemlər əsas və mühüm  rolu  ağıla  verir.  Bu 

baxış idrakın müxtəlif sahələrində, müxtəlif mənalar kəsb edir. Məsələn, ağıl intui-

siya və empirizm qarşısında işləndikdə həmin ağıl hər birində məzmununa uyğun 

məna kəsb edir və müqayisə üçün istifadə edildiyi halda, bir-birindən fərqlənir. 

Burada ağlın geniş yayılmış iki terminoloji əksi ilə tanış olmaq yerinə düşər:  



1. Rasionalizm empirizmin

1

qarşısında: 

Bəzən rasionalizm dedikdə  fəlsəfi məktəb  anlaşılır  ki,  burada  insanın  ilkin 

tanıma mənbəyi hissi təcrübələr deyil, ağıl və qəbul olunmuş müddəa, yəni anadan-

gəlmə ideyalar hesab edilir. R.Dekart, Q.Vilhelm Leybnits

2

və B.Spinoza



3

kimi fi-


losoflar Qərbin məşhur  rasionalist  alimləridirlər. Rasionalizm termini empirizmin 

əksi kimi istifadə edilir. Empirizm səhih biliyin mənşəyini yalnız təcrübə və hissi 

idrakda  görür  və anadangəlmə idrakın  təcrübədən  öncə olmasını  inkar  edir.  Corc 

Berkli


4

və Devid Yum empirizmin ən böyük nümayəndələri hesab olunurlar.  



2. Rasionalizm fideizmin əksi kimi: 

Din fəlsəfəsi və ilahiyyata məxsus mövzularda rasionalizm o cərəyanları eh-

tiva edir ki, vəhyani maarif qarşısında ağıl qüvvəsinin və digər başqa yollarla bilik 

əldəetmə metodunun rolunu inkar etmir. Ağıla belə hörmət və dəyər verilməsinin 

müxtəlif mərhələləri vardır. Bu termində ağıl yönümlülüyün geniş mənaları vardır. 

Rasionalizmin bu mənasının əksi kimi fideizm işlədilir. Fideizm dindarların və dini 

inancların müdafiəsinə çalışan təlimdir. Fideistlərə görə, elm yalnız hadisələr, fakt-

lar haqqında, ikinci törəmə səbəblər haqqında bilik verir. Lakin ilkin səbəbləri aş-

kara çıxarmağa, varlığın daha dərin mənbələrini izah etməyə qadir deyil. Fideistlə-

rə görə, din insandan əqli və filosofca qəbulu yox, sorğusuz-sualsız təslim olmağı 

tələb edir. 

Bəzən rasionalizmlə müxalif cəbhədə mətnçilər (nəssçilər)

5

durur. Mətnçilər



                                                

1

Empiricism.



2

Gottfried Wilhelm Leibniz (1646- 1716). Alman filosof və riyaziyyatçısı. 

3

Benedikt Spinoza (1632- 1677). Niderland filosofu. 



4

George Berkley (1685- 1753). İngilis filosofu. 

5

Etiqadi  mövzularda  Quran  və hədislərin mətninə bağlı  olan  və əlavə şərhi qəbul 



etməyən cərəyan. (

ﺺﻧ

نﺎﯾاﺮﮔ



), (Textuality).

31



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə