Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili

s. 23-53


əsas vermir. Tənqid və dəyərləndirmə elə bir işdir ki, mömin onu həmişə, hər za-

man və hər yerdə həyata keçirməlidir. Bu baxışda qeyd olunmalı əhəmiyyətli məsə-

lələrdən biri də “isbat” anlayışının izahıdır. Bu baxış isbatı şəxsdən asılı hesab edir, 

yəni bir “isbat” bir şəxs üçün tamamilə bir inancı sübut edə bilər. Ola bilər ki, hə-

min “isbat” digər şəxs üçün heç bir inancı sübut edə bilməsin. Tənqidi rasionalizm 

imanda məsuliyyət və öhdəçiliyin  zəruriliyini  inkar  etmir.  Bu  baxış  məsuliyyəti 

imanın ayrılmaz tərkib hissəsi hesab edir. Əlbəttə, onların qəbul etdikləri məsuliy-

yət kor-koranə və ağlı tərk etmək deyil, fikir və düşüncədən ibarətdir”.

1

Tənqidi rasionalizmin araşdırılması və dəyərləndirilməsi

Tənqidi rasionalizm barədə müxtəlif iradlar irəli sürülmüşdür. Bunların bəzi-

sini qeyd etmək yerinə düşər: Əvvəla, bu məsələyə diqqət etmək lazımdır ki, bəzi-

lərinin fikrincə, tənqidi rasionalizm S.Kyerkeqorun iddialarını qəbul edən bir nəzə-

riyyədir. O belə deyirdi: “İman haqqında tənqidi və obiyektiv düşüncələrin köməyi 

ilə hakimlik etmək istəyən  şəxslər  sonsuzluq  yolunda  addımlayırlar  və heç  bir 

zaman imanın təsbiti və dindar olmaq üçün bir məqama çata bilmirlər”. 

Bu cərəyan (tənqidi rasionalizm) sonsuzdurmu? Və  həqiqətən S.Kyerkeqo-

run iddiasını təsdiq edirmi? Əlbəttə, bu, belə deyil. Amma bu təkid onu göstərir ki

S.Kyerkeqor digər  mövzu barədə haqlı  imiş.  Ümumiyyətlə, dini  iman  özünü  bir 

növ  məsuliyyət və həyəcanlı  proses  kimi  fövqəltəbii  işlərə tapşırmaqdan  və qəti

təsbitdən ibarətdir.  Mömin həyatı  yaşayan  və bunu təcrübədən  keçirən  şəxslərin 

söylədiyinə görə, bu məsuliyyət müvəqqəti, tezkeçici və öyrənilən deyil, bizim ixti-

yarımızda olan xüsusi rasional faktlarla tam mütənasiblik təşkil etmir. Bəzi qədim 

israillilər  Allahlarının  “Yəhva”  olduqlarını  və onun  dogrudan  da  bütün  bu  işləri 

əlində saxlayan  olduğunu  isbat etmək istəyirdilər. Bu səbəbdən deyirdilər: biz 

Onun bütün vücuduna pərəstiş etməliyik. Ona olan öz borclarımızı yerinə yetirmə-

liyik. Ona layiq qurbanlar kəsməliyik və s. Amma bu da doğrudur ki, Kənanlıların 

Allahı olan “Baal” də özündən öncəkilərə nisbətdə çoxlu etibar sahibidirlər. Buna 

görə, yuxarıda qeyd etdiyimiz S.Kyerkeqorun sözünə əsasən, özümüzü ziyanın tə-

sirindən mümkün qədər qorumalıyıq. Biz “Yəhva” üçün qurban kəsəcəyik və bu öz 

yerində doğrudur.  Amma  ehtiyat  üçün  mümkün  qədər  “Baal”ın tərəfini də saxla-

maq üçün əlimizdən gəldiyi hər işi yerinə yetirməliyik. Müqəddəs kitabın təliminə

                                                

1

Həmin mənbə, səh 56- 57. 



45


Metafizika – Cild 1, Say 2, 2018 

görə,  “Yəhva”  belə davranış  tərzindən narahatdır.  Bu  cür  əməli yerinə yetirənlər

böyük əzaba düçar olacaqlar. Belə təsəvvür olunur ki, hətta bizim əlimizdə bu inan-

cın düzgünlüyünü isbat edən tam dəlil olmadığı və həmçinin tənqidi rasionalizmin 

bu  növ  tam  öhdəçiliklərə zidd olduğu  halda belə,  Allahın  qarşısında  məsuliyyəti-

miz tam və hərtərəfli olmalıdır. Tənqidi rasionalizm bu növ tam təslimçilik və hər-

tərəfli məsuliyyətlə müxalifət edir. Digər tərəfdən, kritik rasionalizm, doğurdan da, 

bizim üçün əldə oluna bilən ağıl yəqinliyindən artıq iddia etməməyimizi bizə söy-

ləyir. Eyni zamanda həyatımızın ən mühüm qərarını verərkən düşüncə və təfəkkür 

imkanlarımızı kənara qoymamağı tövsiyə edir.  

Əlbəttə, dini məsuliyyət tam təslimçilik,  təfəkkür  və düşüncə isə alternativ 

fərqli bəndləri qəbul etməkdir və nəticə etibarı ilə daxili gərginliyə səbəb olur. Am-

ma bu gərginliklər ziyanverici və dağıdıcı deyildir. Əksinə, bir çox düşüncəli din-

darların həyatında həmişə faydalı olmuşdur. 

Deməli bu qənaətə gəlirik ki:  

- bu baxış dini inancların rasionallığını nəzərə almır və özündən qəti hökm 

verməyi inkar edir və nəticədə, qəti hökmün olmaması onun özünü də məhv edir və

nisbiçiliyə səbəb olur”.

1

- tənqidi rasionalistlərin  “ağıl  kəmiyyət və keyfiyyət cəhətdən məhduddur” 



ifadəsi  aksiomaların  və fitri  anlayışların  mövcud  olduğuna  görə,  şübhəsiz,  doğru 

deyil. Ağıl köklü və zəruri anlayışlarda qəti və son sözü demək qabiliyyətinə sahib-

dir. 

Mülayim rasionalizm

2

Mülayim  rasionalizmə “qəti rasionlalizm və radikal fideizmi rədd etməklə

kritik rasionalizmi qəbul etmək  olarmı”  sualı  ilə başlayırıq.  Tənqidi rasionalizm 

İ.Kantın  epistemologiyası  və K.Popperin fəlsəfi  konsepsiyasından

3

və rasionaliz-



mindən təsirlənmişdir. Bu iki cərəyana irad tutulduğu zaman tənqidi rasionalizm də

zərər görəcəkdir. Buna görə, bəzi müasir alimlər mülayim rasionalizmə üz tutdular. 

Beləliklə, onlar dini inanclardan bəzisini dinin əsası və kökü kimi götürüb tədqiqat 

                                                

1

Əbdülhüseyn Xosrovpənah, Kəlame cədid, səh 70. 



2

Moderate Rationalism. 

3

Karl Popper verifikasiya prinsipinin əvəzində əsaslandırma  (bəzən  saxtalaşdırma  da 



deyilir) prinsipini irəli  sürmüşdür.  Ona  görə hər bir elmi bilik ancaq hipotez xarakteri 

daşıyır, səhvlərə məruzdur. 

46



Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


obyektinə çevirdilər. Onların dəqiq təhlil və isbat edilməsi üçün dəlillər axtarmağa 

başladılar və onları rədd edən dəlillərə cavab verdilər. Bu sübutlar ümumi olaraq, 

kütləvi şəkildə qəbul edilməzsə belə, hamı üçün qəbul edilmə qabiliyyətinə malik-

dir. Çünki bu sübutlar aksiomalara əsaslanmışdır. Aksiomalar və fitri inanclar cə-

miyyət tərəfindən qəbul  olunduğuna  görə, təbii olaraq, onlara əsaslanan nəticələr

də hamı tərəfindən qəbul edilməlidir. Əlbəttə ki, söhbət ilk fərzlər, aksiomalar və

fitri ideyaların şübhə, yaxud səhvlərə məruz qalmadığı təqdirdən gedir.  

Bu modellə əsaslandıqda ağıl və iman arasında ülvi ünsiyyət bərqərar olur. 

Mülayim rasionalizm əsaslandırma və həqiqilik nəzəriyyələri arasından konkret iki 

nəzəriyyəni qəbul edir. Həqiqilik nəzəriyyələri aşağıdakılardan ibarətdir:  

1. Uyğunluq nəzəriyyəsi;

1

2. Bütövlük nəzəriyyəsi;



2

3. Praqmatizm nəzəriyyəsi;

3

4. Nisbilik nəzəriyyəsi;



4

5. Tavtaloji və ya ixtisarçılıq nəzəriyyəsi.

5

Bunlardan yalnız uyğunluq nəzəriyyəsi düzgün hesab edilir, yəni haqq və düz-



günlük işin özünün həqiqiliyi ilə düşüncənin uyğunluq mənasına dəlalət edir.

6

Əsaslandırıcı nəzəriyyələr bunlardır: 



1. Rasional fundamentalizm;  

2. Praktik fundamentalizm;  

3. Bütövlülük nəzəriyyəsi;  

4. Nisbilik nəzəriyyəsi;  

5. Praqmatizm nəzəriyyəsi.  

Əsaslandırıcı nəzəriyyələrdən isə rasional fundamentalizmi qəbul edirlər. Ra-

sional fundamentalizmə əsasən, insanın hökm və inancları, anadangəlmə və onlar-

dan əldə edilmiş nəzəri nəticələr olmaqla iki dəstəyə bölünürlər. Anadangəlmə ide-

yalar  o  hökmlərə deyilir ki, subyekt və predikatın  sırf  təsəvvürü  onun  hökmü  və

təsdiqi üçün kifayətdir. Daha dəqiq desək, təsdiq edilməsi üçün subyekt və predika-

tın sadə təsəvvürü kifayət edən hökmlərdir. Onun təsdiqi üçün (hər iki girişdə tək-

                                                

1

The theory of Correspondence. 



2

The theory of Coherence. 

3

The theory of Pragmatism. 



4

The theory of Relativite. 

5

The theory of Assertirely redondancy. 



6

Əbdülhüseyn Xosrovpənah, Teorihaye sedq, Zehin jurnalı, № 1, səh 31- 44. 

47



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə