Xurşidbanu Natəvan



Yüklə 395,29 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.07.2018
ölçüsü395,29 Kb.
#53677
növüYazı
1   2   3   4   5   6   7   8

___________Milli Kitabxana_____________ 

21 


 

*** 


Dilbəra, dərdi-dilimdən belə ünvan etdim  

Ki, qəmi-hicrdə dil mülkünü viran etdim.  

  

Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,  



Ol səbab məskənimi guhi biyaban etdim.  

  

Eşq sultanı mənim qətlimə fərman gətirib,  



Etmədim tərki-vəfa, taqəti fərman etdim.  

  

Səri-kuyində qoyub başımı bir uf demədim,  



Səri sidqilə dilü canımı qurban etdim.  

  

Ya təbib adını tərk eylə, təbabət etmə,  



Ya mənim dərdimi tap, gör, niyə tüğyan etdim?  

  

Yoxdu bir kimsə məgər dərdimi bilsin,  ya rəb  



Ki, mən öz qanım ilə dərdimə dərman etdim!  

  

Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,  



Nuh tufanı kimi, gör ki, nə tufan etdim!  

  

Natəvan, etmədi ol səngdilə naləm əsər,  



Gecə-gündüz nə qədər naləvü əfğan etdim.  


___________Milli Kitabxana_____________ 

22 


 

  

*** 



O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.  

Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.  

 

Gözün  mərdümləri  sərməst  olub  tökmək dilər qanı  



Düzübdür hər tərəf peykan əcəb xunxara bənzətdim,  

 

Çəkilmiş guşəyə bülbül, fəğanü nalələr eylər.  



Düşən gül üstə damə əndəli-zarə bənzətdim.  

 

Tutub kəc gərdənin hər ləhzə olmuş məhvi-nəzzarə,  



Yar ardınca baxan bir aşiqi-naçara bənzətdim.  

 

Görüb tərfi-binaguşunda cin-cin zulfi-mişkini,  



O gənci-şayəgan üstə yatan şahmara bənzətdim.  

 

Der idin: kim, nədəndir Qeys olub divaneyi-aləm?  



Cünun sərriştəsi ol turreyi-tərrarə bənzətdim.  

 

Cəfayi-dəhrdən gördüm edərdi şəkvə bir müztər  



Səsindən Natəvani-bidilü əfkarə bənzətdim.  

  



___________Milli Kitabxana_____________ 

23 


 

* * * 


  

Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,  

Məsəldir mərdüm içrə:   “Məst olan, əlbəttə, qan eylər”.  

 

Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz,  



Yəqinimdir, əgər, qan etmiş olsa, qanə-qan eylər.  

 

Əgər qaşü gözün xişm eyləsə, ey mahi-növ, bir  dəm,  



Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər.  

 

Nihani baxmağından iztirabi-könlüm, əfzundur,  



Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər?  

 

Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə,  



Bəla sərmənzilində gör nə qafil aşiyan eylər?  

 

Üzün   dövründə zülfün  küfrə bənzər, tutmuş imanı,  



Hərami xeylini kim böylə gəncə pasiban eylər?  

 

Səba zulfün nəsmin gər aparsa vadiyi-Cinə,  



Xötən səhrasını mişkin edib ənbərfəşan eylər.  

 

Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdən  



Ki, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər.  

 

Deyirlər:   dərdi-eşqin   adəm   öldürməz, - dürüstdür bu  



Və lakin əmr elər, mən kimi zarü Natəvan eylər.  

  

 




___________Milli Kitabxana_____________ 

24 


 

*** 


Rəqib töhməti etdi məni cüda, ey dust!  

Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!  

  

Əgər ki, tiğ çəkib öz əlinlə öldürəsən,  



Deyil mənə bu cəfa, bilməzəm cəfa, ey dust!  

  

Kənardan baxaram mən həqir həsrətlə,  



Bu yaxşı şiyvə deyil, olma bivəfa, ey dust!  

  

Rəqibə xoşdur həmişə, məni kənar etsin,  



Fəda o himmətinə, olma sən riza, ey dust!  

  

Nə tab hicrinə vardır, nə taqətim səbrə,  



Bunun əlacı ki, mümkün deyil mana, ey dust!  

  

Sənin bu hüsnünə layiq ki, heyf, əhdin yox,  



Nə qədər səy elədim, tapmadım dəva, ey dust!  

  

Bəli, bu hicrin ilə mən həmişə xoşhaləm,  



Görək ki, neyləyəcək axırı qəza, ey dust!  

  

Rəqib görməsin, allah, visali-işrətini,  



O səpdi tuxmi-fəraqı, görüb rəva, ey dust!  

  

Çağırram allahımı hal, Natəvan ilə  



Məgər ki, tez verə həq   düşmənə cəza, ey dust!  


___________Milli Kitabxana_____________ 

25 


 

 *** 


Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!  

Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!  

  

Bu gülşən içrə, gülüm novşüküftə bir gülsən,  



Sənə hənuz deyil mövsimi-xəzan, getmə!  

  

Məni - fələkzadəyə rəhm qıl, səni tari,  



Qaşın kimi qəddimi eyləyib kaman, getmə!  

  

Sənin bu gözlərinə gözlərim ola qurban,  



Bir-iki dəm mənə ol bari həmzəban, getmə.  

  

Yeni nümüvv eləyən, sərvvəş, dayan bari,  



Sirişkimi qoy edim payinə rəvan, getmə!  

  

Mənə ki, guşeyi-cəşm ilə bir nəhan baxdın,  



Tez öldürər məni bu möhnəti-nəhan, getmə!  

  

Düşə əyaqdən ol sərvi-qamətin, billah,  



Qiyaməti gətirər başimə əyan,  getmə!  

  

Bu cismi-zarım üçün məhz ruhsən, axır,  



Tutar qərar məgər, ruhsuz rəvan, getmə!  

  

İki gözüm işığı, şahzadə simbərim,  



Məni də yoldaş apar, qoyma Natəvan getmə!  


___________Milli Kitabxana_____________ 

26 


 

*** 


Yenə ya rəb,  nə qəmkindir mənim bu şad olan könlüm,  

Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.  

  

Görübdür yarı əğyarə olubdur məhvi-nəzzarə,  



Edibdir sinəsin parə, mənim abad olan könlüm.  

  

Niyə peymanidən keçdin,  niyə zəncirdən qaçdın?  



Nədəndir çöllərə düşdün,  mənim bərbad olan könlüm?  

  

Fəraqın ruzi-məhşərdir, sərasər mehnətü qəmdir,  



O  zülfün kiymi dərhəmdir, mənim  azad olan könlüm.  

  

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,  



Gəzər Məcnun tək avarə  mənim naşad olan könlüm.  

 

  




Yüklə 395,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə