141
Görüşüb onunla tanış olaq biz,
Sirrini öyr
ənib məmnun qalaq biz.
Çox ç
ətin bir işdir bu yaşa çatmaq,
Çalışmaq, işləmək qurub-yaratmaq.
Aliml
ər, rəssamlar, mütəxəssislər,
İşbazlar, bədxərclər, həm də xəsislər.
Yığıb gətirdilər çox adamları,
H
əmi ac, həmi də tox adamları.
Jurnalistl
ər, pisixoloqlar, həkimlər,
Yazıçılar, müəllimlər və kimlər...
Yollandılar o qocanın yanına-
Uzunömürlü şəxsin ünvanına.
Qoca qarşıladı hamın xoş üzlə,
Ür
əkləri açan söhbətlə, sözlə.
Dedi:
Xoş gəlmisiz bu məkana siz,
Dolsun sevincl
ərlə daim qəlbiniz.
M
ənim ev-eşiyim qurbandır sizə,
Bütün k
ənd sevinir gəlişinizə.
Razılıq elədi hamı qocadan,
T
əşəkkür etdilər ona ucadan.
Dedil
ər, biz bir günlüyə gəlmişik,
S
əni özümüzə böyük bilmişik.
142
Sualla
r yağdırdı hamı qocaya,
Üzü b
ənzəyirdi sanki bir aya.
-
Baxın, yaşınızdan çox-çox cavansız,
Zaman olmayıbmış sizə amansız.
-Keçib h
əyatınız öz axarıyla,
Qışı, yazı, yayı , son baharıyla.
-Ç
ətinlik çəkməyib başın həyatda,
Ömür keçib y
əqin, toyda-busatda.
-
Bel
ə deyirlər ki, həyat yoldaşın,
Yaxşı qulluq edib, olub sirdaşın.
-
Övladların, nəvələrin heç zaman,
Uzağa getməmiş yəqin, yanından.
-Günd
əlik yediyin təbii qida,
Köm
ək eləyibmiş, çatıbmış dada.
- Çox güman ki, s
ən düz yerdə yatmısan,
Ona gör
ə bu yaşa gəlib çatmısan.
- Babacan, g
əl sən bu sirri aç bizə,
Şadlıq, seninc gətir ürəyimizə.
Dinl
əyib onları səbrlə qoca,
Söyl
ədi : “Yüz yaşa ayaq qoyunca
B
əd əməldən daim uzaq dayandım,
Gün
əşlə bir yatıb, bir də oyandım.
143
Yol yoldaşım oldu səbr və dözüm,
Özg
ə tikəsinə baxmadı gözüm.
Aza qane oldum ömür boyu m
ən,
N
əfsin cilovunu vermədim əldən.
Acmamış yeməyə tələsmədim mən,
Əlimi doymamış çəkdim süfrədən.
Ömr
ə balta çalar həyacan, qorxu,
Gedib bu s
əbəbdən dünyadan çoxu.
Əgər düşünmədən riskə getsən sən,
Dostum, çox uzağa gedə bilməzsən.
M
ənimlə dost oldu özünəinam,
Heç vaxt yol verm
ədi çətində qalam.
M
ənlə birgə yatıb-durdu arzular,
Arzusuz h
əyatın nə mənası var.
Şərəfi, vicdanı uca tutdum mən,
Peşiman olmadım öz əməlimdən.
Bildim m
ən sözümün yerin hər zaman,
Dilimin ucundan ç
əkmədim ziyan.
Ümidimi t
ək Allaha bağladım,
Olanımı sabaha da saxladım.”
Diqq
ətlə dinlədi qocanı hamı,
Bir
ə-beş qat artdı ona inamı.
144
Bildil
ər, sözündə zərrə yox yalan,
Müdrik ağsaqqalmış bu qoca insan.
Uzun ömrün sirri öyr
ənildi tam,
Bu yerd
ə sözümüz qurtardı tamam.
Allah özü bilir ömrün q
ədərin,
Xoş günün, sevincin, qəmin, kədərin.
145
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ TƏHSİL ALAN
KİÇİK YAŞLI UŞAQLARDA ŞƏXSİYYƏTİN
FORMALAŞMASINDA VALİDEYN-MÜƏLLİM AMİLİ
Ümumt
əhsil məktəblərində oxuyan şagirdlərin kiçik yaş
dövrü 6 yaşından başlanıb 10 yaşa qədər davam edir. Uşaq-
ların uşaq bağçasındakı tərbiyə mərhələsi başa çatdıqdan sonra
onların həyatında məktəb dövrü adlı yeni bir səhifə açılır.
M
əktəbdə təlim-tərbiyə prosesinin başlanması ilə həmin kiçik
yaşlı uşaqlar sanki heç vaxt görmədikləri və hiss etmədikləri
ecazkar bir al
əmə düşürlər. Düşdükləri bu yeni mühitdə həmin
uşaqlar öz üzərlərinə düşən bir sıra vəzifələri icra etməyə
bor
clu olduqlarını tədricən dərk etməyə başlayırlar. Bu vəzifə-
l
ərin bir qismi aşağıdakılardır:
-D
ərs vaxtında (saatında) sinifdə sakit oturmaq, səbrlə və
diqq
ətlə müəllimi dinləmək.
-Sinifd
ə dərs zamanı müəllimin tapşırıqlarını vaxtında,
t
əmiz və səliqəli yerinə yetirmək, müəllim tərəfindən verilən
sualları düzgün cavablandırmaq prosesində fəal iştirak etmək.
D
ərsə gecikmək, tədris zamanı başqa şagirdlərlə söhbət etmək,
h
ər hansı şəkildə sinifdə dərsin normal gedişində müəllimə
mane olmaq
əsl şagirdə yaraşan iş deyildir.
-Z
əng vurulduqda tənəffüsə çıxmaq və tənəffüsdən
vaxtında sinfə qayıtmaq.
-Mü
əllimin verdiyi sinif və ev tapşırıqlarını vaxtında,
s
əliqəli və düzgün yerinə yetirmək.
-
Sinif yoldaşları, eləcə də məktəbdə oxuyan digər
şagirdlərlə mehriban olmaq, onlarla yaxından ünsiyyət
qurmaq.
-
Lazım gəldiyi hallarda sinifdən çölə çıxmaq və çöldən
sinf
ə daxil olmaq üçün müəllimdən icazə almaq və s.
Bu saydığımız vəzifələr məktəbə getməzdən əvvəl uşaq
bağçasında tərbiyə almış uşaqlar tərəfindən asanlıqla icra
Dostları ilə paylaş: |