Yeni dünyada dövlətçilik məfhumu


Ayətullah Xameneinin məktubunun əks-sədası



Yüklə 297,27 Kb.
səhifə8/11
tarix23.11.2017
ölçüsü297,27 Kb.
#11910
1   2   3   4   5   6   7   8   9   10   11

Ayətullah Xameneinin məktubunun əks-sədası


Sloveniyalı ictimai fəal Fayla Paşiklə müsahibə

Təsnim informasiya agentliyi avropa müsəlmanlarından olan ictimai fəal Fayla Paşiklə müsahibə dərc edib. Fayla deyir: Bu gün dünya əhalisinin çoxu təşvişdədir. Əgər siz dünyanı dəyişmək istəyirsinizsə, özünüzdən başlamalısınız. Artıq sükut üçün heç bir bəhanəmiz qalmayıb... Bu gün yalnız müsəlmanların amansızlığından danışırsınız, hazırki qərb mədəniyyətinin yaranışına təsir göstərmiş müsəlman mədəniyyətini yada salmırsınız. Siz İslam memarlığı, müsəlman əsədbiyyatı barədə susursunuz. Nə üçün qərbə inteqrasiya etmiş və müsbət impuls vermiş müsəlmanlar haqqında danışmırıq? (Sloveniyanın Abraham – İbrahim müəssisəsinin rəisi Fayla Paşikin qeydlərindən)

Fayla Paşik Avropada islami fəaliyyətlərdə məşğuldur. Ötən on ildə bir çox dünya ölkələrində səfərdə olub. Qarşılıqlı dözümlülük, dinlar arasında anlaşma, təbiətin mühafizəsi, mədəniyyətlərin dialoqu sahəsində fəaliyyət göstərib. Paşik Sloveniyanın azsaylı hicablı xanımlarındandır. Paşik işdə də hicablı olur. Müsəlman və hicablı olmasına baxmayaraq ictimai fəal kimi bir çox mükafatlar alıb. 2007-ci ildə Avropada ilin siması, Xeyriyyəçilik banisi, 2008-ci ildə Sloveniya ilin xanımı mükafatına namizəd, 2010-cu ildə yoxsulluqla mübarizə sahəsində AB-nin səfiri, 2012-ci ildə Sarayevoda Fəal Müsəlman, 2013-cü ildə Avropada Fəal Qadın titullarına sahib olub.

Paşik düşünür ki, Avropada əsas problem dinlə bağlı dərin biliyin olmamasıdır. Bu səbəbdəb fəallar həyatverici İslam təlimlərini Avropada necə yayacaqlarını bilmirlər.

Cənab Rəhbər Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə məktubu Fayla Paşikə mübarizə əzmi verib. O deyir: Dünən tarixdir, sabahı kimsə görmür. Mən sabahı görəcəyimə əmin deyiləm. Demək sizin üçün ən mühüm gün bu gündür. Bu gün siz iş görməli, cavab verməlisiniz. Biz elə bu gün məktubun mesajlarını yaymaq üçün çalışmalıyıq.

Təsnim: Xanım Paşik bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Bizim bir çox oxucular sizin fəaliyyətlərinizlə tanış deyil. Öz fəaliyyətləriniz barədə qısaca məlumat verərdiniz.

Fayla Paşik: Mən Bosniyada yaşayıram. İslam həyat tərzini seçmişəm və bu həyat tərzinin təbliği ilə məşğulam. Fəaliyyətlərimin əsas hissəsini ictimai fəaliyyətlər təşkil edir. Əsas fəaliyyətlərimdən biri dinlər, Qərb və Şərq mədəniyyəti arasında dialoqdur. Bu fəaliyyətlərə görə bu günə qədər bir çox mükafatlar almışam. Avropada aldığım fəal qadın mükafatını daha dəyərli sayıram. Mən bu mükafatı 2013-cü ildəki fəaliyyətimə görə almışam. Avropa cəmiyyətində bərabər imkanlardan danışa bilmərik. Mən Avropada hicabla fəaliyyət göstərən yeganə qadınam. Hicablı vəziyyətdə fəaliyyət göstərdiyim üçün bir çox şəbəkələrə müsahibə vermişəm. Bildiyiniz kimi Sloveniya məsihi ölkədir. Bu ölkədə İslam və hicabın təbliğatı çətindir. Bizim ölkədə cəmi 20 hicablı xanım var. Bu arada yalnız mən hicabla işə gedirəm. Təbliğat imkanları başqa dinlərlə eyni deyil. Mən fəaliyyətlərimi Avropa coğrafiyası üçün nəzərdə tutmuşam. Sloveniyanın Abraham müəssisəsinin rəisiyəm. Dillər və mədəniyyətlər arasında dialoq sahəsində çalışıram.

Təsnim: Sizin bu sahədə fəaliyyətlərinizin səbəbi nədir?

Fayla Paşik: Məni bu fəaliyyətlərə sövq edən əsas səbəb Sloveniyada ayrıseçkiliyin aradan qaldırılması olub. Mən mövzuya müsəlman olaraq yanaşmışam və müsəlmanlar üçün başqaları kimi bərabər seçim imkanları istəmişəm. Bizim ölkədə müsəlmanların əsas problemi budur ki, birlik məfhumu anlaşılmır. Bizim müsəlmanlar birlik məfhumunu düzgün dərk etmir. Biz Avropa cəmiyyətində birləşməyin yolunu tapmalıyıq və bu sahədə sualları cavablandırmalıyıq. Avropada elə bir dövr çatıb ki, müsəlmanların və İslamın varlığını rədd etmək mümkün deyil. Hələ məktəb illərində öz dinimin müdafiəsi üçün çalışırdım. Deyə bilmərəm ki, bu yolda çox müvəffəq olmuşam. Əsas məsələ budur ki, düzgün yol seçmişəm və bu yolda fəalam. Bunu da bilirəm ki, biz birgə fəaliyyət göstərməliyik, təkbaşına fəaliyyətin səmərəsi böyük ola bilməz. Dostlarıma da daim deyirəm ki, biz öz vəzifəmizi yerinə yetirsək Allah yardımçı olar. Avropada müsəlmanların varlığı son dövrün söhbəti deyil. Müsəlmanlar 100 illərdir Avropada yaşayırlar. Biz müsəlmanların və ya İslamın varlığını inkar edə bilmərik. Əsas məsələ budur ki, müsəlmanlara xoş gəldin deyən Avropa İslamı belə qarşılamayıb.

Təsnim: Nə üçün Avropa müsəlmanları qəbul etdiyi halda İslamı qəbul etmək istəmir?

Fayla Paşik: İslam dinində hər günün yaşam tərzi nəzərdə tutulur. İslam bu günün, sabahın və ya şənbə gününün dini deyil. Müsəlman üçün hər gün görəcəyi işlər var. Siz İslamın etiqadlı ailədə təsirini müşahidə edə bilərsiniz. Avropa cəmiyyətdə, küçə və meydanlarda İslamın təsirini görmək istəmir. Avropa müsəlmanların əl-ayağını, beynini, vücudunu istəyir. Onlar müsəlmanların xəlvəti şəkildə xüsusi həyat tərzinə müdaxilə etməsələr də bunun ictimailəşməsinə qarşıdırlar.

Avropa cəmiyyəti insanın qəlb və ruhunu yox, vücudunu istəyir. Amma biz bilirik ki, müsəlmanlıq imansız mümkün deyil. Müsəlmandan dini alınarsa şəxsiyyəti alınmış olur. Şəxsiyyətsiz insan söz sahibi ola bilməz.

Təsnim: Avropa mətbuatı ayrıseçkiliyi işıqlandırırmı? Sizcə informasiya vasitələri bu sahədə bir iş görə bilər, yoxsa başqa çıxış yolları axtarılmalıdır?

Fayla Paşik: Şübhəsiz ki, informasiya vasitələrinin, xüsusi ilə incəsənətin mühüm rolu var. Cəmiyyət informasiya ardıncadır. Təkcə bir fotoşəkil cəmiyyətdə fikir formalaşdırır. Biz layihələr həyata keçirib, informasiya şəbəkələrinin rolunu artıra bilərik. Təbii ki, müsəlmanların ixtiyarında olan təbliğat imkanları məhduddur. Sloveniyada cəmi 40 min müsəlman var. Onların da əksəriyyəti iqtisadi problemlərinin həlli üçün bu ölkəyə mühacirət edənlərdir. İnformasiya vasitələrindən lazımınca istifadə edə bilməməyimizin bir səbəbi də məlumatsızlığımızdır. Biz bildiyimizi öyrədə bilərik. Təbii ki, çalışırıq. Bəzi dostlarımız məsihidir. Biz insan olaraq bacı-qardaşlarıq. Bunu onlara anlatdıqda bizə kömək edirlər, problemlərimizin həllinə yardım göstərirlər. Biz audio-video, mətbuat materialları vasitəsi ilə öz həyat tərzimizi çatdırmağa çalışırıq. Deyə bilərəm ki, böyük işlər görülüb.

Təsnim: Alternativ informasiya vasitələrinin təsirinə şübhə yoxdur. Bu barədə nə deyə bilərsiniz?

Fayla Paşik: Biz informasiya vasitələri ilə həqiqi İslamı Qərb cəmiyyətinə tanıtdırmalıyıq. Mətbuat bu sahədə böyük rol oynayır. Hələ ki, müsəlmanlara məxsus informasiya şəbəkəsi lazımınca formalaşmayıb. Avropa informasiya vasitələri müsəlmanları hələ ki, mənfi simada tanıtdırmaqla məşğuldur. Onlar həqiqi İslamın nümayişindən çəkinirlər. Artıq Avropa mətbuatında müsəlman incəsənəti, memarlığı, ədəbiyyatı barədə yazılar görmək çətin olub. Biz müsəlman olaraq bu həqiqətləri çatdırmağa borcluyuq. Bu işi avropalılar görəsi deyil. Bu bizim vəzifəmizdir. Qardaşım doktor Əhməd Paşik Sloveniyada ictimai fəaliyyətləri ilə seçilir. O bir çox Avropa ölkələri ilə bağlı araşdırmalar aparıb. Araşdırmalarından aydın olur ki, hələ ki, bizim imkanlarımız zəifdir. Biz hələ ki, öz varlığımızı qorumalıyıq. Peşəkar fəaliyyətlər üçün hələ ki, gücümüz yoxdur. Bəli, Avropa müsəlmanlarının əsas problemi peşəkar olmamalarıdır. Öz dinimiz haqqında məlumatımız kifayət qədər deyil. Bilmədiyimizi başqalarına necə öyrədə bilərik?!

Təsnim: İnformasiya şəbəkələrində nüfuzu necə artırmaq olar?

Fayla Paşik: Elə düşünürəm ki, sualın cavabında İran modelindən danışmaq yetərlidir. İran necə güclənmək yolunu keçib, bu yolu bilir, bu sahədə sualları cavablandırmağa qadirdir. Biz güclənmədən, təbliğat imkanlarımızı genişləndirmədən ayrıseçkiliyin qarşısını ala bilməyəcəyik.

Təsnim: Necə düşünürsünüz? Dəyişən dünyada biz öz zəif nöqtələrimizi necə aradan qaldıra bilərik?

Fayla Paşik: Biz bu günlərdə yalnız internet mücahidlərinə çevrilmişik. Biz böyük bir cəmiyyət olduğumuz halda ayrıseçkiliyə məruz qalırıq. Demək, zəifik. Biz fəaliyyətsiz oturduğumuzdan qarşı tərəf istədiyini edir. Biz yalnız internetdə cihad aparırıq. Yalnız internetdə Fələstindən, Qəzzədən danışırıq. Bir növ pəncəsiz şirlərə çevrilmişik. Bizim Avropa cəmiyyətində müsəlmanlara nümayəndəlik edəcək şəxsə ehtiyacımız var. İslam məcazi, internet dini deyil. İslam dünyanı xilas edəcək bir dindir. Sadəcə biz zəif olduğumuzdan bu dinin güclü nöqtələrini işə sala bilmirik. Avropada Asiya, Balkanlar, Ərəbistan, Afrikadan xeyli müsəlman yaşasa da hələ ki, vahid mərkəz yoxdur. Sizin İranda dini təmsil edən alimləriniz, Ayətullahlar var. Bosniyada alimlər, Afrika ölkələrində şeyxlər var. Sizin İranda dini rəhbəriniz var. Ərəb ölkələrində də müftilər, din rəisləri var. Amma bizim Avropada şəraitə uyğun fitva verəcək alimimiz yoxdur. Məzhəbdən asılı olmayaraq Avropada müsəlmanlara rəhbərlik edəcək şəxsə ehtiyac var.

Təsnim: Siz müsəlmanların əlaqələrindən danışdınız. Dediniz ki, Cənab Rəhbər Ayətullah Xameneinin Avropa və Şimali Amerika gənclərinə ünvanlanmış məktubunu oxumusunuz. Bu məktuba münasibətiniz necədir?

Fayla Paşik: Dünya insanların daxilindən dəyişməyə başlayır. Ayətullah Xameneinin məktubu gənclərə dəyişmək əzmi verir. Məktub gözəl, ali, şəffafdır. Onu həqiqi bir Ayətullah yazıb. Ayətullah Xameneinin məktubu bütün dünyada müsbət dəyişikliklər istiqamətində böyük rol oynaya bilər. Hamının vahid rəhbərə ehtiyacı var. Hamı ona yol göstərəcək birinə ehtiyaclıdır. Siz bu məktuba baxanda hiss edə bilərsiniz ki, sizə yola göstərən var. Dünya əhalisinin böyük əksəriyyəti təşvişdədir. İnsanlar həyat yolunu tapa bilmir. Nəyin düz, nəyin yanlış olduğu məlum deyil. Əgər bir şəxs öz məktubu ilə sizin yolunuzu qısaldırsa bu çox gözəldir. Siz öz iradənizlə həyat yolu seçib, bu yolda irəli getməlisiniz. Əgər dünyanı dəyişmək istəyirsinizsə, əvvəlcə özünüzü dəyişməlisiniz. Hamı dünyanın dəyişməsini istəyir. Amma kimsə özünü dəyişmək üçün iş görmür. Biz özümüzdən başlamalıyıq. Artıq bizim özümüzü dəyişməmək üçün heç bir bəhanəmiz yoxdur.

Təsnim: Necə düşünürsünüz, biz hər birimiz bu məktubun mesajlarını çatdıra bilərikmi? İnternet cihadı adlandırdığınız formatda bu iş mümkündürmü?

Fayla Paşik: Sabahı kimsə görməyib. Biz Ayətullah Xameneinin məktubunu bu gün dünyaya çatdırmalıyıq. Bəli, biz bu işi görə bilərik. Bəzən bu iş kompyuter arxasında bir kliklə başa gəlir. Amma gənclərimizə xatırlatmalıyıq ki, bir kliklə iş görmək hələ son məqsədə çatmaq deyil. Biz uzunmüddətli iş görməliyik. Allah bizi gün ərzində 5 dəfə çağırır. Əgər biz bu 5 çağırışda özümüzü dəyişə bilsək, şübhəsiz dünya dəyişəcək. Söhbət əməldə dəyişməkdən gedir. Təəssüf ki, insanların çoxu hələ ki, nə vəziyyətdə olduğunu dərk etmir. Hansı yolun düzgün olduğunu təyin etməkdə çətinlik çəkirlər. Allah hər gün bizə baxır. Biz bunu hiss edib, günü alnıaçıq, pak vəziyyətdə başa çatdırmalıyıq. Dünən tarix olub, sabahı kimsə görməyib. Mən əmin deyiləm ki, sabahı görəcəyəm. Demək, bu gün ən mühüm gündür. Biz bu gün iş görməliyik. Bu günün suallarına cavab verməliyik. Bu gün Ayətullah Xameneinin məktubundakı mesajları çatdırmalıyıq.

Təsnim: Məktubla bağlı başqa nə deyə bilərsiniz?

Fayla Paşik: bu məktub məni çox sevindirdi. Məktubun yayılmasını zəruri sayıram. Mən öz fəaliyyətlərimin bəhrəsini görmək istəyirəm. Yaşadığımız əsr göstərir ki, bu bəhrəni görəcəyik. Məqsədə çatmaq o qədər də asan deyil. Məsihi ölkəsində müsəlmanlığı qorumaq, müsəlman kimi yaşamağın çətinlikləri var. Siz çox güclü olmalısınız ki, maneələri aşa biləsiniz.

Digər tərəfdən siz İslamın səfirisiniz. Çünki başınızda hicab var. Biz məsihi ölkəsində yaşayırıq. Demək, mən İslamın səfiriyəm, dinimi təmsil edirəm. Düzgün yolu göstərmək böyük işdir. Problemlər çoxdur. Çünki cəmiyyətin əksəri İslama pəncərədən daxil olur. Bu dini düzgün tanımaq üçün qapıdan daxil olmaq lazımdır. Biz İslamı bilən insanlar olaraq əxlaqi vəzifələrə malikik. Başqalarına kömək etməli, düzgün yolu göstərməliyik. Allah bizi seçib ki, bu sahədə çalışaq, onun səfiri olaq. Mən İslamı təmsil etməyimlə fəxr edirəm.

Təsnim: Demək, razılaşırsınız ki, dünya dəyişib. Dəyişən dünyada Avropa və Şimali Amerika gənclərinə məktub ünvanlanıb. İnsanlar mövcud imkanlardan istifadə etməklə doğru yol axtarışına çağırılıb. Gənclərə müraciət olunub. Çünki ölkənin gələcəyi gənclərin əlindədir. Gələcəyi onlar qurur. Onlar sonrakı nəsillərə də təsirlidir. Biz düşünürük ki, məktub İslama çağırış deyil. Məktubda gənclər müstəqil qərar çıxarmağa dəvət olunur. Gənclər özlərini tanımasalar doğru yolu da seçə bilməzlər. Siz gənclərin bu yola çağırışına necə baxırsınız?

Fayla Paşik: Düşünürəm ki, gənclərin inqilabi ruhiyyəyə ehtiyacı var. Elə bir ruhiyyə ki, onlar özlərini tapa bilsinlər. Əgər ruhla vücud arasında əlaqə olsa arzu olunan həyat tərzinə çata bilərik. Gənclər cəmiyyətin mühüm bir hissəsidir. Onlar gələcək nəslin bir hissəsidir. Onların sualları çoxdur. Əgər suallarına cavab verməsək doğru yolu tapa bilməzlər. Ya da öz sualları ilə başqalarının sorağına gedərlər. Siz dişiniz ağrayanda diş həkiminə müraciət edirsiniz. Əgər dinlə bağlı sualınız varsa din aliminə müraciət etməlisiniz. Biz gənclərin suallarına necə gəldi cavab verə bilmərik. Bir neçə ildən sonra onlar bizim övladlarımıza dərs keçəcəklər. Əgər doğru yolu tanımasalar, övladlarımıza da bu yolu göstərə bilməyəcəklər. İnqilabi ruhiyyə növbəti nəsillərə müsbət təsir göstərəcək. Çünki bu nəsil hazırda yolunu azıb. Bu gənclərin hazırda hansı dinə aid olmasının fərqi yoxdur. Onların heç birinin ruhani həyatla bağlılığı yoxdur. Vücudları bir tərəfə yön alıb, ruhları başqa bir tərəfə. İnsanın ruhu ilə vücudu arasında harmoniya olmalıdır. Bu olmasa insan başını itirər. Gənclərin sualları çoxdur, biz onlara yetərli cavablar axtarmalıyıq. Gənclər başa düşürlər ki, informasiya vasitələrində deyilənlər onların suallarına cavab deyil.

Təsnim: Hazırkı informasiya mühitində bir çox gənclərin ümumiyyətlə sualı yoxdur. Onlar bu ehtiyacı əldən çıxarıblar. Bu məsələyə necə baxırsınız?

Fayla Paşik: Mən belə düşünmürəm. Gənclər düşüncəlidir və informasiya vasitələrinin dediklərinə inanmırlar. Biz başqa bir dövrdə yaşayırıq. Əvvəlki nəslin yaşadığı dövrdən fərqli bir dövrdəyik. Burada yaxşı cəhətlər var. Ailələrimiz bizə tövsiyə verməklə kömək edə bilər. Onların dediyini universitetdə öyrənə bilmərik. Təbii ki, biz azad olduqda düşüncə köməyimizə gəlir. Azad olmaq üçün cəsarət lazımdır. Biz şüursuz canlı kimi deyilən sözlər qarşısında lal-kar dayana bilmərik. İnsan öz şəxsiyyətini, kimliyini müəyyənləşdirməlidir. Bizə yol göstərənləri tanımalıyıq. Dəyişmək üçün bəlkə də bir-iki nəfər bəs edər. Amma hər şey özünüzdən asılıdır. Sizin buna cəsarətiniz çatırmı? Bəziləri yaxşı təhsil alıb, varlıdır, gözəldir, xarizmatikdir. Amma onların cəsarəti yoxdur. Cəsarəti olmayan insan yolu azıb və doğru yolu tapmağa cürəti yoxdur. Bu gün cəsarətli insanların günüdür. Təəssüf ki, cəsarətli müsəlman cəmiyyətinə malik deyilik. Əgər bir-iki nəfər cəsarətli insan olsa böyük işlər görmək olar. İmam Xomeyni (r) tək idi, amma cəmiyyəti dəyişdi. Biz isə hələ ki, sadəcə tamaşa edirik.

Təsnim: Çox doğru buyurdunuz. İmam Xomeyni (r) həqiqətən ən cəsarətli insanlardan idi.

Fayla Paşik: Təsəvvür edin ki, siz özünüz haqqında bir mövzudan xəbərsizsiniz. Mən bir neçə gün öncə dostlar arasında belə bir sual verdim ki, nə üçün İran inqilabı qalib gəldi? Amma digər inqilablarda biz bu qələbəni görmədik. Çünki siz iranlılar nə istədiyinizi bilirsiniz. Amma başqa inqilablarda yalnız bu barədə düşünürlər ki, biz nəyi istəmirik. Qələbəyə çatmaq üçün insan nə istədiyini bilməlidir. Onlar demokratiya istəyirlər. Amma hansı demokratiya? Onlar insan haqları istəyirlər, amma hansı insan haqları? Amma siz dəqiq bilirdiniz ki, nə istəyirsiniz. Sizin müvəffəqiyyətinizin səbəbi bu idi. Sizin ölkədəki model başqaları üçün böyük nümunədir.

Təsnim: Bu günə qədər fəaliyyətlərinizə görə təzyiqə məruz qalmısınızmı?

Fayla Paşik: Təbii ki, fəaliyyətlərimə görə çətinliklərlə üzləşmişəm. Amma problemləri aradan qaldırmağın yolları var. Həmişə çıxış yolu var. Biz insan haqları, bərabərlik, qardaşlıq, həmrəylik kimi dəyərlərə inanırıq. Təəssüf ki, insan olaraq bir-birimizə inamımız yoxdur. Bu mövzular barədə müzakirə aparmırıq. Təəssüf ki, ətrafdakılara sevgidən çox nifrətimiz var. İnsanları cəzb etməkdən çox onları rədd etmək barədə düşünürük. Ətrafa mənfi enerji veririk. Nə qədər ki, dialoq yoxdur, bir iş görə bilməyəcəyik. Mədəniyyətlər, dinlər arasında dialoq çox zəruridir. Biz bu barədə hökmən danışmalıyıq. Bu dialoqlar bir çox problemləri aradan qaldıra bilər.

Təsnim: Son söz olaraq nə deyərdiniz?

Fayla Paşik: Mən 7-ci dəfədir İrana gəlirəm. Bəlkə də inanmazsınız İran mənim üçün doğma ev olub. Mən İranda özümü evimdəki kimi hiss edirəm. Dəfələrlə Yaxın Şərq ölkələrinə səfərə çıxmışam. Əminəm ki, yolumu işıqlandıran İran olub. Başqalarına necə kömək etməyi mən sizdən öyrənmişəm. Mən İrandakı hislərimi bölüşmək istəyirəm. İranı tanıtdırmaq üçün görəcəyim ən kiçik iş budur. Mən İrana vüqarlı xalq adını vermişəm. Başqa heç yerdə belə vüqarlı millət görməmişəm. İran mənim üçün bir həyat modelidir. Mən demək olar ki, hər il Avropadakı sənətçilər, mətbuat işçiləri, yazıçılardan bir qrupunu İrana gətirirəm. Müəssisəmizin əsas layihələrindən biri budur. Radio-televiziya, mətbuatda ölkəniz haqqında danışıram. Biz sənədli bir film, müsahibə vasitəsi ilə çox iş görə bilirik. Təbii ki, işin çətinliyi var və bu yol uzun yoldur. Amma bütün gördüyümüz işlər İranda gördüyümüz məhəbbətin əvəzi ola bilməz.

Müsahibəni apardı Məhəmməd Hüseyn Pərtuyan



Yüklə 297,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə