Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə23/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   19   20   21   22   23   24   25   26   ...   106

1980-ci  illərə  qədər  Britaniya  parlamentində  etnik 
azlıqların  təmsilçiləri  olmamışdır.  Yalnız  1987-ci  ildə  ley­
boristlər  partiyasından  dörd  nəfər  və  onların  da  iki  nəfəri 
müsəlman  icmasını  təşkil  edirdi.  İngiltərə  dünyaya  ən  açıq 
ölkə  kimi  tanınır.  Burada  bir  milyarda  yaxın  insan  vizasız 
ölkəyə  daxil  olmaq  hüququna  malikdir.  Hər  il  ölkəyə  gələn 
300 min  xarici  tələbənin  yüz  mini  Asiya ölkələrindəndir.
2002-ci  ildə  “Milli  mənsubiyyət,  immiqrasiya  və  sı- 
ğınacağa  dair  “Qanun” qəbul  edilmişdir.  Vətəndaşlıq  almaq 
istəyənlər  ölkəyə  və  Britaniya  monarxiyasına  sədaqət  andı 
içməlidirlər,  ölkə  tarixini  yaxşı  bilməlidirlər.  2006-cı  ildə 
Qordon  Braun,  indiki  baş  nazir,  cəmiyyətdə  inteqrasiyanı 
fəallaşdırmaq  məqsədi  ilə,  tolerantlıq  və  patriotizm  simvolu 
olan  “Britaniya  günü"  milli  bayramını  təsis  etmişdir.
“Britaniya  özünü  Avropa  ailəsinin  üzvü  kimi  görür, 
yoxsa  “anqlo  sakson  (ABŞ)  istiqamətinə  m eyillidir?"  bu 
çox  ciddi  sualdır,  ö lk ə   əhalisinin  80  fazi  Avropa  məkanına 
ehtiyatla  yanaşır.  “Britaniyada  siyasətin  gələcəyi  Avropa­
nın,  yoxsa  ABŞ-ın  xeyrinə  seçim  ediləcəyindən  birmənalı 
asılıdır.  İraq  müharibəsi  hadisələri  göstərdi  ki,  ABŞ-la 
“xüsusi  isti  münasibətlər”  İngiltərənin  Avropada  və  islam 
dünyasında  maraqlarına,  nüfuzuna  xələl  gətirm ir”  (A.Cam - 
ble.  Between  Europe  and  America.  The  future  o f  British 
Politics.  2003,  p.231).
2001-ci  il  sentyabr  hadisələrindən  və  Londonda  sil­
silə  terror  aktlarından  sonra  cəmiyyətdə  mədəni-milli  inteq­
rasiya  problematik  xarakter  daşıyır.  İnteqrasiya  siyasəti 
sosial  diskriminasiyanın  aradan  qaldırılmasına  yönəlmişdir. 
2005-ci  il  London  metrosunda  partlayışlardan  sonra  ictimai 
rəydə  multikulturalizm  praktikası  ciddi  tənqid  hədəfinə
-94
  -
çevrilmişdir.  Lakin  62  faiz  ingilis  və  82  faiz  müsəlman 
əhali  başqa  mədəniyyət  təmsilçilərinin  cəmiyyətə  inteq­
rasiyasının  vacibliyini  dəstəkləyirlər.  İngilislərin  üçdən  iki 
faizi  və  müsəlman  əhalinin  74  faizi  multikulturalizm  siya­
sətinə  yenidən  başlamasının  əleyhinədirlər.  2005-ci  ildən 
miqrant  və qaçqın  statusuna  nəzarət  sərtləşdirilmişdir.
Ümumiləşdirilmiş  vəhdət  kimi  qeyd  edilsə  də,  hazır­
da  bütün  Avropada  sosial-mədəni  inteqrasiyanın  milli  mo­
dellərinə  və  humanitar mexanizmlərinə  yenidən  baxılır.  Son 
illərə  qədər Avropada  tolerantlıq  nümunəsi  kimi  Hollandiya 
təcrübəsi  misal  çəkilirdi.  İnsan  hüquqları  ideologiyasının 
ardıcıl  reallaşdırılması  sənaye  inqilabı  ərəfəsində  bu  ölkədə 
dini-etnik  zəmində  qarşıdurmanı  aradan  qaldırmışdı.  Ölkə 
multikulturalizm  siyasətim  ən  fəal  tətbiq  edənlərdən  ol­
muşdu.
1990-cı  illərdə  ölkə  əhalisinin  tərkibində  qeyri-hol- 
landiyalıların  sayı  yüksəlmişdi.  Sağ düşərgənin  siyasətçiləri 
ölkənin  islamlaşdırılması  qorxusundan  danışırdı.  Sağ  radi­
kal  siyasəti  P.Forteynin  və  rejissor Teo  Van  Qoqun  öldürül­
məsi,  qeyd  olunan  karikatura qalmaqalları  intellektual  elita­
nın  rəyinə  təsir  göstərmişdir.  Bu  vaxta  qədər  immiqrantlar 
barədə  söylənilən  istənilən  fikir  irqi  zəmində  qərəz  kimi 
qiymətləndirilirdisə,  artıq  dövlət  həddən  yumşaq  multikul- 
tura  siyasət  yeritdiyi  vurğulanırdı.
2002-ci  ildə  sosial-mədəni  inteqrasiyaya  dair  parla­
ment  komissiyasının  hesabatında  xüsusilə  də  müsəlman 
əhaliyə  münasibətdə  multikultural  siyasətin  iflasa  uğradığı 
rəsmi  bəyan  edildi.  Burada  da  xüsusi  vurğulanırdı  ki,  inteq­
rasiya  dövlətin  maraq  və  təşəbbüslərinin  ziddinə  baş  ver­
mişdir.  “Hollandiyanın  təcrübəsi  istər  Avropada,  istərsə  də
-
9 5
-


müasir  dünyada  baş  verən  transformasiya  və  problemlərin 
təzyiqi  nəticəsində  ictimai  rəydə  və  dövlət  siyasətində  in­
teqrasiyanın  nəzəriyyə  və  praktikasına  yenidən  baxılmasına 
ən  qabarıq  nümunədir.  Bunun  səbəblərindən  biri,  F.Fukuya- 
mamn  fikrinə  görə,  Avropada  bərqərar  olmuş  dünyəvi  də­
yərlərlə,  milli  praktika  və  dini  dəyərlər  arasında  baş  verən 
ziddiyyətlə  bağlıdır”  (F. Fukuyama.  A.Year o f Leaving  Dan- 
gerounsly.  Remember Theo  Van  Goglı.  2005,  p.81).
Belçikada  inteqrasiya  problemi  dövlət  siyasətində 
mühüm  yer  tutur.  İnteqrasiya  proseslərinin  hüquqi  nizam­
lanması  və  göstəricilərinə  görə  Belçika  Avropa  Birliyi  öl­
kələri  arasında  liderlik  edir.  İslam  dini  hələ  1974-cü  ildə 
burada  rəsmi  dinlərdən  biri  elan  edilib  və  dini  qurumlar 
dövlət  tərəfindən  dəstəklənir.  Sosial-mədəni  inteqrasiyanın 
reallaşması  konkret  qurumlara  həvalə  olunur.  2005-ci  ildə 
Müsəlman  cəmiyyəti  Komitəsi  təsis  edilmiş  və  hakimiyyət 
orqanlarında  müsəlmanların  maraqlarını  təmsil  etməyə  xid­
mət edir.
İrlandiya  mədəniyyətlərarası  dialoq  və  irqçilik  prob­
lemlərinə  dair  Milli  Komitə  fəaliyyət  göstərir.  Komitə  ic­
timai  rəy  və  müzakirələrin  keçirilməsi  ilə  inteqrasiyanı  sti­
mullaşdıran  amilləri  üzə  çıxarmağa  çalışır.  İsveçrə  inteq­
rasiya  siyasəti,  dövlətin  mövqeyinə  görə,  ümumən,  insan 
hüquqları  çərçivəsində  aparılmalıdır  və  mədəni-etnik  birlik­
lərə  özəl  səlahiyyətlərin  verilməsi  demək  deyil.  İnsan  hü­
quqları  ideologiyası  Danimarkada  da  qeyd-şərtsiz  qəbul 
edilir  və  demokratiyanın  ən  ali  göstəricisi  hesab  edilir. 
Məlum  karikatura  qalmaqalı  bu  ölkədə  söz  azadlığının 
hədləri  və sərhədləri  problemini  gündəmə  gətirdi.
-
9 6
-
Fransada  inteqrasiyanın  individual  aspekti  önəmli 
olduğu  üçün,  etnik  mədəni  birliklər  multikultural  siyasətin 
obyekti  kimi  ayırd  edilməmişdir.  Fransanın  çoxmilyonlu 
müsəlman  əhalisindən  ölkə  parlamentində  heç  kim  təmsil 
olunmur.  Əhalinin  etnik  və  dini  mənsubiyyəti  haqda  statis­
tika  aparılmır.  Hesab  olunur  ki,  bu  göstəricilər  inteqrasiya 
strategiyasının  reallaşmasına  mane  olur.  Fransada  baş  verən 
son  hadisələr  problemlərin  dərinliyini  nümayiş  etdirir.  Bu­
rada  başqa  mədəniyyət  təmsilçilərinin,  məşhur  sosioloq  və 
filosof  Pyer  Burdye,  Sokratın  "atopos”  -   “məkansız”  sözü 
ilə səciyyələndirir.
XX  əsrin  90-cı  illərində  Almaniya  da  özünün  im- 
miqrasiya  ölkəsi  olduğunu  dərk  etdi.  Yeni  yüzillikdə  multi- 
kulturalizm  siyasətinin  icrası  əksər  Avropa  ölkələrinin 
qanunvericiliyi  ilə  uyğunlaşdırılmışdır.
Dünyanın  inkişaf  etmiş  ölkələri  içərisində,  millətin 
etnik  əsaslar  üzərində  konsolidasiyasmı  təmin  edən  dövlət 
siyasəti  Yaponiya  ilə  müqayisə  edilə  bilməz.
Hələ  1986-cı  ildə  baş  nazir Y.Naka  Sone  Yaponiyanı 
aşkar şəkildə  “bir  irqin,  bir millətin  ölkəsi”  adlandırmışdır.
Yaponiyanın  dövlət  siyasətində  başqa  etnik  birlik­
lərə  yer  olmadığını  nəzərdə  tutan  “monoetnik  millət"  ide­
yası  bu  gün  də  üstünlük  təşkil  edir.  Qeyri-yapon  əhalinin 
sayı  3,2  və  4,8  faiz  arasındadır.  Hətta  XX  əsrin  ortalarında 
ölkəyə  yaşamağa  gələnlər  hələ  də  “qonaq”  qismində  möv­
cuddur.  Yaponiyada  700  min  etnik  koreyalı  və  200  min 
çinli  yaşayır.  Ölkədə  ağır  fiziki  əməklə  məşğul  olan  peşə 
sahibləri  (qəssablar,  zibildaşıyan,  dəri  emalı  ilə  məşğul  olan 
və  s.)  -   3  milyona  yaxın  burakumilər  -   etnik  yaponlar, 
1871-ci  ildə  sinfi  fərqlərin  ləğv  edilm əsinə  baxmayaraq.
-
9 7
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə