Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə31/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

mədəniyyət,  dəyər  və  ənənələrin  heç  birini  mütləq,  etalon, 
nümunə  hesab  etmir.  Bu  sivilizasiyanın  əsas  arxetipi  qar­
şılıqlı  təsir, dialoqdur.
Təsadüfi  deyil  ki,  Avrasiyaçılıq,  (hətta  klassik  sayı­
lan  avrasiyaçılar  da),  "millətlərin  öz  müqəddəratını  təyin 
etməsi,  hətta  ayrıca  dövlət  qurmalarına  qədər  hüququn”  ve­
rilməsi  («самоопределения  наций  вплоть  до  отделения) 
şüarını  həmişə  tənqid  etmiş,  bu  şüarın  özündə  nifaq,  par­
çalanma  və  separatizm  meyillərini  daşıdığını  açıq  söyləmiş­
lər.  Bu  günümüzdə  problemin  nə  qədər  aktual  olduğunun 
şahidi  oluruq.  Separatçı  rejimlərin  dünyada  yaratdığı  gər­
ginlik  ocaqları  məhz  bu  şüardan  bəhrələnmişdir.
Ümumi  dövlətçilik  və  qlobal  bəşəriyyətin  maraqla­
rının  etnik,  konfessional  və  milli-mədəni  plüralizmə  da­
yaqlanan  vahid  sistem  əsasında  ahəngdar  inkişafının  təmin 
edilməsi  baxımından  avrasiyaçılığın  nəzəri  və  praktiki 
əhəmiyyəti  göz  önündədir.
Qlobal 
sivilizasiyanın  gələcəyinin 
formalaşması 
dünyadakı  insanların,  xalqların  hamısının  birgə  işidir.  Bu 
yalnız  qlobal  səviyyədə  qərar  qəbul  edən  ixtiyar  sahiblə­
rinin  səlahiyyətində  deyildir  və  ya  ən  azı  belə  olmamalıdır. 
Qloballaşma  prosesinin  bu  gün  müşahidə  olunan  neoliberal 
Qərb  modeli  özünün  bütün  ziddiyyətləri,  qalib  və  məğlub 
sifətləri  ilə  tarix  qarşısında  imtahan  verir.  Sivilizasiyanın 
böhranını  aradan  qaldırmaq  üçün,  onun  ruhunu  təşkil  edən 
mədəniyyətlər  dialoqda  bir  araya  gəlməli,  müxtəlifliklərlə 
vəhdət  arasında  ahəng  və  uyğunluq  yaratmağa  əzmli  ol­
malıdır.  Tarix  boyu  da,  xüsusilə  də  müasir  dövrdə  heç  bir 
xalq,  ölkə  başqalarından  təcrid  olunmuş,  qapalı  şəkildə 
mövcud  ola  bilməz.
-  
126
  -
Postsovet  məkanında  baş  verən  hadisələr  də,  qlobal­
laşma  prosesinin  təhlilinin  ilk  nəticələri  də  göstərdi  ki,  yeni 
dünya  nizamının  formalaşdırılması,  köhnənin  dağıdılmasın­
dan  qat-qat  çətindir.  Bunlar  “Avrasiya”  mövzusunda  davam 
edən  belə  bir  ideyanın  da  həyatiliyini  təsdiq  etdi  ki,  dün­
yada  yeni  inkişaf  yollarının,  qarşılıqlı  münasibətlərin  yem 
modellərinin,  planetar  düşüncə  tərzinin  təşəkkül  tapması, 
milli,  mədəni,  mənəvi  faktorlar  və  onların  daşıyıcısı  olan 
xalqların  yeri  və  rolu  nəzərə  alınmadan  qeyri-mümkündür. 
Hər  bir  xalqın  milli  xarakterini,  mentalitetini,  davranış 
stereotiplərini,  tarixi  yaddaş  və  təcrübəsinə  həssas  yanaşıl­
madan,  yalnız  rasional  prinsiplər  üzərində  inkişaf yollarının 
konseptual  modeli  qurula  bilməz.
“Azərbaycan  Avropa  ilə  Asiyanın  qovuşuğunda  yer­
ləşir.  Coğrafi  mövqeyinə  görə  Azərbaycanın  əhəmiyyəti  bö­
yükdür.  Hesab  edirəm  ki,  onun  coğrafi  siyasi  mövqeyi 
təkcə  bizim  özümüzdən  ötrü  deyil,  həm  də  dünya  birliyi 
üçün  əhəmiyyətlidir”.  Bu  sözlər,  ulu  öndərimiz,  ümummilli 
liderimiz  Heydər  Əliyevə  məxsusdur.  Bəli,  Azərbaycan  xal­
qının  milli  təfəkkürünün  formalaşmasında,  siyasi,  iqtisadi, 
mədəni  həyatında  Avrasiya  məkanının  böyük  təsiri  vardır. 
Azərbaycanın  mütəfəkkir  şəxsiyyətləri,  sabahın  inkişaf  yol­
larına  dair,  türk  dünyasının,  türkçülüyün  ən  böyük  simaları 
ilə  fikir  mübadiləsi  və  dialoqları,  tarixin  ən  çətin  dönəm ­
lərində  belə  mövcud  olmuşdur.  Ə.Hüseynzadəni,  Z.Göy- 
alpı,  C.Əfqanini  və  başqa  neçə-neçə  millətsevər  insanları 
yada  salaq.  Dialoq  Avrasiya  qurumu  bu  dahi  insanların  mə­
ram  və  qayəsini  davam  etdirir.  Dialoq-tarixi  təcrübəyə  da­
yaqlanaraq,  sabahın  yollan  barədə  həm  düşünməyə,  həm  də 
əməli  fəaliyyət  göstərməyə çağırır.
-  
127
-


Biz  tarixi  reallığı  qara  rənglərdə  görmək  məqsədin­
dən  uzaqdayıq.  Lakin  bizə  elə  gəlir  ki,  Avropa  və  Asiyanın 
qarşılıqlı  münasibəti  problemi  bu  gün  bəşəriyyət  qarşısında 
özünün  ən  ciddi,  ən  kəskin  formasında  durur.  Sabahkı  nə­
sillərin  mədəni,  ictimai,  tarixi  taleyinin  dayaqlana  biləcəyi 
yeni  münasibətlər  qurula  biləcəkmi?  Bu  dialoq,  inteqrasiya 
və  barışdan  bilavasitə  asılıdır.  Bu  gün  Avropanın  Asiya  ilə 
informasiya,  iqtisadiyyat  və  s.  baxımından  çox  yaxınlaş­
mışdır.  Bunu  mədəniyyətlər  barədə  söyləmək  olarmı?  Mə­
kan  qonşuluğunu,  yaxınlığını,  insanların  və  mədəniyyət­
lərin  qonşuluğuna  çevirmək  olacaqmı?  Bu  sualları  cavab­
landırarkən  biz  XX  əsrin  əvvəllərində  olduğu  kimi  pes­
simizm  əhval-ruhiyyəsinə qapılmaq  istəmirik.
Avrasiya  məkanının  üzvü  olan  dövlətlər  öz  tarixi 
borc  və  missiyalarını  mövcud  problemlər  və  onların  inkişaf 
yolları  istiqamətində  söyləniləcək  hər  bir  fikrə  ilk  öncə 
hörmətlə  yanaşmaqda,  dialoqa  dəvət  etməkdə  yerinə  yetir­
məlidir.  Bu  məkan  da  hər  bir  mədəniyyətin  öz  sözünü 
deməsi  üçün  verildiyi  imkan,  tribunadır.
Həyat  durduqca,  dialoq  da  vardır.  Bir  mütəfəkkirin 
sözləri  ilə  deyilsə”  Avropa  və  Asiya  öz  aralarında  həyatın 
dövran  etdiyi,  dialoqun  sonsuz  olduğu  iki  qütbdür"  (Her­
man  Hesse).
Avrasiyanın  inteqrasiyanın  məkanı  olduğunu  tarixin 
təcrübəsi  təsdiqləyə  bilər.  Avrasiyada  müasir  dövrün  in­
teqrasiyanın  zamanı  olduğunu  başa  düşürlər:  bu  gün  dün­
yada  gedən  proseslər  özü  də  bunu  təsdiqləyir.  Sabahın  in­
kişaf  yollarının  necə  olacağı,  məkan  və  zamanda  fasiləsiz 
davam  edəcək  inteqrasiya  səylərindən,  dialoqlardan  bila­
vasitə  asılı  olacaqdır.
-128
  -
II BÖLMƏ
AZƏRBAYCAN XXI  ƏSRDƏ: 
MİLLİ-MƏNƏVİ  İNTİBAH VƏ  MƏDƏNİ 
İNTEQRASİYANIN GENİŞLƏNƏN  ÜFÜQLƏRİ


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə