Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə25/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   21   22   23   24   25   26   27   28   ...   106

liyin  ixtisara  salınmasına  da  səbəb  ola  bilər.  Əgər  insanlar 
başqalarının  həyat  tərzini  bəyənərək  seçim  edərsə,  bu,  baş 
verə  bilər”  (Доклад  о  развитии  человека  2004.  Куль­
турная  свобода в  современном многообразном мире.  М., 
2004,  s .17-18).
Multikulturalizm  dövlət  siyasəti  kimi  qəbul  edildiyi 
ölkələrdə  əhəmiyyətini  saxlayır.  Lakin  bütün  hallarda  bu 
ideya  yerli  insan  birliklərinin,  ictimai  rəyin  dəstəyi  olma­
dan  həyata  keçirilə  bilməz.  Məhz  bu  halda  konkret  səmərə 
gözləmək  olar.  Digər  tərəfdən,  sosial  mədəni  inteqrasiyanın 
uğurlu  prosesə  çevrilməsi  siyasi-hüquqi  inteqrasiyadan  kə­
narda  başa  düşülə  bilməz.
İnteqrasiya  və  mədəni  müxtəlifliyin  qorunmasının 
bu  aspekti,  prosesin  ‘‘ikitərəfli  hərəkətin  getdiyi  küçə  ilə” 
müqayisəsi  ideyasında  aydın  ifadə  olunmuşdur.  İnteqrasiya 
‘‘bir-birinə  doğru  hərəkət”  sxemi  ilə  reallaşa  bilər.
Avropada  tarixən  demokratiyanın  mənbəyində  duran 
ölkələrin  siyasi-mədəni  ənənəsində,  sivilizasion  inteqrasi­
yanın  optimal,  səmərəli  mexanizmlərinin  müəyyənləşdiril- 
məsinə  nə  dərəcədə  nail  olunacaqdır.  Bu  sual  hələlik  açıq 
qalır.  İnkişaf etmiş  ölkələr  başqa  mədəni  kosmosdan  gələn­
ləri  qəbul  və  inteqrasiya  elməyə  hazırdırmı?  Bu  məkana 
qədəm  qoyanlar  özləri  necə,  vətəndaşlarına  dünyada  ən 
yüksək  həyat  səviyyəsi  təmin  edən  Qərbin  siyasi-mədəni 
institutlarına  tam  vüsətlə  qoşulmağa  iddialıdırmı?  Bu  halda 
qrup  identikliyi  ilə  fərdi  seçim  azadlığının  nisbəti  necə  həll 
olunur.
Mədəni  məkanların  ahəngdar  birgəyaşayışı  və  qar­
şılıqlı  təsirinin  uzunmüddətli  perspektivlərinin  müəyyən­
ləşməsi  qlobal  dünyanın  bu  çağırışlarına cavab  verə  bilər.
'
-  1 0 2 -
tnleqrasiya  qeyd  olunduğu  kimi,  çoxşaxəli  mürəkkəb 
məzmunlu  prosesdir.  Burada  iqtisadi,  siyasi,  mədəni,  sosial, 
hüquqi  və  s.  müstəvilər ayırd  edilir.
İnteqrasiyanın  müxtəlif  tipləri  və  səviyyələrinə  gəl­
dikdə  isə  bu 
f u n k s i o n a l 
-   yəni  vacib  həyati  tələbatlara  və  iş­
lə  təminata  yönəlmiş  fəaliyyətdir (inteqrasiyadır).
Digər  səviyyə 
s t r u k tu r   in te q r a s iy a  
mədəni-ctnik  bir­
liklərin  təhsil  və  s.  sahələrə  cəlb  olunması,  bərabər  sosial 
qarantiyaların  əldə  olunmasına  yönəlmiş  fəaliyyətdir. 
Struktur  inteqrasiya  gedişində  ictimai  həyata  və  sosial 
resurslara qoşulma  imkanı  gerçəkləşir.
S iy a s i- h ü q u q i  in te q r a s iy a  
yalnız  mövcud  ölkənin 
hüquqi  normalarına,  müvafiq  sosial  davranış  qaydalarına 
riayət  etmək  deyil,  həm  də  siyasi  və  vətəndaş  yönümlü 
iştirak  prosesini  nəzərdə  tutur.
S o s i a l  m ə d ə n i  in te q r a s iy a  
  qəbul  edən  ölkənin  mə­
dəni  məkanına  və  sosial  münasibətlərinə  dolğun,  fəal  nüfuz 
edə  bilməyi  nəzərdə  tutur.  Gündəlik  həyatda  fəal  iştirak, 
yerli  infrastrukturla  qarşılıqlı  inteqrasiya  bu  səviyyədə 
gerçəklənir.  Son  nəticədə  inteqrasiya  ictimai  həyatın  bütün 
sahələrində  tamhüquqlu  iştirak  etmək  deməkdir.
Lakin  özünəməxsus  mədəni  identikliyin  itirilməsi, 
yəni  assimilyasiya  deyildir.
Real  həyalda  inteqrasiyanın  müxtəlif səviyyə  və  for­
maları  yanaşı  mövcud  olur,  lakin  hökmən  nizamlama  ob­
yektinə  çevrilir.  Lakin  bunu  məhz  sosial-mədəni  inteqrasiya 
barədə  demək  olmaz.  Onun  nəticələri  problematik  olur  və 
uğurları  həm  qəbul  edən  ölkənin  ab-havasından,  həm  də  gə­
lənlərin  qarşılıqlı  münasibət  qurmağa  istəyi  olub-olm am a­
sından  asılı  olur.  Bir-birinə  doğru  atılan  bu  addımların  ol­
-  
103
-


madığı  təqdirdə  sosial  mədəni  inteqrasiya  getmir.
Sosial-mədəni  inteqrasiyanın  konsepsiyası  və  prak­
tiki  həlli  kimi  multikulturalizmi  “m if’,  “əsassız  nağıl”  ad­
landıran  baxışlar  da  çoxluq  təşkil  edir.  Bu  baxışlara  görə 
konsepsiya  ABŞ  tərəfindən  total  ekspansiya  və  ixrac  məq­
sədlərini  güdür  (Bax:  Глобализация  и  мультикульту- 
рализм.  M.,  2005,  332  s.).
Multikulturalizm  problcmatik  model  kimi  milli  və 
ümumbəşəri  aspektlərin  tarixən  formalaşmış  ənənəvi  mü­
xalifətini  balanslaşdırmağa çalışır.
Modelin  tənqidinə  onun  dövlət  siyasəti  kimi  həyata 
keçirdiyi  ABŞ-da  rast  gəlmək  olar.  B.Şvarsm  “Müxtəliflik 
mifi:  Amerikanın  ixrac  etdiyi  başlıca  əm təə”  adlı  əsəri, 
konservatizmin  üstün  olduğu  dairələrdə  rəğbət  qazanmışdır.
Bütövlükdə  mədəni  inteqrasiya  probleminin  həlli  və 
təkamülü  beş  mərhələdən  keçmişdir:  bunlar  qeyd  olunan 
assimilyasiya,  təhlükə,  qarşıdurma,  stereotip  baxışlar  və 
nəhayət, 
multikulturalizm 
mərhələsidir. 
Sonuncunun 
növləri  də  çoxsaylı  qollara  ayrılır:  neoliberal,  korporativ, 
konservativ,  polisentrik  və  s.  necə  adlandırılmasından  asılı 
olmayaraq,  onun  müxtəlif şərhləri  açıq  müzakirəsi  modelini 
müsbət  və  ya  mənfi  cəhətlərini  aşkarlamağa  yardım  edir.
Qulaqlara  yad  olan  çoxsaylı  ifadələrdə  əksini  tapan 
multikulturalizm,  bikultarilizm,  polikulturalizm,  transkultu- 
ralizm,  inteqrasiya  yalnız  qarşılıqlı  təşəbbüslərə  qoşulmaq 
deyil,  həm  də  yeni  mədəniyyət  məkanının  yaradıcı  şəkildə 
də  formalaşdırılması  deməkdir.
XXI  əsrin  yeni  mədəniyyət  məkanında  istənilən  mə­
dəniyyət  son  məqsəd,  mütləq  etalon  deyildir,  bu  məkanı 
tanımaq  Uçun  bələdçidir.  Hər  bir  mədəniyyət  son  mənzil,
-  
104
-
məntəqə  deyil,  məkanı  keçmək  üçün  tələb  olunan  tranzit  -  
yoldur,  həm  anlamaq,  həm  də  anlaşılmaq  ehtiyacıdır.  Mə­
dəni  identiklik  bu  məkanda  maneə  deyil,  ünsiyyət  üçün 
qurulan  körpü  rolunu  oynayır.  Bütün  hallarda  mədəni 
inteqrasiyanın  piüralist  paradiqması  davamlı  stabilliyin 
təminatçısı  kimi  çıxış  edir.  Mədəniyyətlərin  təmas  nöqtə­
ləri,  ünsiyyətin  baş  verdiyi  sərhədlər,  mədəni  məkanda  ən 
önəmli  “ərazilərdir”.  “Sərhəddə  olmaq  -   həmişəkindən  da­
ha  çox  aktual,  zəruridir.  Bir-birini  tanımaq,  mədəni  iden­
tiklik  sərhədlərinin  hüdudlarını  aşmağa  cəhd  elməkdir” . 
(M.Фуко.  Интеллектуалы  и  власть.  Ч.  11.,  М.,  2002, 
s.401).
Yuxarıda  sadalanan  modellərin  izahı  ayrıca  bir  ki­
tabın  geniş  mövzusudur.  Başlıca  fikir ondan  ibarətdir  ki,  bu 
gün  dünyada  formalaşan,  “dünyaların  dünyası”  adlandırılan 
yeni  mədəniyyət  məkanında  əhatə  və  sabitliyin  təmin  edil­
məsi  daimi  və  məqsədyönlü  səylər  tələb  edir.  Bu  problem 
yalnız  siyasi  hüquqi  nizamlama  ilə  deyil,  son  nəticədə 
inteqrasiyanın  humanitar,  sosial-mədəni  mexanizmləri  ilə 
həll  oluna bilər.
-  
105
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə