Yeni mədəniyyət məkanına



Yüklə 40 Kb.

səhifə4/106
tarix17.11.2018
ölçüsü40 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   106

ğını,  dərk  və  təhlil  etməsinə  kəskin  sosial  sifariş  yaratmış­
dır.
Bəşəriyyətin  vəhdəti,  sarsılmaz  birliyi  arzusu  tarixin 
bütün  dönəmlərində  mövcud  olmuşdur.  Lakin  bu  arzunun 
gerçəkləşməsinə  ən  böyük  ümidin  bəslənildiyi  müasir dövr­
dür.  Bir  tərəfdən,  qloballaşma  prosesləri  dünyanın  maddi 
(iqtisadi  və  informasiya  bağlılığı)  vəhdətini  reallığa  çevir­
mişdir.  Digər  tərəfdən  isə,  tarixdə siyasi  dövlət,  milli  dövlət 
quruluşları  ilə  yanaşı,  ilk  dəfə  sosial  dövlət  forması  həyata 
vəsiqə  almışdır.  Avropa  Birliyi  və  inteqrasiyanın  Avropa 
modeli,  insanların  bütün  (maddi,  mənəvi,  sosial  və  s.)  im­
kanlarının  təmin  olunmasını,  ümumi  rifahın  yüksəldilmə­
sini  gerçəkliyə  çevirən  sosial  dövlət  quruluşunun  təməlini 
qoymuşdur.  Bununla  yanaşı,  qulaqlarımız  üçün  yeni  olan 
“Avropa  identikliyi”  sivilizasion  inkişaf  yolunun  seçimində 
tam  vüsətlə  özünü  büruzə  verir.
Bu  məkanda  inteqrasiya  ideyaları  qədim  tarixi  kök­
lərə  malikdir.  Bu  mövzudan  bəhs  ediləndə  Qədim  Roma 
imperiyasının,  Böyük  Karlın  imperiyasının,  təcrübəsi  (mü­
qəddəs  Roma  imperiyası),  Napoleonun  fəth  siyasəti,  Av­
ropa  Birləşmiş  Ştatlarının  yaradılmasına  dair  çoxillik  dis­
kussiyalar  yada  düşür.
İkinci  dünya  müharibəsindən  sonrakı  intensiv  inteq­
rasiya  proseləri,  Maastrixt  (1992),  Amsterdam  (1997)  və 
Nits  şəhərində  imzalanmış  (2001)  müqavilələr 
birliyini 
şərtləndirən  obyektiv  proseslər  olmuşdur.  Sonrakı  m ərhələ­
lərdə,  birliyin  simvolu  olan  konstitusiya  timsalında  Avropa 
identikliyində,  inteqrasiyanın  bu  qlobal  layihəsində  nə  isə 
çatışmayan  bir  həlqənin  olduğunu  qabarıq  şəkildə  nümayiş 
etdirdi.
-  
16
-
Sosial  dövlət  quruculuğu  ideologiyasından  çıxış 
edən  inteqrasiyanın  başlıca  məntiqinə  görə,  bu  obyektiv  bir 
layihədir.  Çünki  insanların  hüquq  və  azadlıqlarını,  iqtisadı 
baxımdan  əlverişli  üstünlük  əldə  edilməsini,  bütövlükdə 
Avropa  üçün  təhlükəsizliyi  təmin  edir.
Lakin  layihənin  reallaşdırılması  başqa  mövqelərdən 
də  qiymətləndirilməyə  başladı:  Avropanın  birləşdirilməsi 
liberal  dəyərlərin  itməsinə  səbəb  olsa,  fundamental  dəyər 
və  hüquqların  -   milli  identikliyin,  sosial,  mədəni,  şəxsi  hü­
quqlar,  büdcə  təminatı,  milli  və  mədəni  azlıqların  hüquq­
ları,  immiqrasiya  və  sığınacaqların  verilməsi,  artıq  vahid 
olan  vizaların  verilməsi  və  s.  bütün  bunlar  milli  dövlətin  və 
hökumətlərin  nəzarətindən  kənarda  həll  olunacaqsa,  vəziyəl 
necə  ola  bilər?
Əsas  problem  məhz  Avropa  identikliyi,  milli  və 
Avropa  suverenliyinin  nisbəti,  inteqrasiya  prosesinin  bu 
aspektdə  strategiyasının  nədən  ibarət  olması  idi.  Fransada 
və  Hollandiyada  referendumların  baş  tutmaması  inteqrasiya 
modelinin  ən  ciddi  ekspertizasına  təkan  verdi.  Artıq  özünə 
yer  almış  “avropessimizm”  yaxud  “avrooplimizm”  kimi 
mövqelərdən  yox,  “avrorealizm”  gerçəkliyindən  çıxış  edil­
məsi  gündəmə  gəldi.
Qərbi  Avropadan  fərqli  olaraq,  Şərqi  Avropa  bölgə­
sində  demokratik  ümumi  konstitusiyanın  qəbul  edilməsi  ilə 
milli  identiklik  axtarışlarının  eyni  vaxta  düşməsi  xüsusilə 
destruktiv  faktor  kimi  özünü  göstərdi.  M illətçilik  ruhunun 
yüksələn  xətt  üzrə  getdiyi  Şərqi  Avropada  paradoksal  isti­
qamətli  proseslər  gedirdi.  Bir  tərəfdən,  milli  identiklik  Al­
maniyanın  birləşməsinə  və  inteqrasiya  prosesinə  təkan  ve­
rilməsinə  səbəb  olurdusa,  digər  tərəfdən,  dezinteqrasiya
-  
17
-


mcyilləri  çox  günlü  idi  və  ayrı-ayrı  dövlətlərin  parçalanma­
sının  hüquqi  şəkildə  təsbit  olunmasını  şərtləndirirdi  (Çe­
xoslovakiya,  Yuqoslaviya).
Millətçiliyin,  milli  dövlət  ideyasının,  sosial  dövlət 
vətəndaş  cəmiyyəti  konsepsiyası  ilə  ziddiyyətə  girməsi 
məhz  bu  ərəfəyə  təsadüf edi.
Vahid  konstitusiya  və  inteqrasiya  modelinin  tənqidi 
gedişində,  birliyə  mane  olan  prinsiplər  və  meyarlar  sistemi 
problemin  yalnız  prosedur  və  prosessual  icra  məsələsində 
deyil,  hər  şeydən  əvvəl,  mədəni,  sosial,  tarixi  amillərə 
dayaqlandığı  məlum  oldu.
Başlanmaqda  olan  dezinteqrasiya  proseslərinin  sə­
bəbləri  kimi  mühüm  parametrlər aşkara  çıxarıldı:
-   hər  şeydən  əvvəl,  Avropa  identikliyinə  əngəl  olan 
mühüm  maneənin,  mədəni-milli  müxtəliflik  və 
özünəməxsusluğunun  gələcəyindən  doğan  narahat­
lıq  olduğu  bəlli  oldu,  (multikulturalizm  problemi);
-   Avropa  ıdentikliyi  və  suverenliyi  ilə  milli  suveren­
liyin  hüquqi,  siyasi  nisbətinin  müəyyən  olmadığı 
ortaya çıxdı;
-   sosial  dövlət  və  insan  hüquqları  ideologiyasının 
prioritet  hesab  edilməsinə  rəğmən,  inteqrasiyaya 
mane  olan  destruktiv  faktorlardan  (mədəni  iden- 
tikliyin  itməsi,  marginallaşma,  immiqrasiya,  ucuz 
işçi  qüvvəsinin  rəqabəti  və  s.)  səmərəli  müdafiənin 
hüquqi  mexanizmlərinin  olmaması  arasında  zid­
diyyət  kəskin  şəkildə  durur;
-   Avropa  sərt  seçim  qarşısında  qalmışdır:  sosial 
dövlətin,  iqtisadi  üstünlüyün  saxlanılması,  insan 
hüquqları  ideyasına  sadiq  qalmağı,  yoxsa  ziddiy­
-  
18
-
yətlərin  həlli  mexanizmləri  tanınana  qədər,  ikili 
standartlar xeyrinə  onlardan  imtina  elməli;
-   Avropa  məkanı  xarici  aləmə  qapalı  olmalı,  yoxsa 
sosial  mədəni  inteqrasiyanın  çevik,  işlək  mexa­
nizmlərini,  sivil  formalarını  yaratmalıdır;
-   gələcək  inteqrasiyanın  inkişaf  strategiyası  demo­
kratik  institutların  dondurulması,  yoxsa  mövcud 
sosial  gərginliyin  artırılması  fonunda  onların  dəs­
təklənməsi  önəmlidir;
-   inteqrasiya  yönündə  ciddi  əngəllərdən  biri  də 
müasir  Avropada  (həm  də  bütün  dünyada)  klassik 
parlamentarizm  institutlarının  kütləvi  cəmiyyət  şə­
raitində  effektiv  işlənməsi  imkanlarının  maneələr­
lə  üzləşməsidir.  Mədəni  səviyyənin  və  təhsilin 
keyfiyyətinin  arzuolunan  şəkildə  formalaşmaması 
bir  tərəfdən,  ictimai  şüurun  manipulyasiyası  vasi­
tələrinin  çoxalması  isə  digər  tərəfdən,  siyasi  eli­
taların  strateji  qərarlar  qəbul  etməsinə  mane  olur, 
parlamentarizmin  zəifləməsinə  səbəb  olur.
Bütün  bu  və  çoxsaylı  digər  amillər  Avropa  in­
teqrasiya  modelində  böhran  doğuran  səbəbləri,  onun  strateji 
istiqamətlərini  yenidən  nəzərdən  keçirməyə,  m üxtəlif  para­
m etrlər  arasında  səmərəli  konsensusa  nail  olmağa  sövq 
etmişdir.
Avropada  “kömür  və  polad  birliyinə  dair  müqavi­
lə d ə n   başlayaraq,  ümumi  idarəetmə  strukturu  altı  ölkənin 
imzaladığı  və  vahid  valyutanın  yaranmasına,  insanların,  ka­
pitalın,  malların  və  xidmətlərin  azad  hərəkətinin  təmin  edil­
məsinə,  millətüstü  qurumların  təşkilinə,  əlaqəli  xarici  siya­
sət  yeridilməsinə  doğru  addımlayan  Avropa  Birliyi  bu  gün
-  
19
-




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə