Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə5/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   2   3   4   5   6   7   8   9   ...   106

25  dövlətin  və  yaxun  perspektivdə  onların  sayının  daha  da 
artırılması  istiqamətində  inkişaf edir.
İnteqrasiya  modeli  baxımından  bu  bəşəriyyətin  bütün 
tarixi  boyu  əldə  etdiyi  ən  böyük  nailiyyətdir.  Lakin  bu 
nailiyyətin  möhkəmləndirilməsində  ən  ciddi  ziddiyyətlər 
mövcuddur.  Bu  ziddiyyətlər  kövrək  “Avropa  identikliyini, 
Avropa  immunitetini”  yoxa çıxara  bilər.
-
2 0
-
§ 3.  “Avropa  üçün  ruh” Alyansı  -  mədəni 
inteqrasiyanın  XXI  əsr üçün strateji 
layihəsi
Bu  giin  50 0   m ilyondan  ç o x  ə h a lin i  b ir lə ş ­
dirən  A vropa  ınəkanı  "dünənə  q ə d ə r "   b ir-b irin i 
vətəndaş  m ü h a rib əsin d ə  qana  qərq  edən  d ünya 
m ü h a rib ələrin ə  m eydan  olm uşdur.  B irlikd ə  y a ş a ­
m aq  və  in k iş a f etm əyin  yolunu  ilk  əv v ə l  iqtisadi 
tə m ə llə r  üzərin d ə  q u ru lm a sın d a   g ö rm ək  təbii  və 
m ən tiq i  b ir  q əra r  olm uşdur.  G ələcək  m ü n a q işə ­
lərə  son  qoym aq  arzusu  ilə  siy a si  və  h ərb i  m ə ­
kan la rın   in teq ra siya sı  həya ta   keçirilm işd i.  Lakin 
ya rım   əsrdən  çox  m üddət  ərzin d ə  bun la rın   kifa yət 
o lm a d ığ ı,  in teq ra siya n ın   səm ərəli  və  u n iversa l 
sa y ıla   bilən  m o d elin d ə  daha  b ir  istiq a m ətd ə  y a ­
x ın la şm a n ın   zəru riliyi dərk  olunm uşdur.
İnteqrasiyanın  mükəmməl  modelinin  axtarışları  bütöv­
lükdə  Avropanın  qlobal  islahatlar  sisteminin  üzvi  tərkib  his­
səsidir.  Bu baxımdan  Avriopa Birliyinin  sədri  Karel  De Quxtun 
sözlərini  yada  salmaq  istərdik:  ’’Avropa  məkanında  inteqrasiya 
sahəsində islahatların  başlıca məramı,  ilk  növbədə,  “Üç  zənbil” 
adlandırılan  -   hərbi-siyasi,  iqtisadi  və  humanitar-mədəni  isla­
hatlar istiqamətlərinin  tarazlaşdınlması  məqsədinə  xidmət  edən 
tədbirlər sisteminin  həyala  keçirilməsidir.
“Avropanın  inteqrasiya  modeli  yalnız  o  halda  uğur 
qazanacaqdır  ki,  iqtisadi  və  siyasi  məzmunlu  məqsədlərdən
-21
  -


daha  möhtəşəm  olan  mədəni  dəyər  və  idealların,  mədəni 
potensialın  birliyi  və  səfərbər  edilməsi  təmin  olunsun. 
Avropalılar  üçün  həmin  sarsılmaz  vəhdəti  yalnız  onun  və­
təndaşlarının  mədəniyyəti,  mənəvi  energetikası  yarada 
bilər.  Onun  etibarlı  gələcəyini  yalnız  Avropa  ailəsinə  üzv 
olan  xalqların  mədəni  ahəngdar inkişafı  təmin  edə  bilər.
Bəli,  ilk  əvvəl  Avropada  birliyin  iqtisadi  və  siyasi 
təməli  qurulmalı  idi.  Növbəti  mərhələ  daha  məsuliyyətli  və 
çətin  mərhələdir.  İndi  sosial  və  milli  birliyin  mədəni  əsaslar 
üzərində,  ardıcıl  və  məqsədəuyğun  olaraq  möhkəm ləndiril­
məsinə  başlamalıdır.  Ərazi,  əhalinin  tərkibi,  mədəni  və  mil­
li  müxtəlifliyin  miqyasına  görə  bu  sözsüz  ki,  tarixdə  misli 
görünməmiş  bir  vəzifədir"  (Диалоги  об  идентичности. 
M.,  2005,  s.  81.).
Bu  sözlər  Avropa  Komissiyasının  prezidenti  Xose 
Manuel  Barrozu  tərəfindən  Berlində  keçirilmiş  konfransda 
deyilmişdir.
Konfrans 
maraqlı  deviz  və  ad  altında:  “Avropa 
üçün  ruh”  (“Soul fo r   E urope”)  keçirilmişdi.  Avropa  Ko­
missiyasının  prezidenti  X.M.Barrozu  Berlində  2006-cı  ildə 
keçirilən  konfransın  memorandumunda  bir  daha  vurğu- 
lamışdır:  “Avropa  Birliyi  öz  inkişafında  elə  mərhələni  qət 
etmişdir  ki,  artıq  mədəniyyət  faktoruna  biganə  qala  bilməz. 
Birliyimizin  gələcəyi  üçün  mədəniyyəti  hərəkətverici  qüvvə 
kimi  inkişaf  etdirməliyik.  Avropam  birləşdirən  inteqrasiya 
proseslərinə  yalnız  zahiri,  maddi  irəliləyiş  deyil,  həm  də 
mədəni,  mənəvi  tərəqqini,  keyfiyyət  yüksəlişini  təmin 
etmək  üçün  ruh,  qəlb  gərəkdir.  Gələcək  üçün  Avropanın 
mədəni  enerjisi  səfərbər  edilməlidir.  Bunsuz  sabitliyə  nail 
olmaq  qeyri-mümkündür.
-
2 2
-
2004-cü  il  noyabrın  17-19-da  Avropanın  siyasi, 
iqtisadi,  mədəni  həyatının,  vətəndaş  cəmiyyətinin  nüma­
yəndələri,  dövlət  rəsmiləri  “Avropa  üçün  ruh”  adlı 
üçgünlük  konfransda  toplanmışdır.  Hər  iki  ildən  bir  daimi 
keçirilməsi  nəzərdə  tutulan  konfrans  “mədəni  inteqrasiya" 
faktorunun  Avropa  və  dünya  ictimaiyyətinin  diqqət  mərkə­
zinə  gətirilməsi  vacibliyindən  çıxış edir.
Konfransın  ümumi  məqsədi  bu  məkanda  inteqrasiya­
nın  mükəmməl  modelinin  formalaşması  üçün  mədəniyyətin 
hərəkətverici  qüvvə  statusundan  istifadə  etməkdir.  Kon­
fransın  və  “Avropa  üçün  ruh”  layihəsinin  təşəbbüskarları 
hesab  edirlər  ki,  Avropanın  gələcəkdə  rəqabətə  davamlılığı 
və  təhlükəsizlik  meyarının  təmin  olunması,  sarsılmaz  inteq­
rasiya  modelinə  keçid  alınması  üçün  yeganə  yoldur.
“Avropa  üçün  ruh”  mədəni  inteqrasiya  layihəsinin 
yaranması  gərgin  axtarışların  nəticəsi  olmuşdur.  Avropa 
konstitusiyası  ilə  bağlı  referendumun  uğursuzluğundan  son­
ra  vətəndaş  cəmiyyəti  qurumlarından,  siyasətçi,  iqtisadçı, 
sənət  adamları  və  intellektual  təbəqənin  300-dən  çox  nüma­
yəndəsinin  apardığı  gərgin  müzakirə,  fikir  mübadiləsi 
nəticəsində  bu  möhtəşəm  layihə  ərsəyə  gəlmişdir.  Ən  vacibi 
odur  ki,  “Avropa  üçün  ruh”  layihəsi  bu  məkanda  siyasi 
m ünasibətlərə  çox  mühüm  təsir göstərə  bilir.
Berlin  konfransından  sonra  daimi  “Berlin  prosesi” 
başlanğıcını  götürmüşdür.
2006-cı  ildə  keçirilən  II  Berlin  konfransında  “M ədə­
niyyətin  Avropada  birlik  və  rifah  üçün  intensiv  istifadəsi” 
təşəbbüsü  irəli  sürülmüş  və  həyata  keçirilməkdədir.  Həm­
çinin,  Avropa  Komissiyasının  prezidenti  bu  konfransda 
2008-ci  ili  “M ədəniyyətlərarası  dialoq  ili”  olacağını  və
-
2 3
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə