Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə94/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   90   91   92   93   94   95   96   97   ...   106

deməkdir.  Dialoq  bitərsə  -   hər  şey  bitər.  İki  səs  -   minimum 
varlıq,  minimum  həyat  deməkdir.  Həyat  dialoqdur,  insan  isə 
dialoqun  subyektidir.  Dialoq  vasitə  deyil,  məna  və  mahiy­
yətdir”.
-
380
-
§ 5.  Qlobal cəmiyyətə inteqrasiya  və 
islam mədəniyyəti
XX  əsrin  sonu  -   XXI  əsrin  əvvəli  bəşə­
riyyətin  qloballaşma  proseslərinə  daxil  olması 
ilə  səciyyələnir.  Proses  bu  giin  də  davam   et­
məkdədir.  Bu  prosesin  iimum planetar xarakteri, 
bütün  dünyanı  əhatə  etm əsi  qətiyyən  şübhə  d o ­
ğurmur.
Qloballaşma,  hər  şeydən  əvvəl,  Yer  kürəsində  bütün 
ictimai  fəaliyyətin  beynəlmiləlləşməsi  ilə  əlaqədardır.  Həmin 
beynəlmiləlləşmə  onu  göstərir  ki,  müasir  dövrdə  bütün  bəşə­
riyyət  sosial-mədəni,  iqtisadi,  siyasi  və  digər  ənənələrin,  qar­
şılıqlı  təsir.və münasibətlərin  vahid sisteminə daxil  olur.
Beləliklə,  keçmiş  tarixi  dövrlərlə  müqayisədə  müasir 
dövrdə  bəşəriyyətin  ümumplanetar  vəhdəti  genişlənməkdədir 
və  onun,  prinsipcə,  ümumi  tale  və  ümumi  məsuliyyət  hissi  ilə 
əlaqədar  olan  yeni  super  sistemi  yaranmaqdadır.  Qloballaşma 
dini  görüşlərə,  mədəniyyətə,  insanların  və  xalqların  dünyagö­
rüşünə,  təfəkkür tərzinə  və s.  mühüm təsir göstərməkdədir.  Ey­
ni  zamanda, qloballaşma dinlərin  və mədəniyyətlərin  dialoquna 
da  hərtərəfli  şərait  yaradır,  hətta  bu  dialoqu  xeyli  dərəcədə 
zərurətləndirir  də.  Bunu  islam-xristian  dinlərinə  və  mədəniy­
yətlərinə də aid edə bilərik.
-381
  -


Şərqşünaslıqda  və  eləcə  də  qərbşünaslıqda  “Şərq”  və 
“Qərb”  anlayışları  fundamental  kateqoriyalar  kimi  başa  düşü­
lür.  Klassik  elmdə  bu  anlayışlar  coğrafi  səciyyə  daşımış  və 
uzun  müddət,  yanlış  olaraq,  bu  cür də  qalmışdır.  Tarixdə  və  o 
cümlədən  mədəniyyətşünaslıqda  -   mədəniyyət  nəzəriyyəsində 
bu  anlayışlar  coğrafi  səciyyə  daşıyan  terminlərdən  elmi  kate­
qoriyalara  çevrilə  bilməmişlər  (Турсупов  Акбар.  Восточное 
культуроведение:  очерки  основоположений  / /  Взаимодей­
ствие  культур  Востока  и  Запада.  Вып.2.  М ,  Наука. 1991, 
С.6.).
Bunun  səbəblərini  tədqiqatçılar  aşağıdakı  kimi  qeyd 
edirlər.  Hər  şeydən  əvvəl,  həmin  anlayışlar  hətta  sırf  coğrafi 
planda  belə,  prinsipcə,  şərti  xarakter daşıyırlar,  çünki  zaman  və 
məkanda,  məntiqi  həcmdə  də  dəqiqliyə  malik  deyillər.  Tarix 
elmində  terminoloji  situasiyanın  o  qədər də  az  əhəmiyyət  kəsb 
etməyən  aspektinə  bir  vaxtlar  məşhur  şərqşünas,  akademik 
N.İ.Konrad diqqət yetirmişdir (Конрад Н.И.  Запад и Восток. 
Статьи.  М ,  1972,  с.452).  Məlum  olmuşdur  ki,  “Şərq”  və 
“Qərb"in  konseptual  qütbləri,  yaxşı  halda,  müxtəlif  xalqlarda 
tez-tez  dəyişən  məzmuna  malik  olmasına  baxmayaraq,  bir  sıra 
digər qeyri-yekcins  xalqlara  da  şamil  edilir.  Əslində,  qədim  və 
orta  əsrlərin  çinlilərində  “Qərb”  haqqında  öz  təsəvvürləri  ol­
muşdur.  Onlar “Qərb” dedikdə,  Asiya  kontinentinin  bir sıra  ra­
yonlarını  başa  düşürdülər.  Həmin  rayon  sonralar  “Şərqi  Tür­
küstan”  və  “Orta  Asiya”  adlandırılmışdır.  Yeni  və  ən  yeni 
dövrün  çinliləri  üçün  “Qərb”  Avropa  və  Amerikadır.  Qədim 
romahlar üçün  “Şərq” -  Suriya, Fələstin, Persiya, Mesopotomi- 
ya  və  s.  idi.  Onların  xələfləri  olan  orta  əsr  italyanları  üçün 
“Şərq” -  Kiçik  Asiyadan  başlanırdı.  Müasir italyanlar üçün  isə, 
o  cümlədən,  Qərbi  Avropa  sakinləri  üçün  “Şərq” -   hər  şeydən
-382
  -
əvvəl,  Çexoslavakiya,  Polşa,  Rumıniya,  keçmiş  SSRİ  və  s. 
olmuşdur.
İkincisi,  keçmişdə  olduğu  kimi,  indi  də  “Şərq”  və 
“Qərb”  anlayışları  bütün  oykumenti  (hətta  sivilizasiyalı  olsa 
belə)  əhatə  etmir  və  onun  bu  və  ya  digər  bütöv  “hissəsinin” 
sərhədləri  ilə  üst-üstə  düşmür.  Həqiqətən,  bu  məsələ  olduqca 
dolaşıqdır.  Faktlara  müraciət  edək.  Məsələn,  Bizansı,  onun 
mədəniyyətini,  dinini  hara  daxil  etmək  olar?  Axı  Bizans  im­
periyası  üç  kontinental  nəhəng  üzərində  -   Avropa,  Asiya  və 
Afrikada  yerləşmişdi.  Eləcə  də  indiki  Afrikanı,  Latın  Ame­
rikasını  və  ümumiyyətlə,  “üçüncü  dünya"  Ölkələrini  hansı  “ter­
minoloji  təsisata” aid edə bilərik?
Nəhayət,  üçüncüsü,  XX  əsrin  son  onilliklərindən  başla­
yaraq,  “Şərq”  və  "Qərb"  anlayışları  sırf  siyasi  məna  daşımağa 
başlamışdır.  Onillər  boyu  “Şərq”  deyildikdə,  “SSRİ”  və  yaxud 
sosialist  ölkələri  (həm  Avropadan  və  həm  də  Asiyadan  olan 
sosialist dövlətləri), eləcə də sosialist oriyentasiyalı ölkələr (on­
ların  coğrafi  cəhətdən  harda  yerləşməsindən  asılı  olmayaraq) 
başa  düşülürdü.  “Qərb”  deyildikdə  isə,  ancaq  Qərbi  Avropa, 
Şimali  Amerika  və  Yaponiya  başa  düşülürdü.  Müasir  coğrafi 
terminlər parçalanmış dünyada “şimal", “cənub”  bölgüsünü  ya­
ratmışdır ki, artıq bunlar da iqtisadi  kateqoriyalara çevrilmişdir. 
İnkişaf etmiş  “şimal",  inkişaf etməkdə  olan  “cənub"  bu  qəbil­
dəndir.  Bununla  bərabər,  qlobalist  tipli  tarixi-kulturoloji  kon­
sepsiyalarda  “Şərq”,  “Qərb”  anlayışları  nə  coğrafi,  nə  də  lokal 
baxımdan  məhdudlaşdırılmır.  Mədəniyyət  haqqında  yazılan 
ədəbiyyatlarda  “Şərq”  və  “Qərb”  bəzən  qarşı-qarşıya  qoyulur, 
bəzən  isə çox  yaxın dixotomik anlayışlar kimi  işlədilir.
Qərb-Şərq  dixotomiyasında  yeni  qlobal  kontekst  irəli 
sürülür.  Konseptual  əsasda bu dixotomiya  iki  anlayış  konstruk-
-383
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə