Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə95/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   91   92   93   94   95   96   97   98   ...   106

siyasim  ifadə  edir.  Bunlar  isə,  ümumiyyətlə,  “Şərq  mədəniy­
yəti”  və  ümumiyyətlə,  “Qərb mədəniyyəti” anlayışlarıdır.  Qərb 
mədəniyyətində  öz  mənşəyinə  görə  yunan-latın  mədəni  ənənə­
ləri  üstünlük  təşkil  edir.  Bu  mədəniyyətin  inkişafı  və  möh­
kəmlənməsində orta  əsrlərdən  başlayaraq  özünü  göstərən  ümu­
mi  dini  birlik  xüsusi  rol  oynamışdır.  Şərqdə  isə  bu  cür  vahid 
mədəniyyət,  demək  olar ki, olmamışdır.  Doğrudur,  Qədim  Şərq 
sivilizasiyalarının  öz  aralarında  diaxron  və  sinxron  əlaqələr 
mövcud  olmuşdur.  Lakin  bütün  bunlara  baxmayaraq,  sistemli 
əlaqənin  olduğunu  və  ümumi  “Şərq  mədəniyyəti”  anlayışı  al­
tında  birləşmənin  mövcudluğunu  irəli  sürmək  düzgün  olmazdı. 
Ancaq  orta  əsrlərdə  böyük  nüfuz  qazanmış  və  indi  də  özünü 
göstərən  vahid  müsəlman  mədəniyyətindən  danışmaq  müm­
kündür.
Hər  bir şərq  xalqının  spesifik  mədəniyyətinin  olduğunu 
da  inkar etmək  qeyri-mümkündür.  Deməli,  “bütün  zamanlar və 
bütün  xalqlar"  üçün  mövcud  olan  ümumi  mədəniyyətdən  da­
nışmaq  ağlabatan  deyildir.  Orta  əsrlərdə Avropada  formalaşmış 
və  nəzəri  sistemlərin  deduktiv  təşkilinə  əsaslanan  riyazi 
(həndəsi)  qanunlara  istiqamətlənən  intellektual  ənənələrə  görə, 
hər  cür  elmi  bilik  müvafiq  anlayışlar  vasitəsilə  müəyyənləş­
dirilmiş  möhkəm  zəminlər  üzərində  bərqərar  olmuşdur.  Lakin 
müasir elm  klassik  ənənələrin  varisi  olaraq  axırıncının  işlətdiyi 
terminlərin  hamısının  tam  definisiyasmı  (fərqləndirilməsini) 
zəruri  saymır.  Bu,  humanitar elmlərə  daha çox  aiddir (Моль  A. 
Социодинамика культуры.  M.,  1973,  c.  35-36.).
“Mədəniyyət”,  həqiqətən  də,  belə  anlayışlardandır. 
Mədəniyyətin  məkanda  lokallaşması  (məsələn,  “Şərq  mədəniy­
yəti  və  s.),  zamanda  lokallaşması  (məsələn,  “Orta  əsrlər 
mədəniyyəti"  və s.)  və yaxud onun  milliləşməsi  (məsələn  “ərəb
-
384
-
mədəniyyəti”  və  s.)  bu  anlayışın  məntiqi  həcmini  və  faktiki 
məzmununu  müəyyənləşdirmək  istəyən  tədqiqatçının  işini 
qətiyyən  yüngülləşdirmir.  Fəlsəfi-tarixi  rcfleksiyanın  predmeti 
həmin  definitiv  prosedurlardan  biridir  və  ilk  baxışda  onun 
formal,  sırf instrumental  xarakter daşıdığı  bəlli  olur.  Lakin  əsil 
həqiqətdə  həm  metodoloji,  həm  də  dünya  görüşü  baxımından 
olduqca  vacib  əhəmiyyət  daşıyır.  Söhbət  mədəniyyətin  mahiy­
yət  baxımından  dinə  münasibətinin  səciyyələndirilməsindən 
gedir.  Mühüm  mənəvi  hadisə  kimi  mədəniyyətin  dinlə  üzvi 
yaxınlığı  heç bir şübhə doğurmur.
Dinin  və  mədəniyyətin  nisbəti  məsələsi,  həqiqətən,  hu­
manitar  elmin  əbədi  problemlərindən  biridir.  Çox  vaxt,  xü­
susilə  XX  əsrin  müəyyən  dövrlərində  bu  problem  siyasi  məna 
və  ideoloji  forma  qazanmışdır.  Ancaq  bu  zaman  mədəniyyətin 
geniş  və  məhdud  mənada  təriflərini  nəzərə  almaq  lazımdır. 
Bəziləri  üçün  mədəniyyət  -  cəmiyyətdə  olan  bütün  mənəvi 
hadisələrin  məcmusudur.  Deməli,  o.  dini  də  tərkib  hissəsi  kimi 
özünə  daxil  edir.  Digərləri  üçün  “mədəniyyət”  anlayışının 
məntiqi  həcmi  bəşəriyyətin  pozitiv  nailiyyətləri  (burada  pozi- 
tivliyin  meyarları  müəyyənləşdirilmir)  adlandtrılanlann  məc­
musu  ilə  məhdudlaşır.  Burada  isə  guya,  onlann  fikrincə,  din 
mənəvi  mədəniyyət  hadisələrinin  ümumi  sırasından  çıxanlır. 
Konkret  elmi  işlərə  gəldikdə  isə  (bu  ən  çox  şərqşünaslığa  həsr 
olunmuş  tədqiqatlara  aiddir),  digər  bir  ifrat  cəhət  özünü  gös­
tərir.  Müəyyən  tarixi  dövrlərdə  mədəniyyət  və  din,  sadəcə 
olaraq,  eyniləşdirilir.  Nəzəriyyə  səviyyəsində  bu,  müəyyən 
dövrdə,  bu  və  ya  digər  regionda  bütün  mədəniyyətin  sırf 
konfessional  (dini)  tərifində  ifadə olunur.  Məsələn,  “müsəlman 
mədəniyyəti" anlayışı  elmi  dövriyyəyə daxil  olmuşdur.  Həm  də 
total  şəkildə  bu  anlayış  Yaxın  və  Orta  Şərq,  Orta  və  Cənubı-
-385
  -


Şərqi  Asiya  xalqlarının  mədəniyyətinə  aid  edilmişdir.  Bura 
fəlsəfədən  tutmuş,  musiqi,  sənətkarlıq,  rəssamlıq  və  memarlıq 
da daxildir.
Faktların  konkret  tarixi  təhlili  bir  daha  sübut  edir  ki, 
dinin  bir  sosial-mədəni  və  ideoloji  hadisə  kimi  rolunun  şi­
şirdilməsi  və  yaxud  da  onun  əhəmiyyətinin  aşağı  salınması, 
inkar  edilməsi  qətiyyən  qəbuledilməzdir.  İndiyə  qədər  mark­
sizmin  dinə  münasibətini  sırf inkarçılıq-ateist  mövqe  ilə  əlaqə­
ləndirmişlər.  Bu  isə  ancaq  və  ancaq  tarixi  ədalətsizlik,  mark­
sizmin  mahiyyətinin  təhrif  edilməsidir.  Əslində,  marksist  ya­
naşma  dinə  spesifik  sosio-mədəni  fenomen  kimi,  insanın  mə­
nəvi  təşəkkülünün  müəyyən  pilləsində  qanunauyğun  surətdə 
yaranan  bir  hadisə  kimi  baxılmasını  tələb  edir.  Başqa  sözlə 
desək,  din,  ateizm  və  s.  cəmiyyətin  inkişafının  müəyyən 
mənəvi  tələbatı  ilə əlaqədardır.
Mədəniyyətdə  dünyəviliklə  sakrallığın  (diniliyin)  bir 
yerdə olması  təbii qanunauyğunluqdur.  Mədəniyyətdə ilahiliyin 
və  dünyəviliyin  xüsusi  həcmi,  tarixi  dövrdən  və  şəraitdən  asılı 
olaraq,  müxtəlif regionlarda  müxtəlif səviyyədə olmuşdur.  Mə­
lum  olduğu  kimi,  orta  əsrlərdə  mədəniyyətdə  ilahilik,  dini  eti- 
qatçılıq  həm  şərq,  həm  də qərb cəmiyyətlərində  üstünlük  təşkil 
etmişdir.  Lakin  mədəniyyətlərin  daxili  vəhdəti  yuxanda  qeyd 
etdiyimiz  iki  başlanğıc  -  dünyəvilik  və  möminlik  arasında  zid­
diyyətin  olmasını  inkar  etmir.  Deməli,  dünyəviliyin  və  yaxud 
dindarlığın  mədəniyyətdə  hansı  rol  oynaması  məsələsinə  gəl­
dikdə,  onu  yalnız  müəyyən  konkret  tarixi  kontekstdə  qiymət­
ləndirmək  mümkündür.  Məsələn,  ateizm  heç  də  həmişə  mütə­
rəqqi  rol  oynamamışdır.  Bu  o  deməkdir  ki,  o,  heç  də  həmişə 
qabaqcıl  sosial  təbəqələrin  ideya  dayağı  olmamışdır.  Digər 
tərəfdən,  dinin  də tarixdəki  rolu  həmişə birmənalı  deyildir.
-
386
-
Islamın  yayıldığı  ölkələrdə  mənəvi-mədəni  sahədə  baş 
verənlərin  hamısını  birmənalı  olaraq  müsbət  qiymətləndirmək, 
özü  də  metodoloji  və  konseptual  yanaşma  baxımından,  böyük 
səhv  olardı.  Həmin  problemin  mühüm  aspekti  mədəniyyətin 
müsəlman  cəmiyyətinin  ideoloji  normalarla  müəyyənləşdiril­
miş spesifik şəraitində formalaşmış mənəvi  məzmunun  qiymət­
ləndirilməsidir.  Yaxın  və  Orta  Şərq  xalqlarının  orta  əsrlər  mə­
dəniyyətini,  sözün  həqiqi  mənasında,  müsəlman  (islam)  mədə­
niyyəti  olmasını  tam  əsasla  təsdiq  etmək  olarmı?  Burada  bir 
sıra mühüm şərtləri  nəzərə almaq  lazımdır.
Birincisi,  onun  tarixi  kökləri  islamdan  əvvələ  gedib 
çıxır.  Xilafətin  mədəniyyəti  boş  yerdə  yaranmamışdır.  O,  artıq 
mövcud  olan  şərq  (Misir,  Babilistan,  Suriya,  İran  və  Hind), 
eləcə  də  qərb  (ellin)  mədəniyyətləri  zəminində  yaranmışdır. 
İkincisi,  o  öz  ideoloji  tərkibinə  görə  tam  şəkildə  müsəlman 
mədəniyyəti  hesab oluna  bilməz.  Məlum  olduğu  kimi,  xilafətin 
mədəniyyəti  təkcə  islama  etiqad  edənlər  tərəfindən  yaradılma­
mışdır.  Zərdüştilər,  xristianlar,  iudeylər  və  müəyyən  qədər  də 
buddistlər  müsəlman  ölkələrində  mədəniyyətin  inkişaf  etmə­
sində  mühüm  rol  oynamışlar.  Üçüncüsü,  islamın  ideoloji 
hökmranlığı  total  xarakter  daşımamışdır.  Müsəlmanlıq  ərəb­
lərin siyasi  hakimiyyəti  altına düşmüş xalqlann  mədəniyyətinin 
bir  sıra  komponentlərini  tamamilə  özünə  tabe  etdirə  bilmə­
mişdir.  Sonuncu tezisin  təsdiqi  kimi  müsəlman fəlsəfəsinin  mü­
səlmanlığa  münasibəti  ilə  əlaqədar olan  problemləri  göstərmək 
olar.  Orta  əsrlərin  Şərq  fəlsəfəsi,  çoxlaylı  hadisə  kimi,  özünə­
məxsus  konseptual  və  metodoloji  strukturlaşmaya  malik  ol­
muşdur. Əslində klassik ərəb və farsdilli  fəlsəfə müxtəlif fəlsəfi 
fikir  məktəblərini,  ideya  cərəyanlarını  özünə  daxil  etmişdir. 
Onların  mövcudluğu  haqqında Məhəmməd Şəhrəslani  (XII  əsr)
-  
387
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə