Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə98/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   94   95   96   97   98   99   100   101   ...   106

aləti”  qismində  istifadə  oluna  biləcək  “stabilləşdirici  din”  kimi 
baxılır.  Ümumiyyətlə,  XIX  əsr  Avropa  fikrində  islama  müna­
sibətdə  üç  yanaşmanın  (romantik-ekzotik,  müstəmləkəçi,  elmi) 
birgə fəaliyyəti  müşahidə olunur.
-  XX əsrin  əvvəlində katolik islamşünaslıqda mahiyyətli 
yeniləşmə  müşahidə  olunur.  İslamın  şərhində  ənənəvi  konfes- 
sional  istisnaçılıqdan  və  əxlaqi-dini  patemalizmdən  geri  çə­
kilmə  baş  verir.  Bu  istiqamətdə  həlledici  addım  fransız  şərq­
şünası  Lui  Massinon  tərəfindən  atılır.  Humanizm,  dostluq  və 
əməkdaşlıq  ideyaları  ilə  yaşayan  bu  görkəmli  şəxsiyyət  müsəl­
manların  və  avropalıların  maraqlarının  dini  kommunikasiya 
sahəsində  uzlaşması  yolunda  xeyli  işlər  görmüşdür.  Hazırda 
katolik  islamşünaslıqda  islamın  teoloji  şərhinə  dair  Uç  əsas 
istiqamət  mövcuddur:  "maksimalist”,  “minimalist”  və  “mötə- 
dil” cərəyanlar.
-  Yüzlərlə  kommunikasion  kanallarla  bağlı,  vahid  infor­
masiya  şəbəkəsilə  əhatə  olunmuş  plüaristik  müasir  dünya  fərdi 
və  ictimai  şüuru  yeni  bir  səviyyəyə  yüksəldir -   qlobal  mənalı 
böyük  amala  doğru  apanr:  bəşəriyyətin  xilası  və gələcək  tərəq­
qisi  onun  öz əlindədir,  bunun  üçün qarşılıqlı  fayda verən  əmək­
daşlığa,  tolerant  birgə  yaşayış  qaydalarına,  mədəniyyətlər  və 
dinlər  arasında  dialoqa  rəvac  verilməli,  cəmiyyətlərdə  dini  və 
dünyəvi  sahələrin  qarşılıqlı  muxtariyyəti  (sekulyarizasiyası) 
təmin  olunmalıdır.  Konfessional,  etnik  qarşılıqlı  nifrət  və  istis- 
naçılıq  aradan  götürülməli,  əsassız  və  qərəzli  rəddetməyə  son 
qoyulmalıdır.  Bütün  dünyada  demokratik  dəyər  və  prinsiplərin 
təntənəsi  də bu əsasda mümkündür.
- 3 9 6 -
§ 6.  İslam və milli mədəniyyət
M üasir  dövrün  ən  tnülıüm  problem lərin­
dən  biri milli şüur və m illi özünüdərketm ədir.  M illi 
olan  canlıdır,  həyatidir,  ideyalar  və  həyatın  sin te­
zidir.  Özü  də  «həll  edilm ə»  elem enti  ilə  olan  sin ­
tezdir.  Bu isə m illi m övcudluğa yüksək gərginlik və 
böyük enerji potensialı  verir.
Bütün  bunlarla  bərabər milli  identikliyin  yaranması  nə­
zəriyyəsi  o  qədər  də  mənasız  deyildir.  Müxtəlif  xalqlar  milli 
identikliyi  müxtəlif yollarla  və  müxtəlif cür  formalaşdırır.  Çox 
şey  konkret  tarixi  situasiyadan,  milli  ənənələrdən,  siyasi  kon­
tekstdən  asılıdır.  Milli  identikliyin  quraşdmlmasının  üç  forma­
sını  ayırmaq  olar.  Bunlar  siyasi,  mədəni  və  mifoloji  forma­
lardır.  Onlara müvafiq  olaraq  siyasi,  mədəni  və  mifoloji  millət­
çiliyin  yaranmasından  söhbət  açmaq  olar.  Bu  formalar  konkret 
situasiyalarda  adətən  birlikdə  çıxış  edir.  Lakin  çox  vaxt  onları 
analitik  şəkildə  ayırmaq  və  həlledici  olanı  xüsusi  vurğulamaq 
lazım gəlir.
Ənənəvi  olaraq  millətçiliyin  ali  forması  kimi  siyasi  mil­
lətçiliyi  xüsusi  qeyd  edirlər.  Bu  halda  milli  identikliyin  for­
malaşmasını  zəruri  olaraq  milli  dövlətçiliyin  formalaşması  ilə 
əlaqələndirirlər.  Milli  identikliyin  formalaşması  milli  evin  tikil­
məsi  ilə əlaqədardır.  Bu zaman  bünövrə, divarlar hazır edilir və 
sonra  isə  siyasi  banı  yaratmaq  lazım  gəlir.  Çox  vaxt  sonuncu 
mərhələ  olduqca  qızğın  olur,  diqqəti  özünə  çəkir.  Çünki  o,  si­
- 3 9 7   -


yasi  və  geosiyasi  haqq-hesabla,  ərazi,  sənaye  və  donanma 
bölgüsü  ilə  əlaqədardır.  Lakin  bu  mərhələ  ancaq  tamamlayıcı, 
yckunlaşdırıcı  mərhələdir.
Daha  fundamental,  daha  möhkəm  və  daha  geniş  forma 
mədəni  millətçilikdir.  E.Gellner  ümumiyyətlə  belə  hesab  edir 
ki,  millətçilik  özü  mədəni  fenomendir.  Onun  tərifinə  görə  mil­
lətçilik  son  nəticədə  mədəni  və  dövləti  birləşdirməyə  səy  edən 
cərəyandır.  Həmin cərəyanın  əsas məqsədi  mədəniyyəti  özünün 
siyasi  evi  ilə  təmin  etməkdir  (Гелянер Э.  Нации  и  национа­
лизм.  М.  Прогресс.  1991,  с. 104).
Öz  növbəsində  vahid  mədəniyyətə  müasir  sənaye-tex- 
noloji  inkişafın  bilavasitə  nəticəsi  kimi  baxmaq  lazımdır.  Bu 
isə  aqrar  epoxalar  üçün  tipik  olan  təcrid  olunmuş  mədəni 
anklavlann  dağıdılmasına  urbanizasiya  olunmuş  həyati  mü­
hitin,  meqapolislərin  yaradılmasına  gətirib çıxarır.  Həmin  yerə 
kütlələr  axını  başlanır  və  kütləvi  istehsal  yaranır  (bunu  mo- 
demizasiya  prosesi  ilə  analoji  situasiya  kimi  də  başa  düşmək 
olar).  Bütün  bunlar  həyat  tərzini  və  mədəni  vərdişlərin  unifika- 
siyasını  tələb  edir.  Bunun  ardınca  iri  və  vahid  mədəniyyət 
yaranır.  Əvvəlcə  mədəni  identiklik  dərk  edilir,  sonra  isə  şanlı- 
şöhrətli  keçmiş,  qeyri-adi  igidliklər  göstərilir.  Əfsanəvi  qəhrə­
manları  olan  “millilik”,  tarixilik  tələb  edir.  Əslində  sənayeləş­
mə  dövrünün  mədəni  identikliyi  buna  sövq  edir.  Əslində  yuxa­
nda  qeyd  edilən  həmin  təmtəraqlı  keçmiş  demək  olar ki,  olma­
mışdır.  Çünki  həmin  keçmişdə  sadəcə  olaraq  mədəni,  o  cüm­
lədən,  siyasi  birlik  olmadığından  qəhrəmanlıq  tarixi  də  olma­
mışdır.  Tarixi  astarla  çıxış edən  bu  cür millətçiliyi  Gellner  mif 
adlandınr,  sadə dildə desək,  bu  gözəl  və təhlükəli  yalandır.
Əlbəttə, elə  konsepsiyalar da  vardır ki, birincilik çələngini 
siyasi  millətçiliyə  verirlər.  Burada  həlledici  sxem  prinsipcə  başqa
-398
  -
cürdür.  Həmin  konsepsiyalara görə siyasi  millətçilik  milli  elitanın 
cəhdlərinin  məhsuludur.  Əksər dövlətlərdə milli  elita milli  və mə­
dəni  baxımdan  qiymətləndirilmir,  əksinə,  çox  vaxt  onu  kosmo­
polit  adlandırırlar.  Tərəfdarların  kütləvi  səfərbərliyi  üçün, 
İ.Qrcvcrusun  sözləri  ilə  desək,  "milli  mədəni  ideal”la  bərabər 
“siyasi  folklorizm”  yayılır (Геллнер  Э.  Нации  и  национализм. 
М.  Прогресс.  1991,  с. 105.).  Nəticə  isə  eynidir.  Tarixi  və 
mədəni ənənələr siyasi  tələblərə uyğun olaraq “qurulur”.
Hər  iki  müəllif  -   həm  Gellner,  həm  də  Qreverus  bir 
şeydə  tam  haqlıdırlar  ki,  müasir  dövlətlərdə,  xüsusilə  ən  iri 
dövlətlərdə ənənəvi  milli  mədəniyyət,  sözün  həqiqi  mənasında, 
fiksiyadır.  Hər  bir  dövlətin  ərazisində  çoxsaylı  lokal  və  regi­
onal  mədəniyyətlər  mövcud  olmuşdur.  Bu  zaman  milli-mədəni 
idealın  formalaşması  üçün  həmin  mədəniyyətlərdən  biri  seçilir. 
Yerdə qalanlan  tarixin  arxivinə  verilir.  Elə  təkcə  bu  faktın  özü 
sırf təmiz milli  mədəniyyətdən danışmaq  imkanını  heçə endirir. 
Deməli,  milli  mədəniyyətin  gələcək  intibahından  danışmaq  mə­
nasız  söz-söhbətdən  başqa  bir  şey  deyildir.  Milli  mədəniyyət­
lərin  intibahı  və dirçəlişinə hər yerdə -  həm  köhnə, həm də təzə 
dövlətlərdə milli  dövlətçiliyin inkişafı  kimi  baxırlar.
Millətçiliyin  digər  konsepsiyaları  da  mövcuddur.  Onlar 
iki  faktora  əsaslanırlar:  həmin  faktorlar  siyasət  və  mədəniy­
yətdir.  Millətçiliyin  rəngarəng  və  konkret  təzahürü  iki  tipə  -  
siyasi  və  mədəni  tipə  bölünür.  Mədəni-siyasi  və  siyasi-mədəni 
millətçiliyin  tilsimlənmiş  dairəsindən  çıxmaq  o  qədər  də  asan 
deyildir.
Bununla  yanaşı,  bir çox  alimlər  ən  maraqlı  fenomenə  -  
xüsusilə  millətçiliyin  mifoloji  xarakterinə  diqqəti  azaltmışdır. 
Onlar  mifoloji  xarakteri  təsadüfi,  xoşagəlməz  bir  hadisə  hesab 
edirlər.  Məsələn,  Gellner  mifə  uymamağa  çağırırdı.  Elə  bil  ki,
-
399
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə