Ziya göyalp t ü r k ç Ü L ü y ü n ə s a s L a r I



Yüklə 28,83 Kb.
Pdf görüntüsü
səhifə8/53
tarix15.03.2018
ölçüsü28,83 Kb.
#32369
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

lığa  və qaranlığa  doğru aparırdı.  Bundan  başqa,  təbii  sözləri  ata­
raq onların yerinə süni sözlər qoymağa çalışdığı üçün gerçək  bir dil 
yerinə  süni  bir  türk  csperantosunu29  ortaya  çıxarırdı.  Ölkənin  isə 
belə bir süni esperanloya deyil, bildiyi  və anladığı, alışılmış və süni 
olmayan  sözlərdən  meydana  gələn  bir  anlatma  vasitəsinə ehtiyacı 
vardı.  Bax,  bu səbəbə görə  «İqdam»dakı  təsfiyyoçilik  (saftürkcəçi- 
lik) axımının xeyir yerinə zərəri dəydi.
Bu  zaman  Tibbiyədə  qurulan  gizli  bir  devrim-inqilab  cə­
miyyətində  Türkçülük  (Pantürkizm),  Osmanlıçılıq  (Panotto- 
manizm),  İslamçılıq  (Panislamizm)  ülkülərindən  (ideallarından) 
hansının  gerçəyə  daha  uyğun  olduğuna  dair  mübahisələr  edilirdi. 
Bu mübahisə Avropa və Misirdəki gone türklərə do keçmiş və  bəzi­
ləri Türkçülük ülküsünü,  bəziləri də Osmanlıçılıq  ülküsünü  mənim­
səmişdilər.  O zaman  Misirdə  çıxan  «Türk»  qəzetində  Ali  Kam al30 
Osmanlı  birliyi fikrini  irəli sürərkən,  Akçuraoğlu  Yusif boy  ilə  Fə­
rid boy Türk birliyi siyasətini tövsiyə edirdilər.31
Bu vaxt Hüseynzadə Əli boy İstanbuldan və Ağaoğlu Əhməd 
boy  Parisdən  Bakıya  gəlmiş  və  orada  fikir  savaşı  üçün  əl-ələ  ver­
mişdilər.32 Topçubaşov da  bunlara  qoşuldu. ’3  Bu  üç  şəxs  orada  o 
zamana  qədər  hakim  olan  sünnilik  və  şiəlik  anlaşmazlıqlarını  or­
tadan  qaldıraraq  Türklük  və  İslamlıq  fikirləri  çevrəsində  bütün 
azərbaycanlıları toplamağa çalışdılar.
24 iyul inqilabından34 sonra Türkiyədə Osmanlıçılıq düşünc­
əsi 
fikri  hakim  olmuşdu.  Bu  zaman  nəşr  edilməyə  başlayan 
«Türk  Dərnəyi»  dərgisi  həm  bu  səbəbdən,  həm  də yenə  safiaşdır- 
maçılıq axımına qapılmasından dolayı heç bir rəğbət görmədi.
31  martdan sonra35 Osmanlıçılıq fikri əski nüfuzunu itirməyə 
başladı.  Bir  zamanlar  Əbdülhəmidə  İslam  birliyi  fikrini  vermiş 
olan  Alman  Kayzeri  bu  fürsətdən  istifadə  edərək  Sultanohməd 
meydanında  İslam  birliyi  adına  bir  mitinq  təşkil  etdirdi.36  O  gü­
ndən  sonra  ölkəmizdə  gizli  «İslam  birliyi  təşkilatı»  yaradılmağa 
başladı.  Gənc  türklər  Osmanlıçı  və  İslam  birlikçisi  olmaqla,  bir- 
birinə  qarşı  duran  iki  hissəyə  ayrılmağa  başladılar.  Osmanlıçılar 
kosmopolit,  İslam  birliyi  yanlışı  -   tərəfdarı  olanlar  isə  ultramon- 
tan37 idilər.
Hər iki  axım  da  ölkə  üçün  zərərli  idi.  Mən  1910-cu il qurul­
tayında38  Solanikdə  baş  mərkəz  üzvlüyünə  seçildiyim  vaxtlarda 
siyasi durum belə idi.
O zaman Solanikdə «Gənc Qələmlər»39  adlı  bir dərgi çıxırdı. 
Dərginin  baş  redaktoru  Ali  Canib  bəylə40  bir  gecə  Bəyazkula 
bağçasında  söhbət  edirdik.  Bu  gənc  mənə  dərginin  dildə  sadəliyə
32
doğru  bir inqilab etməyə çalışdığını, Ömər Scyəddinin  bu  mübari­
zədə  öncül  -  lider  olduğunu  söylədi.  Ömər  Seyfəddinin41  dil  haq­
qında  fikirləri  bütünlüklə  mənim  fikirlərimə  uyğun  gəlirdi.  Gənc­
liyimdə  Taşqışlada  həbsdə  olarkən  əsgərlərin  «mülazim-i  əvvəfoə 
«əvvəl  mülazim»  (baş  leytenant),  Trablusqərbə  Qərb  Trablisi, 
Trablusşama Şam Trablisi demələri  məndə bu qəti fikri yaratmış­
dı:
Türk dilini  düzəltmək  üçün  bu dildən  bütün ərəb və fars söz­
lərini deyil, ərəbcə və farsca qaydaları atmaq, ərəb və fars sözlərin­
dən isə türkcəsi olanları çıxararaq  türkcə qarşılığı olmayanları dil­
də saxlamaq lazımdır.
Bu  fikrə  dair  bəzi  yazılar  yazmış  olsam  da  nəşr  etdirməyə 
fürsət  tapmamışdım.  Bunun  kimi,  Türkçülük  haqqında  yazı  yaz­
mağa  da  hələlik  bir  imkan  yaranmamışdı.  Hələ  on  beş  yaşında 
ikən  Əhməd Vəfiq Paşanın  «Ləhcc-yi Osmani»si  (Osmanlı ləhcəsi) 
ilə  Süleyman  Paşanın  «Tarix-i  Aləm»i  (Dünya  tarixi)  məndə 
Türkçülük meylləri  yaratmışdı.  18%-cı ildə  İstanbula  gəldiyim  za­
man  ilk aldığım  kitab  Leon Kainin tarixi olmuşdu.  Bu kitab sanki 
Türkçülük  ülküsünü  yaymaq üçün yazılmışdı. O zaman  Hüseynza­
də  Əli  bəy  ilə  görüşüb  söhbətləşərək  Türkçülüklə  bağlı  fikir  və 
düşüncələrini öyrənirdim.
Bir sözlə,  on  yeddi - on səkkiz yaşımdan bu yana  türk millə­
tinin  sosiologiyasını  və  psixologiyasını  incələmok  -   tədqiq  etmək 
üçün  sərf etdiyim  əməyin  məhsulları beynimin  içində  üst-üstə yığı­
lıb  qalmışdı.  Bunları  ortaya  atmaq  üçün  yalnız  bir vasitə gərəkdi. 
Bax,  «Gənc Qəlomlər»də  Ömor  Seyfəddinin  başlamış  olduğu  fikir 
savaşı bu vasitəni  hazırladı.  Ancaq mən dil məsələsini yetərli (kafi) 
görməyərək  Türkçülüyü  bütün  ülküləriylə,  bütün  proqramı  ilə  or­
taya  atmaq  gərəkliyini  düşündüm.  Bütün  bu  fikirləri  əhatə  edən 
«Turan» şeirini yazaraq «Gənc Qələmlor»də nəşr etdirdim.  Bu şeir 
tam vaxtında nəşr edilmişdi.
Ona  görə  ki,  Osmanlıçılıqdan  da,  İslam  birlikçiliyindən  də 
ölkə  üçün  təhlükələr  doğacağını  görən  gənc  ruhlar  xilasedici  bir 
ülkü arayırdılar.  «Turan» şeiri  bu ülkünün  ilk  qığılcımı  idi.  Ondan 
sonra  müntəzəm  şəkildə bu  şeirdoki əsasları  işıqlandırmaq  və  izah 
etməklə məşğul oldum.
«Turan»  şeirindən  sonra  Əhməd  Hikmət  boy  «Aliınordu» 
(«Qızılordu»)  məqaləsini  nəşr  etdirdi.  İstanbulda  «Türk  Yurdu» 
dərgisi  nəşrə  başladı  və  «Türk  Ocağı»  cəmiyyəti  yarandı.  Xalidə 
xanım  «Yeni  Turan»  romanı  ilə Türkçülüyə  böyük  bir qiymət  ver­
di.42  Həmdullah Sübhi  bəy Türkçülüyün fəal bir başçısı oldu. Adla-
33


Yəni sosial duyğu və düşüncələrdən  vicdanlardan  heç birini yan- 
Iarınca gətirməzlər.  Məsələ,  dil,  din, əxlaq,  estetika, siyasət, hüquq 
və  iqtisadiyyat  sahələrindəki  heç  bir duyğu  və düşüncəni,  vicdanı 
özləri  ilə  birgə  gətirmirlər.  Bunlann  hamısını  da  sonralar  tərbiyə 
yolu  ilə  toplumdan  alırlar.  Deməli,  sosial  davranışlar  doğum  və 
irsiyyət yolu ilə keçməz,  yalnız tərbiyə yolu  ilə keçər.  Bu isə  o  d e­
məkdir ki,  qövmiyyətin milli  xarakter  baxımından  da heç bir  rolu 
yoxdur.
Qövm  saflığının  heç  bir  cəmiyyətdə  olmamasına  baxmaya­
raq, əski toplumlar qövmiyyət ülküsünü izləyirdilər.  Bunun dini  bir 
səbəbi  var  idi.  Çünkü o  toplumlarda  Tanrı -  məbud  toplumun  ilk 
atasından  -   cəddindon  ibarotdi.  Bu  Tanrı  yalnız  öz  dölündən  -  
zürriyyətindən  olanlara  Tanrılıq  etmək  istərdi.  Bu  Tanrı  yabançı­
ların  onun  tapmağına  -  məbədinə  girməsini,  ona  ediləcək  ibadət­
lərdə  iştirak  etməsini,  onun  yasalanna  -   qanunlarına  görə  müha­
kimə olunmasını  istəməzdi.  Buna görə,  toplumun içində çeşidli  öv­
ladlığa  götürülmə  yollan  ilə  girmiş  bir  çox  fordlər  olduğu  halda, 
bütün cəmiyyət yalnız Tanrının -  məbudun  törəməsi -  nəsili hesab 
olunurdu.  Əski yunan  şəhərlərində,  islamdan  öncəki  ərəblərdə,  əs­
ki türklərdə, bir sözlə, hələ ilk dövrünü yaşayan bütün  toplumlarda 
bu yalançı qövmiyyoti görürük.
Burası da var ki, sosial inkişafın o mərhələsində yaşayan mil­
lətlər üçün qövmiyyət ülküsünü izləmək  normal  bir hərəkət olduğu 
halda, bügün içində olduğumuz mərhələyə görə yanlışdır. Çünkü,  o 
mərhələdə olan  cəmiyyətlərdə sosial dayanışma -  həmrəylik yalnız 
dindaşlıq  bağından  ibarətdi.  Dindaşlıq  qandaşlığa  söykəndikcə, 
təbiidir  ki,  sosial  həmrəyliyin  dayanağı 
istinadgahı  da  qandaşlıq 
olur.
Bugünkü  ictimai  mərhələmizdə  isə,  sosial  həmrəylik 
kültürdəki (harsdakı) birliyə syökonir (istinad edir).  Kültürün nəsil­
lərə  keçmə  vasitəsi  tərbiyə olduğu  üçün qandaşhqla  heç  bir əlaqəsi 
yoxdur.
3) 
Coğrafi  quruluşu əsas  götürən  türkçülərə görə,  millət eyni 
ölkədə  yaşayan  əhalinin  toplamı  (məcmusu)  deməkdir.  Məsələ, 
onlara görə,  bir İran milləti,  bir  İsveçrə milləti, bir Belçika milləti, 
bir  Britaniya  milləti  vardır.  Halbuki  İranda  fars,  kürd və türkdən 
ibarət üç millət, İçveçrodo alman, fransız və italyandan ibarət yenə 
üç  millət,  Belçikada  əslən  fransız  olan  vallonlar  və  əslən  german 
olan  flamandlar  vardır.  Böyük  Britaniya  adalarında  isə  anqlo- 
saks,  şotland,  qail,  irland  adlan  ilə anılan  dörd millət yaşayır.  Bu 
çeşidli  toplumların  dilləri  və  kültürləri  bir-birindən  ayn  olduğu
36
üçün hamısına bir yerdə millət adını vermək  doğru deyildir.
Bəzən  bir ölkədə  çox  sayda  millətlər olduğu  kimi,  bəzən  də 
bir millət çox sayda ölkələrə dağılmış olur. Məsələ, Oğuz türklərinə 
bugün Türkiyədə,  Azərbaycanda,  İranda,  Xarəzm48  ölkəsində  rast 
gəlirik.
Bu  topluluqlarm  (zümrələrin)  dilləri  və kültürləri  bir olduğu 
halda, bunları ayn millətlər hesab etmək doğru ola bilərmi?
4)  Osmanlıçılata  görə  millət  Osmanlı  imperatorluğunda  ya­
şayan  bütün  vətəndaşlardır.  Halbuki,  bir  imperatorluğun  bütün 
əhalisini  bir millət  saymaq  böyük  səhvdir.  Çünkü,  bu  qanşımm  -  
xəlitənin içində müstəqil kültürloro malik çoxlu millətlər vardır.
5)  İslam  birlikçilərmə görə, millət  bütün müsəlmanların  top­
lamı deməkdir.
Eyni dindən  olan  insanların  toplamına ümmət  adı  verilir.  O 
halda  müsəlmanların  toplamı  da  bir  ümmətdir.  Yalnız  dildə  və 
kültürdə bir olan millət zümrəsi isə ümmətdən ayn bir şeydir.
6)  Fərdçilərə  görə,  millət  bir  adamın  özünü  içində  saydığı  - 
mənsub  bildiyi  hər hansı bir toplumdur.  Həqiqətən, bir fərd özünü 
görünüşdə -  zahirən  bu  və ya  digər bir  topluma  bağlı  saymaqdan 
azad  hesab edir.  Halbuki,  fəıdlordə belə bir azadlıq  və müstəqillik 
yoxdur.  Çünkü  insanlardakı  ruh (psixologiya) duyğular və fikirlər­
dən  ibarətdir.  Yeni  psixologiya  alimlərinə  görə,  duyğu  həyatımız 
əsasdır,  düşüncə  həyatımız  ona  aşılanmışdır.  Deməli,  ruhumuzun 
normal  halda  ola  bilməsi  üçün  fikirlərimizin  duyğularımıza  tama­
milə  uyğun olması lazımdır.
Fikirləri  duyğularına  uyğun  gəlməyən  və  söykənməyən  bir 
adam  ruhən  xəstədir.  Belə  bir  adam  həyatda  xoşbəxt  ola  bilməz. 
Məsələ,  duyğu yönündən  -  cəhətindən  dindar olan  bir gənc özünü 
fikrən  dinsiz  hesab  edərsə,  ruhi  bir  tarazlığa  malik  ola  bilormi? 
Şübhəsiz,  xeyr!  Bunun  kimi,  hər fərd  duyğuları vasitəsilə müəyyən 
bir millətə mənsubdur.  Bir millət o fərdin içində yaşadığı və tərbiy­
əsini  aldığı toplumdan ibarətdir. Çünkü bu fərd içində yaşadığı to­
plumun  bütün  duyğularını  tərbiyə  vasitəsilə  almış,  tamamilə  ona 
bənzəmişdir. O halda,  bu fərd ancaq  bu toplumun  içində yaşayar­
sa, xoşbəxt ola bilər.  Başqa bir toplumun içinə girərsə vətən həsrəti 
onu  bürüyər,  xəstələnər,  duyğu  yönündən  bağlı  olduğu  topluma 
qayıtmaq  üçün  həsrət  çəkər.  Beləliklə,  bir  şəxsin  istədiyi  zaman 
millətini  dəyişdirə  bilməsi  öz  əlində  deyildir.  Çünkü,  millət  də  ta­
mamilə  aydın  olan  bir  gerçəklikdir.  İnsan  milliyyətini  biliksizliyi 
ucbatından tanıya bilməyibsə,  sonradan araşdırma və soruşdurma 
(təhqiqat)  yoluyla  kəşf edə  bilər.  Ancaq,  bir  partiyaya  girmək  ki-
37


Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə