A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
  1   2   3   4   5   6   7   8   9   ...   29


 

AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI A.A.BAKIXANOV 



ADINA TARĠX ĠNSTĠTUTU 

 

 

 

 

 

 

 

 

ƏHMƏD ZƏKĠ VƏLĠDĠ 

 

 



 

 

 



 

 

 



 

 

AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI 



 

Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu ağa Bakıxanov adına Tarix 

İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilir. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

“TƏHSĠL” 

Bakı-2009 

 

 


 

Türkcədən çevirəni, ön sözün, Ģərh və qeydlərin, 



göstəricilərin müəllifi 

əməkdar elm xadimi, tarix elmləri doktoru, professor 

Budad-Vaqif Piriyevdir. 

 

 

 

 

Elmi redaktor: Y.M.Mahmudov 



əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor 

 

 



 

 

Rəyçilər: 



ġ.F.Fərzəliyev, tarix elmləri doktoru, professor 

                             T.Nəcəfov, tarix elmləri namizədi 

 

 

Əhməd Zəki Vəlidi 



M52 Azərbaycanın tarixi coğrafiyası. Bakı “Təhsil”, 2009, 112 səh. 

 

 



 

Ə.Z.Vəlidinin  “Azərbaycanın  tarixi  coğrafiyası”na  həsr  olunmuĢ  əsəri 

(məruzələri)  bu  sahədə  atılmıĢ  mühüm  addım  olması  və  elmi  əhəmiyyətinə  görə 

diqqəti  cəlb  edir.  Əsərdəki  700-ə  yaxın  yer  adları  -  toponimlər  Azərbaycanın, 

xüsusilə  ġirvan  bölgəsinin  zəngin  tarixə  malik  olduğunu  bir  daha  təsdiqləyir. 

Müəllifin  orta  əsrlərə  dair  əksər  mənbələrdən  bəhrələnməsi  onun  əsərinin  yüksək 

elmi  səviyyədə  meydana  gəlməsinə  imkan  vermiĢdir.  Məruzələrin  Azərbaycan 

dilində nəĢri Azərbaycan oxucusunun, ilk növbədə bu sahə ilə maraqlananların əsər 

ilə  yaxından  tanıĢ  olmalarına  Ģərait  yaradır.  Əsər  tarixçi  mütəxəssislər, 

coğrafiyaĢünas alimlər, tələbələr və həmin sahə ilə maraqlanan geniĢ oxucu kütləsi 

üçün nəzərdə tutulur. 

 

M  4306020600    2009                                            



                    053 

 

© “Təhsil”, 2009 




 

ƏHMƏD ZƏKĠ VƏLĠDĠ TOĞANIN “AZƏRBAYCANIN TARĠXĠ 



COĞRAFĠYASI” DOĞMA DĠLĠMĠZDƏ 

 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Tarix  Ġnstitutunda  Azərbaycan 



tarixinə dair müxtəlif dillərdə olan və xarici ölkələrdə saxlanılan ilk mənbələrin və 

qiymətli tədqiqat iĢlərinin nəĢrini və tərcüməsini nəzərdə tutan proqramın icrasına 

baĢlanmıĢdır.  Türk  dünyasının  görkəmli  siyasi  xadimi  və  istedadlı  alimi  kimi 

Ģöhrət  qazanmıĢ  Əhməd  Zəki  Vəlidi  Toğanın  “Azərbaycanın  tarixi  coğrafiyası” 

əsərinin  Azərbaycan  dilinə  çevrilərək  nəĢr  olunması  da  həmin  proqram 

çərçivəsində həyata keçirilir. 

Ə.Z.V.Toğanın  zəngin  elmi  yaradıcılığında  türk  xalqlarının  tarixi,  ictimai-

siyasi və mədəni həyatı mühüm yer tutur. Görkəmli alimin diqqətini cəlb edən əsas 

ölkələrdən  biri  də  Azərbaycan  idi.  Onun  Azərbaycanın  etnoqrafiyası,  tarixi  və 

tarixi-coğrafiyasına  həsr  olunmuĢ  əsərləri  elmi  dəyərinə  görə  xüsusilə  seçilir. 

Müəllifin  “Ġslam  ensiklopediyası”nda  nəĢr  olunmuĢ  “Azərbaycan”  məqaləsi  bu 

baxımdan  diqqəti  daha  çox  cəlb  edir.  Həmin  məqalədə  Azərbaycan  tarixinin, 

demək  olar  ki,  bütün  dövrləri,  mərhələləri,  yığcam  Ģəkildə  də  olsa,  iĢıqlandırılır. 

Alimin  “Araz”,  “Arran”  və  digər  məqalələri  də  tariximizin  araĢdırılmasında 

mühüm əhəmiyyət kəsb edir. 

Ə.Z.V.Toğanın  Azərbaycana  həsr  olunmuĢ  tədqiqatları  içərisində 



“Azərbaycanın tarixi coğrafiyası” əsəri daha çox maraq doğurur. Bu əsər əslində 

alimin 1928-1931-ci illərdə Ġstanbul universitetində oxuduğu mühazirələrdən ibarət 

olsa  da,  elmi  səviyyəsinə  görə  digər  əsərlərindən  geri  qalmır.  Görkəmli  alimin  4 

mühazirədən  ibarət  olan  bu  əsərində  əsasən  Azərbaycanın  Ģimal  bölgəsinin  - 

ġirvanın,  ġəkinin  və  baĢqa  yaĢayıĢ  məntəqələrinin  tarixi-coğrafi  vəziyyətindən 

bəhs  olunur.  Müəllif  Dərbənd,  Bərdə,  Samur  körpüsü,  Abxaz,  Quba,  ġabran, 

ġamaxı,  Bərzənc,  Bakı,  ƏrəĢ,  ġəki,  Zaqatala  ərazilərinin  toponimlərindən  söhbət 

açır,  onların  mənasını,  tarixini  açıqlayır.  Əsərdə  700-ə  qədər  toponimin  (eyni 

toponimin  müxtəlif  variantları  daxil  olmaqla)  verilməsi  alimin  nə  qədər  zəngin 

elmi biliyə malik olduğunu göstərir. Ərəb, fars, rus, türk, baĢqırd dilləri ilə yanaĢı 

alman və avropa dillərindən bəhrələnməsi ona elmi yaradıcılığında böyük uğurlar 

qazandırmıĢdır.  Həcmcə  çox  da  böyük  olmayan  bu  əsərdə  (cəmi  51  səhifə)  alim 

50-ə  qədər  ilk  mənbədən  istifadə  etmiĢ,  bir  çox  görkəmli  ĢərqĢünas  alimlərin 

əsərlərindən bəhrələnmiĢdir. 

Ə.Z.V.Toğan  öz  mühazirələrində  haqqında  danıĢdığı  hər  bir  toponimin 

müxtəlif deyiliĢ formalarını nəzərə çatdırmaqla, onun müxtəlif dövrlərdə, ayrı-ayrı 

xalqların  dilində  səslənmə  variantlarını  da  açıqlamağa  cəhd  göstərmiĢdir.  Bu 

baxımdan AbĢeron, Bakı, ġabran, ġəki, Dəhnə, Dərinq və b. toponimlərin müxtəlif 

deyiliĢ  variantları  diqqəti  cəlb  edir.  Əsərin  məziyyətlərindən  biri  də  budur  ki, 

müəllif toponimlərin adlarını əksər hallarda türk dilində versə də əski (ərəb) əlifba 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə