_________Milli Kitabxana_________
2
ELMİ MƏSLƏHƏTÇİLƏR: Teymur ƏHMƏDOV,
filologiya elmləri doktoru, professor;
İsrafil ABBASLI,
filologiya elmləri doktoru, professor;
Şamil VƏLİYEV,
filologiya elmləri doktoru, professor.
ELMİ REDAKTORLARI: Qara NAMAZOV,
filologiya elmləri doktoru, professor;
İsmayıl MƏMMƏDOV,
filologiya elmləri doktoru, professor;
Əziz ƏLƏKBƏRLİ,
filologiya elmləri üzrə fəlsəfə
doktoru.
RƏYÇİLƏR:
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru, professor;
Ənvər ƏHMƏD,
filologiya elmləri üzrə fəlsəfə
doktoru, professor;
Ziyəddin Məhərrəmov. İrəvanda məktəbdarlıq və maa-
rifçilik (1800-1920-ci illərdə ədəbi-mədəni mühit), Bakı,
“Nurlan”, 2010, - 320 səh.
Filologiya elmləri üzrə fəlsəfə doktoru
Ziyəddin Həmil oğlu
Məhərrəmovun bu kitabında qədim tarixə, zəngin ədəbi ənənələrə
malik İrəvan xanlığı ərazisində Azərbaycanın Qərb zonasında
məktəbdarlıq və mədəniyyətin, o cümlədən maarifçilik ədəbi
hərəkatının yaranması və inkişaf xüsusiyyətləri araşdırılmışdır.
Müəllif elmi-tarixi mənbələrə, arxiv sənədlərinə və İrəvanda ilk
yazılı mətbuat abidələri “Lək-lək”, “Bürhani-həqiqət” jurnallarına
istinadən ictimai-ədəbi və milli-mədəni fikir tariximizin
mənzərəsini işıqlandırmağa çalışmışdır.
А
4702060000
Qrifli nəşr
N-098-2010
© Z.Məhərrəmov,
2010
_________Milli Kitabxana_________
3
GİRİŞ
Mühit deyəndə təsəvvürümüzdə, sözün geniş mənasında,
təbii, ekoloji,
iqtisadi, mədəni, siyasi, mənəvi, ədəbi atmosfera
canlanır. Ədəbi mühit isə sadalanan bu atmosferin tərkib hissəsi
olmaqla, cəmiyyət həyatının mənəvi dünyasının ümumi məcmu-
sunu təşkil edir. Bu mənəvi dünyanın özünüifadəsi bədii və pub-
lisistik əsərlər, müxtəlif istiqamətli mədəni-kütləvi tədbirlər, ədə-
bi yığıncaqlar, məclislər, dərnəklər və başqa incəsənt sahələrini
əhatə edən vasitələrlə həyata keçirilir. Maarifçilik və məktəb-
darlıq işləri, kitab nəşri, teatr truppalarının yaradılması sahəsin-
dəki işlər də əsasən ədəbi mühitlə bağlıdır. Ədəbi
mühit konkret
məkan çərçivəsində xalqın milli-mədəni təfəkkür, düşüncə və
dünyabaxışının ictimai-ədəbi ifadəsini özündə əks etdirən, daimi
inkişafda olan canlı orqanizm, eyni zamanda xalqın ümummilli
həyatının tərkib hissəsidir. Bu cəhətdən ədəbiyyatşünaslıq ədəbi-
ictimai fikir durumumuzun hərtərəfli öyrənilməsinə diqqələ ya-
naşmağı önəmli sayır.
Ədəbiyyat tariximizin öyrənilməsi bir qayda olaraq cərəyan-
lar, ədəbi məktəb və cəmiyyətlər, yaradıcı şəxsiyyətlər, ədəbi
janrlar, metodlar, ədəbi əlaqələr və sair
istiqamətlər üzrə diqqət
mərkəzində olmuşdur. Aparılan elmi araşdırma və tədqiqatların
məzmun və mahiyyətində tanınmış yaradıcı şəxsiyyətlərə həsr
olunan elmi əsərlərdə həmin bədii söz ustalarının formalaşdığı
konkret məkan və ədəbi iqlim barədə qiymətli fikirlər söylənilir.
Lakin bu fikir və mülahizələr konkret sənətkara həsr olunduğun-
dan tədqiqatçı bütövlükdə ədəbi mühitin işıqlandırılmasını qarşı-
sına məqsəd qoymur, buna heç bir tədqiqatçının qüvvəsi, gücü
çatmaz və vaxtı da kifayət etməz. Ədəbi mühitin regional tədqiqi-
nə həsr olunan tədqiqatlar ilk baxışda daha əhatəli görünür, lakin
bu cür tədqiqatlarda zaman və məkan məhdudiyyəti bütün yara-
dıcı ədəbi-bədii sənət adamlarının fəaliyyətlərini hərtərəfli, incə-
liklərinə kimi işıqlandırmaq imkan xaricindədir. İrəvan ədəbi mü-
hiti mövzusunda tədqiqat ictimai-ədəbi fikri, onun uğur və prob-
_________Milli Kitabxana_________
4
lemlərini, konkret zaman
və məkan daxilində olsa da, mühitin
milli-ədəbi, mədəni problemləri, ictimai-siyasi və sosial qayğıları
vəhdətdə nəzərdən keçirilir.[47, 9]
Azərbaycan
ədəbiyyatı
dünya ədəbiyyatının ayrılmaz hissə-
lərindən biri olmaqla, ictimai-siyasi və bədii fikir tarixində özü-
nəməxsusluğu ilə seçilir. Müxtəlif dövrlərdə yaşamış qələm sahi-
bi olan soydaşlarımızın yazıb-yaratdığı və bu günümüzədək gəlib
çıxan ədəbi-bədii irsi: zəngin folklor nümunələrini özündə ehtiva
edən ağız ədəbiyyatı, ozan-aşıq sənəti, yazılı klassik ədəbiyyat və
digər daşüstü abidələr buraya daxildir.
Öz inkişafını və formalaşmasını min illər ərzində təmin edən
Azərbaycan ədəbiyyatı xalqımızın elmi-bədii təfəkkürünün əvəz-
siz
nümunələri elmi-fəlsəfi, ədəbi-bədii tutumu ilə bu gün də
təkrarsızdır. Əlbəttə, bu, dünya ədəbi-bədii fikir tarixinin sistemli
qanunauyğunluğu, varisliyə əsaslanan davamlı ənənənin ümdə
xüsusiyyətləri baxımından diqqəti cəlb edir. Elmi-texniki tərəq-
qinin, sivilizasiyanın geniş vüsət aldığı bir dövrdə yaşamağımıza
baxmayaraq, ümumbəşəri dəyərlərdən bəhrələnmək yenə də antik
dövrdən bu günədək fikir dühalarının yaratdığı mənəvi irsə daha
qayğı ilə müraciət etməyi zərurətə çevirir.
İndiki zamanda Azərbaycanda milli-mənəvi dəyərlərin
qorunub-saxlanmasına, daha da inkişaf etdirilməsinə tələbkarlıqla
yanaşıldığı bir şəraitdə xalqımızın öz milli-mədəni irsinə, tarixi
keçmişinə son dərəcədə həssaslıq göstərməyi tələb edir. Bu
nöqteyi-nəzərdən dünya xalqlarının
təcrübəsindən istifadə etməyi,
qloballaşma dövrünün səciyyəvi proseslərinə istinad etməklə
milli-mənəvi irsə sayğı ilə yanaşmaq Azərbaycan ədəbiyyatının
ayrılmaz tərkib hissəsi sayılan, tarixi ənənələrlə müasir yenilikləri
özündə birləşdirən İrəvan xanlığı ərazisinin tarixi, ictimai-siyasi,
mədəni və ədəbi mühitinin sistemli şəkildə araşdırılması elmi
yanaşmadan da öncə milli-mənəvi ehtiyacdan , dədə-baba yaşayış
məskənimiz, yurdumuz olan Qərbi Azərbaycan ərazisinin erməni-
lər tərəfindən mərhələ-mərhələ böyük imperiyaların bilavasitə ha-
vadarlığı ilə işğal edilməsi məsələlərinin mahiyyətini tarixi, ədə-