Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 311,69 Kb.

səhifə1/14
tarix15.10.2018
ölçüsü311,69 Kb.
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   14


 


 

 



 

 

Respublikanın ümumtəhsil məktəblərinin  

  6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplekti  

 

 

Müəlliflər:  Afət Süleymanova 

                 Təranə Bağırova 

 

 

 

Bakı: Təhsil, 2013. 

 

 

 

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş

 

və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış 

 

 



YEKUN RƏY 

 

 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;  

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi 

baxımından. 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.  



Dərslik  giriş,  üç  hissə,  layihə,  sinifdənxaric  oxu  üçün  əsərlərin  mətnlərindən, 

“İnternet  ünvanları”,  “Əlavələr”  və  “Lüğət”dən  ibarət  olmaqla,  240  səhifədir. 

Dərsliyə şifahi xalq ədəbiyyatından, eləcə  də, klassik və çağdaş yazılı ədəbiyyatdan 

nümunələr daxil edilmişdir. 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  təsdiq  etdiyi  tədris  planına  görə, 

fənnin tədrisinə  həftədə 2 saat olmaqla, 64 saat ayrılmışdır.  

Dərslik  komplektində  3  məzmun  xətti  üzrə  əsas  və  alt  standartların 

reallaşdırılması  nəzərdə  tutulmuşdur.  Sinifdənxaric  oxudan  başqa,  dərslikdə  verilən 

digər  mətnlər  “Bədii  əsərlərdə  təsvir”,  “Bədii  əsərlərdə  nəqletmə”,  “Bədii 



əsərlərdə təsvir-nəqletmə” hissələri üzrə qruplaşdırılmışdır. 

1. “Bədii əsərlərdə təsvir” hissəsi aşağıdakı məsələləri əhatə edir: 

1) Bədii əsərlərdə təsvirin müəyyən edilməsi 

2) Bədii əsərlərdə insanın təsviri. İctimai varlıq kimi 

3) Bədii əsərlərdə insanın təsviri. Xarici görkəmi 

4) Bədii əsərlərin ideyasının müəyyən edilməsi 

5) Bədii əsərlərdə təsvir və ifadə vasitələri 

6) Bədii əsərlərdə təsvir vasitələrinin əlaqələndirilməsi 

7)  Təsviri  xarakterli  bədii  əsərlərin  quruluşu:  əsərin  hissələrinin  müəyyən 

edilməsi 

2. “Bədii əsərlərdə nəqletmə” hissəsi aşağıdakı məsələləri əhatə edir: 

1) Bədii əsərlərdə nəqletmə 

2) Nəqli mətnin oxusunun təşkili: proqnozlaşdırma 

3) Nəqli mətnlərdə obrazlar və onların başlıca xüsusiyyətləri 

4) Əsərdəki obrazların başlıca xüsusiyyətləri baxımından müqayisəsi 



 

5)  Təsviri  və  nəqli  xarakterli  əsərlərdə  obrazların  təqdim  edilməsində  oxşar  və 



fərqli cəhətlərin qarşılaşdırılması 

6) Nəqletmə xarakterli əsərlərin quruluşu: mətnin hissələri. Nəqletmə xarakterli 

əsərlərdə hadisələrin ardıcıllığının müəyyən edilməsi 

7) Nəqletmə xarakterli əsərlərdə elementlərinin müəyyən edilməsi 

8) Nəqletmə xarakterli əsərlərin nağıl edilməsi, nəticələrin çıxarılması 

3. “Bədii əsərlərdə təsvir-nəqletmə” hissəsi aşağıdakı məsələləri əhatə edir: 

1) Bədii əsərlərdə təsvir və nəqletmə 

2) Təsviri və nəqletmə xarakterli bədii nümunələrin oxşar və fərqli cəhətləri 

3) Təsviri-nəqli bədii nümunələrdə təsvirilik və nəqletmə xüsusiyyətləri 

4) Təsviri-nəqli xarakterli bədii nümunənin təhlili üzrə iş 

5) Təsviri-nəqli xarakterli əsərin ideyasının müəyyən edilməsi 

6) Təsviri-nəqli xarakterli əsərdə obrazlar üzrə iş 

7) Təsviri-nəqli xarakterli əsərdə bədii təsvir və bədii ifadə vasitələri 

8) Təsviri-nəqli xarakterli əsərlərin hissələri: hadisələrin ardıcıllığı və süjet 

9) Təsviri-nəqli xarakterli əsərin elementləri və nəqletmənin təşkili 

1.  Dərsliyin  strukturu  qüsurludur.  Mövzular,  rəsmi  sənədlərdə  qeyd  olunduğu 

kimi,  tədris  vahidlərində  cəmləşdirilməlidir.  Bu  bölgü  mövzuların  məzmun 

komponentləri  arasında  struktur  əlaqələri  yaradıb,  sistemləşdirmə  aparmağı,  onları 

tədris vahidlərində toplamaqla fəndaxili inteqrasiya qurmağı tələb edir.  

Dərslikdəki  hər  3  hissənin  daxilində  fəndaxili  inteqrasiyadan,  əksər  hallarda, 

istifadə olunmayıb. Bunun nəticəsində də bədii mətnin öyrədilməsi strukturu pozulub. 

Məsələn,  əsərin  ideyasının  müəyyənləşdirilməsi  üzrə  iş  obrazın  öyrədilməsindən 

əvvəl  həyata  keçirilir.  Yaxud  əsərin  oxusu,  təhlili  həyata  keçirildikdən  sonra  onun 

nağıl  edilməsi  üzrə  işin  təşkili  reallaşdırılır.  Bu,  kurikulumun  tələblərindən,  bədii 

əsərlərin öyrədilməsi prinsiplərindən uzaqlaşmaqdır. 

Beləliklə,  istənilən  hissədəki  (dərslikdə  “fəsil”adlandırılır)  materialın  yerini 

dəyişdirmək mümkündür. Bu, fəndaxili inteqrasiyanın nəzərə alınmaması deməkdir. 

2. Vəsait dərslik kimi deyil, dərslik-dəftər prinsipi ilə hazırlanıb. Yəni şagirdlər 

bir  sıra  tapşırıqları  yerinə  yetirərkən  təqdim  olunan  çoxlu  sayda  (həm  də 

təkrar-təkrar)  cədvəl  və  sxemlər  üzərində  müvafiq  işlər  görməlidirlər.  Məsələn, 

aşağıdakı kimi yönləndirmələrlə: 

a) “Cədvəldəki məsələlərə cavab tapdıqca qeydlər apar” (səh.14). 

b) “Həmin nümunələri verilən cədvəldə müvafiq sütunlara daxil et” (səh.51). 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə