Ekstremal idman turizmi



Yüklə 72,15 Kb.
səhifə1/9
tarix30.12.2023
ölçüsü72,15 Kb.
#166143
  1   2   3   4   5   6   7   8   9
movzu-5.-ekstremal-idman--------turizmi

Mövzu 5.


Ekstremal idman turizmi

Son illər turizmin macəra turizm növü - əsas məqsədi yeni duyğular, təəssüratlar, turistin fiziki formasının yaxşılaşdırılması və idman nəticələrinin əldə olunması olan, aktiv hərəkət vasitələrindən istifadəni nəzərdə tutaraq, təbiətdə istirahətlə əlaqədar olan növü inkişaf etmişdir. Xüsusi növlərə macəra turizminin ayrıca bir növü, daha dəqiq desək – ekstremal turizm aiddir ki, o da hal-hazırda yüksək templərlə inkişaf edir. Aktiv istirahət növləri adi turistlər arasında daha çox tərəfdar toplamaqdadır. Bu və ya digər idman turizmi növünün keçirilmə yerindən asılı olaraq, onu aşağıdakı kateqoriyalara bölmək lazımdır:



Ekstremal turizmin su növləri.Su turizmi – idman turizminin bir növü olub, marşrutun su səthi ilə dəf olunmasından ibarətdir. Su turizmin bir sıra növlərini ayırırlar: raftinq, yelkən turizmi, dayvinq, veykbordinq, su xizəyi, vindsörfinq, kayakinq və s.
Dayvinq (sualtı dalma, dalğıclıq)bütün dünyada çox məhşurdur. Bu, ekstremal turizmin kifayət qədər bahalı növüdür. Ümumi hazırlıq və təhcizat yeni başlayan turistlərə təxminən 1000 ABŞ dollarına başa gələ bilər. Avadanlığın alınmadığı halda ilk tura hazırlıq qiyməti 250 ABŞ dollarına qədər süşə bilər. Lakin bu zaman geyim, akvalanq və digər lazım olan avadanlığın kirayəsinə təxminən 30-40 ABŞ dolları xərclənəcdir. Ümumilikdə isə keyfiyyətli avadanlığın tam dəstinin qiyməti 1500 ABŞ dollardan başlayır.
Veykbordinq su xizəyi, snoubord, skeyt və sörfinqin kombinasiyasıdır. Motorlu qayıqqısa və enli sörfinq taxtası üzərində duran reyderi dartıb aparır. 30-40 km/s sürətlə hərəkət edən və göyərtəsində əlavə ballast (yük) olan motorlu qayıq özündən sonra dalğa əmələ gətirir ki, reyder də onu tramplin kimi istifadə edir. Tullanış zamanı bir çox fəndlər yerinə yetirmək mümkündür. Veykbordinqin iki əsas istiqaməti vardır:veykbord-qayıq və veykbord-elektrodartma (kabel veykbordinqi). Qayıqlı veykbordinqdə idmançı qayığın dalınca gedərək fal adlanan kəndirdən tutur və müxtəlif fəndlər yerinə yetirir. Kabelli veykbordinqdə idmançının su üzərində hərəkəti qayıq əvəzinə mexanikləşdirilmiş kanat-buksir qurğusu vasitəsilə həyata keçirilir. Xüsusi dairəvi qurğular var ki, onların köməyilə dairə üzrə (veyk-parklar) hərəkət və reversiv qurğular vasitəsilə irəli-geri hərəkət baş verir.
Avropa ölkələrində kabelli veykbordinq özünün əlçatan və ekoloji olması ilə əlaqədar olaraq, qayıqlı veykbordinqə nisbətən daha çox inkişaf etmişdir. Avropa ərazisində 100-dən çox veyk-park tikilmişdir. Veykbordinq 1990-cı illərin əvvəllərində daha sürətlə inkişaf etməyə başlamışdır. Bu turizm növü - su idman növləri arasında, vaxtilə snoubordun qış idman turizm növləri arasında həyata keçirdiyi inqilab həyata keçirmişdir. Tam veykbord avadanlığının qiyməti – 400 ABŞ dolarından başlayır.

Yüklə 72,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə