F. Köçərli adına



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60280
  1   2   3   4   5   6   7


                               F. 

Köçərli adına 

 

                   

Respublika Uşaq Kitabxanası

 

 

   



 

 

   



 

               

 

 

   

   


                                        

  

 

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 

 

 

 

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı mərkəzi 

kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd kitabxana 

filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

 

 



                                         

                                       Bakı – 2018 




 

Tərtibçilər:                                      Könül Səmədzadə 



                                           

          Sevil Əhmədova  

 

Redaktor:                                        Könül Agazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

     Beynəlxalq  Abidələr  və  Tarixi  Yerlər  Günü:  Beynəlxalq 



Abidələr və Tarixi Yerlər Günü ilə bağlı mərkəzi kitabxanaların 

uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları 

üçün  hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyi,  F.  Köçərli  ad.  Respublika  

Uşaq  Kitabxanası;  tərt.ed.  K.  Səmədzadə;  ixt.red.  və  

burax.məsul  Ş. Qəmbərova; red.  K. Ağazadə. - Bakı : F. Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. - 34 s.  

                                                                                                                                

  

 

 



 

 

 



 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018  


 

Tərtibçidən 

     YUNESKO-nun qərarı ilə 1983-ildən etibarən hər il aprelin 

18  dünyada  Beynəlxalq  Abidələr  və  Tarixi  Yerlər  Günü  kimi 

qeyd  olunur.  Bu  günün  keçirilməsində  məqsəd  insanların 

diqqətini  tarixi  abidə  və  yerlərin  qorunmasına  yönəltməkdən 

ibarətdir.  Tarixi  abidələr  keçmişdən  gələcəyə  körpü  rolunu 

oynayır.  Ulu  babalarımızın  bizə  yadigar  qoyduğu  tarixi 

abidələrimiz  Azərbaycan  xalqının  qədim  mədəniyyətinin 

göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün 

mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.  

     Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  il  2 

avqust  tarixli  Qərarı  ilə  təsdiq  edilmiş  dövlət  tərəfindən 

mühafizə  olunan  daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin 

siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, 

“İçərişəhər” tarix-memarlıq qoruğunda 3 dünya, 93 ölkə, 2568 

yerli  əhəmiyyətli,  “Qala”  tarix-etnoqrafiya  qoruğunda  7  ölkə, 

234  yerli, “Nardaran” tarix-mədəniyyət qoruğunda 1 dünya,  5 

ölkə,  7  yerli,  “Atəşgah”  tarix-memarlıq  qoruğunda  1  dünya 

əhəmiyyətli  tarixi  abidə  qeydə  alınmışdır.  Son  illər  ərazidə 

1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan 

bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır. 

     Tarixi  abidələrimizin  qorunması  və  gələcək  nəsillərə 

çatdırılması  sahəsində  dövlətimizin  başçısı  İlham  Əliyevin, 

Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  ölkə 

daxilində  və  xaricində  həyata  keçirdikləri  böyük  işlər  hər  kəs 

üçün ən gözəl örnəkdir. 

     “İçərişəhər”  dövlət  tarix-memarlıq  kompleksi,  “Qobustan” 

dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına 

daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən 

yaxşı  muzeyləri  sırasında  olub.  Hazırda  digər  tarixi  yerlər  və 



 

abidələrimizin  də  bu  siyahıya  daxil  edilməsi  istiqamətində 



böyük işlər aparılır. 

     Milli  mədəni  irsin  qorunmasını  təmin  etmək,  “Azərbaycan 

2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasını  həyata          

keçirmək  məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin 

2013-cü  il  27  dekabr  tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuş 

“Daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin  bərpası,     

qorunması,  tarix  və  mədəniyyət  qoruqlarının  fəaliyyətinin 

təkmilləşdirilməsi  və  inkişafına  dair  2014-2020-ci  illər  üzrə 

Dövlət  Proqramı”  isə  bundan  sonra  görüləcək  işlərin 

istiqamətini  dəqiq  müəyyən  edən  qiymətli  bir  sənəddir.                     

Bu  sənədə  daşınmaz  tarix-mədəniyyət  abidələrinin  yeni 

siyahısının  tərtibi,  bərpa-konservasiya  işlərinə  dair  normativ 

sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların 

maddi-texniki  bazasının  gücləndirilməsi,  yüksək  ixtisaslı 

kadrların  hazırlanması,  beynəlxalq  təşkilatlarla  əməkdaşlığın 

inkişafı kimi vacib məsələlər daxil edilib. 

     Azərbaycanda  6308  tarixi  abidə  var.  Bunların  65-i  dünya 

əhəmiyyətli, 2034-nün ölkə, 4209-u yerli əhəmiyyətli daşınmaz 

tarix  və  mədəniyyət  abidəsidir.  Bildirilmişdir  ki,  hazırda         

işğal  altında  olan  ərazilərdə  yerləşən  dünya  əhəmiyyətli   

mədəni-tarixi  abidələrimiz  olan  Azıx  (Füzuli)  və  Tağlar 

(Xocavənd)  mağaraları  dünyanın  ən  qədim  insan  yaşayan 

məskənlərindəndir.  

     Hər il olduğu kimi, bu il də 18 aprel – Beynəlxalq Abidələr 

və  Tarixi  Yerlər  Günü  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  geniş  şəkildə  qeyd  olunur.  Bu  münasibətlə 

hazırladığımız  vəsaiti  sizlər  üçün  təqdim  edirik.  Vəsait  II 

bölmədən  ibarətdir.  Vəsaitdən  müəllimlər,  kitabxanaçılar, 

oxucular səmərəli şəkildə istifadə edə bilərlər.  

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə