FƏRRUX RÜSTƏMOV
TAMİLLA DADAŞOVA
ALİ MƏKTƏB
PEDAQOGİKASI
(Magistratura pilləsi üçün dərslik)
Azərbaycan Respublikası təhsil
nazirinin əmri ilə dərslik kimi
təsdiq edilmişdir.
BAKI - «NURLAN» - 2007
Elmi redaktoru:
Rəyçilər:
ƏJdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
İramin İSAYEV,
pedaqoji elmlər namizədi, dosent
ƏmruUa PAŞAYEV
pedaqoji elmlər doktoru, professor
Ramiz ƏLİYEV
psixologiya elmləri doktoru, professor
F.A.Rüstəmov, TY.Dadaşova. Ali məktəb pedaqogikası.
Magistratura pilləsi üçün dərslik.
Bakı, «Nurlan», 2007, 568 səh
D
ərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi
Elmi-Metodiki Şurasının «Pedaqogika və psixo-
logiya» bölməsinin 17 may 2006-cı il tarixli 05
N°-li protokolu ilə ali təhsilin magistratura pilləsi üçün təsdiq
olunmuş proqram əsasında hazırlanmışdır.
Dərslikdə ali məktəb proqramının ümumi əsasları, ali məktəb
təhsilinin məzmunu, təlimin mahiyyəti, metodları, təşkili formaları,
pedaqoji texnologiyalar, təlim keyfiyyətinin diaqnostikası, tərbiyə
prosesinin əsasları, ali məktəbə rəhbərlik və idarəetmə məsələləri öz
əksini tapmışdır.
Dərslik magistrantlar, ali məktəb müəllimləri və gənc
tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
4702000000
/V-098-2007
Qrifli nəşr
©
«Nurlan»,
2007
©
«F.Rüstəmov»,
2007
©
«T.Dadaşova»,
2007
ÖN SÖZ
^^^zərbaycanda ali məktəb pedaqogikasımn mühüm
problemlərinin araşdırılmasına XX
\^y/
əsrin 70-ci illərindən
başlansa da, 80-ci illərdən bu sahədə müyyən uğurlar qazaml-
mışdır. İlk vaxtlar ali məktəbdə tədris-tərbiyə prosesinin spesifik
xüsusiyyətlərindən, müəllim-tələbə münasibətlərindən, təlimin
təşkili formalanndan metodiki xarakterli əsərlər yazılırdısa, 80-
90-cı illərdə problemlə bağlı ciddi araşdınlmalara başlandı. Dərslik
və dərs vəsaitləri nəşr olundu.Həmin kitablar ilk təşəbbüs kimi
dəyərli olsa da bu gün magistrantların, ali məktəb müəllimlərinin,
tədqiqatçıların ehtiyacım tam ödəmir. Belə ki, həmin kitabların
yazılmasından və nəşrindən xeyli vaxt keçmişdir. Buna görə də bu
kitablarda
son
elmi-pedaqoji
nailiyyətlər,
yeni
təlim
texnologiyaları, metodları və təşkili formalan öz əksini
tapmamışdır.
Diqqətəlayiq haldır ki, “Ali məktəb pedaqogikası”
Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin magistratura
pilləsinin bütün istiqamət və ixtisaslarında tədris olunur. Ali məktəb
pedaqogikası kursu magistrantlan, aspirant və dissertantlan ali
məktəb həyatımn mühüm problemləri ilə tanış edir, onlan sonrakı
pedaqoji ozünütəhsilə və peşəkarlığa istiqamətləndirir. Ona görə də
müasir məzmuna, geniş mündəricəyə, pedaqoji elmin son
nailiyyətlərinə əsaslanan yeni dərslik və dərs vəsaitlərinin yazılması
zəruri və vacibdir.
Bu sahədə yaranmış ehtiyaa ödəmək baxımından prof.
F.Rüstəmovun
və dos.
T.Dadaşovamn
birgə qələm məhsulları olan
“Ali məktəb pedaqogikası**
dərsliyi xüsusi maraq doğurur,
elmi-nəzəri səviyyəsi və praktik yönümlüyü ilə seçilir.
Dərslik Azərbaycan Respubükası Təhsil Nazirliyi Elmi-
Metodiki Şurasının “Pedaqogika və psixologiya” bölməsinin 17
may 2006-cı ildə magistratura pilləsi üçün təsdiq etdiyi proqram
əsasında hazırlanmış və bütün magstrantlar üçün nəzərdə
tutulmuşdur. Elə buna görədir ki, dərsliyin mündəricəsi və həcmi
kifayət qədər genişdir. “Maarif’ istiqamətindən fərqli olaraq digər
istiqamət və ixtisaslarda (iqtisadçı, texnoloq, mühəndis, memar,
politoloq və s.) təhsil alanlar bu latab vasitəsilə pedaqoji prosesin ən
zəruri və vacib məsələlərini mənimsəyə biləcəklər.
Dərslik 4 bölmə və 16 fəsildən ibarətdir.
Birinci bölmə
''Ali məktəb pedaqogikasının ümumi əsasları"
adlanır. Burada pedaqogika elminin predmetinə aydınbq gətiririlir,
əsas" kateqoriy^an şərh olunur, diferensiasiya və inteqrasiya
proseslərinin mahiyyətinə toxunulur, ali məktəb pedaqo^asının
spesifik xüsusiyyətləri açıqlamr. Rusiyada və Azərbaycanda ali
məktəb pedaqogikasımn inkişaf xüsusiyyətlərini və tendensiyalanm
şərh edən müəlliflər elmi dərəcə və elmi adların yaranmasına və
Azərbaycanda elmi dərəcə və elmi adlann verilmə proseduruna
aydınlıq gətirir. Azərbaycan Respublikasında təhsil sisteminin
quruluşu və prinsipləri, dünya təhsil sisteminin inkişaf strategiyası,
ali məktəb müəlliminin funksiyalan, onun pedaqoji ustalığı,
tərbiyəçi kimi işinin xüsusiyyətləri, ozünütəkmılləşdirməsinin
səmərəli yolları, ali məktəb müəllimin attestasiyası və digər
məsələlər birinci bölmə öz geniş elmi-pedaqoji həllini tapmışdır.
ikinci bölmə
“Ali məktəb didaktikasının əsasları’"
adlanır.Bu
bölmədə ali məktəbdə təlimin mahiyyəti, hərəkətverici qüvvələri və
prinsipləri, təhsilin məzmunu və onun təkmilləşdirilməsinin
pedaqoji əsaslan ,təlim metodları və təşkili formaları ,pedaqoji
texnologiyalar, təlim keyfiyyətinin diaqnostikası, tələbələrin
pedaqoji praktikası və ümumiyyətlə, mütəxəssis hazırlığımn
pedaqoji-psixoloji məsələləri əhatəli şəkildə şərh edilmişdir.
“Ali məktəbdə tərbiyə prosesP’
III bölmədə əhatə
olunmuşdur. Burada ali məktəbdə tərbiyə prosesinin mahiyyəti,
tələbələrin tərbiyəsinin sosial-pedaqoji əsaslan,tələbə kollektivi və
şəxsiyyətlərarası münasibətlər pedaqoji-psixoloji və sosioloji
tədqiqatlann son nailiyyətlərinə əsasən izah edilmişdir.
Ən çətin sənət idarəetmə sənətidir. Dərslikdə bu məsələyə
xüsusi diqqət yetirilmiş, VI bölmədə ali məktəbə rəhbərlik və
idarəetmə məsələləri şərh edilmiş, ali məktəb fəaliyyətinin əsas
istiqamətləri təhlil olunmuşdur.
Dərslikdə diqqəti cəlb edən ən mühüm cəhət müasir ali təhsil
nəzəriyyəsinin
yeni
pedaqoji
təfəkkür
baxımından
araşdınlması,mövcud təcrübənin ümumiləşdirilməsi və tədrisə
gətirilməsidir. Müəlliflərin Rusiyada və Azərbaycanda bu sahədə
apanlan tədqiqatlarla dərindən tanış olmalan və ali məktəb
təcrübələri dəyərli bir dərsliyin yaranmasına səbəb olmuşdur.
ƏJDƏR AĞAYEV
Pedaqoji elmlər doktoru, professor
4