Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu. Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri



Yüklə 130,7 Kb.
səhifə1/21
tarix03.06.2023
ölçüsü130,7 Kb.
#115359
  1   2   3   4   5   6   7   8   9   ...   21
Dilçilik Konspekt


Hazırladı Təhsil 1 fakültəsi, 107A qrupu.
1.Dilçiliyə giriş fənninin obyekti, predmeti və vəzifələri.
Hər bir elmin olduğu kimi dilçilik elminin də öz obyekt və xüsusi predmeti vardır. Uzun müddət dilçilikdə obyektlə predmet bir-birindən fərqləndirilməmişdir. Bunun əsas səbəbi bu iki sözün eyni mənalı olmasıdır.
Dilçilik elminin də obyekti insanın nitq fəaliyyəti olan danışıqdır. Nitq bir sıra elmlərin obyektidir. Məntiq, psixologiya, loqopediya, dilçilik və s. elmlərin hər biri insan nitqindən öz predmetini seçir. Məntiq nitqin təfəkkür qanunları ilə əlaqədar problemlərini öyrənir. Psixologiya nitqdən nitqin psixolinqvistik mexanizmini öyrənir. Dilçilik isə insan nitqindən dil qanunlarını öyrənir. Beləliklə, dilçiliyin obyekti insan nitqi, predmeti isə dildir. Buna görə də dilçilik dil haqqında elmdir.
Dilçiliyin vəzifələri
Dilçilik dil haqqında elm olduğundan, onun birinci vəzifəsi dil üzərində tədqiqat aparmaqdır. Prof. B.N.Qolovin dilçilik elmi qarşısında duran vəzifələri doqquz bənddə ümumiləşdirir:
1.Ümumi dilçiliyin birinci vəzifəsi, dilin təbiəti və mahiyyətidir. Burada dilin cəmiyyətə və təfəkkürə münasibəti əsas götürülür.
2.İkinci, dilin quruluşu və qurulmasını əhatə edir. Buraya dilin səs və söz tərkibinin öyrənilməsini, qrammatik quruluşu, nitq hissələrini, cümlə üzvlərinin və cümlələrin tədqiqi daxil edilir.
3.Üçüncü, dilin sisteminin öyrənilməsidir. Yəni, dil daxili əlaqə və münasibətləri, onların dil vahidlərini yaxınlaşdırması və uzaqlaşdırması problemləri dili ciddi bir sistem kimi öyrənməyi tələb edir.
4.Dördüncü, dilin ümumi qanunları əsasında səs və söz səviyyəsində, hətta qrammatik quruluşun səviyyəsində dilin dialekt və ədəbi normalarının öyrənilməsindən ibarətdir.
5.Beşinci, yazının əmələ gəlməsi və inkişafı məsələləridir. Qrafika, yazı, onun növləri, səsin işarəyə nisbəti və.s bu problemdə öyrənilir.
6.Altıncı, dillərin qrammatik tipi və bu parametrə görə təsnifıni qəbul edilir.
7.Yeddinci, dilçiliyin öz obyektinə, predmetinə yanaşma üsullarını, metodlarını əhatə edir.
8.Səkkizinci, maşın tərcüməsi, dilçilik və məktəbləri, təcrübi dilçilik məsələləri əhatə olunur.
9.Doqquzuncu, dilçiliyin başqa elm sahələri ilə əlaqəsi götürür.

Yüklə 130,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə