HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.

səhifə1/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   82



 
 
 
HƏSƏN HƏSƏNOV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NƏRİMAN NƏRİMANOVUN  
MİLLİ DÖVLƏTÇİLİK  
BAXIŞLARI VƏ FƏALİYYƏTİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2005 
 
 
 



 
Az
ərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına 
Tarix İnstitutu nəzdində Birləşdirilmiş Dissertasiya 
Şurasının 1 iyun 2004-cü il qərarı ilə nəşr olunur 
 
 
 
Elmi redaktoru 
Q.M.Bayramov tarix elml
əri doktoru, professor. 
 
 
 
R
əy 
T.H.Musayeva tarix elml
əri doktoru, professor. 
F.F.Əhmədova tarix elmləri namizədi, dosent. 
 
 
 
H
əsənov  H.Ə.  Nəriman Nərimanovun milli dövlətçilik  baxışları  və  fəaliyyəti. 
Bakı: Elm, 2005. 248 səh.  
 
 
 
M
ənsub  olduğu  siyasi  rejimin  sənədlərində  adı  “türk  millətçisi”  kimi 
qalmış,  xalqımızın  xatirəsində  isə  vətənpərvər bir dövlət  xadimi  kimi  yaşayan 
N
əriman Nərimanovun Azərbaycan dövlətçiliyi  qarşısında  tarixi  rolu,  oxuculara 
H
əsən Həsənovun bu kitabında yeni faktlarla təqdim olunur.  
 
 
 
0503020907        
sifarişlə  
655 (07) 02005  
 
 
İSBN 5 – 8066 – 1718 – 1 
 
© H
əsən Həsənov, 2005 
 
 



 
İXTİSARLARIN SİYAHISI 
 
AXC – Az
ərbaycan Xalq Cümhuriyyəti 
AK(b)P – Az
ərbaycan Kommunist (bolşeviklər) Partiyası 
AKP – Az
ərbaycan Kommunist Partiyası 
AME – Az
ərbaycan Milli Ensiklopediyası 
AMEA – Az
ərbaycan Milli Elmlər Akademiyası 
DSİ -  Dövlət Siyasi İdarəsi 
XKS – 
Xalq Komissarları Soveti 
XKŞ – Xalq Komissarları Şurası 
KP – 
Kommunist Partiyası 
MİK -  Mərkəzi İcraiyyə Komitəsi 
MK – M
ərkəzi Komitə 
RK(b)P – 
Rusiya Kommunist (bolşeviklər) Partiyası 
RKP – 
Rusiya Kommunist Partiyası 
RSFSR – Rusiya Sov
et Federativ Sosialist Respublikası 
SƏ – Seçilmiş əsərlər 
Sov.İKP – Sovet İttifaqı Kommunist Partiyası 
SSR – 
Sovet Sosialist Partiyası 
SSRİ – Sovet Sosialist Respublikaları İttifaqı 
TBMM – Türkiy
ə Böyük Millət Məclisi 
 
 



 
GİRİŞ 
 
SSRİ  dağıldıqdan,  Azərbaycan  xalqı  dövlət müstəqilliyini bərpa etdikdən, 
marksist-leninçi ideoloji stereotipl
ər, təsvirlər və  məhdudiyyətlər aradan 
qaldırıldıqdan sonra sovet dövrü tarixinin və şəxsiyyətlərinin obyektiv öyrənilməsi 
üçün 
əlverişli  şərait  yaranmış,  tarixi  hadisə  və  prosesləri, siyasi və  dövlət 
xadiml
ərinin baxışlarını, fəaliyyətlərini olduğu kimi öyrənmək və qiymətləndirmək 
problemi aktuallaşmışdır.  
Bu  baxımdan  Azərbaycan  xalqının  görkəmli ictimai, siyasi və  dövlət 
xadimi, sovet hakimiyy
əti dövründə  özünəməxsus siyasi düşüncəyə  malik,  
f
əaliyyəti müxtəlif illərdə fərqli qiymətləndirilən, tariximizdə silinməz iz buraxan 
N.N
ərimanovun həyat və fəaliyyətinə dair xeyli əsərlər yazılmışdırsa da, onun milli 
dövl
ətçilik  baxışları  və  fəaliyyəti indiyədək  tarixşünaslığın  tədqiqat  obyekti 
olmadığından araşdırılması zərurəti meydana çıxmışdır.  
Bel
ə mövzunun seçilməsi öz növbəsində bir neçə problemin araşdırılmasını 
t
ələb edir. Bunlardan sovet hakimiyyətinin ilk illərində  milli məsələlərin həllinin 
meydana  çıxması;  Rusiyada  yaşayan  türk  xalqlarının  dövlətçilik  uğrunda 
mübariz
əsi; müstəqil dövlət  olmuş,  lakin  sovetləşən  respublikaların  öz 
müst
əqilliklərini qorumaq yolunda apardıqları mübarizə; Rusiya imperiyası dağılıb 
xalqlar müst
əqillik  qazandıqları  şəraitdə  dövlətlərarası  sərhədlər  probleminin 
ortaya  çıxması;  inkişafda  olan  kommunist  ideologiyasının  hökmranlığı  şəraitində 
xalqların milli düşüncə  və adət-ənənələrinin qorunub saxlanılması problemlərinin 
araşdırılması  aktuallaşmışdır.  Bu səpkidə  araşdırma  SSRİ-də  kommunist 
ideologiyası çərçivəsində formalaşıb fəaliyyət göstərən milli təmayülçülük hərəkatı 
v
ə onun mahiyyətini, N.Nərimanovun bu hərəkatın yaradılmasında və fəaliyyətində 
rolunu, onun milli t
əmayülçü  kommunist  baxışlarının  köklərinin  araşdırılmasını, 
türk 
əsilli siyasətçilər və dövlət xadimləri arasında  onun yayılmasını, bu mübarizə 
yolunda 
əldə olunan uğurlar və baş verən itkiklərin araşdırılmasını aktuallaşdırır.  
Problemin m
əhz  bu  baxımdan  kompleks  şəkildə  araşdırılması 
N.N
ərimanovun milli dövlətçilik  baxışlarının  formalaşdığı  mühitin  öyrənilməsinə 
düzgün elmi-
metodoloji  yanaşmağa  imkan  verir.  Bundan  başqa,  1920-ci ilədək 
olan dövrd
ə  N.Nərimanovun  ədəbi və  ictimai-siyasi fəaliyyətinin onun milli 
dövl
ətçilik  baxışlarının  formalaşmasına  təsirini  araşdırmaq da mühüm elmi-tarixi 
aktuallıq kəsb edir.  
N.N
ərimanovun  bolşevik  rejimi  şəraitində  milli dövlətçilik  baxışlarını  və 
f
əaliyyətini öyrənmək  üçün  iqtisadi  inkişafa, xarici əlaqələrə, hərbi  quruculuğa
milli-m
ədəni  inkişafa,  Azərbaycan dilinə  münasibətini, ona dövlət dili statusu 
verm
ək uğrunda səylərini və din problemlərinə münasibətini araşdırmaq zəruridir. 
N.N
ərimanovun  milli ziyalılara diqqəti, onları ölüm təhlükəsindən və təqiblərdən 
qoruması  məsələlərini  olduğu  kimi  öyrənmək  aktualdır.  Dövrünün  ideoloji 
c
əhətdən bir-birinə zidd partiyalarının üzvləri olan ziyalıların N.Nərimanova böyük 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə