1
Mövzu № 8:
İcra hakimiyyətinin realizəsinin inzibati-hüquqi
formaları
P L A N :
GİRİŞ
1.
İcra hakimiyyətinin realizəsinin
inzibati-hüquqi
formalarının anlayışı və mahiyyəti.
2.
İcra hakimiyyətinin realizəsinin
inzibati-hüquqi
formalarının təsnifatı və növləri.
3.
İnzibati-hüquqi müqavilə.
NƏTİCƏ
Ə D Ə B İ Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
Normativ-hüquqi aktlar haqqında
AR 26 noyabr 1999-cu
il tarixli
Qanunu.
3.
AR İnzibati Xətalar Məcəlləsi.
4.
A.
Abdullayev, F.Nağıyev. “İnzibati hüquq”. Dərslik. Bakı, 2008.
5.
A. Abdullayev, F. Nağıyev. İnzibati hüquq. Dövlət orqanlarında
idarəetmə. Dərslik. Bakı, 2022.
6.
AR DİN Polis Akademiyası. “İnzibati hüquq”. Praktikum. Bakı, 2018
7.
İnzibati hüquq
(sxemlərdə). Dərs vəsaiti. AR DİN
Polis
Akademiyası. Bakı, 2002.
8.
V. Abışov, A. İsmayılov, R. Nəcəfquliyev.
İnzibati hüquq
1 hissə.
Dərs vəsaiti. Bakı, 2007.
9.
A.П.Коренев. Административное право. Dərslik. M., 1986.
10.
В.Манохин,
И.Адушкин,
З.Багишаев
“Российское
административное право
Dərslik. M., 1996.
11.
А.П.Алёхин,
А.А.Кармолитский,
И.М.Козлов.
“Административное право РФ”. Dərslik. M., 1997.
12.
Д.Н. Бахрах. Административное право. Dərslik. M., 2000
BAKI -2023
G İ R İ Ş
12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş AR
Konstitusiyasının 7-ci maddəsinə əsasən, AR-sında dövlət hakimiyyəti qanunverici,
icra və məhkəmə hakimiyyətindən ibarətdir. Bu mühazirədə biz, icra hakimiyyətinin
hansı formalarda həyata keçirildiyini nəzərdən keçirəcəyik.
Onu
da qeyd etmək istərdim ki,
mühazirənin məzmunu həm nəzəri,
həm də
təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. Çünki icra hakimiyyətinin realizəsində
hüquq mühafizə orqanları öz gündəlik fəaliyyətində inzibati-hüquqi formalarından
geniş istifadə edirik.
İcra hakimiyyəti orqanlarının qarşısında
duran vəzifələrin məzmunundan,
xüsusiyyətlərindən və məqsədlərindən asılı olaraq, icra hakimiyyəti orqanları həmin
vəzifələri həyata keçirən zaman müxtəlif növ hərəkətlər görürlər. Bu hərəkətlər də
müxtəlif zahiri formada olmalıdırlar.
Buna görə də, birinci növbədə araşdırmaq lazımdır ki,
icra hakimiyyətinin
realizəsi formalarının hansı növləri mövcuddur və onların həyata keçirilməsinin əsas
qaydası nədən ibarətdir.
Gələcək fəaliyyətinizdə də həmin formalardan qanun çərçivəsində istifadə etmək
məqsədi ilə bu mövzu böyük əhəmiyyət kəsb edir.
İndi isə keçək mühazirənin birinci sualının açıqlanmasına.