“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
  1   2   3   4   5   6   7   8   9   ...   33


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSADİ UNİVERSİTETİ 

 

 

“MAGİSTRATURA MƏRKƏZİ” 

 

Əlyazması hüququnda 



 

İBRAHİMOV AMİL NƏRİMAN oğlu 

 

 “Müasir dövrdə əhalinin həyat səviyyəsinin yüksəldilməsinin dövlət 

mexanizmi” 

mövzusunda  

Istiqamətin şifri və adı:  

 

 

 

060404 “İqtisadiyyat” 

 

Ixtisaslaşmanın adı:    

 

 

 

“İqtsadiyyatın tənzimlənməsi” 

 

Elmi rəhbər:  

 

 

 

 

 

 

 

Magistr proqramnın rəhbəri:  

 

 

  

 

Kafedra müdiri:   

 

 

 

 

prof. ƏHMƏDOV M.A. 

 

Bakı 2015 


 



MÜNDƏRICAT 

 

 

GİRİŞ 



 

3-7 


FƏSİL 1.  ƏHALİNIN 

HƏYAT 


SƏVIYYƏSININ 

TƏNZİMLƏNMƏSİNİN 

NƏZƏRİ-METODOLOJİ 

MƏSƏLƏLƏRİ 

8-36 

1.1. 


Həyat səviyyəsinin və əhali  gəlirlərinin tənzimlənməsi 

probleminə yanaşmalar   

8-25 

1.2. 


Həyat  səviyyəsi  və  əhali  gəlirlərinin  bölgüsü  arasında                     

qarşılıqlı əlaqənin nəzəri əsasları 

 

 

25-36 



FƏSİL 2.  MÜASIR DÖVRDƏ AZƏRBAYCANDA ƏHALİNİN HƏYAT 

SƏVIYYƏSININ 

VƏ 

GƏLİRLƏRİNİN 



TƏNZİMLƏNMƏSİNİN  TƏHLİLİ 

37-65 


2.1. 

Qlobal  maliyyə  böhrani  şəraitində  gəlirlərin  tənzimlənməsində   

baş verən dəyişikliklərin təhlili 

37-46 


2.2. 

Əhali  gəlirlərində  bərabərsizliyə  təsir  edən  amillərin      

qiymətləndirilməsi 

46-58 


2.3. 

Əhalinin  gəlirlərindən  istifadə  və  əhalinin  istehlak  xərclərinin      

strukturu 

 

 



58-65 

FƏSİL 3.  AZƏRBAYCAN  RESPUBLİKASINDA  ƏHALİ  GƏLİRLƏRİ-

NİN 

DÖVLƏT 


TƏNZİMLƏNMƏSİNİN 

ƏSAS 


İSTİQAMƏTLƏ-Rİ VƏ MEXANİZMLƏRİ 

66-91 


3.1. 

Əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin əsas istiqamətləri 

və mexanizmləri 

66-76 


3.2. 

Müasir şəraitdə əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi  

 

76-91 


 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

92-96 


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLARIN SİYAHASI 

 

97-103 



 


 



GİRİŞ 



 

Mövzunun  aktuallığı.    Fiskal  İqtisadi  sistemindən  asılı  olmayaraq  hər  bir 

ölkədə  əhali  gəlirlərinin  tənzimlənməsi  ən  aktual  problemlər  sırasında  durur.  Lakin 

təcrübə göstərir ki, bu problem iqtisadi cəhətdən zəif, demokratik prinsiplərdən uzaq, 

diktatura  rejimində  yaşayan  ölkələrdə,  həmçinin  transformasiya  iqtisadiyyatlı 

ölkələrdə  daha  ciddi  xarakter  alır.  Azərbaycanın  da  transformasiya  iqtisadiyyatlı 

ölkələr  sırasında  durduğunu  nəzərə  alsaq  onda  əhali  gəlirləri,  onun  formalaşması, 

bölgüsü və yenidən bölgüsünün tənzimlənməsi sahəsində mövcud vəziyyətin tədqiq 

edilməsinin aktual problem olduğunu söyləmək olar.  

Məlumdur ki, problemin aktuallığı müstəqilliyin ilk illərində yaranmış iqtisadi, 

siyasi  böhran  şəraitində  özünü  daha  qabarıq  göstərməyə  başladı.  Belə  ki,  həmin 

dövrlərdə əhalinin gəlirləri və onların formalaşması mənbələri məhdudlaşaraq ölkədə 

kəskin qeyri-bərabərlik yaratdı. Bunun nəticəsi olaraq bazar münasibətlərinə keçidin 

ilk  illərində  həyat  səviyyəsinin  ciddi  surətdə  aşağı  düşməsi,  işsizlərin  və  yoxsulluq 

həddində  yaşayanların  daha  da  artması, təbəqələşmə  prosesinin  güclənməsi  və  s. bu 

kimi  hallar  ölkənin  sosial-iqtisadi  problemlərinin  həll  edilməsində  xeyli  çətinliklər 

yaratdı.  Buna  görə  də,  ölkədə  beynəlxalq  tələblərə  cavab  verən  sosial  müdafiə 

sisteminin  formalaşdırılması,  əhali  gəlirlərinin  tənzimlənməsi,  gəlirlərin  bölgüsü  və 

yenidən  bölgüsü  məsələsinə  inzibati-amirlik  sistemindən  fərqli  olan  və  bazar  iqtisa-

diyyatının  tələblərinə  uyğun  bölgü  və  yenidən  bölgü  mexanizminin  yaradılmasını 

tələb edirdi.  

Bu  məqsədlə  Azərbaycan  müstəqilliyini  əldə  etdikdən  sonra  sosial  sahədə  bir 

çox  qanunlar,  normativ  aktlar  və  s.  qəbul  olunmuşdur.  Belə  ki,  1991-95-ci  illərdə 

«Məşğulluq  haqqında»,  «Sosial  sığortaya  və  məşğulluq  fonduna  ayırmaların  nor-

mativləri haqqında», «Minimum istehlak büdcəsi haqqında», «Pensiya təminatı haq-

qında»,  «Hərbi  qulluqçuların  pensiya  təminatı  haqqında»,  «Vətəndaşların  pul  gəlir-

lərinin  və  əmanətlərinin  indeksləşdirilməsi  haqqında»,  «Əlillərin  sosial  müdafiəsi 

haqqında»,  «Şəhid  adının  əbədiləşdirilməsi  və  şəhid  ailələrinə  edilən  güzəştlər 

haqqında» və s. qanunlar qəbul edilmişdir.  




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə