Microsoft Word 017 esas sayi doc



Yüklə 4,42 Mb.

səhifə1/197
tarix08.07.2018
ölçüsü4,42 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   197


Filologiya məsələləri, №4, 2017 

 

1



  

 

 



 

 

ÔÈËÎËÎÜÈÉÀ 



ÌßÑßËßËßÐÈ 

 

 



 

№ 4 


 

Топлу Азярбайъан Республикасы Президенти йанында 

Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдийй-

ата алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). 

Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу 

няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

«Елм вя тящсил» 

Бакы – 2017 

 

 



 


Filologiya məsələləri, №4, 2017 

 

2



 

Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы  

                                Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты  

 

 



 

 

 



РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим 

Мяммядялийев, академик Теймур Кяримли, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., 

проф. Низами Ъяфяров, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., проф. Мющсцн 

Наьысойлу, АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д., 

проф. Вилайят Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin  Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр 

Казымов, ф.ü.е.д., проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли, 

ф.ü.е.д., проф. İsmayıl  Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащмудов, ф.ü.е.д., 

проф. Buludxan Xəlilov, ф.ü.е.д., prof. Əzizxan Tanrıverdiyev, ф.ü.е.д., проф. 

Мцбариз Йусифов, ф.ü.е.д., проф. Гязянфяр Пашайев, ф.ü.е.д., проф. Ябцлфяз 

Ряъябли, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф. Ъялил Наьыйев, ф.ü.е.д., 

prof. Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, ф.ü.e.d. Paşa  Kərimov, 

фil.ü.f.d., dos. Нязакят Мяммядли 

 

Бурахылыша мясул: академик Теймур Кяримли  



Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли 

 

 



 

Филолоэийа мясяляляри. Бакы, 2017, № 4 

 

 

 



 

ISSN 2224-9257 

 

 

 



 

© ”Elm və təhsil” nəşriyyatı, 2017 




Filologiya məsələləri, №4, 2017 

 

3



 

DİLÇİLİK 

 

Prof. MƏSUD MƏMMƏDOV 



Lənkəran Universiteti 

 

FONETİK PROSESLƏR 



 

Açar sözlər: fonetika, proses, assimilyasiya, dissimilyasiya, akkomodasiya, 

diеreza, epenteza, eliziya,qaplologiya, kiperteza 

Ключевые  слова:  фонетика,  процесс,  ассимиляция,  диссимиляция, 

аккомодация, диереза, эпентеза, элизия, гаплология, кипертеза.  

Key words: phonetics, process, assimilation, dissimilation, accommodation, 

dieresis, epenthesis, elision, haplology, kyperthesis.  

 

Ümumiyyətlə, danışıq dilində səs birləşmələri, insanın bioloji təbiətin-



dən  asılı  olaraq,  müxtəlif  aspektlərdə və ya  mövqedə  olur. Dilçi  alimər  bu 

cür mövqeli dəyişmələrə fonetik hadisələr deyirlər. Dilin yaranma təbiətinə 

görə səslər insanın orqanında tələffüz zamanı maneəsiz və maneəli olur. Adil 

Babayev  dili  ilə  desək,  “nitq  axını  zamanı  danışıq  üzvləri  sürətlə,  tez-tez 

müxtəlif hərəkətlər edir. Hər bir səsin öz tələffüz məxrəci olduğu üçün da-

nışıq üzvləri tez-tez müxtəlif cür qurulub-sökülür”(1.226). Doğrudur, səslər 

müxtəlif  çalarlıqda  səslənir,  amma  tələffüz  orqanlarında,  xüsusən  qırtlaq, 

ağız  və  burun  boşluğunda  “qurulub-sökülür”  yolu  ilə  yox,  açılıb-qapılma 

yolu  ilə  yaranır.  Bu  fizioloji  prosesdir,  sürətlə  həyata  keçirilir  və  insanın 

təfəkkürü ilə sıx əlaqədardır.  

Dil  də  insan  kimi  canlıdır.  İnsan  həyatı  dəyişdikcə  dildə  dəyişiliklər 

yaranır.  Xüsusən,  fizioloji  cəhətdən  bizdən  asılı  olmadan,  müxtəlif  simp-

tomlar üzə çıxır. Əgər biz ilk insan tələffüz aspektlərini XXI əsrin tələffüz 

norması  ilə müqayisə edə  bilsəydik,  bunu  aydın  sezə bilərdik. Əsrlər boyu 

insanın  antropologiyası  ətraf  mühitin  təsirindən  dəyişib  və  onun  fizioloji 

xüsusiyyətləri də söz informasiyaların çoxalması hesabına mürəkkəbləşərək 

yeni dəyişimlərə səbəb olmuşdur. İnsan yaşadıqca yeni-yeni kəşflər edir. O, 

özünün yaşam tərzini yaxşılaşdırmaq üçün yeni əşyalar icad edir və onlara 

ad verir. Bu da sözdür. Söz sənəti də insana bağlıdır. O da onu daimi yaradır, 

yaratdıqca  yeni-yeni  tələffüz  prosesləri  meydana  çıxır.  Səsdən  sözə  doğru 

inkişaf edən insan və onun tələffüzü də dəyişib inkişaf etmişdir. Bu inkişaf 

prosesində səs axını da ilkin məcarəsini çox vaxt itirir- rəvanlıqdan maneəyə 

doğru  inkişaf  edir.  Səslərin  rəvan,  zəncirvari  bir-birilərini  tamamlaması 

tarixən olmuş, deyərdim ki, ilk insan tələffüzündə tam aydınlıqla sait-samit 

 



Filologiya məsələləri, №4, 2017 

 

4



və samit-sait , sonralar genişlənərək, samit-sait-samit və ya sait+samit+sait 

formalarında olmuşdur. Burada bir vacib məsələni də unutmaq olmaz. O da 

ki bundan ibarətdir ki: əgər samitdən sonra qalın səs gəlirsə və ya incə səs 

gəlirsə, bu cür sözlər rəvan sözlər olur. Bizim fikrimizcə belə rəvanlıq, elə 

uyuşmadır, yəni heç bir maneəsi olmayan tam uyuşmadır və tarixən ik insan 

tələffüzünün məhsuludur- desək, yanılmarıq. Bu fonetik birləşmələr, demək 

olar ki, bütün bəşər dillərinə aiddir.  

Bilməliyik ki, “fonem” ifadəsini dilçiliyə ilk olaraq, Boduen de Kurte-

ne  gətirmişdir.  O,  bu  termini  Fransız  müəndisi  Avvedən  götürmüşdür. 

Mühəndis mexanikada kiçik hissəcikləri “fonem” adlandırmışdır. Boduen de 

Kurtene fonem-danışıq səsinin bir kiçik hissəsi olduğunu yazmışdır. Sonrakı 

alimlər  fonem  haqqında  müxtəlif  fikirlər  söyləmişlər.  Bunlardan  P.S.Kuz-

netsov,  V.N.Sidorov  və  onların  ardıcılları  T.V.Bulikina,  K.V.Qorşkov, 

N.A.Yeskova,  V.V.İvanov,  İ.S.İlinskaya,  K.A.Klimov,  L.V.Şerba  və  onun 

yetirmələri L.R.Zinder , M.İ.Matuseviç və s. Azərbaycan alimləri də fonetik 

hadisələr  haqqında  öz  tövsiyələrini  vermişlər.  İlk  dəfə  bu  haqda  B.Ço-

banzadə  XX  əsrin  əvvəllərində  (1924-cü  ildə)  Azərbaycanda  “Əlifba” 

komissiysının  sədri  olduğu  vaxtdakı  “Türkcənin  səs  uyuşması  qanunu” adı 

altında  fonetik  proseslər  haqqında  qiymətli  fikir  söyləmişdir.  Sonralar 

Ə.Dəmirçizadə bu məsələyə toxunmuş və doğru olaraq, “fonem”in təkcə fo-

netik  əlamətini  yox,  onun  qrammatik  əlamətlərindən  bəhs  edərək  7  xü-

susiyyəti bəyan edir: 1. Fonem dilin müstəqil bir həlqəsidir; 2. Fonem söz-

dən ayrı deyil, ancaq söz daxilində ola bilən mənalı dil vahididir; 3. Fonem 

dilin məna yarada bilən ən kiçik vahididir; 4. Fonemlər sistemi hər bir dilin 

məxsusi əlamətlərinə görə müəyyənləşir; 5. Bir fonem bir səsdən, iki səsdən, 

hətta  üç  səsdən  ibarət  ola  bilər  (burada  səslə-hərf  arasında  fərqləri  müəllif 

nəzərə  almayıb-prof.M.Məmmədov),  yəni  monoftonq,  diftonq,  triftonq 

nəzərdə  tutulur.  Bu  barədə  sonrakı  səhifələrimizdə  geniş  izah  verilir;  6. 

Sözdən, ifadədən və daha bir sıra başqa şəraitdən asılı olaraq, bir fonem, di-

gər bir fonem çalarlığında işləndikdə yəni bir fonem formalaşması mümkün-

dür; 7. Fonemlər silsiləsi qarşılıqlı cütlükdən ibarətdir( 2.35). adil Babayev 

qeyd edir ki, “danışıq səsi ilə fonemi eyniləşdirmək olmaz”(1.222). Məncə, 

ətraf  mühitdə  eşidilən  səs  ilə  fonemi  eyniləşdirmək  olmaz.  Insanın  danışıq 

səsinə Boduen de Kurtene (İvan Aleksandroviç-ruslar onu belə adlandırmış-

lar) –prof. M.Məmmədov). konkret olaraq, fonem adlandırmışdır. Bəli, danı-

şıq  prosesində  hər  bir  fonem  sözlərdə  zəifləyə  bilər,  əgər  vurğulu  hecanın 

(saitlər)  səsində  uzaqdırsa,  samitlər  cingiltili  və  ya  karlaşa  bilər,  amma  bu 

səslər  öz  fonemlərində  qalırlar,  hətta  əlamətlər  belə  dəyişsə.  Nə  dərəcədə 

doğru  olar  ki,  Adil  Babayev  yazır  ki,  “müxtəlif  əlamətlərlə  danışıq  səsləri 

fonemlərdən fərqlənir”.  

 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə