1
Azərbaycan Respublikasının Vətəndaşların Əmək
Əmək və Əhalinin Sosial Hüquqlarını Müdafiə
Müdafiəsi Nazirliyi Liqası
ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN
ƏMƏK BAZARINA ÇIXIŞININ
ASANLAŞDIRILMASI
SAHƏSİNDƏ
SİYASƏT
BAKI-2012
2
Ümumi redaktə və tərtibat: Sahib Məmmədov
Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
sifarişi ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərin əmək
bazarına çıxışının asanlaşdırılmasına ictimai dəstək”
layihəsi çərçivəsində hazırlanmışdır.
Sənədin hazırlanmasında Əmək və Əhalinin Sosial
Müdafiəsi Naziliyinin mütəxəsisləri iştirak etmişdir.
İSBN: 978-9952-8085-7-5
© Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
©
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
3
MÜNDƏRİCAT
Xülasə................................................................................................
4
Əlilliyi olan şəxslərin əməyi və məşğulluğunun
təmin olunmasına dair beynəlxalq yanaşma .................................
6
Açıq (rəqabətli) əmək bazarında məşğulluq,
o cümlədən özünüməşğulluq ............................................................
8
Müdafiə olunan məşğulluq ...............................................................
11
Dəstək verilən məşğulluq .................................................................
13
Sosial müəssisələrdə məşğulluq ......................................................
13
Azərbaycan Respublikasında əlilliyi olan
şəxslərin əmək bazarına çıxış imkanları,
Qanunvericilik, onun tətbiqi praktikası və problemlər .....................
17
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının
məhdudlaşdıran əsas səbəblər ..........................................................
28
Tövsiyyələr........................................................................................
29
Əlavə..................................................................................................
32
4
Xülasə
Dünya ölkələrində bir milyarddan artıq insan bu və ya digər
şəkildə əlillik forması ilə yaşayır ki, bunlarından 200
milyondan
artığı ciddi hərəkət çətinliyi olan əlilliyi olan insanlardır.
Qarşıda gələn illərdə əlillik daha çox narahatçılıq doğuracaqdır,
belə ki, onun artımı müşahidə olunur. Bu artım əsasən əhalinin
yaşlaşması, ahıl insanlar arasında əlilliyin artma riski, həmçinin
diabetin, ürək-damar xəstəliklərinin, xərçəngin və psixi
pozğunluq hallarının qlobal artımı ilə əlaqədardır.
Əlilliyi olan insanlar dünyanın hər yerində sağlamlıq
sahəsində aşağı nəticələrə malikdir və təhsil sahəsində aşağı
göstəricilərlə fərqlənirlər. Onlar həmçinin, iqtisadi fəallıq
baxımindan aşağı nəticələr göstərirlər və əlil olmayanlara
nisbətən daha yüksək yoxsulluq göstəricilərinə malikdirlər.
1
Əlilliklə bağlı milli və müvafiq beynəlxalq normalarda da
anlayışlar verilmişdir. Fransada yerləşən əlilliyin və sosial
uyğunsuzluğun tədqiqi üzrə Milli Mərkəzin əlilliklə bağlı
verdiyi anlayış belədir:
Əlillik –fiziki, psixoloji, sensor, sosial, mədəni, hüquqi və ya
digər maneələrlə müşayət olunan məhdudiyyət olmaqla, əlilliyi
olan şəxslərə başqaları ilə bərabər inteqrasiya olmağa, ailə və
ictimai həyatda fəal iştirak etməyə imkan vermir. Bu hərəkətlə,
görmə ilə, eşitmə ilə, psixi və psixoloji xəstəliklər və
pozuntularla ifadə olunur və bir insanda mövcud olan bir neçə
məhdudiyyət amilini özündə birləşdirən haldır.
2
1
Всемирный доклад об инвалидности. Всемирная организация
здравоохранения, 2011 г.
2
Доступ инвалидов к социальным правам в Европе. Составлено
Г-ном Марком Модине Директором Национального центра по
исследованиям инвалидности
и социальной неприспособленности (CTNERHI), Париж, Франция