Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə1/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
  1   2   3   4   5   6   7   8   9   ...   119


311 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU 

______________________________________________ 

 

 

  

  

 

 

QARABAĞ:  

 

FOLKLOR DA BİR TARİXDİR 

 

 



 IX KİTAB 

 

 (Beyləqan, İmişli, Tərtər, Bərdə və Cəbrayıl rayonlarından 



toplanmış folklor örnəkləri) 

 

 

 



 

 

 



 

 

 



 

BAKI – 2014 

 


 

2

“Qarabağ folklorunun toplanması,  



sistemləşdirilməsi və araşdırılması” adlı layihə  

əsasında çap olunur.  

 

 

 



LAYİHƏNİN RƏHBƏRİ:  AMEA-nın müxbir üzvü, fil.ü.e.d.   

Muxtar KAZIMOĞLU (İMANOV)  

 

 

 



TOPLAYIB TƏRTİB EDƏN  

VƏ SÜJET GÖSTƏRİCİSİNİN  

MÜƏLLİFİ: 

fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ 

 

 

REDAKTOR:  

fil.ü.f.d. Elçin ABBASOV 

 

 

NƏŞRİNƏ MƏSUL:    

fil.ü.f.d. Əziz  ƏLƏKBƏRLİ 

 

 



Qarabağ: folklor da bir tarixdir, IX kitab (Beyləqan, İmişli, 

Tərtər,  Bərdə  və  Cəbrayıl  rayonlarından  toplanmış  folklor 

örnəkləri). Bakı, “Elm və təhsil”, 2014. 

 

Folklorinstitutu.com 



 

İSBN – 9-789952-810851 

 

Q

 



 

4603000000  

Qrifli nəşr

 

 

            

N-098-2014



  

 

  



© Folklor İnstitutu, 2014 


 

3

TƏRTİBÇİDƏN 

 

Bu cildə daxil edilmiş materialların böyük əksəriyyəti Beylə-



qan və İmişli  rayonunda  məskunlaşmış  tərəkəmə camaatından  top-

lanıb.  Bölgədə  iki  böyük  tayfa  məskunlaşıb:  təhlə  və  muğanlı.  Bu 

ərazidəki təhlə camaatı özünü qara təhlə  və  ya çöl təhlə adlandırır. 

Yerli sakinlər təhlənin iyirmi qolu olduğunu söyləyirlər. Həmin qollar 

bunlardır:  aşıqlı,  eyvazalılar,  tatalılar,  əlnəzərli,  binnətli,  sərxanlı, 

bulutlu, boşçallar, gödəklər, qaralılar, talıbxanlı, şahqulular, canqu-

lular,  əlqulular,  əlpənahlı,  murtulu,  budaqlı.  Bu  kəndlərin  ləhcə 

xüsusiyyətləri  də  bir-birinə  yaxınlığı  ilə  seçilir.  Dodaq  ahənginin 

möhkəmliyi, indiki zamanın -er, -or, -ör şəkilçiləri ilə ifadəsi, bir çox 

dialektoloji  sözlər  Qazax-Borçalı  zonasına  məxsus  əhalinin  danışı-

ğını xatırladır. Həmçinin, Qazax-Borçalı zonası üçün xarakterik bir 

çox süjetlərin variantlarına məhz bu bölgədə rast gəlinməsi bu fikri 

daha  da  gücləndirir.  Əcdadlarla  bağlı  söylənən  mətnlərdə  də  bu 

kəndlərdən  əksəriyyətinin  babalarının  həmin  zonadan  gəldiyi  öz 

təsdiqini tapır. 

Bölgədə sayına görə ikinci böyük tayfa muğanlıdır. Özlərinin 

dediyinə görə, üç muğanlı tayfası var: Körpükənd muğanlısı, Qarqar 

muğanlısı  və  Vəlağa  muğanlısı.  Əslində  bu  əhalinin  hamısı  Xoca-

vənd rayonundan çıxmadır. Yaşlı sakinlərin əcdadları ilə bağlı söy-

lədikləri xatirələrdə deyilir ki, Çar Rusiyası dövründə erməni ailələ-

rinin Qarabağda yerləşdirilməsi nəticəsində həmin tayfalar Xonaşendən 

(indiki  Xocavənd  rayonundan)  çıxarılıb  və  bir  qismi  Ağcabədiyə, 

digər  qismi  Qarqar  çayı  sahilinə,  böyük  bir  qismi  isə  Mil  düzünə 

köçüb.  İmişli  rayonunda  məskunlaşanlar  özlərini  Vəlağa  muğanlısı 

adlandırırlar.  Yerli  sakinlərin  dediyinə  görə,  Vəlağa  muğanlısı  on 

iki  tirədən  ibarətdir:  məmmədli,  əliyetməzli,  telişli,  allahmədətli, 

ağammədli, oruclu, axıcanlı, cəfərli, papaxçı, təmrəzli, hacı hüseyn-

qulular, nurəhmədli. Muğanlı camaatının danışığı sırf Qarabağ ləh-

cəsidir  və  ədəbi  dilə  yaxınlığı  ilə  seçilir.  Yerli  sakinlərin  özləri  də 

ləhcələrinin ədəbi dilə ən yaxın ləhcə olduğunu vurğulayırlar.  




 

4

Söhbət tərəkəmədən gedirsə, onların oturaq əhaliyə münasibəti 



maraq doğurmaya bilməz. Bunu nəzərə alıb, ezamiyyə dövründə bu 

amili diqqətdə saxlamağa, tez-tez onlara oturaq əhali ilə münasibət-

lərinə dair suallar verməyə çalışmışıq. Bölgəyə yaxınlığı ilə seçilən 

Saatlı rayonundan toplanmış  lətifələrdə oturaq əhali  tat  adı  ilə  təq-

dim  edildiyi  halda,  bu  bölgədə  ünsiyyətdə  olduğumuz  adamlardan 

yalnız  bəziləri  oturaq  əhaliyə  tat  dediklərini  təsdiqlədi.  Əksəriyyət 

tatı  daha  çox  milli  mənsubiyyət  bildirən  söz  kimi  işlədir.  Oturaq 

əhaliyə  isə  çox  vaxt  arazqıraxlı  və  ya  onların  yaşadığı  kəndin  və 

yerin adı ilə (yalavaclı, qalalı və s.) müraciət edirlər.  

Bölgədən  cin,  hal  anası,  qaraçuxa  kimi  məlum  mifoloji  per-

sonajlarla  yanaşı,  Allah  hoy  kimi  yeni  personajlar  aşkar  edilib. 

Cinin keçi dönərgəsinin yer qulacı adlandırılmasına ilk dəfə bu böl-

gədə rast gəlirik. Bundan başqa, kitabda Hacı Qulu, Kalbay Kazım, 

Saday  bəy,  Qaçaq  Məhəmməd  kimi  bölgənin  məşhur  adamları 

haqqında rəvayətlər də yer alıb.  

Folklor  örnəkləri  ilə  yanaşı,  bölgənin  etnik  tərkibinə, etnoqra-

fiyasına dair məlumatları toplamaq, bununla da region barədə ümumi 

təsəvvür  yaratmaq ezamiyyələr zamanı qarşıya qoyulan əsas məqsəd-

lərdən biri idi. Bu baxımdan, təhlə və muğanlı elinə bağlı tayfaların 

öz tarixləri və adət-ənənələrinə dair verdiyi məlumatların oxucuların 

marağına  səbəb  olacağı  qənaətindəyik.  Bölgəyə  ilk  ezamiyyəmizin 

Novruz  bayramı  ərəfəsinə  təsadüf  etməsi  və Novruz  adət-ənənələri-

nin aktivliyi bu bayrama dair maraqlı nümunələrin yazıya alınmasına 

səbəb olub. Belə adətlərdən biri “Padşah oyunu”dur. Bu adətə Beylə-

qan  rayonunun  Günəşli  kəndində  rast  gəldik.  Həmin  kəndin  əhalisi 

keçən əsrin ortalarında dolanışıq dalınca Cəbrayılın Sirik kəndindən 

gələn  ailələrdən  ibarətdir.  Vaxtilə  Sirikdə  böyük  təmtəraqla  qeyd 

etdikləri  həmin  adəti  bu  gün  də  yaşatmaqda davam  edirlər. Kitabda 

kəndin yaşlı sakinlərinin “Padşah oyunu” haqqında verdiyi məlumat-

lar,  həmçinin  2014-cü  il  martın  21-də  kənddə keçirilən  və bizim də 

iştirak etdiyimiz mərasimin təsviri verilib.  

Kitabda  25  nağıl  təqdim  olunub.  Həmin  nağıllar  tanış  süjetlər 

əsasında  qurulsa  da,  söyləyici  təhkiyəsinə,  variant  xüsusiyyətlərinə 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə