2
Редактор:
Ъаваншир Йусифли
Филолоэийа цзря елмляр доктору
Елнаря Акимова
«YENİ TƏFƏKKÜR VƏ ƏDƏBİ TƏNQİD»
Bakı, “MBM”, 2012. 280 səh.
“Yeni təfəkkür və ədəbi tənqid” Elnarə Akimovanın
ikinci
kitabıdır. “Müstəqillik illərində Azərbaycanda ədəbi tənqid” adlı bi-
rinci kitabı 2009-cu ildə çap olunub. Kitabda müasir Azərbaycan
ədəbiyyatşünaslığının, tənqidinin və nəzəri-estetik fikrinin problem-
ləri çağdaş təfəkkür işığında təhlil olunur.
ISBN: 978 - 9952 - 29 - 064 - 6
© Елнаря Акимова
5
YENİ TƏFƏKKÜR VƏ ƏDƏBİ TƏNQİD
Milli müstəqilliyimizin bərpası ilə yetmiş illik bir dövrün
xarakter və çalarları, ziddiyyət və təzadları, tendensiya və
meylləri tarixə qovuşdu. Bütöv bir epoxanın süqutu cəmiyyətin
bütün sferalarında kəskin dönüş, ciddi təbəddülatlar yaratdı.
Miqyaslı yeniləşmə prosesinin əsası qoyuldu ki, milli ruhda və
statusda özünüifa imkanları açan mərhələnin tələb və vəzifələri
lazımi səviyyədə öz təsdiq və təsbitini tapa bilsin.
Bədii-mə-
nəvi dəyərlərin əzəli harmoniyasının bərpası ədəbiyyatşünas-
lığın, eləcə də onun tərkib hissələrindən biri olan ədəbi tənqidin
də yeni zamana və mühitə köklənməsinə, yeni məzmun və key-
fiyyət göstərməsinə imkan verdi. Tənqidçi Tehran Əlişanoğlu-
nun sözləri ilə desək: "Nəhayət, bizdə də ədəbiyyat yenidən sti-
xiyasına döndü; gerçəklərlə,
cəmiyyətlə, sənətlə qabaq-qənşər
durdu… Qoşqusuz-yedəksiz, haşiyəsiz-boyaqsız, leyk və əm-
masız, - sərt sənət həqiqətləri ilə gözbəgöz olub, milli varlığına
çökəsi oldu" və tənqidin öz mövqeyini təyin etməsi, bir estetik
sistem kimi fəaliyyət göstərməsi üçün yeni səhifə açıldı.
Dövrün başlıca məramı –
yeni təfəkkürün təşkili, təşəkkülü
olduğundan ədəbi tənqidin də nəzərləri ilk növbədə hakim mis-
siyanın realizəsinə yönəldi. Çağdaş dövrün tələbindən tənqidin
özünü sərf-nəzər etməməsi təbii idi. Çünki "yeni təfəkkür yeni
insanın dərki deməkdir" (F.Dürrenmatt) və "İnsan təfəkkürü-
nün yenidən qurulmasında, psixologiya və mənəviyyatının ye-
nidən tərbiyələnməsində bədii ədəbiyyat qədər spesifik təsir
qüvvəsinə malik olan ikinci bir ictimai şüur forması göstərmək
çətindir" (B.Nəbiyev).
Bu mənada onun orqanik, üzvi hissəsi
kimi fəaliyyət göstərən tənqidin də iştirakı proseslərin intensiv
və aktiv xarakter daşımasına stimul ola bilərdi.
Yeni təfəkkürə canatım, köhnə psixologiyadan, düşüncə tər-
zindən qopub müstəqil, sərbəst, tam milli əsaslarda yaradıcılıq
prosesinə dönüş ədəbi tənqidin təlqin etdiyi başlıca qayə olsa
da buna nail olmaq o qədər də asan məsələ deyildi. Bunun üçün
6
məhz "milli varlığa çökmək", zamanın
üzərinə böyük məsuliy-
yət yükü qoymuş Sözün nüvəsinə, bətninə enmək və məhz ora-
dan baxış bucağını çağdaş günlərə səmtləndirmək gərəkirdi.
Yeni epoxanın ədəbi tənqidə ayırdığı missiya belə idi. Əslində
bu ali missiyanın nəticəsi olacaq "katarsis" prosesinin, yəni
şüuru, idrakı yad düşüncədən təmizləyib onu milli mənlik şüu-
ru və ovqatı ilə təmin etmək vəzifəsinin uğurlu həlli üçün kök-
dən gəliş zəruri idi. Uzun illər total-inzibati rejimin hökmfər-
malığı şəraitində fəaliyyət göstərən ictimai-elmi düşüncənin
əsaslı şəkildə təzələnməsinə nail
olmadan yeni zamana üz tut-
maq mümkünsüz idi.
90-cı illərdə ədəbi tənqid yeni təfəkkürə yiyələnməyin yo-
lunu başlıca olaraq milli-mənəvi dəyərləri qiymətləndirməkdə,
təhrif və əyintiyə məruz qalan bədii həqiqətlərin tarixi haqqını
bərpa etməkdə, ictimai-ədəbi fikri milli məzmuna, türk təfək-
kürü məcrasına doğru yonəltməkdə görürdü. Tənqidçi Akif
Hüseynli yazırdı: "Qarşımızda özümüzə, ilkinliyimizə qayıt-
maq, ruhumuzun şah damarını qoruyub yaşatmaq,
milli şüu-
rumuzu yetkinləşdirmək vəzifəsi durur və burası şəksizdir ki,
biz ilk növbədə tarixi yaddaşımızın sayıqlığına, itiliyinə arxa-
lanmaqla həmin ali missiyanı reallaşdıra bilərik". Bu məsələlər
günün ədəbi tənqidi qarşısında bütün kəskinliyi və ciddiliyi ilə
duran problemlər idi. Yeni dövrün sanki ilk qaranquşu olan
"Ədəbi tənqid" jurnalı manifest səciyyəli məramnaməsində be-
lə müəyyənləşdirmişdi: "milli estetik təfəkkürün nəzəriyyəsini
formalaşdırmaq", "Azərbaycan Ədəbiyyatı tarixinin metodoloji
əsaslarını müəyyənləşdirməyə bilavasitə kömək göstərmək",
"dünya standartlarına uyğun yazılar yazmaq", "elmimizi, mədə-
niyyətimizi təbliğ etmək" və s. Düzdür, jurnalın yalnız bircə
nömrəsi işıq
üzü gördü, belə demək mümkünsə, o, qarşısına
qoyduğu tələbləri öz səhifələrində canlandırmaq imkanından
məhrum oldu. Amma əsas və önəmli cəhət bu idi ki, ədəbi tən-
qid artıq fəaliyyət meydanını müəyyənləşdirə, yeni təfəkkürün
təşkili prosesində aparıcı olmaq funksiyasına işarə edə bilmişdi.