Mövzu Fənnin mahiyyəti və vəzifələri



Yüklə 374 Kb.
səhifə1/41
tarix04.06.2023
ölçüsü374 Kb.
#115456
  1   2   3   4   5   6   7   8   9   ...   41
biznes-alaqalari


Mövzu 1. Fənnin mahiyyəti və vəzifələri

1.1. Biznes əlaqələrinin mahiyyəti və məqsədi


1.2. Biznes əlaqələrinin vəzifələri
1.3. Biznes əlaqələrinin başqa elmlərlə əlaqəsi
1.4. Biznes əlaqələrinin metodologiya və metodu


1.1. Biznes əlaqələrinin mahiyyəti və məqsədi
Biznes əlaqələri bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın formalaşması və inkişafında biznes fəaliyyəti ilə bağlıdır. Biznes əlaqələrinin mahiyyəti istehlakçıların tələbatının ödənilməsi və mənfəət əldə etməsi məqsədilə təşəbbüskar insanlar arasında işgüzar münasibətlərin birləşməsidir. Biznes əlaqələri daha geniş məfhumdur. Əslində biznes sahibkarlığın ayrılmaz tərkib hissəsidir, onun mühüm istiqaməti sayılır. Biznes əlaqələri bütöv bir sistemdir, onun tərkibinə biznes əlaqələrinin subyektləri, əlaqələrin hüquqi tənzimlənməsi, tərəfdaşlıq əlaqələri, liseziyalaşdırma, layihələrin maliyyələşdirilməsi, biznesdə əmtəə təsərrüfat əlaqələri, maliyyə sferasında əməkdaşlıq və digər mövzular bir-birilə sıx əlaqədardır və qarşılıqlı fəaliyyət göstərirlər. Biznes əlaqələrinin məqsədi əlaqələrin hər birinin fəaliyyət göstərməsi fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyətini müəyyənləşdirilir. Əlaqələr nəinki işgüzar münasibətləri təşkil edir və onların iştirakçılarının maraqlarının reallaşmasını asanlaşdırır, həm də müxtəlif iqtisadi subyektlərin qorunmasını, onlar tərəfindən işin operativliyi və səmərəliliyinin tənzimləməsinə imkan verir.


1.2. Biznes əlaqələrinin vəzifələri
Biznes əlaqələrinin qurulması, formalaşması dövrün ən vacib və aktual problemlərindən biridir. Bazar iqtisadiyyatına keçid dövründə biznes əlaqələri daha sürətlə inkişaf etdirilir. Biznes fəaliyyətinin ən mühüm əlaqələrinə aşağıdakıları aid etmək olar:
1. Təsərrüfat əlaqələrinin sərbəst və müstəqil olması. Burada hər bir biznesmen və sahibkar istənilən məsələ üzrə qərar qəbul edərkən sərbəstdir, ancaq hüquqi forma çərçivəsində.
2. İqtisadi maraq. Sahibkarın, biznesmenin başlıca məqsədi yüksək mənfəət əldə etməkdir. Bununla yanaşı, sahibkar öz şəxsi məqsədinə çatmaq üçün ictimai mənafeyə nail olumasını da düşünür.
3. Təsərrüfat riski və məsuliyyət. Burada istənilən hər hansı dəqiq hesablamalarda, əsaslandırılmış, düşünülmüş proqnozlarda, idarəetmə qərarlarında qeyri-müəyyənlik.
Biznes əlaqələrinin ikişafı üçün əlverişli ictimai rəyin formalaşması, əhalinin şüurunda demokratik fikirli biznesmen obrazının yaranması çox vacibdir. Biznes olan yerdə təsərrüfatsızlığa son qoyulur, bolluq yaranır, əhali firavan yaşayır.
Bazar iqtisadiyyatı biznes əlaqələrinin inkişafına və müxtəlif fəaliyyət sferalarında özünün işi olan sahibkarların və biznesmenlərinin sayının artmasına gətirib çıxarır. Əlaqələr xüsusi işin yerinə yetirilməsini nəzərdə tutur. Bu isə həmişə risklə və yeniliklər yaradılarkən baş verən müqavimətin aradan qaldırılması ilə əlaqədardır. Biznes əlaqələrinin inkişaf etdirilməsi üçün müəyyən şəraitin və amillərin olması vacibdir.Bu xüsusiyyətlərə aşağıdakıları aid etmək olar.
1. Şəxsi maraq və gəlir
2. Mühafizə mexanizminin etibarlılığı
3. Qeyri-müəyyənlik və risk dərəcəsinin azaldılması imkanı
4. Bazarda məhsul kasadlığının olması, yaxud mənfəətin artrması imkanı
5. Biznesin, sahibkarlığın rentabelli işləməsi, yaxud mənfəəti artırmaq imkanı
6. Ehtiyatların bölüşdürülməsi və yeniliklərin idarə edilməsi qabiliyyəti



Yüklə 374 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə