MüXTƏLİf məQSƏDLİ radiOQƏbulediCİ qurğular



Yüklə 1,39 Mb.
səhifə1/10
tarix23.05.2023
ölçüsü1,39 Mb.
#112306
  1   2   3   4   5   6   7   8   9   10
2.10.muxt-lif m-qs-dli radioq-buledici qurgular (2)


MÜXTƏLİF MƏQSƏDLİ RADİOQƏBULEDİCİ QURĞULAR
AM siqnal qəbuledicilərinin xüsusiyyətləri.
Faydalı məlumatın ötürülməsi üçün istifadə olunan ilk modulyasiya növü amplitud modulyasiyasıdır. Müasir dövrdə bu modulyasiya növü radioyayımda, peşəkar rabitədə, radioidarə sistemlərində, radionaviqasiyada, radiotelemetriyada geniş istifadə edilir. Am­plitud modulyasiyası aşağıdakı müsbət cəhətlərə malikdir: AM rəqslərinin nisbətən dar spektrli olması; rəqsləri amplitud üzrə modulyasiya etmək üçün lazım olan vasitələrin sadəliyi .
Şüalandırılan amplitud modulyasiyalı rəqslərin spektrinin eni maksimal modulyasiya tezliyinin iki mislinə bərabərdir. Bu modulyasiya növünün mənfi cəhəti onun maneəyə davamlığının az olmasıdır. AM siqnal qəbuledicilərinin struktur sxemi şəkil 1-də əks etdirilmişdir.

Yüksək tezlikli trakt (YTT) faydalı siqnalın spektrini ayırır. Superheterodin radioqə­buledicisinin yüksək tezlik traktının tərkibinə preselektor, tezlik çeviricisi və aralıq tezlikli gücləndirici daxildir.
Faydalı siqnal gücünün spektral sıxlığının maneə gücünün spektral sıxlığından çox böyük olduğu tezlik zolaqlarında yüksək tezlikli trakt bərabər ölçülü amplitud-tezlik və xətti faza-tezlik xarakteristikalarına malik olmalıdır. Bu xarakteristikalar ideal formadan fərqlənərsə faydalı məlumatın təhrifi baş verir.
Radioqəbuledicinin yüksək tezlikli traktında AM siqnalların xətti təhrifləri. Fərz edək ki qəbuledicinin yüksək tezlikli traktı cüt simmetriyalı amplitud-tezlik xarak­teristikasına və tək simmetriyalı faza-tezlik xarakteristikasına malikdir. Traktın girişinə
(1)
formalı AM rəqs təsir göstərir. Burada daşıyıcı tezlikli rəqsin amplitudası; -daşıyıcı tezliyi, -modulyasiya tezliyi, -modulyasiya əmsalıdır. Giriş siqnalının spektral təsvirindən istifadə edək.
. (2)
Düzgün layihələndirilmiş və köklənmiş qəbuledici demək olar ki simmetrik xarak­te­ristikalara malikdir. Yəni və (şəkil 2). Belə xarakte­ristikalara malik traktın çıxışındakı gərginlik
,
burada gücləndiricinin çıxışında daşıyıcı rəqslərin amplitudası, çıxış rəqslərini modulyasiya əmsalı; çıxış rəqsləri qurşayanının gecikmə vaxtıdır.



müxtəlif modulyasiya tezliklərində müxtəlif olduğu üçün halında detektorun çıxış gərginliyi modulyasiya tezliyindən asılı olaraq dəyişəcək, yəni tezlik təhrifləri mövcuddur. Güclənmə əmsalının modulyasiya tezliyindən asılılığına qəbuledicinin yüksək tezlik traktının modulyasiya tezliyi üzrə amplitud-tezlik xarak­te­ris­tikası deyilir. Eyni ilə qurşayanın faza sürüşməsinin modulyasiya tezliyindən asılılığına yüksək tezlikli traktın modulyasiya tezliyi üzrə faza-tezlik xarakteristikası deyilir.
Dəqiq köklənməmiş qəbuledicinin xarakteristikaları qeyri-simmetrik ola bilər (şək. 3). Şəkildən göründüyü kimi bu halda çıxışdakı rəqs iki təşkiledici ilə xarakterizə edilir: daşıyıcı rəqs ( ) və yuxarı yan rəqs ( ).
Daşıyıcı rəqsin amplitudası , yan rəqsin amplitudası kimi təyin edilir. Bu halda ümumi rəqsin amplitudası
.
Əgər olduğunu qəbul etsək tez yığılan sıra alarıq:
.
Sonuncu ifadədən görünür ki çıxış rəqsinin amplitudasının dəyişmə qanununa tezlikli təşkiledicidən əlavə tezlikli ( ) təşkiledicidə daxildir.
; .
Belə rəqsi xətti amplitud dedektoru ilə detoktorlayarkən çıxışda qeyri-xətti təhriflər alınır. Bu qeyri-xətti təhrifləri harmonika əmsalı ilə qiymətləndirək:
,
burada traktın tezlikdə nisbi ötürmə əmsalı, traktın tezlikdə nisbi ötürmə əmsalıdır. Göründüyü kimi harmonika əmsalı və parametrləri ilə düz mütənasib olaraq dəyişir. Detektorlama nəticəsində qeyri-xətti təhrifə keçən baxılmış xətti təhriflər prosesi, yüksək tezlikli traktı düzbucaqlı amplitud-tezlik xarakteristikalı qəbuledicilərdə daha güclü olur. Bu təhriflər çıxışda səs məlumatını müşayiət edən xışıltı və cırıltı kimi eşidilirlər.
Radioşüalanma spektrinin zolağı daxilində bərabər ölçülü amplitud –tezlik xarakte­ristikasına və xətti faza-tezlik xarakteristikasına malik trakt amplitud modulyasiyalı siq­nala heç bir xətti təhrif əlavə etmir.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə