Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
  1   2   3   4   5   6   7   8   9   ...   54


 

 
 
Telman ORUCOV 
 
Məhəbbət mehrabı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
Həqiqət anı. Mənəvi aşınma meylləri 
 
Çox götür-qoy etdikdən sonra bu əhvalatları, həyatımın bəlkə də ən 
dolaşıq  və  mürəkkəb  dövrünü  qələmə  almağı  qərara  aldım.  Bunun 
başqaları  üçün  nə  qədər  maraqlı  olacağını,  necə  təsir  bağışlayacağını 
bilmirəm.  Təkcə  onu  düşünürəm  ki,  söhbət  sırf  etiraf  xarakteri 
daşıyacaqdır, ona görə də çalışacağam ki, hər şeyi olduğu kimi, heç nəyi 
retuşa məruz qoymadan söyləyim. Bunu nəzərə alaraq əvvəlcədən qərara 
almışam ki, bu yazı yalnız mən həyatdan köçəndən sonra işıq üzü görsün. 
Bəlkə  də  təsvir  olunanlar  özümə  qarşı  müəyyən  dərəcədə  qəddar 
münasibət  xarakteri  daşıdığından  bu,  bir  qədər  qəribə  görünsə  də, 
ölümümdən  sonra  ruhuma  edəcəyim  sui-qəsdə,  xarakiriyə  bənzəyəcəkdir. 
Axı  etiraf,  özü  də  tövbə  səviyyəsinə  qaldırılanı  heç  də  xırda  məsələ 
deyildir,  adamın  şüurlu  şəkildə,  heç  bir  hipnoz  əlaməti  olmadan  öz 
dünyasını top atəşinə  tutmasıdır. 
Xəyalən  belə  nəticəyə  gəlirəm  ki,  başqaları  də  mənim  yolumla 
getsəydi,  onda  dünya  bir  andaca  tövbə  səhnəsinə  çevrilərdi,  insanlar 
birbaşa Qiyamət gününə yaxınlaşmasalar da, onun elə də qorxulu miqyas 
almayan  repetisiyasını  keçirərdilər.  Axı  biz  özümüzü  nə  qədər  yaxşı 
qələmə  versək  də,  mömin  insanlar  hesab  etsək  də,  səhvlərimiz, 
qəbahətlərimiz az olmayıb, bəlkə də onlar cinayət həddinə gəlib çatıblar. 
Başqalarının  əməllərini  bəyənməməyimiz,  onlara  irad  tutmağımız,  sərt 
münasibətimiz  bəzən  nifrət  həddinə  çatdığı  halda,  özümüzə  daim  güzəşt 
edirik,  öz  hərəkətlərimizin  qiymətləndirilməsinə  olduqca  rəhmdilliklə 
yanaşırıq.  Əlbəttə,  bu  bütünlüklə  ayıqlıq  hissini  itirməyimiz  deyildir, 
bəzən  xətalarımıza  mühakimə  quraraq  onlara  düzgün,  güzəştsiz  qiymət 
verməyi də bacarırıq. Ona görə də diqqətlə baxdıqda görürsən ki, bir neçə 
onillikdən ibarət olan ömründə elə anlar olub ki, həyatdan, bəlkə də daha 
çox özündən uzaqlaşmaq istəmisən. Bu vaxt həqiqətə daha yaxın olmusan, 
lakin  özünü  qoruyub  saxlamaq  instinkti  vicdanı  susmağa  məcbur  edib, 
həyatın  özünü,  yaşamağı,  günahkar  ömrü  davam  etdirməyi  həyatın 
mənasından  artıq bilmisən və  bu,  səni  fiziki ölümdən  aralasa da, mənəvi 
sonluğa  aparan  cığırın  başlanğıcı  olub.  Yəqin  ki,  azacıq  da  olsa 


 

səmimiyyət  hissini  itirməyənlər,  öz  "mən"inə  kənardan  başqa  gözlə 
baxmağı  bacaranlar  həmin  fikri  düzgün  başa  düşüb,  ürəklərində  bu  rəyə 
haqq qazandırmalı olacaqlar. 
Çoxlu  düşüncələrdən  sonra  belə  bir  qərara  gəlirsən  ki,  həyatda 
səmimi olmaq, hər cür məkrdən, hiylədən uzaq olmaqla yaşamaq olduqca 
çətindir.  Ona  görə  də  çox  sayda  adamlar  riyakarlıq,  ikiüzlülük 
dəbilqəsindən,  zirehindən,  maskasından  istifadə  edir,  bunun  hesabına 
nisbətən daha uğurlu və rahat yolun yolçularına çevrilirlər. Ətrafda az qala 
hər gün baş verən adicə hadisələrə və iştirakçı kimi onlara cəlb olunanlara 
diqqət  versək  görərik  ki,  nə  qədər  qeyri-səmimi,  bir  az  da  dəqiq  desək, 
riyakarcasına hərəkətlərlə, mövqelərlə rastlaşmalı oluruq. 
Adi  xeyir-şər  məclislərini  nəzərdən  keçirmək  kifayətdir.  Miqyası, 
ehsan  adı  altında  maddi  imkanların  bir  növ  sərgisi  rolunu  oynamaqla 
əndazədən  çıxan  yas  tədbirlərini  götürün.  Məgər  ora  mərhumun 
yaxınlarının  dərdinə  şərik  olmaq  istəyənlərmi  gəlir?  Hamı  yaxşı  bilir  ki, 
imkanlı  adamların,  vəzifə  sahiblərinin  əzizlərinin  yasına  əksəriyyət  qeyd 
olunmaq,  hansısa  mötəbər  şəxsə  öz  ehtiramını  nümayiş  etdirmək  üçün 
gəlir. Çoxları ölənin heç kim olduğunu bilmir, vəzifə sahibinə necə qohum 
olduğu ilə  də maraqlanmır. Onları düşündürən əsas məsələ qeydiyyatdan 
keçməkdir,  orada  görünməkdir.  Adamlar  var  ki,  şəhərdəki  hayküylü, 
qələbəliklə  müşayiət  olunan  bütün  matəmlərə  təşrif  buyurmağı  özünün 
ümdə vəzifəsi, müsəlmançılıq və vətəndaşlıq borcu hesab edir. Ona görə 
də  yas  məclislərində  qəmdən-qüssədən  əsər-əlamət  olmur,  hamı  danışır, 
gülür,  bir-birilə  hal-əhval  tutur.  Daha  çox  müzakirə  edilənsə  siyasi 
məsələlər,  dünyada  və  ölkədə  baş  verən  mühüm  hadisələr  olur.  Belə 
matəmlər  spartalıların  ictimai  nahardan  sonra  əylənmək  vasitəsi  hesab 
etdikləri  birgə  söhbətlərini  andırır.  Heç  kəsin  qulaq  asmadığı,  nəzakət 
xatirinə  belə  diqqət  vermədikləri  mollanın  dini  mövzudakı  nitqi  başa 
çatdıqdan sonra  əsas tamaşa - ehsana qonaq olma başlayır, çünki bu daha 
çox  zəngin  süfrəli  qonaqlığı  yada  salır,  burada yalnız  spirtli  içkilər    gözə 
dəymir.  Qəlyanaltıların,  təzə  və  qurudulmuş  meyvələrin,  şirniyyatın, 
şirələrin,  xörəklərin  çeşidli  və  keyfiyyəti  yas  sahibinin  imkanları  barədə 
çox şeyi deyə bilir, çünki bu məclis yasdan çox hamını təəccübləndirmək 
vəzifəsini  yerinə  yetirir  və  bu  məqsədə  çatmasında  heç  bir  şübhə  yeri 
qalmır.  XIX  əsrdəki  Böyük  Britaniyanın  görkəmli  dövlət  xadimlərindən 
biri  ziyafətlərdəki  süfrənin  nemətlərinin  bolluğu  barədə  olduqca  ağıllı 
məsləhət vermişdi və göstərmişdi ki, oradakı xörəklərin sayı qratsiyaların 


 

sayından az, muzaların sayından çox olmamalıdır. O, belə müqayisəsi ilə 
qədim  Roma  və  yunan  mifologiyalarına  müraciət  etmişdi,  adi  dilə 
çevirdikdə  bu  müvafiq  olaraq  "üç"  və"doqquz"  rəqəmləri  demək  idi. 
Çünki  gözəllik  ilahələri  olan  üç  qratsiya  və  poeziyaya,  incəsənətə  və 
elmlərə  himayədarlıq  edən  və  muzalar  adlanan  doqquz  ilahə  var  idi. 
Toylarda  və  yas  mərasimlərində  isə  elə  xörəklər  bolluğu  yaradılır  ki,  elə 
bil  ki,  iştirakçıların  öz  ömründə  axırıncı  naharıdır  və  onlar  həyatla 
vidalaşmamışdan əvvəl hökmən mədələrini böyük ehtiyatla və rəngarəng 
ləzzətli şeylərlə doldurmalıdırlar. 
Süfrənin  bolluğu  bir  yana,  hamı  yeməyə  elə  girişir  ki,  elə  bil 
həlledici  döyüşə  atılıb.  Hətta  məclisin  hansı  münasibətlə  qurulduğu  da 
yaddan çıxır. Bol və ləzzətli yemək əhval-ruhiyyəni bir qədər də yüksəldir. 
Adamların həyatdan gedənlərlə belə vidalaşması mənəvi dəyərlərə vurulan 
ağır  zərbələrdən  biridir.  Payızda  yerə  tökülmüş  yarpaqlar  bitkiyə 
mənsubluğunu  itirdiyi  kimi,  milli  adət-ənənələrin  belə  saymazyana 
qaydada təhrifinin də həqiqi insani hisslərlə  heç bir əlaqəsi yoxdur. 
Elə bil ki, bu matəm ağır bir yükü hamının üzərindən götürmüşdür, 
mərhumun  həyatla  vidalaşması  bu  kədərdən  uzaq  olan  ümumi  razılıq 
atmosferinə  rəvac  vermişdir.  Bir  az  dərinə  getdikdə  bunun  səbəbləri  də 
özünü  nişan  verməyə  başlayır.  İnsanlıq,  yaxını  sevmək  hissini  kənara 
atdıqda  bəzən  ailə  üzvləri  ona  görə  rahatlıq  tapırlar  ki,  əslində  xeyli 
müddət  davam  edən  ağır  qayğıdan  və  xəstəyə  qulluq  göstərmək 
zəhmətindən  azad    olmuşlar.  Əsasən  köhnə  iş  və  az  sayda  tələbəlik 
yoldaşlarından ibarət olan dostlara gəldikdə onları mərhumdan təkcə ölüm 
yox,  həm  də  zamanın  yaratdığı  ünsiyyət  fasiləsi  ayırır.  Aylarla,  illərlə 
xəstə olan adamla kimdir dostluq edən? 
Axı köhnə dostluğun özü də nə qədər təriflənib göylərə qaldırılsa da, 
daha  çox  nimdaş  paltar  kimidir,  illər  keçdikdən  sonra  onu  geyindikdə 
ölçüsünün,  rənginin,  biçiminin  uyğun  gəlməməsi,  yaxud  dəbdən  düşməsi 
ucbatından  özünü  bu  paltarda  bir  qədər  narahat  hiss  edirsən.  Ailə 
üzvlərinin isə köhnə dostlardan qətiyyən xoşu gəlmir, onlar öz könüllərinə 
yatan  adamlarla  ünsiyyətdə  olmağa  üstünlük  verirlər.  Dost,  onu  qoruyan 
hissə  azacıq  sədaqət  qalmışdırsa,  yalnız  bir  adam  üçün  əzizdir,  başqaları 
üçün o, heç bir əhəmiyyət kəsb etmir. Digər tərəfdən, axı naftalin iyindən 
kimin xoşu gəlir ki? 
Cavanların  yaşlı  nəsilə  münasibətinin  cəmiyyətin  mənəvi 
sağlamlığının göstəricilərindən biri hesab etsək, bu məsələdə də öyünüləsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə