Zengezur a5 Layout 1



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə1/42
tarix16.08.2018
ölçüsü0,95 Mb.
#63627
  1   2   3   4   5   6   7   8   9   ...   42


Hacı Nərimanoğlu
Z"ng"zurda doÕuldular,
Anadoluda  "b"diyy"t" qovuþdular


Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Erməni-
standa yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim,
ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər
üçün yol açmalıyıq.
Heydər ƏLİYEV
Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 il-
liyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi
gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan
torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi
ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan
ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhət-
dən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük
mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana
birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz
tarixini bilməlidir. Bilinməlidir ki, bu bölgələr tarixi Azərbaycan tor-
paqlarıdır.
İlham ƏLİYEV
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr 
edilir.                                        
Bakı-2012


Elmi redaktor və rəyçilər:
t.e.doktoru, professor  Ziyadxan Nəbibəyli
filologiya üzrə fəlsəfə doktoru  İlham Məmmədli
Kitabda əsrlərlə Azərbaycanın bir parçası olmuş Zəngəzur ma-
halının kəşməkeşli tarixi vərəqlənir, bölgənin hər bir azərbaycanlının qəl-
bində sağalmaz yaraya çevrilmiş nisgilli keçmişi, ağrılı faciələri yada
salınır, taleyin acı hökmü ilə bu torpaqdan baş götürüb qardaş Anadolu
torpaqlarına mühacirət etməyə məcbur qalan, Azərbaycan həsrəti ilə
yaşayıb türk-islam dünyasına dəyərli xidmətlər göstərən tanınmış
şəxsiyyətlərin şərəfli ömür yoluna nəzər salınır, zəngin mədəniyyətə,
bənzərsiz təbiətə malik olan Zəngəzur ellərindən  köçləri şərtləndirən tar-
ixi, mənəvi amillər barədə oxuculara bilgi verilir, Türkiyə-Azərbaycan
qardaşlığının nə qədər etibarlı dayaqlara söykəndiyi çoxsaylı faktların dili
ilə ortaya qoyulur, XX əsrin əvvəlində və sonunda Zəngəzurda baş verən
olayların vahid güc mərkəzindən idarə edilən eyni bir planın tərkib hissəsi
olduğu dəlillərlə,  konkret sənədlərlə diqqətə çatdırılır, paralellər aparılır,
oxucu mühakiməsinə, düşüncəsinə xeyli suallar da ünvanlanır.
Türkiyə mənbələrinə, arxiv sənədlərinə istinadla qələmə alınan
materialların bir çoxu Azərbaycan oxucusuna ilk dəfə bu kitabda çatdırılır.
Kitabın təkcə 20 ildən çoxdur bütünlüklə erməni işğalında qalan
Zəngəzur ellərinə qayıdış  həsrəti ilə yaşayanlarla bərabər, qəlbində Vətən,
Azərbaycan sevgisi daşıyan hər kəs üçün maraqlı olacağına inanırıq. 
.


Zəngəzur-əlimiz çatmayan, səsimiz yetməyən 
ulu yurd
(Tarixi oçerk)     
Tarixi Zəngəzur mahalı əsasən Qafan, Gorus, Qarakilsə (Sisian),
Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələrini əhatə edib. Bu gün bütünlüklə
Ermənistan Respublikasının işğalı altında qalan Zəngəzur ən qədim dövr-
lərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində
mövcud olmuşdur. Çox sayda yaxın, uzaq tarixi mənbələrdə, o cümlədən
erməni, rus, fars mənbələrində  bu barədə birmənalı, təkzibolunmaz fakt-
lar, məlumatlar mövcuddur. 
Adlar yerin, torpağın danışan dilidir, onun üstündə yaşamışların
ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzurdakı türk mənşəli topon-
imik adların mütləq çoxluğu da bu fikri təsdiqləyir. Toponimin adındakı
“zəngi” leksik vahidi də türk tayfa adıdır. Türkdilli respublikalarda və
Azərbaycanın çoxlu yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır;
Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran,
Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan,
Zəngilli, Zəngi çayı və s. Mahmud Kaşğari, Rəşidəddin, Əbdülqazi,
A.Bakıxanovun əsərlərində və bir çox digər yazılı mənbələrdə 24 oğuz
tayfasından biri olan “zəngi”nin adı keçir. Zəngi tayfaları Azərbaycan
Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından olub. Xatırladaq
ki, məngi, səngi, vəngi adlı qohum türksoyların da adları mənbələrdən
keçir və izləri türksoyların yaşadıqları yerlərdə çoxlu izləri qalmaqdadır.
Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında (səh.26,
42...) Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında mü-
nasibətlərdən söz açılır : “ Xəlifə özünün bütün planlarının yerinə yetir-
ilməsini Zəngiyə həvalə etdi. Beləliklə, Bağdadda üçlər - Xəlifə, Davud,
Zəngi - birliyi yarandı. Məsuda qarşı yönəldilmiş bu birlik əslində İraq
sultanlığının mərkəzi hakimiyyətinə qarşı çevrilmişdi. Xəlifənin müttə-
fiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmir-
lərin belə addım atmasına yol vermədi, Sultan Zəngini Farsa və onun
nahiyələrinə hakim təyin etdi...” 
Bir sıra tədqiqatçıların fikrincə, Zəngəzurdakı ikinci leksem ərəbcə
"sur" dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir (dilin ahəng-


inə, asan tələffüzə görə s-z-yə çevrilib). Bu ad ərazinin relyefini düzgün
səciyyələndirir-yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki
adların da bir çoxunda sur-zur-zor daşlaşıb qalıb. Amma axı “zor” sözü
Qafqaz və Anadolu türklərinin dilində çox yaxşı, böyük, gözəl mənasında
da gen-bol işlənməkdədir; zor yer, zor kişi, zor adam və sair. 
Bu baxımdan “Этимология названия «Зангезур» неясна -?!
http://ru.wikipedia.org. fikri etibarsızdır.
“Kitabi-Dədə Qorqud”dan (X boy) bir yarpaq: “Oğuz igidi Usun
oğlu Əkrək dədə-baba, el yolu, yəni Gorus-Əngələyüz-Dərəşam yolu ilə
üç gün- üç gecəyə yortaraq Əlincə qalaya çatdı...”. Zəngəzurun baş kəndi
Gorus –Us, Uş tayfasının gorgahı, yaşayış yeri, yurdu olub. Qafqaz Al-
baniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzu-
run Sisian və Gorus bölgələrini əhatə edirdi. Sisianın adı ilkin yazılı
mənbələrin əksəriyyətində ”Sisakan”-dır. Moisey Xorenatsi “Erməni tar-
ixi” əsərində yazır: “...Qoxtan əhalisi Sisak nəslinin varisləridir” (müqay-
isə et: Arşak- Alban sülaləsinin adıdır). Qoxtan əhalisi Naxçıvan və
Zəngəzurda məskunlaşmışdı. Sisakan toponimində həm də türk-oğuz
mənşəli arxaik söz daşlaşıb qalıb; “kan” -hündür dağ silsiləsi, dağlıq yer
anlamında gen-bol işlənmişdir, yəni Sisakan -“Sisak nəslinin yaşadığı
dağlıq yer” mənasındadır. Sisianda Şirikan adlı kənd də vardı. Müqayisə
et: Balakən, Beyləqan, Abakan, Balkan, Alban dövlətinin vilayətləri At-
ropatakan, Vaspurakan, Varaşkan, Paytarakan, Mardpetakan...  
“Sünik” toponimi (knyazlığı, vilayəti, bu adda kənd də olub) sak
türkdilli tayfa adı ilə əlaqəlidir. Zəngəzurun digər bölgəsi Laçın, Mığrı-
Meğri adlarında da türk tayfalarının izi qalıb. Meğri rayonunun Nüvədi
kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi
üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmırdı.
Bərgüşad çay və ərazi adında atəşpərəstlərin inandığı Bərgu peyğəmbərin
adı qalıb. Qubadlının Əliquluşağı kəndində V əsin yadigarı olan Göyqala
atəşpərəstliyin bir çox izlərini özündə saxlamışdı.
Zəngəzurun ən böyük şəhərləri Qafan-qaf türk etnosunun,
Qacaran-qacar tayfalarının yurd yerləri olmuşdur, an-əski türkcəmizdə
cəmlik, çoxluq bildirir. Moisey Kalankatlı “Alban tarixi” əsərində yazır:
“...V əsrin əvvəllərində Qor və Qazan adlı iki qardaş böyük ordu ilə gəlib
Sünikdə məskən saldı”. Qor-əski türkcəmizdə həm də igid, cəsur adam
deməkdi. Gorus bəzi mənbələrdə Qorus kimi də gedib-“igid uslar yurdu”.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə