1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə137/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   133   134   135   136   137   138   139   140   ...   147

376 

 

Keçən  illərin  göstəriciləri  əsasında  orta  kvadratik  kənarlaşma  ağıdakı 

kimi hesablanır: 

                                                  

1

1



2

)

(



=



=

n



n

t

k

t

k

σ

                                              



Bu  düsturlar  adətən  seçmə  məlumatların  təhlili  üçün  istifadə  edilir. 

Proqnozlaşdırma  məqsədilə  zaman  sıralarından  istifadə  keçən  illərin 

məlumatları əsasında müəyyən olunmuş meyllərin gələcəkdə də baş verəcəyi 

müddəasına  əsaslanır.  Bu  baxımdan,  zaman  sıralarından  proqnozlaşdırma 

məqsədilə, gəlirliyin, dispersiyanın, orta kvadratik kənarlaşmanın, variasiya 

ə

msalının  orta  qiyməti  əsasında  layihələriin  qiymətləndirilməsində  istifadə 



edilir.      

Təcrübədə  istifadə  olunan  gözlənilən  gəlirlər  və  dispersiyalar  həmişə 

gələcək  gəlirlərə  əsasən  deyil,  ötən  dövrün  gəlir  və  dispersiyasına  əsasə

qiymətləndirilir.  Riskin  səviyyəsi  dispersiyanın  və  standart  kənarlaşmanın 

qiyməti artdıqca yüksəlir. 

nvestisiya  qoyuluş  ilə  əlaqədar  qərarların  qəbulu  zamanı  adətən  iki 

risk mənbəyinin: birincisi, müəyyən ehtimalların paylanmasında nəticələrin 

qeyri  müəyyənliyi  ilə  bağlı  riskləri,  ikincisi,  istifadə  edilən  ehtimalların 

paylanmasının  özündə  qeyri-dəqiqliyin  olması  ilə  əlaqədar  risklərin  nəzərə 

alınması  tələb  olunur.  Riski  təhlil  edərkən  dəqiq  hesablamalar  aparmaq 

olar, lakin bütün hallarda bu hesablamalar subyektiv hesablamalardır.  

Riskləri  qiymətləndirilməsi  zamanı  diversifikasiyalaşan  və  diversifikasiya-

laşmayan riskləri fərqləndirmək zəruridir. Faktiki gəlirlərin gözlənilən gəlirdə

fərqlənməsinin çoxlu səbəbləri mövcud olmasına baxmayaraq, onları iki kateqo-

riyalarda:  konkret  firmalara  aid  olanlar  və  bütövlükdə  bazara  təsir  göstərə

risklər kimi qruplaşdırmaq olar.  

Riskin qiymətləndirilməsinin yuxarıda nəzərdən keçirdiyimiz meyarları 

ehtimalların bölgüsünün normal qanununun tətbiqi zəruriliyindən irəli gəlir. 


377 

 

Bu  bölgü  maliyyə  əməliyyatları  riskinin  təhlili  zamanı  kifayət  qədər  geniş 

istifadə  olunur.  Belə  ki,  onun  vacib  xassələri  (mərkəzə  nisbətən  bölgünün 

simmetrikliyi;  təsadüfi  kəmiyyətin  onun  bölgü  mərkəzindən  böyük 

kənarlaşmaların  meydana  çıxmasının  az  ehtimallığı,  üç  siqma  qaydası) 

təhlili əhəmiyyətli dərəcədə sadələşdirməyə imkan verir. Lakin heç də bütün 

maliyyə  əməliyyatları  normal  bölgü  qanununa  uyğun  olaraq  baş  vermir. 

Məsələn, törəmə maliyyə alətləri ilə (opsionlarla, fyüçersləəməliyyatlardan 

gəlir  alınması  ehtimalının  bölgüsü  çox  vaxt  təsadüfi  kəmiyyətin  riyazi 

gözləməsinə  nisbətən  assimetriya  (əyilmə)  ilə  xarakterizə  olunur.  Belə  ki, 

qiymətli  kağızın  alınmasına  opsion  onun  sahibinə  imkan  verir  ki,  müsbə

gəlirlilik halında mənfəət alsın və bu vaxt mənfi gəlirlilik  halında ziyandan 

qaçsın.  

Belə  hallarda  təhlil  prosesində  yalnız  iki  parametrdən  (orta  kəmiyyət  və 

standart  kənarlaşmalar)  istifadə  düzgün  olmayan  nəticələrə  gətirib  çıxara 

bilər. Standart kənarlaşma qarışıq bölgülər zamanı riski qeyri-adekvat olaraq 

xarakterizə  edir.  Belə  ki,  bu  zaman  dəyişkənliyin  böyük  hissəsinin  gözlənilə

gəlirliliyin «yaxşı» (sağ) və ya «pis» (sol) tərəfinə düşməsi halı nəzərə alınmır. 

Ona  görə  də,  asimmetrik  bölgü  zamanı  asimmetriya  əmsalı  (S  əyrisi)  kimi 

parametrdən  istifadə  edirlər.  O,  üçüncü  mərkəzi  anın  kəmiyyətinin  orta 

kvadratik kənarlaşmanın qiymətinə nisbəti kimi müəyyən edilir: 

                                            

3

3



)

(

σ



i

i

P

k

k

S

×



=



                                                       



Burada, Σ

Σ

Σ



Σ

(k



– k)

3

×P

i

 – üçüncü anın düsturudur.  

Asimmetriya  əmsalının  iqtisadi  mənası  ondan  ibarətdir  ki,  əgər  o, 

müsbət  qiymətə  (müsbət  əyriyə)  malikdirsə,  onda  ən  yüksək  gəlirlər  (sağ 

«quyruq») aşağı gəlirlərə nisbətən daha ehtimal olunan sayılır və əksinə


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə