1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə35/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   31   32   33   34   35   36   37   38   ...   147

98 

 

nzibati idarəetmə və planlı iqtisadiyyat dövründə Macarıstanda qiymətləndirmə 

işi  mübahisəli  məsələlərin  həlli,  boşanma,  vərəsəlik,  əmlakın  tərəflər  arasında 

bölünməsi və s. zamanı ekspertiza şəklində məhkəmələr vasitəsi ilə həyata keçirilirdi. 

Çünki,  belə  şəraitdə  hər  şey  dövlət  tərəfindən  planlaşdırılır  və  total  şəkildə  həll 

olunurdu. Elə ona görə də, daşınmaz əmlak hələ bazar elementi deyildi. Bu, bir tərəfdən 

ictimai quruluşla, digər tərəfdən isə, bu sahəyə tələb və təklifin daimi qeyri-tarazlığı ilə 

bağlı idi.  

1990-cı  ildən  başlayaraq  iqtisadiyyatda  liberallaşma  və  özəlləşdirmə  prosesi 

qiymətləndirmə  işində  əsaslı  dəyişikliklərə  səbəb  oldu.  Elə  həmin  ildə  Macarıstan 

Alqı-satqı  Palatası  yaradıldı.  Macarıstanda  fəaliyyət  göstərən  qiymətləndirmə  və 

alqı-satqı  üzrə  səhmdar  cəmiyyətlərin  21-i  həmin  palatanın  təsisçiləridir.  Hazırda 

Palatada  90-a  yaxın  səhmdar  cəmiyyəti  birləşmişdir.  Palata  yaradıldıqdan  sonra 

ölkədə  qiymətləndirmə  üzrə  kursların  keçirilməsi  geniş  vüsət  aldı.  Hər  il  daşınmaz 

ə

mlak  üzrə  qiymətləndirici  və  agentlər  həmin  kurslarda  təhsil  alır  və  ixtisaslarını 



artırırlar.  Palata  qiymətləndirmə  fəaliyyəti  sahəsində  böyük  və  əhatəli  təcrübəyə 

malikdir.  

Macarıstanda qiymətləndirmə fəaliyyəti üzrə müvafiq təhsil müəssisələrində ali 

və orta peşə ixtisas təhsili də almaq mümkündür.  

Sovetlər  ttifaqı  dağıldıqdan  sonra  qiymətləndiricilər  birliklərinin  ilkin  olaraq 

Rusiya Federasiyasında yaranmasında tarixi ənənələrin böyük rolu vardır. Təkcə bir 

faktı qeyd etmək kifayətdir ki, hələ 235 il bundan əvvəl Rusiyada “Sərbəst  qtisadi 

Cəmiyyət”  adlı  qurum  yaradılmış  və  öz  dövrü  üçün  çox  böyük  işlər  görmüşdür. 

Hazırda  Rusiyanın  müstəqil  intellektual  sahibkarlıq  sistemi  digər  MDB  ölkələri  ilə 

müqayisə olunmaz dərəcədə irəlidədir. Sovet  ttifaqı dövründən miras qalmış maddi-

texniki  və  intellektual  bazalar  Rusiyanın  bazar  iqtisadiyyatı  yolunda,  o  cümlədən, 

ə

mlakın qiymətləndirilməsi işində iri addımlarla irəliləməsinə imkan verdi.  



Rusiyada  peşəkar  qiymətləndiricilərə  əsas  tələbat  ölkədə  iqtisadiyyatın 

liberallaşdırılması  siyasətinin  həyata  keçirildiyi  dövrdən  başladı.  Liberallaşma 

prosesi  geniş  və  çox  şaxəli  bazarın  yaranmasını  sürətləndirdi.  Nəticədə 



99 

 

qiymətləndirici  kadrlara  olan  tələb  təklifi  üstələdi.  Bu  sahədəki  kadr  boşluğunu 

doldurmaq,  qiymətləndirmənin  müasir  qabaqcıl  təcrübəsindən,  beynəlxalq 

qiymətləndirmə  standartlarından  qiymətləndirmədə  istifadə  etmək  ehtiyacı  ölkədə 

qiymətləndiricilərin  birliklərinin  yaradılmasını  sürətləndirdi.  1992-ci  ildən 

başlayaraq  əmlakın  qiymətləndirilməsi  üzrə  cəmiyyətlər,  fondlar,  birliklər 

yaranmağa  başladı.  Ən  başlıcası  isə,  dövlət  orqanları  ilə  bu  qurumlar  arasında 

ə

laqələr  öz  axarı  ilə,  bazar  təcrübəsinə  uyğun  və  anlaşıqlı  qurulurdu.  Rusiyada 



qiymətləndirmə  fəaliyyətinin  inkişafında  peşəkar  qiymətləndiricilərin  1993-cü  il  

martın 5-də yaratdıqları Rusiya Qiymətləndiricilər Cəmiyyəti (RQC) çox böyük rol 

oynamışdır.  Sıralarında  üç  mindən  çox  üzvü  birləşdirən  RQC  yarandığı  gündən 

peşəkar  qiymətləndiricilərin  hazırlanmasını  qarşısına  əsas  məqsəd  qoymuşdur. 

Bunun  üçün  cəmiyyət  mütəmadi  olaraq  qiymətləndirmə  kursları  təşkil  etmiş, 

çoxsaylı elmi, praktiki kitablar, qəzet və jurnallar nəşr etdirmiş, fəaliyyətini kütləvi 

informasiya  vasitələrində  geniş  şəkildə  işıqlandırmışdır.  Daha  sonra  RQC  özünün 

təhsil  müəssisəsini  –  Qiymətləndirmə  Akademiyasını  təsis  etmişdir.  Akademiyada 

ayrı-ayrı əmlak növlərinin qiymətləndirilməsi üzrə müvafiq ali təhsillər verilir, üç və 

altı  aylıq  ödənişli  tədris  kursları  keçirilir,  müxtəlif  elmi-praktiki  vasitələrlə 

qiymətləndiricilərin bilik və təcrübələri artırılır.    

Cəmiyyətin  üzvlərinin  xeyli  hissəsi  “Daşınmaz  əmlakın  sertifikatlaşdırılmış 

qiymətləndiricisi”  dərəcəsinə  malikdir.  RQC  özünün  beynəlxalq  əlaqələrinə  də 

xüsusi diqqət yetirir, yeni, mütərəqqi bilikləri öz fəaliyyətində tətbiq edir. Cəmiyyət 

Beynəlxalq  Qiymətləndirmə  Standartları  Komitəsinin  ( VSC),  Daşınmaz  Əmlak 

Bazarı  ştirakçılarının  Beynəlxalq  Federasiyasının  (F ABC )  üzvlüyünə  qəbul 

edilmişdir.  

RQC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də, qiymətləndirmə prosesini 

avtomatlaşdırmaq,  qiymətləndirmə  fəaliyyətinin  keyfiyyətinin  yaxşılaşdırılmasında 

müasir  kompyuter  texnologiyasından  istifadə  etməkdir.  Demək  olar  ki,  artıq  bu 

sahədə  işlər  uğurla  gedir.  Belə  ki,  əmlakın  qiymətləndirilməsinin  müxtəlif 

proqramları yaradılmış, əhatəli və zəngin informasiya bazası toplanmışdır. Cəmiyyət 




100 

 

MDB  ölkələri  arasında  səmərəli  əməkdaşlığın  ən  önəmli  tərəf  müqabillərindən  biri 

kimi  tanınır.  Əmlak  bazarı  və  əmlakın  qiymətləndirilməsi  sahəsində  Rusiya 

təcrübəsinin  öyrənilməsi  keçmiş  sovet  məkanında  olan  ölkələr  üçün  mühüm 

ə

həmiyyət kəsb edə bilər. 



Qeyd  etmək  lazımdır  ki,  qiymətləndirici  kadrların  hazırlanmasına  Rusiya 

dövləti  tərəfindən  xüsusi  diqqət  yetirilir.  Belə  ki,  Maliyyə  Nazirliyində  Xüsusi 

Qiymətləndirmə Akademiyası, Rusiya Elmlər Akademiyasında Qiymətləndirmə üzrə 

Ş

ura, Dövlət Dumasının  qtisadiyyat Komitəsinin yanında Qiymətləndirmə fəaliyyəti 



üzrə  yarımkomitə,  digər  qurumların  nəzdində  elmi  mərkəzlər,  qiymətləndirmə 

birlikləri  və  s.  fəaliyyət  göstərir.  20-dən  çox  ali,  70  orta  ixtisas  müəssisələrində 

qiymətləndiricilər hazırlanır, ixtisasları artırılır və təkmilləşdirilir.  

 

5.3. Qiym tl ndirm  f aliyy tinin hüquqi bazas  



 

Azərbaycan Respublikasında digər bazar atributları kimi qiymətləndirmə fəaliyyəti 

iqtisadi  və  sosial  baxımdan  zəruri  olan  bir  peşə  kimi  özünün  təşəkkül  dövrünü 

yaşamaqdadır.  Bu  da  ölkənin  iqtisadi  tərəqqisi  və  bazar  münasibətlərinin  inkişafına 

üstünlük  verilməsi  ilə  əlaqədardır.  Lakin,  Azərbaycan  Respublikası  dünyanın  klassik 

bazar ölkələri ilə daha çox inteqrasiya olunduqca bir sıra iqtisadi kateqoriyalarla yanaşı 

qiymətləndirmə  fəaliyyəti  ilə  məşğul  olanların  peşəkarlığının  artırılması,  beynəlxalq 

qiymətləndiricilərin təcrübəsinin öyrənilməsi və təsadüfi qiymətləndiricilərin peşəkarlar 

sırasından  kənarlaşdırılması  istiqamətində  zəruri  tədbirlər  görülmüşdür.  Dövlət 

qiymətləndirici  peşəsini  müstəqil  olaraq  mənimsəyənlər  və  sivil  dünya  ənənlərinə 

müvafiq  olaraq  həmin  funksiyanı  yerinə  yetirmək  arzusunda  olanlar  üçün  müxtəlif 

iqtisadi 

demokratiyanın 

möhkəmlənməsi 

və 

qiymətləndirmə 



fəaliyyətinin 

tənzimlənməsi üçün olduqca əlverişli mühitin təmin olunmasına kömək etmişdir. 

Dünya  təcrübəsində  qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsi  prosesi  ya 

peşəkar  qiymətləndiricilərin  ictimai  birlikləri,  yaxud  da  dövlət  orqanları  tərəfindən 

həyata keçirilir. Bəzən bu funksiyanı onların hər ikisi birlikdə yerinə yetirirlər. 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə