1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə44/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   40   41   42   43   44   45   46   47   ...   147

124 

 

xarakteri  çərçivəsində  daşınmaz  əmlakdan  ən  yaxşı  istifadə  barədə  rəy  verilir. 

Qiymətləndirilən  daşınmaz  əmlakdan  istifadənin  ən  yaxşı  variantı  müəyyən  müddət 

ə

rzində  ən  yüksək  ümumi  gəlirin  təmin  edilməsindən  ibarətdir.  Qiymətləndirmə 



obyektindən istifadənin əlverişli variantı müəyyən edildikdən sonra qiymətləndirmənin 

növbəti  mərhələsi  başlayır.  Beləliklə,  daşınmaz  əmlakın  qiymətləndirilməsi 

qiymətləndirilən  obyektlər  barədə  informasiyaların  toplanması,  obyektlərin 

eyniləşdirilməsi, qiymətləndirmənin məqsədinin müəyyən edilməsi və qiymətləndirmə 

tarixinin qoyulması proseslərini əhatə edir.  

 

Mövzu üzrə tövsiyə olunan ədəbiyyat və informasiya resursları 

 

1.

 Azərbaycan Respublikasının Konstitusiyası. B.: 2002 

2.

Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 25 

iyun 1998-ci il,  510 –  Q 

3.“Dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu 16 may 2000-ci il,  878- Q. 

4.

  Azərbaycan  Respublikasının  Mülki-Prossesual  Məcəlləsi  (Azərbaycan 



Respublikasının  28  dekabr  1999-cu  tarixli  780  -  IQ  nömrəli  Qanunu  ilə  təsdiq 

edilmişdir)  

5.“Qiymətləndirmə  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası  Prezidentin 

Fərmanı 28 sentyabr 1998 – ci il,  774 

6.

  “Azərbaycan  Respublikasında  dövlət  əmlakinin  özəlləşdirilməsinin  ikinci 

Dövlət  Programı“  Azərbaycan  Respublikasının  Prezidentinin  2000  –  ci  il  10 

avqust tarixli, 383 -li Fərman. 

7.

 “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması 

qaydaları haqqında Əsasnamə”Azərbaycan Respublikasının Prezidentinin 1997-

ci il 19 dekabr tarixli 659 -li Fərman. 

8.

  “  Qiymətləndirmə  standartları  və  normaları,  peşəkar  qiymətləndiricilərin 

hazırlanması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci 

il 27 iyun tarixli, 107 -li Qərar. 


125 

 

9. Müasir əmlak bazarı və qiyməltəndirmə fəaliyyətinin qanunvericilik təminatı.

 

II 

elmi-praktik 

beynəlxalq 

konfransın 

materialları. 

Azərbaycan 

Qiymətləndiricilər Cəmiyyəti.

 

ИИН, АДИУ, АСК Бakı 2001. 



10.  Правовое  регулирование  оценочной  деятельности.  Верхозина  А.В

М

.2003 



 

Özünüyoxlama sualları 

1.Qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi formaları hansılardır? 

2.Qiymətləndirmə fəaliyyətinin hüquqi bazasını təşkil edən qanun  və qərarların 

səciyyəsini verin. 

3. Qiymətləndirmə fəaliyyətinin hansı mərhələləri fərqləndirilir? 

4. Qiymətləndirmənin  nəticələri üzrə hesabata hansı tələblər qoyulur? 

5.  Qiymətləndirmə  fəaliyyətinin  başlanılmasını  şərtləndirən  əsaslar  nədə

ibarətdir? 

6.Qiymətləndirmə  fəaliyyətinin  tənzimlənməsində  qeyri-hökumət  təşkilatlarının 

ə

sas funksiya və vəzifələri 



 

 

 


126 

 

Mövzu 6. Qiymətləndirmə standartları və normaları 

 

PLAN: 



 

6.1. Beynəlxalq qiymətləndirmə standartları 

6.2.  nkişaf  etmiş ölkələrin milli qiymətləndirmə standartları 

6.3. Avropa ölkələrinin qiymətləndirmə standartları 

6.4. Azərbaycanın milli qiymətləndirmə standartları  

6.5.  Beynəlxalq  maliyyə  hesabatları  standartları  və  qiymətləndirmə 

standartlarının qarşılıqlı əlaqəsi 

 

6.1. Beynəlxalq qiymətləndirmə standartları 

 

Qiymətləndirmə fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi alətlərindən biri də 



qiymətləndirmə  standartlarıdır.  Bu  standartlar  sifarişçilərə  göstərilən  xidmətlərin 

keyfiyyətinin  yüksəldilməsində,  qiymətləndirmə  prosedurlarının  sadələşdirilməsində, 

qiymətləndirmə  ilə  əlaqədar  anlayışların,  hüquqi  normativ  sənədlərin  müddəalarının 

birmənalı  təfsirində,  mümkün  mübahisələrin  qarşısının  alınmasında  böyük  rol 

oynayırlar. Hazırda Azərbaycanın əmlak bazarında  beynəlxalq və milli qiymətləndirmə 

standartlarından istifadə olunmaqdadır. 

Ə

vvəlcə  Beynəlxalq  qiymətləndirmə  stanadartları  haqqında  bəzi  məlumatları 



nəzərdən  keçirək.  Bu  standartlar  Beynəlxalq  Qiymətləndirmə  Standartları  üzrə 

Beynəlxalq  Komitə  ( nternational  Valuation  Standarts  Committee  -  VSC)  tərəfindən 

hazırlanır.  Təşkilat  1981-ci  ildə  Kral  nstitutu  (Böyük  Britaniya)  tərəfindən  sertifikat 

verilmiş  qiymətləndiricilərin  təşəbbüsü  ilə  yaradılmışdır.  Həmin  təşkilat  50-dən  çox 

ölkənin  peşəkar  qiymətləndiricilər  birliklərini  birləşdirir.  Azərbaycan  Respublikasını 

təşkilatda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti təmsil edir. 

Komitənin  başlıca  vəzifələri  mühasibat  uçotu  və  digər  maliyyə  hesabatlarında 

istifadə üçün dürüst ifadə olunmuş standartların və praktiki tövsiyyələrin hazırlanması, 

onların  ölkələrdə  və  milli  təşkilatlarda  yayılması,  qəbul  və  tətbiq  edilməsinə  kömək 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə