1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə46/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   42   43   44   45   46   47   48   49   ...   147

130 

 

obyektivlik, fikir sərbəstliyi, etik normalara uyğun davranış tələb edən «Etika haqqında 

Ə

sasnamə»,  həmçinin  qiymətləndiricinin  verdiyi  rəyə  görə  birbaşa  məsuliyyətini 



müəyyənləşdirən  «Səriştəlilik  haqqında  Əsasnamə»  və  müəyyən  məhdud  şərtlər 

daxilində  yol  verilə  bilən  kənarlaşmaları  müəyyənləşdirən  «Kənarlaşmalar  haqqında 

Ə

sasnamə» daxil edilmişdir. 



  

 

6.3. Avropa ölkələrinin qiymətləndirmə standartları 

 

 

Ə



sas Fondların Qiymətləndiricilərinin Avropa Qrupu (TEGOVO) Qərbi Avropa 

ölkələri  qiymətləndiricilərinin  milli  təşkilatlarının  assosiasiyasi  kimi  1977-ci  ildə 

yaradılmışdır. 

EVROVAL 


təşkilatı 

ilə 


birləşdikdən 

sonra 


bu 

təşkilat 

«Qiymətləndiricilər  Assosiasiyalarının  Avropa  Qrupu»  (The  European  Group  of 

Valuers  Assosiations  -  TEGOVA)  adlanır.  Təşkilatın  yaradılmasının  başlıca 

məqsədlərindən  biri  Avropa  Birliyi  ölkələrində  ümumi  qiymətləndirmə  standartlarını 

işləyib hazırlamaqdır. TEGOVA Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə 

ilə sıx əməkdaşlıq edir.  

 

Avropa  Qiymətləndirmə  Standartlarının  əsas  xüsusiyyətlərindən  biri  Avropa 



ölkələrinin  qanunvericiliyinə  uyğun  olan  mühasibat  hesabatlarının  tərtibi  üçün  yerinə 

yetirilən  qiymətləndirməyə  istinad  etməsidir.  Eyni  zamanda  bu  standartların 

qiymətləndirmənin  digər  məqsədlərinə  də  şamil  olunmasının  mümkünlüyü  göstərilir. 

Həmin  standartlar  təşkilat  üzvləri  üçün  tövsiyyə  xarakterlidir  və  qiymətləndirmənin 

yerinə yetirilməsi üçün istiqamət göstəricisi rolunu oynayır.  

 

Avropa  Qiymətləndirmə  Standartlarının  («Mavi  kitab»  adlandırılır)  sonuncu 



redaksiyası  2000-ci  ildə  qəbul  olunmuşdur.  Bu  sənəd  9  standartdan  və  13  metodiki 

tövsiyyədən ibarətdir. 

 

Standart  1,  2  və  3-də  göstərilən  standartların  Beynəlxalq  Qiymətləndirmə 



Standartlarına uyğunluğu, qiymətləndiricinin ixtisası, səviyyəsi və peşə etikası ilə bağlı 

məsələlər nəzərdən keçirilir. 

 

Standart  4-də  qiymətləndirmənin  əsas  prinsipləri  və  qiymətləndirmə  haqqında 




131 

 

hesabatın  tərtib  olunmasına  əsas  yanaşmalar  müəyyənləşdirilir.  Bu  standartda 

qiymətləndirmənin  əsas  məqsədləri;  qiymətləndirmə  bazasının  seçilməsi  qaydaları, 

bazar  dəyəri,  icarə  hüquqlarının  bazar  dəyəri,  Avropa  ttifaqının  qanunvericiliyinə 

uyğun  olan  bazar  dəyəri,  ədalətli  dəyər,  mövcud  istifadənin  dəyəri,  alternativ 

istifadənin  dəyəri,  köhnəlmə  nəzərə  alınmaqla  əvəzolunma  dəyəri  anlayışları 

göstərilmişdir. 

 

Standart  5  maliyyə  hesabatlarının  tərtibi  üçün  əmlakın  qiymətləndirilməsi 



məsələlərinə  həsr  olunmuşdur.  Burada  aktivlərin  təsnifatı  və  onun  əsasında  seçilən 

qiymətləndirmə  bazası,  qiymətləndirmənin  metodologiyası  məsələlərinə,  habelə 

torpağın,  binaların,  xüsusiləşdirilmiş  obyektlərin  qiymətləndirilməsinin  fərqli 

məqamlarına baxılır. 

 

Standart  6  daşınmaz  və  daşınar  əmlakın  girov  məqsədləri,  habelə    ipoteka 



kreditləşməsi  üçün  qiymətləndirilməsi  haqqındadır.  Bu  standartda  girov  dəyəri, 

öhdəliklərin  xüsusi  dəyəri  anlayışları  izah  olunur,  qiymətləndirici  qarşısında 

müstəqillik,  məsuliyyətlilik,  xüsusi  biliklərin  olması  tələbləri  qoyulur.  Standartda 

qiymətləndirmə  prosesində  zərərli  maddələrin  mövcudluğunun,  əmlakın  məcburən 

satılması amillərinin, obyektdən alternativ istifadənin mümkünlüyünün nəzərə alınması 

zəruriliyi göstərilir. 

 

Standart 7 əmlakın gələcək dövrdə ehtimal edilən dəyərinin müəyyən edilməsi ilə 



ə

laqədardır. Bu standartda investisiya dəyəri anlayışı açıqlanır. 

 

Standart  8  investisiya  və  sığorta  şirkətlərinin,  pensiya  fondlarının  qiymətli 



kağızlarına  investisiya  qoyuluşları  məsələsi  barədədir.  Standartda  bazar  dəyərinin 

Avropa 


ttifaqının  direktivlərinə  uyğun  olaraq  müəyyənləşdirilməsi,  habelə 

qiymətləndirmə  metodologiyası,  qiymətləndiricinin  ixtisas  səviyyəsi  ilə  bağlı 

məsələlərə aydınlıq gətirilir. 

 

Standart  9  qiymətləndirmənin  nəticələrinin  təqdimatı,  qiymətləndirmə 



sertifikatının formaları məsələlərini izah edir. 

 

Nəzərdən  keçirdiyimiz  sənədə  aşağıdakı  13  metodoloji  tövsiyə  də  daxil 



edilmişdir:  


132 

 

1.

  dəyərə təsir göstərən amillər; 



2.

  xüsusiləşdirilmiş obyektlərin qiymətləndirilməsi; 

3.

  maşın və avadanlığın qiymətləndirilməsi;  



4.

  investisiyalar üçün nəzərdə tutulan aktivlərin qiymətləndirilməsi; 

5.

  kənd təsərrüfatı obyektlərinin qiymətləndirilməsi; 



6.

  tarixi obyektlərin qiymətləndirilməsi; 

7.

  biznesin qiymətləndirilməsi; 



8.

  qeyri-maddi aktivlərin qiymətləndirilməsi; 

9.

  daşınmaz əmlak indekslərinin qiymətləndirilməsi; 



10.

 beynəlxalq qiymətləndirmələr; 

11.

 müştərək  müəssisələrin  və  məhdud  məsuliyyətli  cəmiyyətlərin           



qiymətləndirilməsi;  

12.


 dəyərin torpaq və tikililər arasında bölgüsü; 

13.


 müxtəlif ölkələrdə qiymətləndirmənin xüsusiyyətləri. 

Avropa  qiymətləndirmə  standartlarına  qiymətləndiricilərin  sertifikatlaşdırılması, 

qiymətləndirmə  haqqında  hesabata  rəy  verilməsi,  qiymətləndiricinin  etikası 

məsələlərinə dair əlavələr daxil edilmişdir. 

Rusiya  Federasiyasının  qiymətləndirmə  standartlarının  hüquqi  əsasları 

«Standartlaşdırma  haqqında»  Federal  Qanunla  müəyyənləşdirilmişdir.  Bu  Qanuna 

müvafiq  olaraq,  qiymətləndirmə  fəaliyyəti  sahəsində  standartlaşdırma  sisteminin  əsas 

vəzifələri aşağıdakılardır: 

  əmlakın  qiymətləndirilməsi  prosesinin  bütün  iştirakçıları  arasında  qarşılıqlı 



anlaşmanın və əlaqənin təmin olunması; 

  qiymətləndirmə  xidmətlərinin  göstərilməsi  üçün  normativ  bazanın 



formalaşdırılması; 

  qiymətləndirmə  metodlarına,  qiymətləndirmə  barədə  hesabatların  məzmunu 



və formasına vahid tələblərin qoyulması; 

  qiymətləndirmə  üçün  istifadə  olunan  texniki-iqtisadi  informasiyanın 



təsnifləşdirilməsi və kodlaşdırılması sisteminin yaradılması və tətbiqi; 


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə