1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə49/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   45   46   47   48   49   50   51   52   ...   147

139 

 

  qiymətli kağızların qiymətləndirilməsi. 



Ə

mlak qiymətləndiriciləri həm ölkə daxilində, həm də təhsil alması üçün xarici 

ölkələrə  göndərilməsi  yolu  ilə  hazırlana  bilər.  Eyni  zamanda,  lazım  gəldikdə,  xarici 

ölkələrdən bu sahədə geniş təcrübəsi olan mütəxəssislər dəvət etməklə, kursların təşkil 

edilməsi yolu ilə də qiymətləndirici kadrlar hazırlana bilər.  

Qiymətləndirmə  fəaliyyətinin  dövlət  tərəfindən  tənzimlənməsi  çərçivəsində 

qiymətləndiricilərin  tarif  xüsusiyyətləri  Azərbaycan  Respublikası  Əmək  və  Sosial 

Müdafiə  Nazirliyinin  30  yanvar  2003-cü  il  tarixli,  «Azərbaycan  Respublikasında 

qiymətləndirici  fəaliyyətinə  aid  olan  qulluqçu  vəzifələrinin  Vahid  Tarif  xtisas  Sorğu 

Kitabçasının  (VT SK)  (hissə  80)  təsdiq  edilməsi  barədə»  Qərarı  ilə 

müəyyənləşdirmişdir. 

Bu  sənəddə  qiymətləndiricilərin  əmək  funksiyaları,  bilməli  olduqları  normativ 

hüquqi,  metodoloji  sənədlərin,  vərdişlərin  siyahısı  verilmişdir.  Sənədə  əsasən 

qiymətləndiricilərin  ödəniş  dərəcələri  15  qrupa  bölünür  və  hər  dərəcə  üçün  tələblər 

müəyyənləşdirilir. 

Ə

n  aşağı  (8-ci  dərəcə)  qiymətləndirici  ixtisasına  yiyələnmək  istəyənlərin 



qiymətləndirmə  sahəsində  ali  və  ya  orta  ixtisas  təhsili  olmalı,  yaxud  onlar  əmlakın 

qiymətləndirilməsi sahəsində əlavə təhsil və ixtisas kursunu bitirməlidirlər.  

9-13-cü  dərəcələr  «Peşəkar  Qiymətləndirici»  statusu  verir.  «Peşəkar 

Qiymətləndirici»  statusunun  9-10-cu  dərəcələrinin  alınması  üçün  qiymətləndirici 

vəzifəsində  azı  3  il,  11-12-ci  dərəcələrinin  alınması  üçün  peşəkar  qiymətləndirici 

vəzifəsində azı 3 il, 13-cü (baş peşəkar qiymətləndirici) dərəcəsinin alınması üçün isə 

aparıcı peşəkar qiymətləndirici vəzifəsində azı 5 il iş stajı tələb olunur. 

14-15-ci  qiymətləndirici  ekspert  dərəcələrinin  verilməsi  üçün  qiymətləndirmə 

sahəsində  ali təhsil və  peşəkar  qiymətləndirici  vəzifəsində  3  ildən  az  olmayan  iş  stajı 

tələb edilir. 



 

 

 


140 

 

 

 

6.5.  Beynəlxalq  maliyyə  hesabatları  standartları  və  qiymətləndirmə 

standartlarının qarşılıqlı əlaqəsi 

 

 

Qiymətləndirmə  fəaliyyətinin  bilavasitə,  əsaslandığı  normativ  sənədlərdən  biri 

qiymətləndirmə  standartlarıdırsa,  digəri  isə  maliyyə  hesabatlarının  qəbul  edilməsi 

reallıqlarından irəli gəlir. Çünki, bunların hər ikisi biri-biri ilə üzvü surətdə əlaqədardır. 

Eyni  zamanda  zərurət  kimi  qəbul  olunan  bu  gerçəkliyin  həyata  keçirilməsi  həmin 

normativ  sənədlərin  eyni  adlı  beynəlxalq  sənədlərlə  əlaqələndirilməsini  və 

tənzimlənməsini  də  tələb  edir.  Qeyd  etmək  lazımdır  ki,  bu  istiqamətdə  ölkəmizdə 

müvafiq  tədbirlər  görülür.  Azərbaycanda  Beynəlxalq  Maliyyə  Hesabatı  Standartlarına 

(BMHS) keçid mühasibat uçotunda beynəlxalq standartlara uyğun islahat aparılmasına 

dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2005-ci il tarixli qərarı ilə 

təsdiq  edilmiş  Proqram  çərçivəsində  həyata  keçirilir.  Təşəkkül  tapmış  hüquqi 

münasibətlər,  sosial-iqtisadi  şərait,  habelə  ölkənin  dünya  birliyində  rolu  və  nüfuzu 

investisiya layihələrinin düzgün dəyərləndirilməsinə və uçotun təşkilinə həlledici təsir 

göstərir.  Beləliklə,  müstəqil  sahibkarlıq  prinsiplərinə  əsaslanan  bazar  iqtisadiyyatı 

şə

raitində uçot və hesabatların beynəlxalq standartlar əsasında qurulması, onlara istinad 



edərək,  maddi  və  mənəvi  dəyərlərin  müəyyən  edilməsi  böyük  əhəmiyyətə  malikdir. 

Dünya  təcrübəsində  qiymətləndirmənin,  auditin  və  mühasibat  uçotunun  müxtəlif 

modellərinin formalaşması bu deyilənləri bir daha təsdiqləyir.  

 

Hər  bir  ölkənin  iqtisadi  və  sosial  inkişafının  ümumi  vəziyyəti  araşdırılarkən 



məlum  olur  ki,  beynəlxalq  səviyyədə  qəbul  olunan  müvafiq  standartların  nəzərə 

alınmasına böyük ehtiyac vardır. Belə dünyəvi normativ sənədlər sırasında Beynəlxalq 

Maliyyə Hesabatı Standartlarını (BMHS) və Beynəlxalq Qiymətləndirmə Standartlarını 

(BQS)  göstərmək  olar.  Qeyd  etmək  lazımdır  ki,  praktiklər  tərəfindən  birincinin  adı 

bəzən Beynəlxalq Mühasibat Uçotu Standartları kimi səsləndirilir ki, bu da təbii qəbul 

olunur. 



141 

 

 

Dünyanın  bəzi  ölkələrində  qeyd  olunan  standartlar  olduğu  kimi  tətbiq  edilir, 



digərlərində isə dövlət idarəetmə təsisatlarının quruluşu, xüsusiyyətləri, qanunvericilik 

təminatı  bazası  nəzərə  alınmaqla  milliləşdirilərək  tətbiq  edilir.  Azərbaycanı  da  ikinci 

qrupa  daxil  olan  ölkələr  sırasına  aid  etmək  olar.  Şübhəsiz  ki,  həmin  proses  bu  və  ya 

digər  ölkədə  birdən-birə  deyil,  tədricən  həyata  keçirilir.  Belə  tədricilik  yuxarıda  qeyd 

olunan  hər  iki  beynəlxalq  standartların  tətbiqi  sahəsində  respublikamızda  da  diqqəti 

cəlb etməkdədir. Bunu təkcə, zaman amili üzrə deyil, həm də ilkin mərhələdə onların 

tətbiqinin  tövsiyə  olunduğu  dövlət  və  qeyri  dövlət  qurumlarının  dəqiq 

müəyyənləşdirilməsində də müşahidə etmək olar. 

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2005-ci  il  18  iyul  tarixli  (140 



nömrəli) qərarı buna parlaq misaldır. Həmin qərara müvafiq olaraq 2008-ci ilin yanvar 

ayının  birinə  qədər BMHS-a  əsasən  uçotunu qurmalı  və  maliyyə  hesabatlarını təqdim 

etməli  olan  ictimai  əhəmiyyətli  qurumların  siyahısı  müəyyənləşdirilmişdir.  Həmin 

siyahıya daxil edilən müəssisə və təşkilatlar aşağıdakılardır: 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 



“ Bakı Elektrik Şəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyəti 

“AzerCell” Birgə Müəssisə 



Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Heydər Əliyev 



adına Bakı Neft Emalı” zavodu 

Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkətinin  “Azneftyağ 



Neft Emalı” zavodu 

Azərbaycan Respublikasının Dövlət Neft Kəmərləri  darəsi 



Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkətinin  “Marketinq  və 

qtisadi Əməliyyat Idarəsi” 

 



Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkətinin  “Azneft” 

istehsalat birliyi 

10  Azərbaycan Respublikasının Dövlət Dəmir Yolu  darəsi 

11  Bakı Metropoliteni 

12  “Azərbaycan Hava Yolları” Dövlət Konserni 

13  “Azərbaycan  Hava  Yolları”  Dövlət  Konserninin  “Milli  Aviasiya 

Ş

irkəti” 


14  Dövlət Xəzər Dəniz Gəmiçiliyi 

15  “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti 

16  “Azəriqaznəql”  stehsalat Birliyi 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə