1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə51/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   47   48   49   50   51   52   53   54   ...   147

145 

 

Ş

irkətin  alqı-satqısı  zamanı  qudvill  öz  dəyər  ifadəsini  taparaq,  onun  qiymətinin 



yüksəldilməsinə də öz müsbət təsirini göstərir.    

BMHS-yə  uyğun  olaraq  təşkilatın  aktivləri,  öhdəlikləri,  öz  kapitalı  ilə  yanaşı, 

gəlirləri  və  xərcləri  də  maliyyə  hesabatının  elementlərinə  aiddir.  Dövriyyə  vəsaitləri 

müəssisədə  qısa  müddət ərzində qalan və pul vəsaitlərinə,  məsələn,  mal  ehtiyatlarına, 

debitor  borclarına,  bank  hesabındakı  qalıqlara,  nağd  vəsaitlərə  “çevrilməsi”  mümkün 

olan cari aktivlərdir.  

Ş

irkətin  aktivlərini  və  öhdəliklərini  müxtəlif  metodoloji  üsullardan  istifadə 



etməklə qiymətləndirmək olar. Məsələn, BMHS aktivlərin əldə edilməsinin faktiki (ilk) 

dəyəri,  cari  və  ya  bərpa  dəyəri,  ehtimal  edilən  dəyər  və  gətirilmiş  (diskont  edilmiş) 

dəyər  üzrə,  həm  də  bazar  dəyərini  hesaba  almadan    qiymətləndirməyə  yol  verir. 

Azərbaycanın  Milli  qiymətləndirmə  standartları  qiymətləndirmə  obyektlərinin  bazar 

dəyərini onun açıq bazarda əqdin tərəflərinin bütün zəruri informasiyaya malik olaraq 

düşünülmüş  hərəkət  etdikləri,  hər  hansı  fövqəladə  halların  qiymət  səviyyəsinə  təsir 

göstərmədiyi  rəqabət  şəraitində  özgəninkiləşdirilə  bildiyi  ən  çox  ehtimal  olunan 

qiyməti kimi hesablamağa imkan verir. 

Ə

mlakın  qiymətləndirilməsi  prinsiplərini,  habelə,  qiymətləndirmənin  məqsəd  və 



vəzifələrini  nəzərə  alaraq  konkret  obyektin  qiymətləndirilməsinə  yanaşmalar  da 

fərqləndirilir. Bu da, təkcə qiymətləndirmə üzrə beynəlxalq standartların deyil, həm də, 

ölkəmizdə  mövcud  olan  qanunvericilik  aktlarının  tələblərinə  müvafiq  gəlir.  Həmin 

tələblər  ölkənin  sosial-iqtisadi  inkişaf  konsepsiyasının  müddəalarından  irəli  gəlir. 

Məsələn,  hər  hansı  obyektin  qiymətləndirilməsi  zamanı  onun  girovqoyma  dəyəri  ilə 

vergiyə cəlbetmə dəyəri üzrə yanaşmalar eyni ola bilməz. Ölkəmizdə fəaliyyət göstərən 

peşəkar  qiymətləndiricilər  də  bunu  təbii  hesab  edirlər.  Bu  zaman  həm  də,  uçotun 

BMHS-na  istinadən  aparılmasının  təşkili  də  böyük  maraq  doğurur.  Lakin,  həmin 

istiqamətlər üzrə qiymətləndirmə işində bir sıra qüsurların olduğu da, etiraf edilməlidir. 

Bu işdə mövcud olan, bir sıra neqativ hallar əmlak vergisi hesabına büdcə gəlirlərinin 

təminatına,  sivil  ipoteka  bazarının  inkişafına,  bütünlüklə  ahəngdar  əmlak  bazarının 

formalaşmasına mənfi təsir göstərir. 




146 

 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  lham  Əliyev  deyir:  «Bir  nömrəli 

məsələ  də  budur  ki,  bizdə  əmlak  vergisinin  tutulması  şəffaf  deyildir.  Yəni,  əmlak 

vergisi  var,  amma  əmlakın  qiymətləndirilməsi  məsələsi,  hesab  edirəm  ki,  lazımi 

səviyyədə  deyildir.  nkişaf  etmiş  ölkələrdə  hər  bir  mənzil  sahibi,  yaxud  da  ki,  mülk 

sahibi  ildə  müəyyən  əmlak  vergisi  verir.  Ancaq  o  şərtlə  ki,  onun  mülkiyyəti  bazar 

qiyməti  ilə  qiymətləndirilir.  Bizdə  isə  verilən  məlumata  görə,  bu  qiymət  simvolikdir. 

Bu  çox  ciddi  məsələdir.  Bunun  həlli,  həm  Azərbaycanda  gedən  proseslərlə 

uyğunlaşdırılar,  həm  də  büdcəmizə  əlavə  gəlir  mənbəyi  yarada  bilər...  Azərbaycanda 

bütün  əmlak  gərək  bazar  qiyməti  ilə  qiymətləndirilsin.»  («Azərbaycan»  qəzeti, 

22.07.2005). 

 Ölkə Prezidenti tərəfindən diqqətə çatdırılan həmin iradlar təkcə, büdcə gəlirləri 

baxımından deyil, həm də sosial və iqtisadi tərəqqiyə təkan verə bilən amillərin bütün 

elementləri arasında səmərəli üzvi əlaqənin yaradılması baxımından böyük rol oynayır. 

Ona  görə  də,  Beynəlxalq  və  Milli  qiymətləndirmə  standartlarına  müvafiq  qaydada 

mövcud  qiymətləndirmə  yanaşmalarından  düzgün  istifadə  edilməsi  böyük  əhəmiyyət 

kəsb edir. Beləliklə, qiymətləndirmə aparılarkən bir sıra yanaşmaların xüsusiyyətlərinin 

nəzərə alınması vacib bilinir. 

Maliyyə  kapitalı  elementlərinin  qiymətləndirilməsinin  vacib  cəhətlərindən  biri 

maliyyə  qoyuluşlarının  qiymətləndirilməsidir.  Azərbaycanın  maliyyə  qoyuluşlarının 

uçotu və qiymətləndirilməsi sahəsində BMHS-yə və BQS-yə keçilməsi ən əvvəl xarici 

təcrübə  ilə  ölkəmizin  təcrübəsi  arasında  fərqli  xüsusiyyətlərin  aşkara  çıxarılmasını  və 

bunun  əsasında  ya  milli  uçot  və  qiymətləndirmə  qaydalarının  təkmilləşdirilməsini,  ya 

da,  beynəlxalq  standartların  qeyd-şərtsiz  qəbul  edilməsinə  dair  müvafiq  addımların 

atılmasını  tələb  edir.  Azərbaycanın  uçot  sistemi  maliyyə  qoyuluşlarını  onların  əldə 

edilməsi  dəyəri  üzrə  qiymətləndirməyi  nəzərdə  tutur.  Beynəlxalq  standartlar  isə, 

maliyyə  alətlərinə  qoyuluşların  miqdarını  maya  dəyəri,  yenidən  qiymətləndirilmiş 

dəyər üzrə və maya dəyərinin kəmiyyəti ilə bazar dəyərinin kəmiyyəti arasında ən kiçik 

olan  kəmiyyət  üzrə  qiymətləndirməyə  icazə  verir.  Beynəlxalq  təcrübədə  qısamüddətli 

və  uzunmüddətli  maliyyə  qoyuluşlarının  fərqləndirilməsi  uçotda  öz  əksini  tapmışdır. 




147 

 

Belə ki, qısamüddətli qoyuluşlar uçotda bazar dəyəri üzrə və ya ən aşağı kəmiyyət üzrə 

ə

ks oluna bilər, yaxud bazar dəyəri üzrə əks olunub sonra nəticə şirkətin mənfəətinə və 



ya zərərinə aid edilə bilər. Uzunmüddətli vəsait qoyuluşlarına gəlincə, onların maliyyə 

dəyəri  azaldıqda  balans  dəyəri  də  azalır,  bu  isə  maliyyə  nəticəsinə  təsir  göstərir. 

Maliyyə qoyuluşlarının dəyərinin yenidən qiymətləndirmə nəticəsində artması səhmdar 

kapitalının miqdarına müsbət təsir göstərir.  

“Maliyyə  fəaliyyəti”  və  “investisiya  fəaliyyəti”  kimi  anlayışlar  da  fərqli  məna 

kəsb  edirlər.  Məsələn,  beynəlxalq  standartlara  görə,  maliyyə  fəaliyyəti  öz  kapitalının 

miqdarının dəyişməsi ilə bağlı olan fəaliyyətdir, investisiya fəaliyyəti isə uzunmüddətli 

aktivlərin  əldə  edilməsi  və  ya  satılmasıdır.  Bundan  başqa,  beynəlxalq  uçot  və 

qiymətləndirmə  təcrübəsində  istiqrazların  pul  vəsaitləri  əldə  edilməsi  ilə  nəticələnən 

emissiyası  da  maliyyə  fəaliyyəti  hesab  olunur.  Bizim  respublikada  isə  qısamüddətli 

istiqrazların  emissiyası  maliyyə  fəaliyyəti  kimi,  uzunmüddətli  istiqrazların  emissiyası 

isə investisiya fəaliyyəti kimi qəbul olunur. Bundan başqa, Azərbaycanda dövriyyədən 

kənar aktivlərə kapital qoyuluşları ilə bağlı fəaliyyət investisiya fəaliyyəti, qısamüddətli 

maliyyə qoyuluşları ilə bağlı fəaliyyət isə, maliyyə fəaliyyəti sayılır.  

Yekun  olaraq  qeyd  edilməlidir  ki,  uzun  illər  ərzində  təcrübədən  keçirilmiş 

beynəlxalq standartlardan (BMHS və BQS) istifadə edilməsi iqtisadiyyatda şəffaflığın, 

etibarlılığın,  ölkələr  arasında  təcrübə  mübadiləsinin  mümkünlüyünün,  etimadın 

yüksəlməsi  və  qarşılıqlı  surətdə  faydalı  əməkdaşlığın  həyata  keçirilməsinin  mühüm 

şə

rtlərindən  biridir.  Bu  eyni  zamanda  Milli  Maliyyə  Hesabatları  Standartlarının 



(MMHS) və Milli Qiymətləndirmə Standartlarının (MQS) formalaşmasına və tədricən 

daha da təkmilləşdirilməsinə səbəb olar. 

 

 

 

 

 

 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə