1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə9/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   5   6   7   8   9   10   11   12   ...   147

25 

 

Azərbaycanın  müstəqilliyinin  bərpasından  keçən  dövrdə  əmlak  bazarının 

formalaşması  prosesinin  güclənməsi,  maliyyə-kredit,  sığorta  bazarında  aparılan 

ə

məliyyatların  həcminin  və  keyfiyyətinin  artması,  yeni  vergi  münasibətlərinin 



qurulması  sahibkarlıq  fəaliyyətinin  mühüm  növlərindən  olan  qiymətləndirici  peşəsinə 

tələbatı  artırmışdır.  Bununla  əlaqədar  olaraq,  Azərbaycan  Respublikası  Əmək  və 

Ə

halinin  Sosial  Müdafiəsi  Nazirliyinin  kollegiyası  “Azərbaycan  Respublikasında 



qiymətləndirici  fəaliyyətinə  aid  olan  qulluqçu  vəzifələrinin  Vahid  Tarif  xtisas  Sorğu 

Kitabça”sının  (hissə  80)  təsdiq  olunması  haqqında  qərar  qəbul  etmişdir.  Bu  sənəddə 

qiymətləndiricinin əmək funksiyaları və bu peşə ilə məşğul olmaq istəyənlərə qarşı irəli 

sürülən  nəzəri-praktiki  və  etik-mənəvi  tələblər,  ödəniş  dərəcələrinə  ixtisas  tələbləri 

müəyyənləşdirilmişdir. Səciyyəvi haldır ki, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq 

istəyən  şəxslərdən  yüksək  nəzəri  hazırlıq,  bu  sahənin  qanunvericilik  bazasını 

mükəmməl  bilməklə  yanaşı  qiymətləndirmə  standartlarına,  yüksək  mənəvi-əxlaqi 

prinsiplərə (peşə etikasına) ciddi riayət etmək tələb olunur.  

Sifarişçi  (müştəri)  sifarişi  üzrə  qiymətləndirmə  işi  aparılan  fiziki  və  ya  hüquqi 

şə

xs, dövlət və ya bələdiyyə təşkilatıdır. O, qiymətləndirmə fəaliyyətinin nəticələrinin 



istehlakçısıdır.  

Qeyd  etmək  lazımdır  ki,  əmlaka  mülkiyyət  hüququ  olan  istənilən  şəxs 

(mülkiyyətçi)  sifarişçi  ola  bilər.  Mülkiyyətçinin  ona  məxsus  əmlakının  (məqsədindən 

asılı  olmayaraq)  qiymətləndirməsi  mübahisə  doğurmasa  da,  bəzi  hallarda  digər 

şə

xslərin  də  əmlakını  qiymətləndirmək  üçün  sifarişçi  olmaq  imkanı  mümkündür. 



Təcrübədə  mülkiyyətçi  olmayan,  lakin  əmlak  mənafeləri  olan  şəxslərin  də  müəyyən 

məqsədlər  üçün  qiymətləndirmə  fəaliyyəti  üzrə  sifarişçi  olmaq  hüququ  qəbul  edilir. 

Məsələn,  bələdiyyələr  vergitutma  bazasını  müəyyənləşdirmək  üçün  fiziki  şəxslərin 

mülkiyyətində olan əmlakın qiymətləndirilməsini sifariş edə bilərlər. Bələdiyyələrə bu 

səlahiyyətlərin  verilməsi  vergitutma  bazasının  düzgün  müəyyənləşdirilməsi,  vergidən 

yayınma  və  vergini  az  ödəmə  hallarının  qarşısının  alınması  kimi  məqsədlərə  xidmət 

edir.  Bu  qiymətin  digər  əməliyyatlarda  məcburi  qüvvəsi  yoxdur,  ondan  yalnız  

mülkiyyətçinin və digər maraqlı şəxslərin razılığı ilə istifadə oluna bilər.  




26 

 

Qiymətləndirici  müqavilə  bağlayarkən  sifarişçinin  buna  səlahiyyətli  olmasını 

müəyyən  etməlidir.  Əgər  müraciət  edən  şəxsin  (sifarişçinin)  bu  səlahiyyəti  yoxdursa, 

qiymətləndirici qiymətləndirmədən imtina etməlidir. 

Qiymətləndirmə  peşəsi  ilk  dəfə  XIX  əsrin  ortalarında  Böyük  Britaniyada 

“yerölçən”  (surveyer)  peşəsinin  əsasında  yaranmışdır.  1861-ci  ildə  Böyük  Britaniya 

kralı  yerölçənlərə  fəaliyyətləri  ilə  bağlı  məsələləri  tənzimləmək  hüququ  vermiş  və 

zaman keçdikcə yeni bir qurum – RICS (The Royal Instisution of Chartertd Surveyers) 

yaradılmışdır.  Hazırda  bu  təşkilat  dünyanın  100  ölkəsində  fəaliyyət  göstərərək, 

daşınmaz  əmlakla  bağlı  70  mindən  çox  mütəxəssisləri  (memarları,  mühəndisləri, 

daşınmaz  əmlakla  əməliyyatlar  üzrə  agentləri,  qiymətləndiriciləri  və  s.)  öz  sıralarında 

birləşdirir.  Yeni  yaradılmış  həmin  quruma  (RICS)    üzvü  olmaq  istəyən  şəxslər  bu 

təşkilatda akkreditə olunmuş universiteti daşınmaz əmlakla bağlı ixtisas üzrə bitirməli, 

R CS  üzvü  olan  mütəxəssisin  rəhbərliyi  altında  ən  azı  iki  il  ərzində  təcrübə  keçməli 

idilər.  

Hazırda əmlak bazarı iqtisadiyyatda həlledici rol oynadığına görə qiymətləndirici 

peşəsi də daha nüfuza malik sivil peşələrdən birinə çevrilməkdədir. 

 

 



2.3. Əmlak bazarı və qiymətləndirmə fəaliyyəti 

 

Ə



mlak  münasibətlərinin  düzgün  qurulması  və  tənzimlənməsi  ölkədə  iqtisadi 

islahatların  müvəffəqiyyətlə  həyata  keçirilməsinin  başlıca  şərtlərindən  biridir.  Son 

illərdə  bu  istiqamətdə  irimiqyaslı  tədbirlər  həyata  keçirilmiş,  ölkədə  əmlak  bazarını, 

xüsusilə  daşınmaz  əmlak  bazarını  tənzimləyən  və  onun  inkişafını  təmin  edən  bir  sıra 

qanunvericilik  aktları  qəbul  edilmişdir.  Bu  baxımdan  29  iyun  2004-cü  ildə  qəbul 

edilmiş (№713-IIQ) «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanunu xüsusi qeyd 

etmək  olar.  Dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  I  Dövlət  Proqramının  başa 

çatması və II Dövlət Proqramının müvəffəqiyyətlə icrası, Azərbaycan Respublikasının 

Milli  Məclisi  tərəfindən  Mülki,  Vergi,  Torpaq,  Gömrük  məcəllələrinin,  “Azərbaycan 

Respublikasında  mənzil  fondunun  özəlləşdirilməsi  haqqında”,  “ carə  haqqında”, 




27 

 

“Qiymətləndirmə  fəaliyyəti  haqqında”,  “Torpaq  bazarı  haqqında”,  “Girov  haqqında”, 

“Müflisləşmə və iflas haqqında”, “Dövlət satınalmaları haqqında”, “Rəqabət haqqında” 

Azərbaycan  Respublikası  qanunlarının  və  digər  normativ  hüquqi  aktların  qəbul 

edilməsi bunun bariz nümunəsidir.  

Azərbaycanda  mülkiyyətçilər  sinfinin  formalaşması  və  mülkiyyət  bazarının 

inkişafı,  əmlakın  açıq  alqı-satqısı,  mənzil  sektorunda  daşınmaz  əmlakın  satışı  ilə 

məşğul  olan  fiziki  şəxslərin  və  hüquqi  rəsmiləşdirilmiş  firmaların  meydana  çıxması, 

ölkəmizdə hələ 90-cı illərin birinci yarısında əmlak bazarının təşəkkül tapması barədə 

fikir söyləməyə əsas verir. Respublikada peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul 

olan  strukturların  mövcudluğu  bank  fəaliyyətinin  canlanmasının,  əmlakın  girov 

qoyulması  ilə  kreditlərin  verilməsinin  (ipotekanın  inkişafının),  çoxsaylı  sığorta  və 

auditor şirkətinin yaradılmasının məntiqi nəticəsidir. 

Ölkədə  aparılan  iqtisadi  islahatlar,  xüsusilə  onun  əsas  istiqamətlərindən  olan 

özəlləşdirmə və torpaq islahatı bütün sahələrdə iqtisadi səmərəliliyin yüksəlişini təmin 

edir.  Bu  da,  öz  növbəsində  qiymətləndirmə  fəaliyyətinin  inkişafı  baxımından  böyük 

ə

həmiyyətə  malikdir.  slahatların  həyata  keçirilməsi  eyni  zamanda  iqtisadi  inkişafın 



sürətlənməsinə,  əsas  və  dövriyyə  vəsaitlərinin  hərəkət  sürətinin  artmasına,  investisiya 

axınının  güclənməsinə  də  təsir  göstərmişdir.  Eyni  zamanda  özəlləşdirmə,  əmlak 

bazarında  torpaq  sahələrinin,  mənzillərin,  müəssisələrin,  qiymətli  kağızların  alqı-

satqısı,  girov  qoyulması,  sığortası,  icarəyə  verilməsi    və  s.  ilə  bağlı  həyata  keçirilən 

ə

məliyyatlar bu prosesin inkişafına stimul yaratmışdır.  



Bazar  iqtisadiyyatının  infrastrukturu  kimi  meydana  çıxan  əmlak  bazarı 

həyatımızın  bütün  sahələrini  əhatə  edir.  Dövlət  əmlakının  özəlləşdirilməsi,  törpaq 

islahatlarının aparılması, mənzil təsərrüfatının liberallaşdırılması, vergitutma bazasının 

genişlənməsi,  kredit  və  sığorta  sisteminin  inkişafı  ölkəmizdə  mükəmməl  əmlak 

bazarının formalaşdırılması zərurətini yaratmışdır. Bu bazarı tənzimləmək məqsədi ilə 

müvafiq tədbirlər uğurla həyata keçirilir. 

Qəbul  edilmiş  qanunlar  və  onların  icrası  mexanizminin  yaradılması  ölkədə  sivil 

ə

mlak  bazarının  formalaşmasına  və  inkişafına,  bu  sahədə  sahibkarlıq  fəaliyyəti  ilə 




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə