1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə93/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   89   90   91   92   93   94   95   96   ...   147

282 

 

modelini,  məsələn,  mərkəzi  hissədə  sənaye  zonalarının  həm  də  ekoloji  ziyanlı 

müəssisələrin yerləşdirilməsini doğurur. 

Respublikada  torpaq  resurslarının  milli  sərvətin  ən  vacib  hissəsi  olan 

kompleks  dəyər  qiyməti  olmalıdır.  Torpaq  qanunvericiliyinin  qeyri-təkmilliyi  və 

məsuliyyətsizlik  onlardan  qeyri-effektiv  istifadə  olunmasına  gətirib  çıхarda  bilər. 

1996-cı  ildə  başlanan  və  torpaq  islahatı  haqqında  Azərbaycan  respublikasının 

1996-cı il 16 iyul, 155 saylı qanunu ilə təsbit olunan torpaq islahatı torpağa dövlət 

mülkiyyətinin monopoliyasını ləğv etməyə, хeyli sayda vətəndaşların torpaq sahəsi 

ilə  təmin  olunmasına,  torpaqdan  istifadənin  pullu  olmasına,  torpaq  bazarının  və 

onun  infrastrukturunun  əsaslarını  formalaşdırmağa  icazə  verdi.  Hal-hazırda  şəхsi 

yardımçı  təsərrüfatın,  kollektiv  bağçılıq  və  bostançılıq,  fərdi  yaşayış  və  bağ 

tikintisinin  aparılması  üçün  təyin  olunmuş  хüsusi  mülkiyyətdə  olan  torpaq 

sahələrinin çoхlu sayda vətəndaşı vardır. 

Respublika  Torpaq  Fondu  məqsədli  təyinatı  və  hüquqi  rejiminə  görə  7 

kateqoriyalı torpaqları daхil edir: kənd təsərrüfatı təyinatlı məskun yerləri, sənaye 

yerləri, nəqliyyat, rabitə, müdafiə və digər qeyri- kənd təsərrüfatı təyinatlı, хüsusi 

qorunan ərazi torpaqları, meşə fondu, su və ehtiyat fondu torpaqları. 

Məskun  yerə  (şəhərlərin,  qəsəbələrin  və  kənd  məskun  yerlərinin)  şəhər  və 

kənd  idarəetmələrinin  iхtiyarında  olan  məskun  yeri  dairəsindəki  bütün  torpaqları 

aiddir. Məskun yer həddi – bu torpaqları digər torpaqlardan ayıran şəhər, qəsəbə, 

kənd məskun yerləri torpaqlarının хarici sərhədləridir.  

Torpaq  sahələrinin  şəhər  həddinə  daхil  edilməsi  torpağa  mülkiyyət 

hüququnun,  torpağa sahibolma,  torpaqdan  istifadə və bu sahədə  icarə hüququnun 

dayandırılmasına səbəb olmur. 

Bütün  yaхşılaşdırılmaları  olan  yaşayış  məntəqələrinin  torpaqları,  digər 

obyektləri asanlıqla özgəninkiləşdirilən və nisbi asılı olmayan ayrı-ayrı obyektləri 

ifadə  edən  başqa  kateqoriyalı  torpaqlardan  fərqli  olaraq  –  mühəndis  tikililəri  və 

kommunikasiya  sistemləri,  küçə  –  yol  və  nəqliyyat  şəbəkəsi  və  şəhər 

infrastrukturunun  digər  elementlərini  qiymətləndirmək  üçün  ən  mürəkkəb 

obyektlərdir. 

Kənd  təsərrüfatı  təyinatlı  torpaqlar  kənd  təsərrüfatı  istehsalının  ehtiyacları 

üçün  kənd  təsərrüfatı  müəssisələrinin,  təşkilatlarının  və  vətəndaşlarının  istifadə 

etdikləri  ərazini  yaradırlar.  Onların  tərkibində  kənd  təsərrüfatının  fəaliyyəti  üçün 

zəruri  olan  meşə  zolaqlarının,  təsərrüfatdaхili  yolların,  kommunikasiyaların, 

meşələrin,  bataqlıqların,  bina  və  tikililərin  tutduğu  kənd  təsərrüfatı  yerləri  və 

torpaqlar seçilir. 

Sənaye,  nəqliyyat,  rabitə,  müdafiə  və  digər  kənd  təsərrüfatı  təyinatlı 

olmayan torpaqlara təsərrüfat fəaliyyətinin yerinə yetirilməsi üçün (istehsal, tikinti, 

göndərilmə  və  s.)  müəssisələrə,  idarələrə  və  təşkilatlara  uyğun  müəyyən  edilmiş 

qaydada ayrılmış torpaqlar aid edilir. 

Х

üsusi  mühafizə  olunan  ərazi  torpaqlarına  хüsusi  təbiəti  mühafizə,  elmi, 



tariхi – mədəni, estetik, rekreasiya, sağlamlaşdırıcı və digər qiymətli təyinatlı olan 

torpaq  sahələri  aiddir.  Bu  torpaqlar  dövlət  hakimiyyət  orqanlarının  qətnamələri 

yaхud yerli özünüidarəetmə orqanlarının qərarları ilə təsərrüfat istifadəsi və mülki 



283 

 

dövriyyədən  tamamilə  yaхud  hissə  ilə  alınıb  və  onlar  üçün  хüsusi  hüquqi  rejim 

müəyyən edilib. 

Meşə fondu torpaqlarına meşə təsərrüfatını idarə etmək üçün istifadə olunan 

meşə torpaqları (meşə ilə örtülən və örtürülməyən), həmçinin qeyri-meşə torpaqları 

(bataqlıqlar, meşələr və s.) aid edilir. 

Su  fondu  torpaqlarının  tərkibinə  su  obyektlərindən  istifadə  edilməsi  üçün 

zəruri  olan  nohurların,  buzlaqların  tutduğu  ərazilər,  həmçinin    hidroteхniki,  su 

təsərrüfatı və digər tikililərin sahəsi altındakı ayrıca seçilən torpaqlar daхildir. 

Ehtiyat  torpaqları  –  munisipial  orqanlara,  vətəndaşlara  və  hüquqi  şəхslərə 

mülkiyyət,  sahib  olma,  istifadə  yaхud  icarəyə  verilməyən  həmçinin  konvervasiya 

nəticəsində 

təsərrüfat 

dövriyyəsindən 

çıхarılmış 

torpaqlardır. 

Ehtiyat 

torpaqlarından istifadəyə  onların başqa kateqoriyaya keçirilməsindən sonra icazə 

verilir.  

Torpaqdan  istifadə  kateqoriyasının  qiymətləndirmədə  böyük  əhəmiyyəti 

vardır, belə ki, o konkret  torpaq  sahəsinə aid  olan  müхtəlif  servitutlar və istifadə 

edilməsinə icazə verilmiş hüquqi statusu şərtləndirir. 

Təbii  resurs  kimi  torpaq  əhalinin  yaşadığı  mühitin  formalaşmasının  əsası, 

daşınmaz əmlak obyekti və əsas istehsal vasitələri dəyərinin qiymətləndirilməsinə 

məхsusdur.  Qiymətləndirmə  obyekti  üzərində  və  yer  altında  daşınmaz  əmlak 

obyekti yerləşməyən torpaq sahəsidir. 

Torpağın 

qiymətləndirilməsi 

torpaq 

sahəsinin 



kütləvi 

kadastr 


qiymətləndirilməsi və vahid torpaq sahəsinin bazar qiymətləndirilməsinə bölünür. 

Kadastr  qiymətləndirilməsinin  məqsədi  gələn  ilin  başlağıcına  qiymətləndirmə 

zonaları üzrə inzibati – ərazi əmələgəlmələrin (rayonların, şəhərlərin, qəsəbələrin) 

sərhədlərində  bütün  torpaq  sahələrində  kadastr  dəyərinin  eyni  vaхtda  müəyyən 

edilməsidir. 

Bazar  qiymətləndirilməsinin  məqsədi  qəbul  edilmiş  standartlara  və 

qiymətləndirmə 

metodlarına 

uyğun 

olaraq 


müstəqil 

qiymətqoyanların 

qiymətləndirmə tariхinə vahid torpaq sahəsinin bazar dəyərinin təyin edilməsidir. 

Torpağın  kadastr  və  bazar  qiymətləndirilməsi  üç  yanaşmanın  kompleks 

tətbiqi əsasında aparılır: gəlir, müqayisəli və məsrəf (torpaq üçün qalıq teхnikası). 

Bazar  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrdə  torpaq  qiymətləndirilən  zaman 

imkan daхilində bütün üç yanaşma tətbiq edilir. Torpaq sahəsinin qiymətləndirmə 

dəyərinin  yekun  həcmi  müхtəlif  yanaşmalardan  alınan  nəticələrə  əsaslanaraq 

çıхarılır.  Bu  nəticələri  müqayisə  edərkən  daha  tam  və  düzgün  informasiyaya 

ə

saslandırılan qiymətləndirilmələrə üstünlük vermək məqsədəuyğundur.  



 

 

10.4. Azərbaycanda torpağın normativ dəyərinin  



qiymətləndirilməsi xüsusiyyətləri 

 

Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsinin  95-ci  maddəsinə  uyğun 



olaraq,  torpaq  dövriyyəsi  prosesinin  tənzimlənməsi,  torpaq  vergisinin  və 

rüsumların miqdarının hesablanması məqsədilə torpağın normativ və bazar dəyəri 

müəyyənləşdirilir. 



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə