676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə37/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

Biz işquzları, oğuz olduqlarına inandığımız kutilərin birbaşa davamı hesab edirik və
fikrimizcə, qədim fars mənbələrində şərab bişirənlər kimi təqdim edilən saklar da məhz
oğuzlar olmuşlar. Qədim yunan mənbələri də dikpapaq saklarla şərab bişirən sakları xüsusi
qeyd etməkdədir.İstər qədim fars,istərsə də yunan mənbələrindən türklər arasında şərabçılıq
sənətinin geniş yayıldığı məlum olsa da, bu işlə məhz hansı türk boyunun məşğul olduğu
məlum olmur. (55.321-323).
Bu məsələyə aydınlıq gətirməyə isə Egey dənizi sahillərindən tapılan və hind-Avropa mənşəli
olduğu ehtimal edilən bir ideoqrafik əlifba yardımçı olur.Elm
aləmində şərti olaraq “Egey əlifbası” adlanan sözügedən əlifbada “şərab” sözünü bildirən
ideoqram kimi oğuzların bayandur boyunun tamğası çıxış edir (6.29-36).
Elə bu fakt da söhbətin məhz bayandurlardan getdiyini, eləcə
də hind- Avropa xalqlarının şərabla bayandurlar vasitəsi ilə tanış olduğunu söyləməyə əsas
verir.
Maraqlıdır ki, bir sıra hind -Avropa mənşəli xalqların dilində şərab anlamında işlənən
kəlmələr, eləcə də ona yaxın bəzi sözlər “bayandur” etnoniminin kökündə duran “bayan”
kəlməsi ilə yaxın səslənməkdədir.
—————————————————————————————————-
B A Y A N
—————————————————————————————————-
Dil
Yazılışı
Oxunuşu
Mənası
—————————————————————————————————-
1. Alman
Wein
Vayn
Şərab
—————————————————————————————————-
2 İngilis
Wine
Vayn
Şərab


—————————————————————————————————-
3. Fars
Mey
Mey
Şərab
—————————————————————————————————-
4. Rus
Вино
Vino
Şərab
—————————————————————————————————-
5. Rus
пьян
Pyan
Sərxoş
—————————————————————————————————-
6. Rus
буян
Buyan
Sərxoş olub
şuluqluq edən
—————————————————————————————————-
O da maraqlıdır ki, hind – Avropa xalqları öncə şərabla tanış olmuş, onların üzümlə
tanışlığı isə bundan sonra baş vermişdir.Elə bu üzdən də bəzi hind-Avropa xalqlarının dilində
üzümü bildirən ayrıca söz yoxdur. Mövcud olan sözlər isə şərab sözündən törəmədir.
—————————————————————————————————-
Dil
Yazılışı
Oxunuşu
Mənası
Hərfi
Mənası
—————————————————————————————————-
1.
Alman
Weinrebe
Vaynrebe
Üzüm
Şərb
çuğunduru
—————————————————————————————————-


2. Rus
Виноград
Vinoqrad
Üzüm
Şərab
qozası
—————————————————————————————————-
Hind-Avopa dillərindən fərqli olaraq, türk dillərində üzümçülük və şərabçılıqla bağlı onlarla
təmiz türk mənşəli kəlmə bulunmaqdadır.Əgər dilimizdə - ki heyvandarlıq
,əkinçilk,toxuculuq,dulusçuluqla bağlı bir çox terminlər Neolit və Eneolit dövrlərinin
yadigarıdırsa, üzümçülük və şərabçılıqla b ağlı bəzi terminlər də, şübhəsiz ki Tunc dövrünün
məhsuludur.
Deməli, qədim fars və yunan müəlliflərinin “şərab bişirən saklar” adlandırdığı xalq
bayandurlar imiş. Bayandurlaın isə bir oğuz soyu olduğu məlum-dur (112.95-96).
Gördüyümüz kimi, qədim mənbələr “sak” adını oğuzlara, o cümlədən iç oğuzlara da şamil
etmişlər. Fəqət gerçək saklar özlərini “şakı” adlandıran saklar idilər ki, sonrakı dövrlərdə
Şərqi Avropdan Hindistana və Çin səddinə qədər yayılmışdılar. Çinlilər onlara “sək”, hindlilər
isə “şakya” deyirdilər (7.73).
SAKLAR (ŞAKILAR) VƏ MƏRKƏZİ ASİYA
Ən qədim yazılı mənbələr saklardan Azərbaycan və Ön Asiya sakinləri kimi söz açsa da
sonrakı dövrlərə aid mənbələrdə onlardan Şərqi Avropadan Hndistan və Çinə qədər geniş
ərazidə yaşayan xalq kimi söz açılmaqdadır. Bu barədə söz açmamışdan öncə qeyd edək ki,
əldə olan mənbələr sakların bu geniş əraziyə məhz Azərbaycandan yayıldıqlarını söyləməyə
tam əsas verir. Söhbət Siciliyalı Diadorun yazdıqlarından gedir. Sakları “iskit” ad landıran
Diador yazmışdır:
“İndi də (hindlilərlə) qonşu olan iskitlərə keçək. Onlar əvvəllər o qədər də böyük olmayan
bölgədə yaşayırdı, lakin sonralar tədricən özlərinin artan qoçaqlığı, hərbi gücü sayəsində
böyük ərazilər zəbt edib öz boylarını böyük şöhrət və iqtidar sahibi etdilər. Əvvəllər onlar
azsaylı idi və Araz qırağında yaşayırdılar, onda şöhrətsiz olduqları üçün onlara həqarətlə
baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə seçilən başçılarının rəhbərliyi
altında onlar Qafqaza qədər dağlarda , okean və Meotiy (Azov) dənizi sahillərindəki
sakillərindəki düzlərdə və sair bölgələrdə özlərinə ölkə əldə etdilər…Xeyli vaxt keçəndən


sonra Tanais çayından o tərəfdə Trakiyaya qədərə raziləri də özlərinə tabe etdib, yürüşlərini
başqa istiqamətə yönəltdilər. Nil çayına qədər özlərinin hökmranlığını yaydılar.” (7.101).
Yuxarıdakı sitatdan da göründüyü kimi, sonrakı dövrlərdə sakların məskun olduqları ərazilər
Nil çayının şərq və Qara dənizin qərb sahillərindən ən azı Hindistana qədər uzanırmı ş.
Sakların Asiyanın ən uzaq nöqtələinə qədər gedib çıxdıqları barədə məlumata Pomponiy
Melada (l əsr) rast gəlirik:
” Asiya şərqə doğru geniş sahil boyu uzanır. Onun şərqinə qədər olan məsafə Afrikanın ən
cənub nöqtəsindən Avropanın ən şimal nöqtəsinə q ədər olan və üstəgəl Ağ dənizin eninə
bərabər məsafə qədər böyükdür…
Burada şərqdən başlayaraq ilk insanlar, görəcəyimiz kimi, hindlilər, serlər və iskitlərdir.
Serlər Eoy dənizinin şərq sahillərinin tam ortasında, hindlilər və iskitlər isə onların ətraf ında
yaşayırlar. Sonunci iki xalq cöx geniş ərazilərdə yaşayırlarlar və onların əraziləri təkcə Eoy
dənizinin sahilləri ilə yuyulmur. Hindlilərin əraisi oradan cənuba, istidən yaşamağın mümkün
olmadığı yerlərə və Hind dənizinə qədər uzanır. İskitlərin tor paqları isə şimala İskit dənizinə
qədər uzanır və soyuqdan yaşamağın mümkün olmadığı ərazilərdən başqa Xəzər
sahillərinədək əraziləri əhatə edir…
Buradan (yerin şimal sahillərindən yol Eoy dənizinə, yəni yerin şərqinə tərəf dönür. Bu yol
İskit burnundan Kolida burnuna qədərdir. Amma ora öncə dözülməz soyuqlara, sonra isə
oralarda yaşayanlarıın vəhşiliyi üzündən keçilməzdir. Daha sonra iskitlər: androfaqlar və
saklar yaşayır. Onları vəhşi heyvanların yaşadığı ərazi ayırır və həmin ərazdə elə bu
səbəbdən də yaşayış yoxdur” (186.176-237).
Bu sitatdan belə anlaşılır ki, Pomponiy Melanın təsvir etdiyi İskit dənizi Şimal Buzlu Okean,
Eoy dənizi Sakit okean, Hind dənizi isə Hind okeanıdır. Müəllifin coğrafi bilikləri gerçəkdən
də heyrətvericidir. Onun haqqında söz açdığı saklar isə belə məlum olur ki, bugünkü türkdilli
saxa-yakutlar, onların yaşadıqları ərazi isə bugünkü Saxa-Yakutiya Respublikasının ərazisidir.
Melanın yanlış olaraq, iskitlərə aid etdiyi, “androfaqlar” (adam yeyənlər) adlandırdığı, yəni
hannibal olduqlarını bildirdiyi xalq isə, görünür, tunqusmancurdilli evenklərdir. Evenklər
hazırda Evenkiya Respublikasında yaşayırlar və Xəzərin şimal sahillərindən yola çıxıb, Saxa -
Yakutiyaya getmək istəyən şəxs mütləq Evenkiyadan keçməlidir. Evenklərin qədim d övrlərdə
tanrılara insan qurban verdikləri məlumdur. Görünür, müəllif bunu nəzərdə tutmuşdur.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə